Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə7/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   2   3   4   5   6   7   8   9   10   ...   194

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

xarakterli xidmətləri satın almaqla insanların maddi təlabatlarının 

ödənilməsinə sərf edən iqtisadi subyektdir. 

Miqyasının məhdudluğu baxımından, daha doğrusu, sözün dar 

mənasında «ev təsərrüfatı» özünə  məhsul istehsal edən və müxtəlif 

sayda insanlardan ibarət olan ailənin təsərrüfatı deməkdir. Bu bir ne-

çə nəsli birləşdirən və birgə yaşayan, müəyyən iqtisadi resurslara ma-

lik olan və habelə müəyyən mülkiyyət sahibi olub təsərrüfatla məşğul 

olan bir nəfərdən də ibarət ola bilər. 

Miqyasının genişliyi mənasında ev təsərrüfatı milli iqtisadiyyatın 

tərkib hissəsi və eyni zamanda onun fəaliyyətinin aparıcı qüvvələrindən 

biri olub məhsul istehsal etmək, xidmətlər göstərmək üçün ictimai isteh-

salın (ölkə iqtisadiyyatının) iş qüvvəsi və digər resurslarla təminatçısı-

dır. Digər resurslar dedikdə, məsələn, buraya hər bir şəxsən dövlət büd-

cəsinə özünün gəliri müqabilində ödədiyi vergi, aldığı  əmək haqqının 

müxtəlif əmtəələrin alınmasına xərcləməklə dövlətin maliyyə resursları-

nın formalaşmasını  və s. göstərmək olar. Dövlət isə öz tərəfindən ev 

təsərrüfatının – üzvlərini tələbəni təqaüdlə təmin edir, şagirdin təmənna-

sız təhsil almasına qərar verir, yaşlılara pensiyaların verilməsinə zamin 

durur – bu kimi qayğıları öz üzərinə götürür. Belə qarşılıqlı  əlaqələr, 

nəticə etibarilə, milli iqtisadiyyatın əsasını təşkil edən subyektlərdən biri 

kimi ev təsərrüfatının heyyətinin rifahının yaxşılaşdırılması üçün şərait 

yaratmaqda dövlətin rolu təkzib olunmazdır və həlledicidir.  

İstehsal firmaları (müəssisələr) ilə ev təsərrüfatının qarşılıqlı əlaqələ-

rinə gəldikdə isə, göstərmək lazımdır ki, ev təsərrüfatı, mülkiyyətçisi ol-

duğu kapital, torpaq və təkrar istehsalı ilə məşğul olduğu iş qüvvəsi kimi 

resursları firmalara satmaqla əvəzində onlardan müxtəlif  əmtəələr və 

xidmətlər alırlar. Firmalar isə özünün satdığı  əmtəə  və xidmətlər mü-

qabilində əldə etdiyi pulu ev təsərrüfatlarından istehsal resursları almağa 

sərf edirlər. Beləliklə «nə istehlak olunmalı» və «nə istehsal edilməlidir» 

məsələlərini məhz ev təsərrüfatı həll edir. Ev təsərrüfatının təklif etdiyi 

resursların həcmi firmaların istehsal proqramını, investisiya fəaliyyətini 

müəyyən edir, onları əsaslandırmaq üçün həlledici şərt olur. Əgər firma 

nə istehsal edəcəyini özü nizama salırsa, ev təsərrüfatı isə nələri istehlak 

edəcəklərini əvvəlcədən planlaşdırırlar. Bir sözlə, ev təsərrüfatı ilə fir-

malar birlikdə istehsal resursları ilə yaradılan məhsulların hərəkətini tə-

min edir, uzlaşdırır və bu proseslər fasiləsiz olaraq təkrarlanır. 

 19



Telman Huseynov 

Onu da qeyd etmək vacibdir ki, mikroiqtisadiyyatla makroiqtisa-

diyyat arasında qarşılıqlı təsir və asılılıq vardır. Beləki, makroiqtisadi 

sabitlik mikroiqtisadiyyatın inkişafı üçün həlledici şərtlərdən biridir. 

Mikroiqtisadiyyatın inkişafı isə, artıq qeyd edildiyi kimi, makro-

iqtisadiyyatın işsizlik (məşgulluq), infilyasiya, beynəlxalq ticarət, 

iqtisadi artım kimi problemlərinə müsbət planda təsir göstərir. 

Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiy-

yat üzrə, ya da onun sahələrinin – sənaye, kənd təsərrüfatı, tikinti, 

nəqliyyat, rabitə və s.-nin həm ayrılıqda və həm də onların qarşılıqlı 

təsir və əlaqələri vəziyyətində aparılır. 

Göstərmək lazımdır ki, makro – və mikroiqtisadiyyat arasında də-

qiq müəyyən edilmiş sərhəd yoxdur. Onlardan hər birində baş verən 

bir sıra iqtisadi hadisə  və proseslər miqyas və  kəmiyyətcə müxtəlif 

olsalar da, məzmun və keyfiyyətinə görə fərqlənmirlər. Elə buna gö-

rədir ki, bəzi iqtisadi kateqoriya və göstəricilərdən hər iki səviyyənin 

iqtisadi təhlili və qiymətləndirilməsində istifadə olunur.  

Əvvəllər qeyd olunduğu kimi, iqtisadiyyatın digər tərkib hissələri 

«Mezo» - və «Meqoiqtisadiyyat»dır. 

Mezoiqtisadiyyat – biri-birilə  təsərrüfat  əlaqələri üzrə bağlı 

olan sahə komplekslərinin iqtisadiyyatıdır, makroiqtisadiyyatın 

yarımsistemləridir. 

Mezoiqtisadiyyata misal olaraq, nüvəsində kənd təsərrüfatı, «solun-

da» onu (kənd təsərrüfatını) istehsal vasitələrilə (traktor, kombayn, 

gübrə və s.) təchiz edən, «sağında» isə onun (kənd təsərrüfatının) məh-

sullarını emal edən yüngül və yeyinti sənaye müəssisələrindən ibarət 

olan aqrar-sənaye kompleksini göstərmək olar. 

Yanacaq-energetika, metallurgiya, maşınqayırma və  hərbi kom-

plekslər də mezoiqtisadiyyatın subyektləridirlər (sonuncu az sayda 

ölkələrə aiddir). 

Meqoiqtisadiyyata gəlincə bu, bütünlükdə dünya iqtisadiyyatı, 

başqa sözlə, beynəlxalq iqtisadiyyat deməkdir. Dünya ölkələrinin 

iqtisadi inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar sayca ço-

xaldıqca və xüsusilə qloballaşma dərinləşdikcə meqoiqtisadiyyatın 

tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır. Elə buna 

görə də, meqoiqtisadiyyatın «İqtisadi nəzəriyyə» elmindəki mövqeyi 

dəyişəcək, «xüsusi çəkisi» çoxalacaqdır. 

 

20



Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

İqtisad elmi müəssisə və iqtisadiyyatın sahələri (sənaye, kənd tə-

sərrüfatı, tikinti, nəqliyyat və s.) və onlardan hər birinin inkişaf qanu-

nauyğunluqlarını mövcud istehsal münasibətləri sistemində  tədqiq 

edir və öyrənir. Lakin bununla bərabər, istər ayrı-ayrı maddi istehsal 

sahələrinin və istərsə də onların müəssisələrinin iqtisadi inkişaf qanu-

nauyğunluqları bir-birindən fərqlənirlər. Fərqləri doğuran səbəb isə 

həmin sahələrin müəssisələri tərəfindən tətbiq olunan texnoloji isteh-

sal üsullarındakı prinsipial bənzərsizlikdir. 

Ayrı-ayrı sənaye sahələrinə mənsub olan firmaların istifadə etdik-

ləri texnologiyalardakı müxtəliflik burada işləyən istehsal heyətinin 

peşə tərkibindəki fərqlərə səbəb olur – iki müxtəlif sahənin və, uyğun 

olaraq, onların firmalarında çalışan fəhlələrin peşə-ixtisas tərkibləri 

eyni olmur. Buraya habelə müxtəlif sahə müəssisələrinin istehlak et-

dikləri xammalın və materialların texniki xarakteristikalarındakı fərq-

ləri də (fiziki, kimyəvi və s.) əlavə etsək, onda hər bir sahəyə mənsub 

olan firmanın başqa bir sahə firmasının iqtisadi məsələlərindəki – 

həm prinsipial və həm də prinsipial olmayan – fərqlərin mövcudluğu 

heç bir şübhə doğura bilməz. Başqa sözlə, bu o deməkdir ki, firma 

və onun mənsub olduğu sahənin iqtisadiyyatı məsələlərinin ümu-

mi oxşarlığı ilə yanaşı, onlar arasında çox fərqli cəhətlər də möv-

cuddur. Sahə  və istehsal firmasının iqtisadiyyatı  bəzi hallarda key-

fiyyətcə eyni kateqoriya, anlayış və göstəricilərlə səciyyələndirilirsə 

də, onların (sahə  və firmanın) miqyaslarındakı  fərq bunların kəmiy-

yətcə müxtəlif məzmun daşımalarına səbəb olur. Bütün bunları doğu-

ran əsas səbəb isə istehsal prosesinin və, deməli, məhsul istehsalının 

sahədə deyil, bilavasitə müəssisələrdə həyata keçirilməsidir. Firma və 

sahə iqtisadiyyatının tədqiqat obyektlərini və predmetlərini də  fərq-

ləndirən də elə budur. «Firmanın iqtisadiyyatı» elmi müstəqil və 



habelə konkret elm sahəsi olsa da bütövlükdə sənaye, onun mü-

vafiq sahələri və habelə, ümumiyyətlə, iqtisad elmi ilə sıx bağlılığı 

və qarşılıqlı əlaqələri mövcuddur. 

Firmalar iqtisadiyyatın ilkin həlqələri olmaqla, həm də onlar, iqti-

sadiyyatın təməlində dayanan, inkişaf və səmərəliliyinin yüksəlməsin-

də müstəsna rolu olan təsərrüfat subyektləridir. Məhz buna görə  də, 

«Firmanın iqtisadiyyatı» elminin müddəalarının öyrənilməsinin iqtisa-

diyyat sahələrinin bütün ixtisasdan olan iqtisadçıları üçün çox önəmli 

 21



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə