Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   15   16   17   18   19   20   21   22   23

193 
 
Fəsillər dəyişir payıza, yaza, 
Meşədə doludu cır meyvə, qoza. 
Sataşsanız qarınqulu donuza, 
Deyər, gözəldir yuvamız! 
 
Əvvələr Kürçayın ətəklərində, 
Nəğmələr oxunur şirin dillərdə. 
Qu quşu, Qaratoyuq, bülbül də 
Deyir, gözəldir yuvamız! 
 
Tala bürünüb ətirli yovşana, 
Diqqət edin fısıldayan ilana. 
Əlində kök tutan qorxaq dovşana 
Baxanda deyəcək gözəldir yuvamız! 
 
Heyvanların məskənidi bu meşə
Bol-bol bitir qaragilə, gülöyşə. 
Bahar gülü, qar çiçəyi, bənövşə, 
Meşələrin bəzəyidir, bəzəyi 
Bir cənnətdir Azərbaycan meşələri! 
 
 
 
 
 
 
 
 
 


194 
 
Tanrım 
 
DüĢüncələrim bəzən Ģıltaq qıza, bəzən cilovsuz ata və 
bəzən də dustaqlıqdan qaçan məhkuma bənzəyir. Və 
bəzən də lütfikarlıqla düĢüncələrimi azad quĢ kimi 
pərvazlandırıram. 
Ġlahi, nə yaxĢı ki, o zaman düĢüncələrimə heç kəs 
müdaxilə edə bilmir. 
 
Utancaq söyüd kimi 
Telim üzümə tökülmüş. 
-Ah! fikirlər....fikirlər 
dirəndikcə yollara 
düşüncələr ilmə-ilmə 
Saçaq-saçaq sökülmüş. 
 
Üzümü göyə tuturam; 
-Səmada qəribəlik! 
Buludların sinəsi 
Əlçimlənib didilmiş, 
Göydən işıq süzülür, 
Şükür, şükür deyirəm, 
Üzüntülü günümdə 
Tanrım məni görübmüş. 


195 
 
Dözmədim… 
 
Gözlərimdə iztirab, 
Ürəyimdə ümidlər 
Döndüm kasıb komama. 
Yenə zillət görürəm. 
Tanrım, məni  bağışla, 
Mən səndən icazəsiz 
Əzablara dönürəm. 
 


196 
 
Sevda buludu 
 
Ruhum utanır, 
utanır ruhundan. 
Damla-damla şeh düşür 
Sevda buludundan. 
Baxışlarım toqquşur 
sevgiylə dolu baxışınla. 
Həya qan tək 
süzülür yanağımda, 
Sevgi çiçək açır, 
dilimdə, dodağımda. 
 


197 
 
SƏN adlı əzab 
 
Məhəbbət və ehtiras mənəvi və hətta maddi dəyərlərdir 
 
Sevdim ki… 
sevginin təamını dadım, 
Sevmədim 
bu istək əzaba dönsün. 
Ağlama, 
dözmürəm, 
əzizim, 
sən ağlayanda. 
O qədər sevdim ki… 
ağzımda dilim 
titrədi adını pıçıldayanda. 
 
Bu sevgi yoğruldu 
əzabla birgə, 
Sənsizlik necə də 
çətinmiş mənə, 
Dönürəm, 
Dönürəm, əzizim, 
SƏN adlı əzaba yenə. 


198 
 
Mənəm 
 
Həsrətə qalandım, yandım, 
Möhnətə calandım, yandım, 
Boşa getdi milyon andım, 
Nə gəlir ki, əldən. 
 
Su imiş süzülüb getdi, 
Ürəyim üzülüb getdi, 
Yollara düzülüb getdi, 
İzi keçdi ürəyimdən. 
 
Apar məni Qanlı gölə, 
İstəyirsən öldür hələ. 
Mən razıyam sevə-sevə 
Həsrətindən öləm. 
 
Ah, solan məhəbbət, 
Budur, bitməyən nifrət! 
Etdin lənət, töhmət, 
Ulduzu sönən mənəm. 


199 
 
Lənət 
 
Səhər və axşam… 
Mənim üçün zülmət. 
Darıxdırıcı sükunət 
Sənsizlik- 
bir fəlakət. 
 
Ah, ağlayan məhəbbət… 
Çırpınan möhnət 
Məni bu günə salana 
Lənət! 
          lənət! 
                    lənət! 
 
*** 
Ürəyim duyğuyla köklənib gedir, 
Hər addım səsinə səksənir gedir, 
Təzə nəyim varsa 
köhnəlib gedir. 
Təkcə sevgimdən başqa. 
 
*** 
Dənizlər gözümün yaşı, 
Dağlar dərdimin daşı. 
Nə dərd ver mənə, Allah, 
Nə də tökəm göz yaşı. 


200 
 
Baxıram 
 
Dola məni öz başına, 
Gəl bağışla göz yaşıma. 
Ah, əzizim, boş-boşuna, 
Getdiyin yoldan baxıram. 
 
Yollarına su çiləndi, 
Yox, əzizim, qəm ələndi. 
Göz yaşlarım gilələndi, 
Sənin üçün darıxıram. 
 
Bal idim, duza dönmüşəm 
Buz idim, suya dönmüşəm. 
İlahi, elə bil ölmüşəm
Yatdığım gordan baxıram. 
 
*** 
Günəş batdı, Ay göründü, 
Qış ötüşdü, yay göründü. 
Dərdim tikə-tikə bölündü, 
Asıldı yollar üstünə. 
 


201 
 
Qarğış 
 
Dava- dalaĢ salan insanlar abır silahını itirir, 
tamaĢaya duranlar isə onu tapırlar 
 
İblisin diliylə qarğıdın mənə, 
Dağıldı könlümün gülüstan evi. 
Ürəyim hüznlə ağrıdı yenə, 
Fələk yıxa bilməz sən yıxan evi. 
 
Dil açdı gözləri baxışlarıyla, 
Yudu əllərimi qəm yağışıyla, 
Qıyıb, elədiyi qarğışlarıyla 
Zəbuna, zəlilə döndüm. 
 
25.11.2008 
 


202 
 
 
Dördlüklər 
 
Dəlilər dahidirlər! 
 
Dəlidən doğru xəbər; 
– Bu gecə daş yağacaq. 
Bəxtəvər dəlinin başına, 
Oynatmağa top tapacaq. 
 
28.11.2010. 
 
Ah, bu soyuq düşüncələr
Çəkir məni ağuşuna. 
Sevənim atıb gedib, 
Düşdüm kimin qarğışına? 
 
*** 
Qəm məni köksünə elə alıb ki, 
Elə bil anası, balasıyam mən. 
Bu dərd məni elə günə salıb ki, 
Elə bil xəncərin yarasıyam mən. 
 
*** 
Sənə gələ bilmirəm, 
günahkar kimi. 
Nə mən gedirəm, 
sən dönürsən
inadkar kimi. 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə