SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   15   16   17   18   19   20   21   22   23

 

57 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

IV.  SEÇKİ ŞİKAYƏTLƏRİNİN,  

                           İDDİA ƏRİZƏLƏRİNİN 

FORMALARI VƏ NÜMUNƏLƏRİ 

 

 



 

 

 




 

58 


İddia ərizəsinin forması 

 

__________ Apellyasiya Məhkəməsinin 

İnzibati-İqtisadi Kollegiyasına 

  

İddiaçı:________________________ 



                            (iddiaçının adı) 

                                               Ünvan:_________________________ 

           Tel:_____ 

Cavabdeh: _______________________ 



                                                     (cavabdehin adı) 

                                       Ünvan:__________________________ 

  

İddia ərizəsi 

____________________________________________________ 

(iddianın  məzmununun təsviri) 

____________________________________________________ 

 Azərbaycan  Respublikası  İnzibati-Prosessual  Məcəllənin  45,  46  və 

130-cü maddələrinə müvafiq olaraq xahiş edirəm: 

____________________________________________________ 

 (xahişin məzmunu, tələbləriniz

  

Ərizəçinin adı, soyadı imzası__________________ 



Tarix:_______ 

 Əlavə  edilir:  (təqdim  edilən  sübutlar,  sənədlərin  əsli  və  ya  surəti, 



nümayəndə varsa onun etibarnaməsi, və s.  əlavə edə bilər.) 

1. _____ 

2. _____ 

 

 

 



 

59 


Iddia ərizəsinin nümunəsi 1 

 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına 

İddiaçı: Cahangir Əliş oğlu Səfərli tərəfindən 

Ünvan: Bakı şəhəri, Əlişov prospekti 15/3 

Tel:_____ 

Cavabdeh:  Azərbaycan Respublikasının 

Mərkəzi Seçki Komissiyası 

Ünvan: Bakı şəhəri, S. S. Axundov 1E 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 

“____”  ________ 20_   ci il tarixli ___ saylı qərarından 

  

İddia ərizəsi 

 Mən,  Cahangir  Əliş  oğlu  Səfərli  “____”   ________  20__   ci  il 

tarixdə  8  saylı  Binəqədi  birinici  seçki  dairəsindən  Azərbaycan 

Respublikası  Milli  Məclisə  deputatlığa  namizədliyimi  öz 

təşəbbüsümlə  irəli  sürmüşəm.  Deputatlığa  namizədliyimin  qeydə 

alınması  üçün  zəruri  sayda  seçici  imzalarını  və  digər  sənədləri 

qanunla   nəzərdə  tutulan  müddətdə8  saylı  Binəqədi  birinici  seçki 

dairəsi Dairə Seçki Komissiyasına (DSK) təqdim etmişəm. 

Lakin  DSK  namizədliyimin  qeydə  alınmasından  imtina  etmiş  və  öz 

qərarını  namizədliyimin  müdafiəsi  üçün  seçici  imzaları  toplayan 

şəxslərlə müqavilə bağlamamağımla əsaslandırmışdır. 

DSK-nın  qərarını qanunsuz hesab edərək Azərbaycan Respublikası 

Mərkəzi  Seçki  Komissiyasına  (MSK)  şikayət  vermişəm.  MSK 

şikəytimin  təmin  etməməsi  və  DSK-nın    qərarının  dəyişdirilmədən 

saxlanması  barədə  “___”_____20__  tarixli  __  saylı  qərar 

çıxarmışdır. 

Hesab edirəm ki, DSK-nın müvafiq qərarı əsassız olduğu üçün  MSK 

tərəfindən ləğv edilməli və məninm deputatlığa namizədliyim qeydə 

alınmalı  idi.  Belə  ki,  mən  seçici  imzalarının  toplanması  prosesinə 

yaxın  qohumlarım  Cavanşir  Əliş  oğllu  Səfərli  və  Əlişir  Əliş  oğlu 



 

60 


Səfərlini  cəlb  etmişəm.  Həmin  şəxslər  seçici  imzalarının 

toplanmasında könüllü olaraq iştirak etmişlər və imza toplanmasında 

sadəcə  mənə  köməklik  göstərmişlər.  Onlar  imzaların  toplanmasını 

pulsuz  həyata  keçirəcəklərini  bildirmiş  və  heç  bir  müqavilə 

bağlamağa  zərurət  görməmişlər.  Mən  bu  barədə  onların  hər  ikisi 

tərəfindən  verilmiş  yazılı  izahatı  DSK-ya   təqdim  etmişəm.  Lakin 

DSK  buna  əhəmiyyət  verməmiş  və  mənim  namizədliymin  qeydə 

alınmasından  imtina  barədə  qərar  çıxarmışdır.  MSK  isə  bu  qanusuz 

qərarı qüvədə saxlamışdır. 

Yuxarıda  göstərilənləri  nəzərə  alaraq,  Azərbaycan  Respublikası 

İnzibati  Prosessual  Məcəlləsinin  45,  46  və  130-cu  maddələrini  əsas 

tutaraq xahiş edirəm: 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  “___” 

______20___ tarixli__ saylı qərarının ləğv edilməsi və mənim Milli 

Məclisə  deputatlığa  namizədliyimin  qeydə  alınması  vəzifəsinin  8 

saylı Binəqədi birinici seçki dairəsi Dairə Seçki Komissiyasıüzərinə 

qoyulması haqqında qətnamə çıxarasınız. 

 

 İmza:                   Cahangir Əliş olğlu Səfərli 



“____ “ 20_____ - ci il. 

 

 

 

 

 

 

 

 


 

61 


İddia ərizəsi nümunəsi 2 

 

Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına 



           İddiaçı: 93 saylı Bərdə seçki dairəsindən Azərbaycan 

Respublikasının Milli Məclisinə deputatlığa qeydə alınmış 

namizəd Kərimov Vaqif Gülməmməd oğlu  

Ünvan: Bərdə şəhəri, H. Əliyev  pr., ev 17 

Tel:____ 

Cavabdeh: Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 

Ünvan: Bakı şəhəri, S. S. Axundov 1E 

  

İddia Ərizəsi 

Seçkilər günü mənim trəşəbbüsümlə müşahidə aparan müşahidəçilər 

5 seçki məntəqəsi üzrə aşağıdakı qanun pozuntularının şahidi olmuş 

və onları aktlaşdırmışlar. 

- Səsvermə zamanı 5 saylı seçki məntəqəsində komissiya üzvləri Ə. 

Ağayev  və  V.  Məmmədov  seçicilərə  digər  deputatlığa  namizəd 

Kərim  Əliyevə  səs  vermələrini  demiş  və  komissiya  üzvləri  bir 

nəfərin  iki  və  ya  daha  artıq  şəxsin  adından  səs  vermələrinə  imkan 

yaratmışlar;  

- 3 saylı MnSK üzvü Məmməd Bağırov tərəfindən şəxsiyyət vəsiqəsi 

təqdim etməyən 30 seçicinin hər birinə 5 seçki bülleteni verilmişdir; 

- 9 saylı seçki məntəqəsinin yerləşdiyi 352 saylı məktəbin direktoru 

Vahid  İmanov  səsvermə  və  səslərin  sayılması  zamanı  komissiya 

üzvlərinə müxtəlif göstərişlər vermişdir

-  11  saylı  seçki  məntəqəsində  səsvermə  məntəqəsindən  kənarda  səs 

vermək üçün 57 müraciət olsa da, səslərin sayılması zamanı daşınan 

seçki qutusundan 134 seçki bülleteni çıxmışdır;  

- 1 saylı seçki məntəqəsində səsvermə başa çatdıqdan sonra səsvermə 

bülleteni  alan  seçicilərin  sayı  372  nəfər  olsa  da,  daşınmaz  seçki 

qutusundan 672 seçki bülleteni çıxmışdır. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə