Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə9/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   5   6   7   8   9   10   11   12   ...   194

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

elmləri üçün əsas elmi metod olan dialektik metod vasitəsilə mümkün-

dür, çünki bu metod hadisə və proseslərin fasiləsiz, mütəhərrik vəziy-

yətdə, ətrafla sıx və qırılmaz ümumi əlaqə, qraşılıqlı asılılıq və qarşı-

lıqlı təsir vəziyyətində öyrənir. 

Dialektik metodun köməyi ilə iqtisadi hadisə  və proseslərin real 

inkişafını – kəmiyyət və keyfiyyət dəyişikliklərini və buna səbəb 

olan daxili ziddiyyətlərin (əksikliklərin vəhdəti və mübarizəsi) ma-

hiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə on-

ların həlledilmə qaydalarını müəyyənləşdirmək mümkün olur. Bütün 

bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəm-

məl elmi metod hesab edilir. 

Yuxarıda qeyd olunanlarla bərabər bütün elmlər (kurslar) kimi «Fir-

manın iqtisadiyyatı» elminin də özünəməxsus tədqiqat metodları vardır. 



«Firmanın iqtisadiyyatı» elminin (kursunun) tətbiqi mahiyyət 

daşıması onun araşdırma metodlarının da məzmunca empirik sə-

ciyyəli tədqiqat metodlarından istifadəsini daha önəmli edir.  

Firmanın iqtisadi məsələlərinin öyrənilməsində statistik müşahidə 

və müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xü-

susi və ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, firmanın iqti-

sadi və sosial inkişaf dinamikasını təhlil və onun fəaliyyətinin nəticə-

lərini digər təsərrüfat subyektləri ilə müqayisə etməyə imkan veirir. 

Müxtəlif ehtimal və proqnozlaşdırma metodları firmanın təsərrü-

fat strategiyasının hazırlanmasında və bunun köməyilə bazarın gələ-

cək konyunkturasına uyğunlaşmağa nail olmaqda və sahibkarlıq qə-

rarlarının qəbulunda istifadə edilir. 

Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsələlərinin təhlilində 

riyazi modellər, təsviri qrafika metodlardan da geniş istifadə olunur. 

Bu metodlar – konkret iqtisadi situasiyadan asılı olaraq – ayrı-ayrı 

iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyek-

tiv qiymətləndirilməsinə imkan yaradır. 

Bazarda yaranan və fəaliyyət göstərən tələb və təklif arasındakı ta-

razlıq qanunu təkrar istehsalı  şərtləndirməkdə  və, xüsusilə, iqtisadiy-

yatın inkişafındakı müvazinəti təmin etməkdə müstəsna  əhəmiyyətə 

malikdir. Dialektik vəhdətdə olan tələb və təklif arasındakı tarazlığın 

yaranmasında iqtisadiyyatın ilkin həlqəsi olan müəssisə  və firmalar 

həlledici rol oynayırlar. Firma tələb tərəfdən istehlakçı, təklif tərəfdən 

 25



Telman Huseynov 

isə istehsalçı kimi çıxış edir. «Firmanın iqtisadiyyatı» kursunun ən 



ümumi  şəkildə  vəzifəsi tələb və  təklif arasındakı ziddiyyətlərdən 

törənən və bilavasitə firmanın iqtisadiyyatına aid olan məsələləri 

öyrənmək və həmin ziddiyyətlərin həlli yollarını tapmaqdır. 

Müəssisə və firmalarda həyata keçirilən istehsal posesi həm təbii-

texniki və həm də ictimai elmlər tərəfindən öyrənilir. 

Təbii-texniki elmlərin istehsalı tədqiqetmə, öyrənmə meyarı insanla-

rın təbiətlə münasibətlərinə, insanlarla təbiət arasında baş verən bir pro-

ses kimi yanaşmasıdır. Başqa sözlətəbii-texniki elmlər istehsalın mad-



di ünsürləri olan əmək predmetlərinin, əmək vasitələrinin və istehsal 

olunan məhsulun xassələrini, habelə istehsal prosesi zamanı xammal 

və materiallarda baş verən fiziki, texniki və kimyəvi dəyişiklikləri öy-

rənməklə məşğul olurlar. Təbiət elmləri habelə – insanla təbiət arasın-

dakı «qarşıdurma»nın bir cəhəti kimi – istehsal prosesinin insan fiziologi-

yası və psixologiyasına təsiri məsələlərini də tədqiq edirlər. 

İctimai istehsalı habelə sosial-iqtisadi elmlər də öyrənirlər. Bu 

elmlər insanların istehsaldakı münasibətlərini, yaradılan məhsu-

lun onların arasındakı bölgü qaydaları və ölçülərini, istehsalın iş-

tirakçılarının sosial-psixoloji və digər ictimai münasibətləri öyrə-

nirlər. Yuxarıda sadalanan ictimai-iqtisadi münasibətləri,  əvvəllər 

qeyd olunduğu kimi, ən ümumi şəkildə iqtisadi nəzəriyyə öyrənir. 

Həmin ictimai-iqtisadi münasibətlərin ayrı-ayrı  tərəflərini isə,  şaxə-

lənmiş şəkildə, konkret iqtisad elmləri tədqiq edirlər. 

Məlumdur ki, konkret iqtisad elmləri sahə  və mövzu nişanələri 

üzrə ixtisaslaşmışlar. 

Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xarak-

terik cəhəti onlar üçün bu və ya digər sahənin bütövlükdə  tədqiqat 

obyekti kimi seçilməsidir. 

Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə «Sə-

nayenin iqtisadiyyatı», «Aqrar sənaye kompleksinin iqtisadiyyatı», 

«Tikintinin iqtisadiyyatı», «Nəqliyyatın iqtisadiyyatı» və habelə 

«Firmanın iqtisadiyyatı»nı misal göstərmək olar. 

Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xa-

rakterik cəhəti isə ondan ibarətdir ki, onlar iqtisad elminin bir möv-

zusunu ya bir sahə (habelə müəssisə) miqyasında, ya da sahələrdən 

bir çoxunun timsalında öyrənməklə məşğul olurlar. Bunlara misal ola-

 

26




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

raq «İqtisadiyyatın dövlət tənzimlənməsi», «Menecment», «Əməyin 

iqtisadiyyatı və sosiologiyası», «Marketinq», «Qiymətqoyma», «Biz-

nesin təşkili», «Maliyyə-kredit» və s.-ni göstərmək olar. 

«Firmanın iqtisadiyyatı» kursu həm sahə, həm də mövzu nişanəsi üz-

rə ixtisaslaşmış konkret iqtisad kurslarının hamısı ilə qarşılıqlı  əlaqə  və 

asılılıqda inkişaf etmiş, özü zənginləşmiş və onları zənginləşdirmişdir. 

«Firmanın iqtisadiyyatı» elminin «Makro» - və «Mikroiqtisadiyyat» 

elmlərilə əlaqə və bağlılığı isə xüsusi qeyd olunmalıdır. 

«Firmanın iqtisadiyyatı» kursunun iqtisad fənləri arasında 

yeri və  əhəmiyyəti firma və  müəssisələrin ölkə iqtisadiyyatının 

özülünü təşkil etməsi ilə müəyyən olunur. Bütün konkret iqtisad 

elmləri kimi «Firmanın iqtisadiyyatı» kursunun nəzəri əsasını «Mak-

roiqtisadiyyat» elminin müddəaları təşkil edir. O, artıq qeyd olundu-

ğu kimi, həm sahə və həm də mövzu nişanəsi üzrə ixtisaslaşmış iqti-

sad elmlərinin hamısı ilə sıx surətdə əlaqədardır. 

4. Kursun vəzifələri və məzmunu 

«Firmanın iqtisadiyyatı» kursu «Ümumi iqtisadiyyat» və «Müəssisə 

iqtisadiyyatı və idarə edilməsi» istiqamətlərinin bütün ixtisaslarından 

iqtisadçı bakalavr təhsil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prose-

sində tədris olunan əsas fənlərdən biridir.  

Kursun vəzifələrindən biri istehsalın idarə olunması və xüsusilə, iq-

tisadi və hüquqi islahatlardan irəli gələn vəzifələrlə  əlaqədlar olaraq 

idarəetmə sisiteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyya-

tına dair tənzimlənmə tədbirləri və s. bu kimi məsələləri öyrənməkdir. 

«Firmanın iqtisadiyyatı» kursunun tədrisində  məqsəd tələbələri 

bazar iqtisadiyyatının ümumi qanunauyğunluqlarının müəssisədə təza-

hürü xüsusiyyətləri və onun fəaliyyətinə  təsiri formaları, təsərrüfat 

tədbirlərinin həyata keçirilməsinin konkret yolları, texniki, texnoloji 

və iqtisadi siyasətin planlaşdırılıması, istehsalın iqtisadi səmərəliliyi-

nin qiymətləndirilməsi metodologiyası, habelə idarəetmə qərarlarının 

əsaslandırılması metodları sahəsində təcrübədə təsdiqini tapmış bilik-

lərlə silahlandırmaqdır. 

Kursun tədrisində əsas məqsəd iqtisadçı-bakalavrlara bazar mü-

nasibətləri şəraitində müəssisələrin iqtisadiyyatının bütün məsələləri 

haqqında zəruri bilikləri verməkdir.  

 27



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə