Ruhu bədənində çıpınanlara



Yüklə 14,73 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix21.06.2018
ölçüsü14,73 Kb.
#50113
1   ...   15   16   17   18   19   20   21   22   23

185 
 
Ağacların söhbəti 
 
Ağacların öz dili var-söhbəti, 
Hər birinin ayrı-ayrı hörməti, 
Meşələrin əsrarəngiz qiyməti 
Ağaclardır, ağaclardır, ağaclar! 
 
Hörmətli qovağın həmyaşıdıyam, 
Adım Tut ağacı, yarpağım ipək. 
Sanki bölgələrdə üzük qaşıyam, 
Evlərə ocağam, baramaya köynək. 
 
Vələsəm mən, Palıd mənə dayıoğlu, 
Nəsil vermək istəyirəm gələcəyə. 
Məni kəsir, odunlayır insan oğlu, 
Ey insanlar, mən yaşamaq istəyirəm. 
 
Adlı-sanlı ağacların hörməti var, 
Kim baxar ki, kiçik-xırda yemişana?! 
Amma bilin, hər bir kəsin öz yeri var, 
Lazım gəlsə çevrilirəm dərmana. 
 
Nar ağacı, nar çiçəyi, bənzəyirəm mərcana, 
Qırmızı kitabın kiçik fəxriyəm. 
Nar bayramı – gəlin gedək Göyçaya, 
Görürsünüz, mən necə də fərqliyəm. 


186 
 
Adımı çək, qoy ağızlar sulansın, 
Yeyənlərim məni sevir, sağ olsun. 
Turşum dadlı, məmləkəti dolansın, 
Məhsulum da bərəkətli, bol olsun. 
 
Mən zoğalam, Tuqay mənim vətənim, 
Deyin, adım çəkilməyir, nə üçün? 
Dağ bölgəsi Vətənimdi, vətənim, 
Mürəbbəyəm, çayınızla bir için. 
 
Ay ağaclar, nə yaxşı ki, varsınız, 
Sovqatsınız, meyvəsiniz, barsınız. 
Hər biriniz təbiətdə qalsanız 
Başdan-başa cənnət olar bu vətən. 
 


187 
 
Əsər 
 
Dünya Allahın əsəri,Yer, Göy abad, 
İnsi, cinsi, mələyi, səmanı yaradan 
Uca Yaradan. 
 
Ömür vağzalından zaman qatarı 
Apardı atamı son mənzilinə 
Köçdü dünyadan. 
 
Mən də həsrətilə yandım, qovruldum, 
Sanki ayrılmışdım bir balıq təki 
Sudan-havadan. 
 
Oğuldan, qızdan, ah, sevgili yardan
Nə bilim, bilmirəm necə doyacam 
Bu Kainatdan?! 
 


188 
 
Düşüncələrim 
 
Nəyinə qonağam mən bu dünyanın, 
İşıqlı odası  üzümə bağlı. 
Bilmədim, ağlına uyub şeytanın 
Allah qarşısında oldum günahlı. 
 
Göylərin yerdəki dirəyi qopub, 
O qara buludlar çöküb üstümə. 
Adəmi şeytanın yalanı yıxıb, 
Əncir yarpağını tikib üstünə. 
 
Dünən Adəm idi günahlı olan, 
Bu gün günahları mənmi sayacam? 
Günəşdən süzülən, o Aydan qopan, 
Ulduzu sönməyə qoymayacağam. 
 
Ruhumu diddilər düşüncələrim, 
Yıprandı arzular, əlçimlənmədi. 
Düşdülər yadıma ötən illərim
Od alan qəlbimə yaş çilənmədi. 
 
 


189 
 
Çal, aşıq, tərsinə çal 
 
Bir səda süzülür yanıqlı ney tək, 
Bir aşıq “Ruhani” çalır, deyəsən. 
Leysanlar yağsa da, eyləmir kömək, 
Ürəyim içimdə yanır, deyəsən?! 
 
Toz basan ayna da məndən incidi, 
Qorxudan baxmadım, qocaldım deyə. 
Dürdü, mirvaridi, yoxsa incidi? 
Şəfəqin bol edib, gözümdə gilə. 
 
Cismimi basdırın dərin quyuda, 
Buraxın ruhumu azadlığına. 
Məni qəribsədib, sıxan dünyada 
Nə mənə yer olur, nə də ruhuma. 
 
Məndən küsən ayna çilikləndilər, 
Aşıq “Ruhani”sin tərsinə çaldı. 
Dürrdən, mirvaridən olan gözlərim, 
Ürəklə birlikdə alovlandılar. 
 


190 
 
Dünya sevinsin 
 
Səhərlə axĢam arasında qalmıĢam. Səhər məni 
axĢama, axĢam isə səhərə ötürür 
 
Üfüqdə qızaran dan yerinə bax
Gecənin köksündən çırpınıb çıxıb. 
Günəşin tökülən tellərinə bax, 
Cənnət bulağında yuyunub çıxıb. 
 
Bir  ulduz qərib tək səmada qalıb, 
Bəlkə də azıbdı, yolunu tapmır. 
Yatıbdı, deyəsən, yuxuya dalıb?! 
Günəş də incitmir, qıyıb, oyatmır. 
 
Çiçəklər boynunu büküb gözləyir, 
Təbiət oyansın, bülbül oxusun. 
Mələklər səmadan bizi izləyir, 
Bu dünya sevinsin, kədər yox olsun! 


191 
 
Pəncərədən baxan gözəl 
 
Gözlərində gözüm qaldı, 
Dodaqları şəkər-baldı. 
Kəməndinə məni saldı, 
Pəncərədən baxan gözəl
Ay yandırıb-yaxan gözəl! 
 
Tül pərdəsi örpəyidir, 
Sevən qəlbin cövhəridir. 
Elə bil ki bir pəridir, 
Pəncərədən baxan gözəl, 
Günəş kimi çıxan gözəl. 
 
Sənin kimi bir dilbəri, 
Axtarırdım ildən bəri. 
İnadınla üzmə məni, 
Pəncərədən baxan gözəl, 
Ay evimi yıxan gözəl. 
 
Nazına bax, sən nazına, 
Qurban olum ədasına. 
Elçi düşüm xalasına, 
Pəncərədən baxan gözəl, 
Ay qəlbimi yaxan gözəl. 


192 
 
Meşənin sakinləri 
 
Meşənin sakinləri – şir, pələng, 
Ceyran, cüyür, qoşabuynuz. 
Ağaclar meşədə çərpələng, 
Meşə evimiz- yuvamız. 
 
Kürqırağı, Tuqay – meşələr sıra, 
Meşə sənin, tülkü ağa, şir ağa. 
Sərçələr uçur qonur budağa, 
Deyir, gözəldir yuvamız! 
 
Naz gəlib qırqovul xanıma, 
Qonur yemişan koluna, 
Bülbülü çağırıb yanına, 
Deyir, gözəldir yuvamız! 
 
Zülmət olur sıx meşələr gecələr, 
Tuqay meşəsində ilk sakindilər, 
Qaratoyuq, ağacdələn, cücülər, 
Deyir, gözəldir yuvamız! 
 
Qoca qurd, tülkü, canavar, 
Bəylik alıb dağkeçisi-uzunsaqqal. 
Qanadın çırpıb qarabatdaq, 
Deyir, gözəldir yuvamız! 
 


Yüklə 14,73 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə