Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə3/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   2   3   4   5   6   7   8   9   ...   194

 

 

 

 

 

 

 

BÖLMƏ I 

«FİRMANIN İQTİSADİYYATI» KURSUNUN TƏDQİQAT 

OBYEKTİ, PREDMETİ VƏ MƏZMUNU 

 

Fəsil 1. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti

predmeti və məzmunu  

1. Müəssisə və firma: oxşar cəhətləri və fərqlər

2. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti 

3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri 

4. Kursun vəzifələri və məzmunu  

1. Müəssisə və firma: oxşar cəhətləri və fərqlər

Bir qayda olaraq, hər hansı kursun tədrisi onun tədqiqat obyekti və 

predmetinin tələbələrə aydınlaşdırılmasından başlayır. Elə ilk dərsdə 

kursun predmeti, onun öyrəndiyi və öyrətdiyi məsələlər müəllim tərəfin-

dən tələbələrə izah olunmalıdır. Biz, əksəriyyət tərəfindən qəbul olun-

muş bu qaydaya bilərəkdən riayət etməyib, «Firmanın iqtisadiyyatı» 

kursunun tədqiqat obyekti və predmetinin şərhindən əvvəl «firma»nın 

iqtisadi mahiyyətini, «müəssisə» ilə onun oxşar cəhətləri və fərqlərini 

tələbələr üçün aydınlaşdırmağı lazım bildik. Çünki, belə bir metodiki 

yanaşmanın kursun məzmunun tələbələr tərəfindən mənimsənilmə-

sində çox önəmli elmi-nəzəri, metodoloji və praktiki əhəmiyyəti var-

dır. Lakin buna nail olmağa yardımçı bir məqam kimi «müəssisə» və 

«firma» məhfumlarının vəhdəti, başqa sözlə, bunların analoji (oxşar) 

tərəfləri və onların biri-birinə  bənzəməyən cəhətlərinin izahı da az 

əhəmiyyət kəsb etmir. 

Qədim yunan alimlərinin terminlərin (məhfumların) məzmunları-

nın aydınlaşdırılması haqqında belə bir kəlamı olmuşdur: «terminlərə 

görə mübahisə etməzlər, razılığa gələrlər». Bu fikrin deyilişi nə qədər 

 7 



Telman Huseynov 

cazibədar olsada onun – bütün hallarda – birmənalı qəbulu mümkün 

deyildir. Belə ki, hər bir termin əşya, hadisə, proses və s.-nin mahiy-

yətini, başqa sözlə, onun kəmiyyət və keyfiyyət tərəfini, daxili əla-

qələrini, daha dəqiq aça, səciyyələndirə bilməlidir. Başqa sözlə, ha-

disə və proseslərin idarə olunmasında, kəmiyyət və keyfiyyətcə qiy-

mətləndirilməsində onların mahiyyətini (məzmununu) bu və ya digər 

dərəcədə özündə əks etdirən məhfumlar (terminlər), kateqoriya və gös-

təricilərdən istifadə olunur. Belə olmadıqda əşya, hadisə və proses haq-

qında yanlış mülahizələr söylənər, oxşar olanların fərqini (fərqlərini) 

müəyyən etməkdə, fərqli olanların isə oxşar cəhətini (cəhətlərini) aş-

karlamaqda çətinlik yarana bilər. Lakin indinin özündə də, başqa elm-

lərdə olduğu kimi, iqtisad elmində də mənası tam və dəqiq açılmamış, 

mübahisə doğuran terminlər mövcuddur. Belə terminlərdən biri də 

«firma»dır. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, «firma» italyan 

sözü olub, azərbaycan dilində «imza», «nişan» sözlərinə uyğun gəlir.  

İlk öncə firma haqqında iqtisadi nəzəriyyə elminin nümayəndələri-

nin işləmiş olduqları müxtəlif konsepsiyaların səciyyəvi cəhətlərini – 

qısada olsa – şərh etmək lazımdır. 

Həmin konsepsiyalar aşağıdakılardır: 

a) firma haqqında neoklassik nəzəriyyə; 

b) firma haqqında institutsional nəzəriyyə; 

c) firma haqqında davranma (bixevioriya) nəzəriyyəsi 

Neoklassik nəzəriyyəyə görə firma, istehsal (texnoloji) vahidi 

olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mən-

fəət əldə etmək kimi şərtləndirilir. Həmin nəzəriyyə, istehsal resurs-

larının ən optimal nisbətini tapmaqla, minimum istehsal xərclərinə nail 

olmağı firmanın əsas vəzifəsi hesab edir. Lakin bu nəzəriyyənin firma-

daxili idarəetməni, firmanın təşkilat quruluşunun xüsusiyyətlərini nə-

zərə almaması və habelə verilən qərarların alternativsiz, seçimsiz ol-

ması onu praktiki vəzifələrin həlli işi üçün o qədərdə yararlı etmirdi. 



İnstitutsional nəzəriyyəyə görə firma, bazar qeyri-müəyyənliyi 

şəraitində  fəaliyyət göstərən mürəkkəb ierarxiya qurluşlu təşki-

latdır. Bu nəzəriyyəyə görə, resursların nəqdsiz bölgüsünə əsaslanan 

firma onların (resursların) bazar mexanizmi prinsiplərinə görə pulla 

bölgüsünə alternativ olmaqla bölgü prosesinin idarə edilməsi xərclə-

rinə – transaksiya (sövdələşmə) xərclərinə – qənaət məqsədini güdür; 

 




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

burada firma həmdə özünün daxili – onun özünü təşkiletməsi ilə 

bağlı – xərclərə nəzarət işinidə həyata keçirir. Burada əsas vəzifə fir-

manın bahalı və həmdə natamam məlumatlar mühitində davranışı izah 

edilir; firmanın çoxnövlülüyünün səbəbləri  şərh olunur və onların in-

kişafına xüsusi diqqət yetirilir, ön plana çəkilir. 

Beləliklə, instisional nəzəriyyəyə görə firma sövdələşmə (transaksi-

ya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koor-

dinasiyası ilə əlaqədar olan xərclərin nisbətini ortimallaşdıran təşkilatdır. 

Nəzəriyyənin digər ilkin şərti kimi, firma cəlb edilmiş resurs sa-

hibləri arasında münasibətlər məcmusu olan mürəkkəb irearxiyalı 

təşkilatdır. 



Nəhayət, davranma nəzəriyyəsinə görə, firma mütəhərrik ba-

zar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davra-

nışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalı-

dır; bu – firmanın sahibkarlıq (təşəbbüskarlıq) konsepsiyasıdır. Bu-

rada firma habelə müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksi-

yalarının qarşılıqlı fəaliyyəti sistem kimi səciyyələndirilir. Belə halda 

əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır, çünki 

firmanın davranışı müxtəlif səviyyələrə  məxsus sahibkarlığın qarşı-

lıqlı fəaliyyəti ilə qiymətləndirilir. 

Firmanın iqtisadi, sosial və texniki-təşkilatı təbiəti haqqında nəzəriy-

yədən gələn yuxardakı müxtəliflikliklər tətbiqi iqtisad elmlərindən yan 

keçməmişdir. Elə bu səbəbdən də konkret iqtisad elmlərinin nümayən-

dələri arasında da firma haqqındakı fikir ayrılığı indi də mövcuddur. 

İqtisadi ədəbiyyatda, bir çox hallarda, «firma» termini «müəssisə» 

termini ilə sinonim kimi qəbul edilir – eyniləşdirilir, bəzən qarışdırı-

lır, bəzən də fərqləndirilir. Nəticə etibarilə iqtisadçılar qədim yunan-

ların termin haqqında «mübahisə etməzlər, razılığa gələrlər» tövsiyə-

sini qəbul etmirlər. Başqa sözlə, «müəssisə» və «firma» terminlərinin 

oxşar cəhətləri və fərqləri haqqında iqtisadçılar arasında yekdil fikir 

indi də yoxdur. 

«Firma» məhfumunun məzmununu açıqlayan iqtisadçıları 2 

qrupa bölmək olar: 

a) firma kommersiya fəaliyyəti ilə  məşğul olan müəssisədir, 

təşkilatdır; 

b) firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir. 

 9 



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə