Ряйчиляр: амеа-нын мцхбир цзвц


bölgüsünü (kooperasiyanı), məhsul buraxılışında onların rolunu



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə14/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   10   11   12   13   14   15   16   17   ...   194

Telman Huseynov 

bölgüsünü (kooperasiyanı), məhsul buraxılışında onların rolunu 

və əhəmiyyətini müəyyən etməyə imkan verir. 

Təsərrüfatçılıq praktikasında firmanın istehsal quruluşunu və on-

da baş verən dəyişiklikləri xarakterizə etmək, qiymətləndirmək üçün 

aşağıdakı göstəricilərdən istifadə olunur: 

– məhsul buraxılışının ümumi həcmində ayrı-ayrı istehsal böl-

mələrinin xüsüsi çəkisi;  

– işləyənlərin ümumi sayında bu və ya digər istehsal bölməsinin payı; 

– firmanın istehsal əsas fondlarının ümumi dəyərində ayrı-ayrı 

istehsal bölmələrinə məxsus olan əsas fondların xüsusi çəkisi. 

Adları çəkilən göstəricilərdən məhsulun həcmi göstəricisi – baş-

qaları ilə müqaisədə – müəssisənin istehsal quruluşunu daha dəqiq 

xarakterizə edir. Çünki, müəssisənin məhsul buraxma qabiliyyətinin 

artırılmasında istehsal bölmələrinin rolu mövcud işçilərin sayı  və 

əsas fondlarının dəyəri ilə deyil, onlardan istifadə  səviyyəsindən, 

fəaliyyətinin nəticələri ilə daha düzgün qiymətləndirilə bilər.  

Müəssisə və firmanın istehsal quruluşu müxtəlif iqtisadi, təşkilati 

və texniki amillərin təsiri altında formalaşır ki, bu amilləri də bir ne-

çə qrupa – makroiqtisadi, sahə və regional amillər qruplarına – böl-

mək olar. 

Makroiqtisadi amillər müəssisənin istehsal strukturunun komp-

leksliyini və tamlığını müəyyən edir. Bu amillərə ölkə itisadiyya-

tındakı sahələrin tərkibi, onların diferensasiya dərəcəsi, xarici ticarət 

əlaqələri və s. aiddirlər.  

Firmanın istehsal quruluşuna onun mənsub olduğu sahənin ixti-

saslaşma səviyyəsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin ye-

rinə yetirilməsi imkanları, sahədə təchizat və satışın təşkili xüsusiy-

yətləri, başqa digər sahələrin xidmətləri ilə  təmin olunma səviyyəsi 

kimi sahə amilləri də təsir göstərir.  

Müəssisənin quruluşuna (ümumi və istehsal) təsir göstərən regio-



nal amillər onun (müəssisənin) müxtəlif kommunikasiyalarla: qaz və 

su kəmərlərilə, nəqliyyatla, rabitə vasitələri ilə  və s. təmin olunması 

səviyyəsi ilə əlaqədardır.  

Yuxarıda qeyd olunan makroiqtisadi, sahə və regional amillə-

rin məcmusu müəssisənin fəaliyyət göstərdiyi xarici mühiti əmələ 

gətirirlər.  

 

40




Fəsil 2. İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 

Müəssisənin quruluşunun formalaşmasına xarici mühitin doğur-

duğu amillərlə yanaşı müəssisədaxili amillər də öz təsirlərini göstə-

rirlər. Onlar aşağıdakılardır. 



a) istehsalın həcmi artdıqca firmanın həm əsas istehsal, həm qeyri-

istehsal bölmələrinin sayının, ölçüsünün genişlənməsi və onlarda ça-

lışan işçilərin sayının çoxalması, bölmələrin tərkibinin dəyişməsi nə-

ticəsində müəssisənin istehsal quruluşu mürəkkəbləşir.  



b) istehsalın ixtisaslaşdırılması  və kooperativləşdirilməsi  sə-

viyyəsi yüksəldikcə müəssisələrin istehsal quruluşu sadələşir; 



c) məhsulun nomenklaturası məhdud olduqda firmanın istehsal 

quruluşu sadə, geniş olduqda isə, əksinə, mürəkkəb olur; 



d) istehlak olunan xammal və materialların növü, çeşidi müəs-

sisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal 

və materialların ölçüsü (qabariti) və forması anbarların sayına və 

həcminə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir; 



e) istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yə-

ni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və 

briqadalar tərəfindən həyata keçirilərsə, onda müəssisədə köməkçi və 

xidmətedici sex və təssərrüfatların sayı azalır; 



f) məhsulun konstruktiv quruluşu və onun hazırlanması tex-

nologiyası nə qədər mürəkkəb olarsa, onda müəssisədə əlavə bölmə-

lərin yaradılması zərurəti yaranır və s. 

Müəssisənin istehsal, idarəetmə və xidmətedici bölmələrinin tərkibi 

və qarşılıqlı əlaqəsi onun təşkilati strukturunu əmələ gətirir. Firmanın 

(müəssisənin) təşkilati strukturu aşağıdakı kimi olur (bax: şəkil 2.1). 

 

Firma 



Müəssisə 

İdarəetmə və xidmətedici 

bölmələr

İstehsal bölmələri 

Firmanın 

(müəssisənin) 

idarə olunması 

Əsas sexlər 

və istehsal 

sahələri 

Sosial-məişət 

bölmələri 

Köməkçi 

sexlər və 

sahələr 

İstehsal təyinatlı 

xidmətedici 

təsərrüfatlar 

Şəkil 2.1. Firmanın (müəssisənin) təşkilati strukturu 

 41



Telman Huseynov 

Müəssisənin əsas struktur vahidi sexdir. Sex müəssisənin inziba-



ti baxımdan xüsusiləşmiş həlqəsi olmaqla, texnoloji baxımdan is-

tehsal prosesinin – məhsul istehsalının – müəyyən mərhələsi 

məhz burada yerinə yetirilir. Bir qayda olaraq sexlər texnoloji pro-

seslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakte-

rizə olunurlar. 

İstehsal firmasının tərkibinə daxil olan sexlər məhsulun hazırlan-

masındakı rollarına görə aşağıdakı 4 qrupa bölünürlər: 

1) əsas sexlər – xammal və materialların hazır məhsula çevrilmə-

si üzrə texnoloji prosesin hansısa mərhələsinin bilavasitə yerinə yeti-

rilməsi ilə məşğul olurlar. Əsas sexlərin istehsal imkanları müəssisə-

nin məhsulburaxma qabiliyyətini müəyyən edir. Əsas sexlərə misal 

olaraq maşınqayırma zavodlarında hazırlıq, mexaniki emal və yığma 

sexlərini; metallurgiya kombinatlarında domna, marten, yayma (pro-

kat), koks sexlərini; toxuculuq fabriklərində isə əyirici, toxucu və na-

xışvurma sexlərini göstərmək olar



2) köməkçi sexlər – bilavasitə məhsul istehsalı ilə məşğul olmur-

lar, lakin əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zə-

ruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq alət, təmir, mo-

del və s. sexləri göstərmək olar; 



3) xidmətedici sexlər – köməkçi sexlər kimi bilavasitə məhsulun 

hazırlanması ilə məşğul olmurlar, lakin onlar həm əsas və həm də kö-

məkçi sexlərin normal fəaliyyət göstərmələri üçün şərait yaradırlar. 

Xidmətedici sexlərə misal olaraq nəqliyyat və enerji sexlərini, komp-

ressor stansiyalarını, eksperimental sexləri, su təchizatını, anbar tə-

sərrüfatını və s. göstərmək olar; 



4) yardımçı sexlər – əsas sexlərin istehsal tullantılarından təkrar 

istifadə edilməsi (təkrar istehsalı) məqsədilə yaradılır və onlar müəs-

sisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında 

mühüm rol oynayırlar. Belə sex və təsərrüfatlara misal olaraq tara ha-

zırlayan sexləri, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sex-

ləri göstərmək olar.  

Firma sexlərinin özləri də ayrı-ayrı istehsal sahələrindən (sexli 

quruluşa malik olan müəssisələrdə) ibarət olurlar.  İstehsal sahəsi – 



texnoloji cəhətdən həmcins  əməliyyatlar yerinə yetirən və ya 

məhsulun hər hansı bir hissəsini hazırlayan və eyni məkanda tə-

 

42




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə