Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə2/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   2   3   4   5   6   7   8   9   ...   194

Telman Huseynov 

Dünya maliyyə böhranı Azərbaycanın da inkişaf səmtlərindən yan 

keçməsədə onu ümumi qəbul edilmiş kursundan çıxara bilməmişdir. 

Böhran Azərbaycanın iqtisadi inkişafına neqativ planda təsir etməyə bil-

məz, heç olmasa ona görə ki, ölkə iqtisadiyyatı 140-dan çox ölkələrlə – 

biri ilə az, biri ilə çox – bağlandığı iqtisadi əlaqələrlə dünya iqtisadiy-

yatına inteqrasiya olmuşdur. Ona görə də, dünya iqtisadiyyatında baş 

verən hər hansı bir proses iqtisadi əlaqələri olan o biri öləkələrin də 

iqtisadiyyatına təsir edir. Lakin bu təsir iqtisadi sarsıntı  səviyyəsinə 

qalxa bilməz, çünki yuxarıda haqqında bəhs edilən strateji inkişaf 

proqramı ölkə prezidenti İlham Əliyev tərəfindən inamla realizə olu-

nur. 


Təsərrüfatçılığın bazar formalarına keçidi genişləndikcə və dərin-

ləşdikcə, iqtisadi proseslər haqqında prinsipcə yeni, əvvəlki iqtisadi 

sistemdən fərqli biliklər, metodlar, postulatlar, kateqoriya və göstəri-

cilər, məhfumlar və anlayışlar yaranır və məhz onların köməyi ilə bü-

tövlükdə milli iqtisadiyyat və onun əsası olan firma və müəssisələr 

idarə olunurlar. Bazar münasibətləri  şəraitində iqtisadi fəaliyyətin 

«ağırlıq mərkəzi» sonunculara keçmişdir. 

Bütünlükdə, milli iqtisadiyyatın və onun əsas tərkib hissələri 

olan istehsal firmaları, sənaye müəssisələri və ev təsərrüfatları-

nın iqtisadiyyatı və idarə olunması dərin iqtisadi biliklərin vasi-

təsilə, onların gələcək daşıyıcıları olacaq yüksək ixtisaslı iqtisadçı 

kadrların köməyi ilə mümkündür. 

Bazar münasibətlərinə keçidlə bağlı sahibkarlıq fəaliyyəti ön pla-

na keçmiş, onun bir sıra təşkilatı-hüquqi və təşkilati-iqtisadi formala-

rı yaranmışdır. Sonuncunun ən önəmli növlərindən biri firmalardır, 

xüsusilə istehsal firmalarıdır. 

İstehsal firmaları iqtisadiyyatın özülündə dayanmaqla – mənfəət 

əldə etmək məqsədilə – həm cəmiyyətə  və  həm də onun üzvlərinə 

zəruri olan məhsul istehsal edir, sənaye xarakterli xidmətlər göstərir, 

işlər görür və onların satışını həyata keçirirlər. Bütün bunlar firmalar-

da fəaliyyət göstərən yüksək təhsil senzinə malik kadrların, tətbiq 

olunan qabaqcıl texnika və texnologiyanın və istifadə edilən keyfiy-

yətli xammal və materialların vasitəsilə həyata keçirilir. Hər üç isteh-

sal resursunun iqtisadiyyatı və bunun nəticələrinin satışı məcmu ha-

lında firmanın iqtisadiyyatını, bunların haqqındakı sistemləşdirilmiş 

 



Müqəddimə 

nəzəri və empirik biliklər isə «Firmanın iqtisadiyyatı» elmini forma-

laşdırmışdır. 

Təsadüfü deyildir ki, son vaxtlar bazar münasibətlərinə keçidlə 

bağlı firmanın iqtisadiyyatı məslələrinin tədqiqinə xüsusi diqqət yeti-

rilir, iqtisad elminin bu sahəsinin daha ətraflı öyrənilməsi məqsədilə 

iqtisad profilli universitetlərin hazırladığı ayrı-ayrı ixtisasların tədris 

planlarına salınır, dərsliklər və dərs vəsaitlər yazılır və s. Məsələn, şimal 

qonşumuz olan Rusiya Fedarasiyasında hələ 1998-ci ildə «Firmanın 

iqtisadiyyatı və statistikası» adlı dərsliyin 3-cü nəşri çap olunmuşdur; 

2003 və 2007-ci illərdə isə müxtəlif müəlliflər kollektivi tərəfindən 

«Firmanın iqtisadiyyatı» adlı dərslik yazılmış və müxtəlif nəşriyyatlar-

da çap olunmuş və tələbələrin istifadəsinə verilmişdir. Bunlardan əla-

və son illər həmin ölkədə nəşr olunan «İqtisadiyyat» (Moskva, 2008-ci 

il), «Müəssisənin iqtisadiyyatı» (Moskva, 2007-ci il, IV nəşr), «İqtisadi 

nəzəriyyə kursu» (Moskva, 2001-ci il, II nəşr) və s. kimi dərsliklərdə 

də firmanın iqtisadiyyatının ayrı-ayrı məsələlərinə bölmə və ya fəsil ki-

mi yer verilmiş və şərh olunmuşlar. Bir sözlə, «Firmanın iqtisadiyyatı» 

kursu formalaşmış və o, «Müəssisənin iqtisadiyyatı» fənni ilə paralel 

olaraq iqtisad profilli ali məktəblərdə ayrı-ayrı ixtisaslarda paralel 

şəkildə tədris olunurlar. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası başqa sferalar-

da olduğu kimi Baloniya prosesinə qoşulmaqla Avropa təhsil siste-

minə inteqrasiya olmaqdadır. Hazırda Avropanın bütün ölkələrinin 

ali təhsil məktəbləri vahid tədris planları  əsasında yüksək ixtisaslı 

mütəxəsislər hazırlayırlar – məzunlara verilən diplomların qarşılıqlı 

tanınmasının əsas şərtinə riayət edirlər. Bu istiqamətdə başqa bir təd-

bir isə elmin istiqamətləri üzrə hazırlanacaq ixtisasların məzmununa 

və səviyyəsinə qoyulan tələbləri əks etdirən Dövlət Təhsil Standart-

larının yenidən işlənməsidir. Azərbaycan Respublikası Nazirlər Ka-

binetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə «Ali təhsilin 

bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı»nın təsdiq 

olunması bu işin başlanğıcıdır. Yeri gəlmişkən, təhsil ixtisasları qrupu-

nun «İqtisadiyyat və idarəetmə» bölməsində «Sənayenin iqtisadiyyatı 

və idarə edilməsi» ixtisasına da yer verilmişdir. Bu qrupun tərkibində 

«İstehsal firmasının iqtisadiyyatı» ixtisasından bakalavrların hazırlan-

ması da planlaşdırılır; başqa ixtisaslarda isə «Firmanın (müəssisənin) 

 



Telman Huseynov 

iqtisadiyyatı» fənninin tədrisi nəzərdə tutulur. Həm bütün bunlara gö-

rə  və  həm də bazar iqtisadiyyatının tələbləri baxımından «Firmanın 

iqtisadiyyatı» dərsliyinin yazılması çox vacibdir. Göstərmək lazımdır 



ki, oxuculara təqdim olunan «Firmanın iqtisadiyyatı» adlı dərslik 

Azərbaycan dilində yazılmış ilk dərslikdir. Bu kitabda firmanın iq-

tisadiyyatına dair bir çox məsələlər dərslik mövzusu kimi birinci 

dəfədir ki, oxucuların nəzərinə çatdırılır. 

Öz-özlüyündə aydındır ki, istehsal firmalarının iqtisadiyyatı müəs-

sisə iqtisadiyyatına aid müddəalar, fikir və mülahizələrsiz keçinə bil-

məz. Müəllif bu dərsliyi yazarkən özünün 2005-ci ildə nəşr edilmiş və 

oxucular tərəfindən rəğbətlə qarşılanmış «Müəssisənin iqtisadiyyatı» 

dərsliyindən istifadə etmişdir. Lakin istifadə olunan bütün mövzula-

rın məzmununa yenidən baxılmış, əlavələr edilmiş, müasir tədris təc-

rübəsi nəzərə alınmaqla yeni dərsliyə daxil olunmuşdur. Elə buna görə 

də, bu dərsliyin vasitəsilə – müəyyən istisnalarla – «Müəssisənin 

iqtisadiyyatı» fənnini də tədris etmək olar. 

Müəllif, dərsliyin yazılmasında xeyli zəhmətləri olan Az DİU-nun 

«Müəssisənin iqtisadiyyatı» kafedrasının əməkdaşları iqtisad elmləri 

namizədi Lalə Həmidova və Səadət Məcidovaya öz təşəkkürünü bil-

dirir. 


Müəllif həmçinin bu fikirdədir ki, dərslik nöqsansız deyil. Həmin 

nöqsanları və dərslik haqqında öz mülahizələrini müəllifə çatdıracaq 

hər bir oxucuya müəllif  əvvəlcədən minnətdarlığını bildirir; ünvan: 

Bakı, İstiqlaliyyət küçəsi 6., Azərbaycan Dövlət İqtisad Universiteti, 

«Müəssisənin iqtisadiyyatı» kafedrası. 

 

  



 

 

 



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə