Ряйчиляр: амеа-нын мцхбир цзвц



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə8/194
tarix27.03.2018
ölçüsü4,06 Mb.
#35001
1   ...   4   5   6   7   8   9   10   11   ...   194

Telman Huseynov 

əhəmiyyəti vardır.  Firmanın  iqtisadiyyatı  məsələlərini dərindən və 



hərtərəfli mənimsəməyən – iqtisadiyyat sahələrindən hansında işlə-

məsindən asılı olmayaraq – maliyyəçi, marketoloq, menecer, mü-

hasib, statistik və s. öz ixtisaslarını lazımınca dərk edə bilməzlər. 

İqtisadiyyat, artıq qeyd edildiyi kimi, insanların maddi tələbatları-

nın ödənilməsinə xidmət edən, insanların böyük əksəriyyətinin birba-

şa və ya dolayı fəaliyyət sferasıdır və bütün iqtisad elmlərinin tədqi-

qat obyektidir.  

Hər bir firma öz fəaliyyətini bazar münasibətləri əsasında qurmaqla 

iqtisadiyyatını daha da inkişaf etdirmək və mənfəət əldə etmək məqsədi-

lə daim axtarışda olmalıdır: xərcləri ilə fəaliyyətinin nəticələrini optimal 

nisbətdə uzlaşdırmalı, investisiyanın yeni formalarını tapmalı, məhsul-

ların istehlakçılara çatdırılmasının səmərəli yollarını müəyyənləşdirməli, 

düzgün maliyyə, sərfəli qiymət siyasəti işləyib hazırlamalıdır və s.  

Yuxarıda sadalananlara nail olmağın ilkin şərti isə firmanın öz da-

xili resurslarını səfərbər edə bilmək qabiliyyətindən birbaşa asılı olur. 

Firmanın daxili resurslarını, məzmunu və  təyinatı baxımından 

aşağıdakı kimi qruplaşdırmaq olur:  

1. İstehsalın resurs təminatını müəyyən edən amillər. Bunlara 

istehsal amilləri – istehsal əsas fondları (binalar, qurğular, iş maşınla-

rı  və avadanlıqları, alətlər və s.), dövriyyə fondları (xammal, mate-

rial, yanacaq və s.), iş qüvvəsi, torpaq və s. aid edilir. Bunlarsız bu və 

ya digər əmtəənin istehsalını, istehsal prosesinin baş tutmasını təsəv-

vür etmək, ümumiyyətlə, qeyri-mümkündür. 



2. Firmanın iqtisadi və texniki səviyyəsini müəyyən edən amil-

lər. Bunlara elmi-texniki tərəqqi, istehsalın və əməyin təşkili, istehsal 

heyətinin ixtisas səviyyəsi, innovasiya fəaliyyəti, investisiya siyasəti 

və s. aid olunur. 

3. Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəli reallaş-

dırılması amilləri. Bu amillərə səriştəli marketinq konsepsiyası, maddi-

texniki təminat, idarəetmə və s. amillər aid edilir. 

Firmanın yuxarıda sadalanan daxili resurslarının, istehsalın iqti-

sadiyyatına təsirləri müxtəlif olsalar da onlarsız keçinmək qeyri-

mümkündür.  

Yuxarıda göstərilən amillərin hər birinin ayrı-ayrılıqda iqtisadiy-

yatı (onlardan qənaətlə istifadə), nəticə etibari ilə, firmanın iqtisa-

 

22




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

diyyatını formalaşdırır, onun inkişaf səviyyəsini və  səmərəliliyini 

müəyyən edir. 

Bazar münasibətləri  şəraitində iqtisadi fəaliyyətin  əsas mərkəzi 

iqtisadiyyatın mühüm həlqəsi olan firmalara keçir. Çünki firma – 

mülkiyyət formasından asılı olmayaraq – ictimai tələbatın ödə-

nilməsi və mənfəət alınması məqsədi ilə məhsul istehsal edən və 

satan, xidmətlər göstərən hüquqi şəxs kimi müstəqil təsərrüfat 

subyektidir.  Məhz firmalarda, artıq qeyd olunduğu kimi, cəmiyyət 

üçün zəruri olan məhsullar istehsal edilir, xidmətlər göstərilir. 

Qeyd etmək lazımdır ki, firma və müəssisələr ölkə iqtisadiyyatının 

istehsal və təşkilati strukturunu əmələ gətirir və məhz burada əsas iqtisa-

di proseslər baş verir, istehsalın texnologiyası və keyfiyyəti problemləri 

kəsişir, iqtisadi və sosial münasibətlər formalaşır, ictimai və xüsusi mə-

nafelər mövcud olur. İstehsal firmaları müəyyən maddi nemətlər isteh-

salı məqsədilə müvafiq formada təşkil olunan və istiqamətləndirilən is-

tehsal resurslarının – maddi və əmək resurslarının – mürəkkəb birliyini, 

qarşılıqlı əlaqə və asılılığını və habelə kəmiyyət asılılığını əks etdirirlər. 



«Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti, əlbəttə 

firmalardır, daha doğrusu, onların təsərrüfat fəaliyyətidir. Başqa 

sözlə, kursun tədqiqat obyekti bazar iqtisadiyyatının ilkin həlqəsi 

və müstəqil təsərrüfatçılıq subyekti olan, öz istehsal fəaliyyətini 

kommersiya  əsasında quran, maddi istehsalın sənaye sahələrin-

dəki firmalar, müəssisələrdir. 

Mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisa-

di qanunların firmanın təsərrüfat – kommersiya fəaliyyətindəki 

təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, is-

tehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər gös-

tərilməsinin iqtisadiyyatı  və idarə edilməsi məsələləri «Firmanın 

iqtisadiyyatı» kursunun predmetidir. «Firmanın iqtisadiyyatı» təd-

ris kursunun predmeti – daha geniş mənada – bazarın rəqabət mühi-

tində firmanın təşkilati-hüquqi və təşkilati-iqtisadi növlərinin forma-

laşması problemlərini, məhsulun və xidmətlərin həcmcə artırılması, 

istehsal xərclərinin azaldılması, rentabelliyin yüksəldilməsi, perspek-

tiv üçün strateji inkişaf məqsədi ilə səmərəli təsərrüfatçılıq metodla-

rının aşkar olunması və istifadə edilməsi haqqındakı biliklərin öyrə-

nilməsi və öyrədilməsidir. 

 23



Telman Huseynov 

«Firmanın iqtisadiyyatı» kursunun məqsədi firmanın iqtisadiyya-

tının nəzəri və praktiki məsələlərini, onun iqtisadiyyatının səmərəli 

idarə edilməsinin qayda və metodlarını öyrənməkdir. Fikrin geniş 

mənasında «Firmanın iqtisadiyyatı» tədris kursunun öyrənilməsindən 

məqsəd bazar tipli istehsal firmasının fəaliyyət prinsiplərini və qanu-

nauyğunluqlarının bazarın doğurduğu qanun və prinsiplərin əhatəsində 

onun (firmanın) davranışını, gələcək gənc mütəxəssislərə sahibkarlı-

ğın təşkili, vəzifələrinin müəyyən olunması məsələlərində nəzəri bilik-

ləri və empirik vərdişləri aşılamaqdır. Bununla əlaqədar, «Firmanın 

iqtisadiyyatı»nın tədris kursu kimi vəzifəsi mövzu üzrə ixtisaslaşmış 

konkret iqtisad fənlərindən (əməyin iqtisadiyyatı, statistika, maliyyə, 

mühasibat uçotu və s.) fərqli olaraq bazar iqtisadiyyatının sahibkarlıq 

fəaliyyətinin əsas subyekti olan firmanın bütövlükdə iqtisadiyyatı haq-

qında sistemli və tam təsəvvür yaratmaq, bütün bilikləri onu (kursu) 

öyrənənlərə aşılamaqdır. 

Kursun əsas məsələləri isə firmanın iqtisadiyyatının idarə edilmə-

sinin bazar metodlarını, istehsal amillərindən (əmək, əsas və dövriy-

yə fondları) istifadənin təhlili qaydalarını, firmanın marketinq fəaliy-

yətini, onun investisiya və innovasiya siyasətini və s. öyrənməkdir. 

«Firmanın iqtisadiyyatı»  kursu bazar münasibətləri  şəraitində özü-

nün malik olduğu istehsal resurslarından hərtərəfli istifadə yollarını, bü-

tövlükdə onun ayrı-ayrı bölmələrinin özünəməxsus texniki-iqtisadi xü-

susiyyətlərini, xarici iqtisadi şəraitin tələblərinə uyğun gələn daha sə-

mərəli fəaliyyətinə  təsir göstərən amilləri, istehsalın iqtisadi səmərəli-

liyini yüksəltməyə imkan verən təsərrüfat tədbirlərini öyrənir və öyrədir. 



3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri 

Elm özünün inkişaf tarixində həqiqətləri dərk etmək məqsədilə me-

todologiya, bir çox üsul və metod, qayda və fəndləri işləyib hazırlamış 

və elmi araşdırmalarda müvəffəqiyyətlə istifadə etmişdir. Bu metodla-

ra sistemli yanaşma, analiz və sintez, ümumidən xüsusiyə (deduksiya) 

və xüsusidən ümumiyə (induksiya) məntiqi keçid, iqtisadi-riyazi me-

todları və s. aid etmək olar. Dərketmə metodu olan dialektika isə bu 

metodların köməyi ilə cəmiyyətin, təbiətin və idrakın inkişaf qanuna-

uyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir. İqtisadi po-

roses və hadisələrin də düzgün və ətraflı dərk olunması konkret iqtisad 

 

24



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə