SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


Bununla belə, presedent hüququnda aşağıdakı rəhbər prinsiplər



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   2   3   4   5   6   7   8   9   ...   23

 

12 


Bununla belə, presedent hüququnda aşağıdakı rəhbər prinsiplər 

təqdim edilib:  

“Komissiya  hesab  edir  ki,  seçkilərin  ağlabatan  dövriliklə  keçirilib- 

keçirilməməsi  məsələsi  parlament  seçkilərinin  məqsədi  nəzərə 

alınmaqla müəyyənləşdirilməlidir. Həmin məqsəd isə üstünlük təşkil 

edən  ictimai  rəydə  baş  verən  əsaslı  dəyişikliklərin  xalq 

nümayəndələrinin rəylərində də öz əksini tapmasını təmin etməkdən 

ibarətdir.  Prinsipcə  parlament,  uzunmüddətli  qanunvericilik  planları 

da  daxil  olmaqla,  qanunvericilik  ideyalarını  formalaşdırmaq  və 

həyata  keçirmək  imkanına  malik  olmalıdır.  Seçkilər  arasındakı 

müddətin  həddən  artıq  az  olması  seçicilərin  iradəsinin  həyata 

keçirilməsi  üçün  siyasi  planların  hazırlanmasına  mane  ola  bilər; 

həmin  müddətin  həddən  artıq  uzun  olması  isə  parlamentdəki  siyasi 

qrupların durğunluğuna gətirib çıxara bilər ki, bu da seçicilərin üstün 

tutulan iradəsinə heç bir aidiyyəti olmayan durumla nəticələnə bilər.” 

(Timke Almaniyaya qarşı, Komissiyanın qərarı)  

Məhkəmənin  presedent  hüququnda  ümumi  seçki  tələbi  davamlı 

olaraq  inkişaf  etdirilib  və  hazırda  təməl  prinsipdir  (X.  Almaniyaya 

qarşı,  Kommissiyanın  qərarı;  Hörst  Birləşmiş  Krallığa  qarşı  (No  2) 

[BP], 59 və 62-ci bəndlər; Matye-Moen və Klerfeyt Belçikaya qarşı, 

51-ci bənd). Lakin 1 saylı Protokolun 3-cü maddəsi seçki hüququnun 

həyata  keçirilməsi  məsələsində  bütün  vətəndaşlara  qarşı  bərabər 

rəftar  prinsipini  özündə  ehtiva  etsə  də,  buradan  heç  də  belə  nəticə 

çıxmır  ki,  seçkinin  nəticəsinin  müəyyənləşdirilməsində  bütün  səslər 

eyni  çəkiyə  malik  olmalıdır.  Belə  ki,  miqdarı  parlamentə  düşmək 

üçün  müəyyən  edilmiş  həddi  keçməyən  səslərin  "hədər  getməsini" 

seçki sistemində istisna etmək olmaz (yenə orada, 54-cü bənd; "Yeni 

Demokratlar" Partiyası və "Bizim Torpaq" Partiyası Latviyaya qarşı 

(qərardad)).  




 

13 


Bununla  belə,  hər  bir  seçicinin  səsinin  qanunvericilik  orqanının 

təşkilinə  təsir  göstərməsi  mümkün  olmalıdır,  əks  halda  səsvermə 

hüququ,  seçki  prosesi  və  son  nəticədə  demokratik  quruluşun  özü 

mənasını itirmiş olardı (Riza və başqaları Bolqarıstana qarşı, 148-ci 

bənd). Beləliklə, dövlətlər seçkilərin təşkilində geniş qiymətləndirmə 

sərbəstliyinə  malikdirlər.  Seçki  dairələrinin  sərhədlərinin  qeyri- 

bərabər sayda əhalisi olan dairələrin meydana çıxmasına səbəb olan 

tərzdə  müəyyənləşdirilməsi  1  saylı  Protokolun  3-cü  maddəsini 

pozmur,  bu  şərtlə  ki,  seçkilər  xalqın  sərbəst  iradəsini  düzgün  əks 

etdirmiş  olsun  (Bompar  Fransaya  qarşı  (qərardad)).  Nəhayət, 

qanunverici  orqanın  seçilməsində  xalqın  öz  rəyini  sərbəst  surətdə 

ifadə  etməsini  təmin  edən  seçki  sisteminin  (bu,  istər  proporsional 

təmsilçiliyə  əsaslanan  sistem,  istərsə  də  majoritar  və  ya  hər  hansı 

digər  sistem  olsun)  seçilməsi  elə  məsələdir  ki,  burada  dövlət  geniş 

qiymətləndirmə  sərbəstliyinə  malikdir  (Metyus  Birləşmiş  Krallığa 

qarşı [BP], 64-cü bənd).  

1  saylı  Protokolun  3-cü  maddəsi  Konvensiyanın  və  Protokolların 

digər substantiv (maddi-hüquqi) normalarından fərqlənir, belə ki, bu 

maddədə müəyyən hüquq və ya azadlıq deyil, Razılığa gələn Yüksək 

Tərəfin  öhdəliyi,  yəni  xalqın  öz  rəyini  sərbəst  ifadə  etməsini  təmin 

edən  seçkilərin  keçirilməsi  öhdəliyi  müəyyən  edilib.  Lakin  1  saylı 

Protokolun  3-cü  maddəsinin  hazırlanmasına  aid  materialları  və  bu 

maddənin bütövlükdə Konvensiya baxımından şərhini nəzərə alaraq, 

Məhkəmə müəyyən  edib ki, bu maddə həm də seçmək hüququndan 

(seçki  hüququnun  "aktiv  aspekti")  və  seçilmək  hüququndan  (seçki 

hüququnun "passiv aspekti") ibarət olan fərdi hüquqları nəzərdə tutur 

(Matye-Moen və Klerfeyt Belçikaya qarşı, 48-51-ci bəndlər; Jdanok 

Latviyaya qarşı [BP], 102-ci bənd).  

Parlament  seçkilərində  səs  vermək  hüququna  ("aktiv  aspekt") 

nisbətən namizəd qismində iştirak etmək hüququna ("passiv aspekt") 

daha sərt tələblər tətbiq edilə bilər. Faktiki olaraq, 1 saylı Protokolun 



 

14 


3-cü  maddəsinin  "aktiv"  aspekti  ilə  bağlı  qiymətləndirmə,  adətən, 

şəxsi  və  ya  şəxslər  qrupunu  səs  vermək  hüququndan  məhrum  edən 

qanunvericilik  normalarının  mütənasibliyinin  daha  geniş  şəkildə 

qiymətləndirilməsini  özündə  ehtiva  etdiyi  halda,  seçki  hüququnun 

"passiv"  aspekti  ilə  bağlı  Məhkəmənin  qiymətləndirməsi,  əsasən, 

şəxsin  namizədliyini  irəli  sürmək  hüququndan  məhrum  edilməsinə 

gətirib  çıxaran  ölkədaxili  prosedurlarda  sui-istifadə  hallarının  olub- 

olmadığının  yoxlanması  ilə  məhdudlaşır  (yenə  orada,  115-ci  bənd; 

Melniçenko Ukraynaya qarşı, 57-ci bənd).  

Seçki hüququnun "passiv" aspektinin pozulduğunu məhz kimin iddia 

etmək  hüququna  malik  olması  məsələsinə  gəlincə,  Məhkəmə  qəbul 

edib ki, seçki qanunvericiliyi və ya milli hakimiyyət orqanları partiya 

siyahısındakı  ayrı-ayrı  şəxslərin  seçkidə  namizəd  qismində  iştirak 

hüququnu məhdudlaşdırırsa, müvafiq partiya məhz partiya qismində, 

öz namizədlərindən ayrılıqda bu pozuntunun qurbanı olduğunu iddia 

edə  bilər  (Gürcüstan  Əmək  Partiyası  Gürcüstana  qarşı,  72-74-cü 

bəndlər; Riza və başqaları Bolqarıstana qarşı, 142-ci bənd).  

Nəhayət,  ölkənin  seçki  sistemini  araşdırarkən  (bu  araşdırma  istər 

seçki  hüququnun  "aktiv",  istərsə  də  "passiv"  aspektinə  aid  olsun) 

Məhkəmə dövlətlərin tarixi kontekstlərinin müxtəlifliyini nəzərə alır. 

Belə  ki,  şəraitlərin  bu  müxtəlifliyi  onunla  nəticələnə  bilər  ki, 

Məhkəmə  bir  ölkənin  seçki  normaları  ilə  digərininkinin  fərqliliyini 

qəbul  edə,  eləcə  də  araşdırılan  dövrdən  asılı  olaraq  seçki  sistemi 

qarşısında  qoyulan  tələbi  daha  yuxarı  səviyyəyə  qaldıra  və  bununla 

bağlı izahat verə bilər.  

 

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə