Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə6/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   2   3   4   5   6   7   8   9   ...   194

Telman Huseynov 

tədqiqat obyekti iqtisadi hadisə  və proseslər, istehsal münasibətləri 

olan iqtisad elmidir. Bu elm özünün ixtisaslaşmış sahələri ilə iqtisa-

diyyatın bütün səviyyələrində mövcud olan qanun və qanunauyğun-

luqları  həm nəzəri və  həm də  tətbiqi baxımdan təhlil və  tədqiq et-

məklə, alınan nəticələri ümumiləşdirməklə məşğul olur. 

İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də – təbii ki, 

özünün tədqiqat obyekti və predmeti olan – «Firmanın iqtisadiyyatı» 

elmidir.  

Məlum oduğu kimi, hər hansı bir ixtisasdan mütəxəssis hazırlan-

ması prosesində – tələbələrin elmi-nəzəri və empirik biliklərlə silah-

landırılmasında – mükəmməl tədris proqramları  əsasında yazılmış 

dərsliklərin əhəmiyyəti çox böyükdür. Firmanın iqtisadiyyatına həsr 

olunmuş dərslik də, bu baxımdan istisnalıq təşkil etmir. 

İki yunan sözünün – «oykos» (ev, təsərrüfat) və «nomos»un (qanun, 

qayda) birləşməsindən  əmələ  gələn «Oykonomiya»nın Azərbaycan 

dilinə tərcüməsi «təsərrüfata rəhbərlik» mənasını verir. Lakin bunun-

la yanaşı «Oykonomiya» sözü rus dilinə «Ekonomika», Azərbaycan 

dilinin lüğət fonduna isə mənşəyinə görə ərəb sözü olan «İqtisadiy-

yat» kimi qəbul olunmuşdur. 



Əgər iqtisadiyyat bir tərəfdən insanların çox geniş miqyaslı 

fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən ye-

ganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o, həm də, elm sahələ-

rindən biridir.  «İqtisadiyyat» bir elm sahəsi kimi bazar strukturla-

rının və cəmiyyətin təsərrüfat subyektlərinin fəaliyyət mexanizmini, 

onların qarşılıqlı əlaqə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir. 

İqtisadi həyatın əsas proseslərinin mahiyyətini, ən ümumi iqtisadi 

qanun və qanunauyğunluqları, iqtisadiyyatın tənzimlənməsinin nəzəri 

məsələlərini «İqtisadi nəzəriyyə» elmi öyrənir. «İqtisadi nəzəriyyə»nin 

tədqiqat obyektinin əsasını iqtisadi inkişaf, bütövlükdə ölkə iqtisa-

diyyatının və ayrı-ayrı təsərrüfat strukturlarının fəaliyyət məsələləri, 

iqtisadi siyasətin prinsiplərinin elmi-nəzəri cəhətdən öyrənilməsi təş-

kil edir. Ümumiyyətlə, nəzəri elmlərin tədqiqat obyekti, bütün hallar-

da, tarixən, elmin özü olmuşdur. 

Əgər iqtisadiyyatın nəzəri əsaslarını «İqtisadi nəzəriyyə» elmi təd-

qiq edirsə, praktiki və ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri 

öyrənir. İqtisadiyyatın həm tədqiqi və həm də idarə olunması baxımından 

 

16



Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

o («İqtisadi nəzəriyyə»), özünün 4 tərkib hissəsinə bölünür: «Makro» və 

«Mikro» iqtisadiyyat, «Mezoiqtisadiyyat» və «Meqoiqtisadiyyat». 

Makroiqtisadiyyat məcmuu təklif və  tələbin formalaşması, 

milli gəlirin və ümumi milli məhsulun istehsalı dinamikasındakı 

dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Ban-

kın pul siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik problem-

lərinə, beynəlxalq ticarətin inkişafı  və qiymətin səviyyələrinə 

təsirlərini öyrənməklə məşğul olur. 

Dövlət makroiqtisadi göstəricilərin vasitəsilə ölkə iqtisadiyyatını 

tənzimləyir, onların əsasında perspektiv üçün özünün iqtisadi siyasə-

tini müəyyən edir. 

Makroiqtisadiyyat elminin vəzifəsi – metodoloji baxımdan – obrazlı 

desək, iqtisadiyyatı «yüksəkdən» müşahidə, tədqiq və təhlil etmək, ona 

(iqtisadiyyata) qlobal (ümumi) miqyasda yanaşmaqdır. Daha doğrusu, 

makroiqtisadiyyat elminin (kursunun) predmeti ölkə iqtisadiyyatı-

nın müəyyən müddət intervalında inkişafı və ya tənəzzülünün, milli 

pulun əcnəbi ölkələrin pulları ilə müqayisədə məzənnəsinin, işsizli-

yin, ticarət balansının (məcmuu ixrac çıxılsın məcmuu idxal) və s. 

dəyişməsi səbəblərini tədqiq və təhlil etmək, öyrənməkdir. 

Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiy-

yat səviyyəsində, ya da onun sahələri – sənaye, kənd təsərrüfatı, ra-

bitə, nəqliyyat və s. üzrə, həm ayrı-ayrılıqda və həm də onların qarşı-

lıqlı iqtisadi və təsərrüfat əlaqələri şəraitində aparılır. 

Makroiqtisadiyyat ölkənin iqtisadi həyatında baş verən yüz minlərlə 

xüsusi halları deyil, məcmuu,  ən ümdə meylləri tədqiq və  təhlil edir. 

Başqa sözlə, makroiqtisadiyyat çoxsaylı müəssisələrin fərdi təsərrüfat 

tədbirlərini və bunların nəticələrini ayrı-ayrılıqda deyil, yekun halında 

özünün predmeti kimi seçir, araşdırır, təhlil edir və öyrənir. Bununla be-

lə, makroiqtisadiyyat müəssisə və firmaları, onların fərdi təsərrüfat qə-

rarlarını  və bazardakı birgə  fəaliyyətlərini öyrənən mikroiqtisadiyyatın 

əsaslarına söykənir. Lakin, artıq qeyd olunduğu kimi, çoxsaylı fərdi qə-

rarların öyrənilməsinin qeyri-mümkünlüyü səbəbindən makroiqtisadiy-

yat, ilk əvvəl, təhlil vasitəsilə müəssisələrdən birini – nümunəvi təmsil-

çini müəyyən edir. Orta iqtisadi potensialına və göstəricilərinə görə baş-

qalarını təmsil edə biləcək bu müəssisənin (firma, ev təsərrüfatı) iqtisa-

diyyatındakı meyllərin müxtəlif iqtisadi variantları da öyrənilir. 

 17



Telman Huseynov 

Bundan sonra, təmsilçi müəssisənin (firmanın) iqtisadi göstərici-

ləri qalan bütün təsərrüfat subyektlərinə də şamil edilir və ölkə iqtisa-

diyyatının ümumi göstəricilərindəki (məhsul istehsalı, qiymətin sə-

viyyəsi və s.) dəyişiliklər aşkar olunur, mühüm istehsal amilləri ara-

sındakı qarşılıqlı təsir və asılılıq müəyyənləşdirilir. Bu, makroiqtisa-

diyyatın əsas tədqiqat metodudur. Dövlət isə təhlildən alınmış nəticə-

lər əsasında iqtisadiyyatın tənzimlənməsi məqsədilə tədbirlər işləyib 

hazırlayır, özünün iqtisadi siyasətində təshihlər aparır. 

Makroiqtisadiyyat elmi ölkə miqyasında baş verən iqtisadi meyl-

ləri tədqiq edərkən müəssisə, firma və regionların çoxsaylı məlumat-

larına əsaslanaraq ümumi göstəricilərin hesablanmasına nail ola bilir. 

Bu qəbildən olan göstəricilərdən biri milli gəlir və onun hesablanma-

sıdır. Makroiqtisadi tədqiqatlarda ölkə iqtisadiyyatında «milli gəlir» 

göstəricisinin köməyi ilə  məhsulun ümumi buraxılışı, gəlir, yığım, 

investisiyanın həcmi və s. haqqında mötəbər məlumatlar əldə etmək 

mümkün olur. Milli gəlirin hesablanması «texnologiya»sını düzgün 

dərk etmək isə metodoloji aspektdə «Makroiqtisadiyyat» elminin tə-

məl prinsiplərindən biridir. 

Mikroiqtisadiyyat elmi isə iqtisadiyyatın istehsal sahələri, müx-

təlif müəssisə və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, 

bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsür-

lərinin fəaliyyətini tədqiq edir. Lakin Mikroiqtisadiyyat üçün, bunlar-

dan heç birinin əhəmiyyətini azaltmadan, ölkə iqtisadiyyatının inkişa-

fında istehsal firmalarının və ev təsərrüfatının əhəmiyyəti çox önəm-

lidir, bu, şəksiz belədir. Çünki istehsal firmalarının və ev təsərrüfatının 

iqtisadi inkişafı makroiqtisadiyyatın bütün göstəricilərinə – tələb və 

təklif, milli gəlir, məşğulluq, qiymət, inflyasiya, xarici ticarət və s. – 

müsbət planda təsir göstərir və onların dinamikasında baş verən dəyi-

şikliklərdə həlledici rol oynayırlar. Beləliklə, müəyyən şərtilik daxilin-

də mikroiqtisadiyyatın tərkibini qarşılıqlı əlaqə və asılılıqda olan 2 mü-

hüm sektora bölmək olar: istehsal firması (müəssisə) və ev təsərrüfatı.  

Ev təsərrüfatı insanların fəaliyyət göstərdikləri 3 iqtisadi sub-

yektdən – dövlət, firma (müəssisə), ev təsrrüfatı - biridir. 

Ev təsərrüfatı – iqtisadi fəaliyyətin  əsas sferalarından biri olub, 

iqtisadiyyatı istehsal resursları ilə, xüsusilə, iş qüvvəsi ilə təmin edən 

və bunun müqabilində  əldə olunan pul vəsaiti ilə  əmtəə  və istehsal 

 

18




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə