Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə5/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   2   3   4   5   6   7   8   9   ...   194

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

deyil, firma təsərrüfat subyekti kimi çıxış edir, qiymət siyasətini hə-

yata keçirir, rəqabət mübarizəsi aparır, mənfəətin bölgüsündə iştirak 

edir, inkişaf tempini və elmi-texniki tərəqqinin istiqamətlərini müəy-

yən edir.

 Buradan aydın olur ki, müəssisə yalnız istehsalla məşğul olursa, 



firma istehsalla yanaşı, öz məhsullarının satışı  məqsədilə, həm də 

kommersiya fəaliyyəti ilə və bununla bağlı olan digər məsələlərlə də 

məşğul olur. 

Bazar iqtisadiyyatının «klassik» ölkələrində müəssisələr öz məh-

sullarını 2 kanalla realizə edə bilirlər, istehlakçılara çatdırırlar: 

a) dolayısı ilə və b) birbaşa  

Göstərmək lazımdır ki, müəssisələr öz məhsullarını dolayı yolla 

realizə edərkən məhsulun hərəkətinin aşağıdakı 2 sxemindən istifadə 

edirlər. 

I. «Müəssisə – topdansatış ticarət təşkilatı – pərakəndə satış ticarət 

təşkilatı – istehlakçılar»; 

II. «Müəssisə – pərakəndə satış ticarəti – istehlakçılar». 

1.

Birbaşa yolla məhsulun realizə olunmasında – öz-özlüyündə 



aydındır ki – nə topdan satış  və  nə  də  pərakəndə satış  təşkilatları 

iştirak etmirlər; burada məhsulun müəssisədən istehlakçıya hərəkəti 

sadələşir – bir qütbdə müəssisənin özü və digərində isə bilavasitə 

onun məhsulunun istehlakçısı dayanır. 

Buna misal olaraq Almaniyanın kosmetika məhsulları istehsal edən 

məhşur «Avon» firmasını (Myunxen şəhəri) göstərmək olar. Həmin 

firma məhsullarını bazara özü çıxarmaqla yanaşı, hətta, öz əmtəələrini 

istehlakçıların ev ünvanlarına da öz agentləri vasitəsilə çatdırır. 

İqtisadi baxımdan məhsul satışının bir başa forması  sərfəlidir, 

çünki istehsalçı müəssisənin məhsulunun qiymətinə birinci sxemdə 2 

ticarət təşkilatının (topdansatış və pərakəndə satış) ikinci sxemdə isə 

topdansatış ticarətinin «ticarət  əlavələri»  əlavə olunmurlar. Lakin 

bununla yanaşı  məhsul istehsal edən müəssisə  hər iki ticarət təşki-

latlarının xidmətlərindən istifadə etmir, əhəmiyyət kəsb edən cəhəti 

isə budur ki, onun (müəssisənin) öz əsas işindən «yayınmasının» qar-

şısı alınır. Yeri gəlmişkən,bazar iqtisadiyyatı şəraitində işləyən ölkə-

                                           

9

 Волков О.Й., Склйаренко Б.К. Экономика предприятия. М., ИНФРА, 2002, с. 



 13


Telman Huseynov 

lərin sənaye müəssisələri yuxarıda göstərilən satış kanallarının – 

konkret səlait nəzərə alınmaqla – hər 3-ündən eyni vaxtda, paralel 

olaraq istifadə edə bilirlər. 

Burada bir sual yaranır: öz məhsulunu dolayı yolla realizə edən 

müəssisə ilə bir başa realizə edən müəssisə arasında iqtisadi, təşkilati 

və sosial baxımdan fərq yoxdurmu? Fərq orasındadır ki, öz məh-

sulunu son istehlakçıya özü satan müəssisə həm müəssisədir, həm 

də firma. Çünki o eyni zamanda həm istehsal və həmdə komersi-

ya fəaliyyəti ilə məşğul olur. Ticarət təşkilatlarından istifadə et-

məklə məhsullarını istehlakçılara çatdıran müəssisələr isə yalnız 

müəssisədir. Deməli, bütün istehsal firmaları  həm də müəssisə-

lərdir, lakin bütün müəssisələr firma olmaya da bilərlər. 

Bütün yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, 

istehsal-texniki və şəxsi istehlak təyinatlı məhsullar istehsal edən fir-

ma ilə müəssisə arasındakı fərq birincinin öz məhsullarını istehlakçı-

lara özü tərəfindən, ikincinin isə vaçitəçilərlə (ticarət təşkilatları ilə) 

çatdırmağındadır. 

İstehsal-texniki və şəxsi istehlak-təyinatlı məhsullar istehsal edən 

firma və müəssisələrin oxşar cəhətləri hər ikisinin maddi istehsalla 

məşğul olmalarıdır. Başqa sözlə, firma ilə müəssisənin fərqi istehsal-

da deyil, istehsaldan kənarda axtarılmalıdır. Təkrar olsada: müəssisə 

yalnız 1 fəaliyyət növülə – istehsalla –məşğul olduğu halda, firma 2 

fəaliyyət növülə – istehsal və kommersiya ilə məşğul olur. 

Beləliklə, firma sahibkar və ya sahibkarlar tərəfindən yaradılmış 

məhsul istehsal edən, iş görən və xidmət göstərən və  məqsədi onları 

satmaqla mənfəət əldə etmək olan müstəqil təsərrüfatçılıq subyektidir. 

Firmanın həm istehsal və həm də kommersiya ilə məşğul olması, 

daha doğrusu özünün istehsalı olan məhsulunu özü satması onun 

fəaliyyətinin səmərəliliyini – müəssisə ilə müqaisə də – daha da yük-

səldir. İstehlakçı ilə bir başa təmas quran firma istehsal etdiyi məhsul 

üçün yarana bilən iradları dolayısı ilə deyil (vasitəçilər vasitəsi ilə 

deyil) bir başa istehlakçıdan öyrənir və onları  nəzərə alır. Bu halda 

mübahisələrin həllində yalnız 2 tərəf – istehsalçı və istehlakçı – işti-

rak edir və problemin həlli sürətlənir. Çünki hər hansı mübahisənin 

həllində  tərəflərin çoxluğu problemin çözülməsi işini çətinləşdirir. 

Sırf nəzəri baxımdan isə istehsalçının öz məhsulunu bazara özünün 

 

14




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

çıxarması təklif tərəflə tələb tərəfi birbaşa «üzləşdirir». Bu halda ba-

zarı idarə edən təklif və tələb qanunlarının prinsiplərini – tələblə tək-

lifinin tarazlığını – daha asan nəzərə almaq olur. 

Bütün yuxarıda qeyd edilənləri nəzərə almaqla müəssisə  və fir-

maya necə tərif vermək olar? 

Müəssisə, iqtisadiyyatın əsası olmaqla mənfəət əldə etmək məq-

sədilə məhsul istehsal edən, iş görən və xidmətlər göstərən, texniki-

texnoloji, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs sta-

tuslu istehsal vahididir. 



İstehsal firması – məqsədi mənfəət  əldə etmək, bir və ya bir 

neçə müəssisədən ibarət olan, məhsul istehsal edən, sənaye xa-

rakterli iş görən və xidmətlər göstərən, məhsulunun satışını özü 

həyata keçirən, innovasiya fəaliyyətini və qiymət siyasətini, ba-

zarda rəqabət mübarizəsini özü aparan, mənfəətin bölgüsündə 

iştirak edən hüquqi şəxs statuslu bazar iqtisadiyyatının ilkin 

təsərrüfat subyektidir. 

2. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti 

İnsan fəaliyyətinin sferalarından biri kimi, elmin funksiyası  həqi-

qətlər haqqında obyektiv nəzəri biliklərin işlənməsi və onların sistem-

ləşdirilməsindən ibarətdir. XX əsrin ortalarından elm məhsuldar qüv-

vələrin ünsürlərindən birinə çevrilmişdir. «Dördüncü» ünsür statusu 

alan elm «muxtariyyət»də olmayıb, məhsuldar qüvvələrin «klassik» 

ünsürlərinin – əmək vasitəsi, əmək predmeti və iş qüvvəsinin substan-

siyasına daxil olmuş və onlara yeni keyfiyyət, inqilabi vüsət vermişdir. 

Elm – həqiqətlərin, hadisə  və proseslərin praktiki cəhətdən dərk 

edilmə üsullarının ayrılmaz tərkib hissəsi olmaqla o, həm də biliklər 

istehsalçısı kimi insan fəaliyyətinin spesifik formalarındandır.  

Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) genişləndiril-

məsində  və  həm də  səmərəliliyinin (keyfiyyətcə) yüksəldilməsində 

biliklər bir vasitə kimi istifadə edilirsə, bunlara nail olmaq üçün mütə-

rəqqi texnoloji proseslərin, maşın və avadanlıqların layihələndirilmə-

si, istehsalın mükəmməl təşkili sxeminin nəzəri cəhətdən  əsaslandı-

rılması isə elmin bilavasitə məqsədidir. 

Elm bütövlükdə, şərti olaraq, 3 böyük qrupa – təbiət, ictimai 

və texniki – bölünür.  İctimai elmin mühüm sahələrindən biri də

 15



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə