Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə4/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   2   3   4   5   6   7   8   9   ...   194

Telman Huseynov 

Xronoloji ardıcıllığı gözləməklə «firma»nın iqtisadi məzmununa 

dair bir neçə  mənbələrə, bəzi iqtisadçıların fikir və mülahizələrinə 

müraciət edək: 

Firma – müvafiq formada hüquqi qeydiyatdan keçmiş müasir bazar 

tipli təsərrüfat vahididir.

1

 «Firma» – hər hansı hüquqi şəxsin – müəssisə, 



şirkət, korporasiya və s.-in kommersiya fəaliyyətini müəyyən etmək 

üçün istifadə olunan termindir.

2

 Firma – ölçüsündən, təşkilati forma-



sından və mülküyətinin xarakterindən asılı olmayaraq, hər hansı 

istehsal sahibkarlığı özəyinin ümumi adıdır.

3

 

Firma – sənaye, ticarət, tikinti, nəqliyyatda hüquqi şəxs kimi 



kommersiya məqsədi güdən, sahibkarlıq fəaliyyətini həyata keçirən 

hər hansı təşkilati-təsərrüfat vahididir.

4

 Firma – mənfəət əldə etmək 



məqsədilə kommersiya fəaliyyətini həyata keçirən, hüquqi şəxs olan, 

şəxsi adı olan və qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət 

orqanlarında qeydiyatdan keçmiş müəssisədir, təşkilatdır.

5

 



Firmaya yuxarıda verilən əksər təriflərdə ümumi və səciyəvi cə-

hət onların (firmaların) hər hansı «kommersiya təşkilatı» olmasıdır. 

Firmanı ticarət, sənaye müəssisəsinin adı hesab edən, kommersiya 

təşkilatının sinonimi kimi istifadə edən müəlliflər də vardır. Lakin bu 

təriflərin heç birində firmanın tərkibinin neçə müəssisədən ibarət 

olması  şərt kimi irəli sürülmür. Əsas  şərt – firmanın sahibkarlıq, 

kommersiya təşkilatı olmasıdır, firmaya daxil olan müəssisənin sayı 

isə önəmli, müəyyənedici şərt deyil.  

Firmanın iqtisadi mahiyyəti haqqındakı fikirlər yuxarıda gətirdi-

yimiz iqtibaslarla bitmir. Daha bir neçə iqtisadi ədəbiyyata, mənbəyə 

müraciət edək. 

«Bazar iqtisadiyyatına dair lügət-arayış» kitabında «firma» məf-

humu aşağıdakı kimi izah edilir: Firma – hüquqi şəxs olan və kom-

mersiya məqsədilə fəaliyyət göstərən istehsal, ticarət, nəqliyyat, bank 

və digər sahə və sferalara mənsub müəssisə, şirkət və təşkilatlardır.

6

  



                                           

1

 Неприпцева Е. Фирма в рыночной экономике. РЭЖ, 1993, № 2 с. 178 



2

 Правовой словарь предпринимателя М., 1993, с.46  

3

 Пашкус Ю.В., Мисько О.Н. Введение в бизнес. Л., 1991, с. 9 



4

 Гречикова И.М., Менеджмент М., 1998, с. 45 

5

 Экономика и статистика фирм., М., 2000, с. 6



 

6

 Словарь – справочник по рыночной экономике. М., 1992., с. 30 



 

10



Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

Göründüyü kimi, firmalar yalnız istehsal sahəsində deyil, digər 

maddi və qeyri-maddi sferalarda da yaradıla və fəaliyyət göstərə bilər-

lər. Lakin, oxucuya təqdim olunan bu tədris vəsaitində yalnız sənaye 

istehsalındakı firmaların iqtisadiyyatından bəhs ediləcəkdir. Buna sə-

bəb əvala, dərsliyin təyinatıdır – onun köməyilə hazırlanacaq iqtisadçı-

nın ixtisas profilidir; ikincisi, ayrı-ayrı sahə və sferalarda fəaliyyət gös-

tərən firmaların tədqiqat obyektləri və predmetlərinin biri-birindən cid-

di şəkildə fərqlənməsidir. 

1980-ci ildə – sabiq SSRİ dönəmində – nəşr olunmuş  «İqtisadi 

ensiklopediya»nın 4-cü cildində isə «Firma» məhfumuna xeyli yer ay-

rılmış və göstərilmişdir ki, firma kapitalist istehsalının ilkin təsərrüfat 

həlqəsidir. Burada qəribə görünən başqa bir fikirə də rast gəlinir: firma 

kimi ayrı-ayrı kapitalist sahibkar (yəni 1 kapitalist sahibkar – kursiv – 



T.H.) və habelə 2 və daha çox kapitalist sahibkarlar çıxış edə bilər.

7

  



Gətirilən iqtibasdan aydın olur ki, müəssisənin firma olması fir-

madaxili müəssisənin sayca 1-dən çox olması ilə  əlaqədar deyildir. 

Lakin bu məsələdə  də iqtisadçılar arasındakı fikir ayrılığı bu gündə 

mövcuddur. 

Bəs firma ilə müəssisə arasında nə kimi oxşarlıq və fərqlər vardır? 

İlk öncə göstərmək lazımdır ki, müəssisə – əmək bölgüsünə əsas-

lanan, kooperasiya vasitəsilə təşkil olunan, daxili texnoloji əlaqələri 

koordinasiya edilən mürəkkəb bir təsərrüfatçılıq subyektidir.  

«Firma» məhfumunun mahiyyətini açıqlayan bir sıra iqtisadçılar 

onun (firmanın) müəssisə olduğunu göstərməklə yanaşı, artıq qeyd 

edildiyi kimi, onun müəssisədən fərqli 2 cəhətini də göstərirlər: a) 

firma 2 və daha çox müəssisədən ibarət olur. b) firma istehsalla yana-

şı, həm də kommersiya fəaliyyəti ilə də məşğul olur. Müəssisəyə aid 

qalan nə əlamətlər vardırsa, onların hamısı firma üçün səciyəvidir. 

Bəzi müəlliflər firma ilə müəssisəni müqaisə edəndə – onların fərqli 

cəhətlərini göstərmək istəyəndə – yanlışlığa yol verir, özləri öz fikirləri-

ni inkar edirlər. Məsələn, prof. O.Y.Volkov və B.Q.Sklyarenkonun re-

daktəsi altında nəşr olunmuş «Firmanın iqtisadiyyatı» adlı dərslikdə 

göstərilir ki, müasir firmalar, adətən, bir neçə müəssisəni (yəni 2 və 

daha çox; kursiv – T.H.) özündə birləşdirir. Əgər firma bir müəssi-

                                           

7

 Экономическая энциклопедия. М., 1980, с. 305-306



 

 11



Telman Huseynov 

sədən ibarətdirsə, hər iki məhfum mənaca biri-birinə uyğun gəlir

başqa sözlə, bu halda müəssisə  və firma eyni bir iqtisadi fəaliyyəti 

əks etdirirlər.

8

 Deməli, müəlliflərə görə, tərkibi 1 müəssisədən ibarət 



olan firma həm də müəssisədir. Daha dəqiq desək müəssisənin firma 

olması üçün, artıq qeyd edildiyi kimi, müəssisənin sayı  şərt deyil. 



Bundan əlavə buradan prinsipal bir məsələ aydın olmur. Əgər 1 

müəssisə firma ola bilməzsə, 2 (və daha çox) müəssisənin firma 

olmasına səbəb nədir? Firmanın tərkibində bir müəssisə ilə iki və 

daha çox müəssisənin olması məsələnin kəmiyyət tərəfidir. Müəs-

sisənin firmaya çevrilməsinin keyfiyyət tərəfləri necə izah olun-

malıdır? Burada müəssisənin fəaliyyətinə daha nələr əlavə olun-

duqda o, «müəssisəlikdən» çıxıb firmaya çevrilə bilər? Bir sözlə, 

müəssisənin 2 və daha çox olması, firma da ola bilər, birlik də. Bura-

dan belə bir nəticəyə gəlmək olar ki, «firma bir müəssisədən ibarət-

dirsə, hər iki məhfum («müəssisə», «firma») mənaca uyğun gəlir» 



(kursiv – T.H.) tezisi düzgün deyil, qeyri-elmidir, məntiqə söykənmir. 

Bu qəbildən olan daha bir maraqlı misal, M.V. Lomonosov adına 

MDU –nun 2001-ci ildə nəşr etdirdiyi «İqtisadi nəzəriyyə kursu» adlı 

dərsliyin 544-cü səhifəsində «… hər bir müəssisə firmadır, lakin hər fir-

ma müəssisə ola bilməz» fikri cəmi 1 səhifə sonra – 545-ci səhifədə – 

göstərilir ki, müəssisənin firmaya transformatsiya edilməsi üçün zəruri 

şərtlər – onun kommersiyalaşdırılması və yenidən strukturlaşdırılması-

dır. Bu fikir əvvəlki tezisi tamamilə inkar edir. Çünki, əgər «hər bir 

müəssisə firmadır»sa, öz mahiyyətinə görə çox mürəkkəb olan həmin 

«əməliyyatlara» (kommersiyalaşdırma, yenidən strukturlaşdırma) ehti-

yac varmı? Yaxud, firmanı yenidən firmaya çevirməyin nə mənası? 

Bundan əlavə, firmaya yuxarıda verilən təriflərin mütləq əksəriy-

yətində mülküyyət məsələsinə toxunulmur. Bu o deməkdir ki, mül-

küyyətin forması da firma və ya müəssisənin mahiyyəti üçün heç bir 

rol oynamır. Elə bu səbəbdəndir ki, O.Volkov və B.Sklyarenko müəl-

lifləri olduqları «Müəssisənin iqtisadiyyatı» adlı özlərinin kitabında 

və redaktə etdikləri «Firmanın iqtisadiyyatı» dərsliyində firmanın iq-

tisadi məzmunu haqqında deyilənləri olduğu kimi təkrar edir və bəzi 

əlavə fikirlərdə söyləyirlər: onlar göstərirlər ki, bazarda müəssisə 

                                           

8

 Экономика фирмы М., 2001., с.3 



 

12



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə