CƏLALƏDDİN SUYUTİNİN TƏSNİFİNDƏN HƏDİSLƏR
AXIRZAMAN MEHDİSİNİN
ƏLAMƏTLƏRİ
Müəllif: Əli ibn Hüsaməddin əl Müttəki
MÜNDƏRİCAT
GİRİŞ
Müəllifin ön sözü
1-Cİ HİSSƏ-HZ. MEHDİNİN GƏLİŞİ VƏ İDARƏSİ
1.
Qiyamətdən əvvəl Mehdinin şübhəsiz gələcəyi
2.
Hz. Mehdinin yer üzünü ədalətlə dolduracağı
3.
Hz. Mehdi zamanındakı bolluq
2-Cİ HİSSƏ-HZ. MEHDİNİN SOYU VƏ XÜSUSİYYƏTLƏRİ
1.
Hz. Mehdinin soyu
2.
Hz. Mehdinin xüsusiyyətləri
3-CÜ HİSSƏ-HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏLKİ ƏLAMƏTLƏR
1.
Görüləcək fitnələr
2.
Fərat çayının altından bir dağın çıxması
3.
Hz. Mehdinin zühur zamanını verən əlamətlər
4.
İkdiddurər adlı kitabdakı əlamətlər
4-CÜ HİSSƏ-SÜFYANİ FİTNƏSİ
1.
Süfyaninin Şamda çıxışı
2.
Süfyaninin Şərqdəki müharibəsi
3.
Süfyani ordusunun Mədinədə Haşım oğullarından
insanları öldürməsi
4.
Süfyani ordusunun Beyda da yerə batması
5-Cİ HİSSƏ-HZ. MEHDİNİN ZÜHURU
1.
Zühurundan əvvəlki və zühuru ərzində olan nidalar
2.
Zühur forması
6-CI HİSSƏ-HZ. MEHDNİN KÖMƏKÇİLƏRİ
1.
Müxtəlif köməkçiləri
2.
Şərqdən gələcək qara bayraqlılar
3.
Qara bayraqlılar və hz. Mehdinin bayraqdarı
7-Cİ HİSSƏ-HZ. MEHDİNİN MÜHARİBƏLƏRİ VƏ FƏTHLƏRİ
1.
Qüdsə gəlmədən əvvəlki hərəkətləri
2.
Hz. Mehdinin Süfyani ilə döyüşü
3.
Hz. Mehdinin Qüdsdən sonrakı döyüş və fəthləri
8-Cİ HİSSƏ-HZ. MEHDİNİN HZ. İSA (Ə.S) İLƏ GÖRÜŞMƏSİ
1.
Hz. Mehdinin hz. İsa (ə.s)-a imamlıq etməsi
9-CU HİSSƏ-HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR
1.
Hz. Mehdinin hökmünün vaxtı
2.
Hz. Mehdidən sonra gələcək xəlifələr
10-CU HİSSƏ-XATİMƏ
1.
Dünyanın ömrü
2.
Hz. İsa (ə.s)-ın dünyada 40 il qalması
Müəllifin son sözü
2.13
Həsən ibn Süfyan Əbu Nəim
Əbu Hureyrədən təxric etdilər ki:
"Əgər dünyada bir gecə belə qalsa,
Allah onu uzadar və əhli-
beytimdən birini Məlik qılar.
GİRİŞ
Bismillahir-Rahmənir-Rahim
Həmd aləmlərin Rəbbi olan Allaha və saysız salat-ü salam da Üstün-əl Bəşər
olan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə və onun Ali-səhabələrinə olsun.
Əhməd İbn Həcər-i Məkki həzrətlərinin "Gözlənilən Mehdinin əlamətləri" adlı
əsərindan sonra, Əli ibn Hüsaməddin əl-Muttakinin təxminən dörd yüz il əvvəl
qələmə aldığı "Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman" adlı kitabını
da tərcümə edərək nəşr edirik.
Bu əsər müəllifinin ön sözündə də ifadə etdiyi kimi, əsrinin müctəhidi, böyük
İslam alimi "Cəlaləddin əs-Suyuti" həzrətlərinin "Kitab-ül Arfil Mehdi" və "Cemül
Cəvami" adındakı kitabları ilə, "İkdıddurer fi Ahbar-il Mehdiyyil Muntazar"
adındakı digər bir əsərdən alınmış hədisi-şərif təsnif edilmişdir. Həmçinin,
"Xatimə" qismi isə yenə Cəlaləddin əs-Suyutinin "Kitabül-Kəşf ən Mücavezeti
Hazihil Ümməti əl-Elf" risaləsində alınmışdır.
Bütün bu əsərləri toplayan "Axırzaman Mehdisinin əlamətləri" adıyla nəşr
etdiyimiz bu kitab, zənnimizcə, hz. Mehdi barəsində aparılmış ən geniş
araşdırma və qaynaq əsərdir. Buna görə də imam Suyuti həzrətlərinin "Kitab-ül
Arfil Verdi fi Ahbaril Mehdi" adlı əsərini ayrıca nəşr etməyə ehtiyac duymadıq.
Əsərin orijinalı İstanbul-Süleymaniyyə kitabxanasında əlyazması olaraq
"Carullah 1494/3 səhifə 76-133" qeydində var, həmçinin yenə əlyazması bir
nüsxəsi də Konya kitabxanasında var.
Əsas etibarilə kitab 13 fəsildən və bir xatimdən təşəkkül etmişdir. Lakin biz
kitabdakı hədisiləri yenidən təsnif edərək, xatimə daxil 10 hissədə topladıq. Bu
şəkildə, eyni mövzudakı hədisiləri toplayaraq, mövzunun daha yaxşı başa
düşülməsinə kömək etdiyimizi düşünürük. Bu vaxt hədisləri nömrələmək surəti
ilə köhnə bölüm və o hissədəki sıralarını bildirdik. Yalnız, keçmişdə mehdilik
iddiasında olanları və onların səhvini ifadə edən fətvaları ehtiva edən 12-ci və
13-cü hissələri bu tərcüməyə daxil etmədik.
Bu gün, bir çoxları artıq qiyamətin kiçik əlamətlərinin demək olar ki, baş
verdiyini və böyük əlamətlərinin isə gələcəyi qənaətindədir. Bilindiyi kimi
bunların başlama işarəsi də əsas adı Abdullah oğlu Məhəmməd olan və özünə
qısaca "Mehdi" deyilən şəxsin zühurudur.
Peyğəmbər (s.ə.v) tərəfindən, insanlıq tarixinin ən böyük fitnəsi olaraq
göstərilən və allahlıq iddiasında olacaq Dəccalın çıxışı və ardınca hz. İsa (ə.s)-ın
nüzul edib Qüds ətrafında onu öldürməsi və sonra Yəcüc-Məcüc zəbti kimi
böyük hadisələr həmişə, ondan sonra və ard-arda baş verir.
İndiyə qədər çox istifadə edilmiş bu mövzuda səhvə yol vermək, özünü yaxşı
tanımaq, saxtalarından və fitnələrindən qorunmaq və lazımi tədbirləri görərək
Allah və Elçisi (s.ə.v)-in yolunda olmaq, ancaq Allahın izni və qoruması ilə və bu
xüsusdakı ən doğru və dəqiq məlumatları öyrənməklə mümkünlüyünü
düşünürük.
Məhz içində təqribən bu mövzuda 300 hədisi-şərifi olan "Axırzaman
Mehdisisinin əlamətləri" kitabını tərcümə edib, müsəlman qardaşlarımızın
istifadəsinə təqdim edərkən, bizlərə bu işi nəsib edən Allah Təalaya şükürlər
edir və bizləri hər cür fitnələrdən qorumasını və doğrularla və Haqq yolçuları ilə
birlikdə qılması üçün dua edirik.
Dr. Suat Arusan
aprel 1986-Manisa
Müəllifin ön sözü
Allahım, Sən hz. Məhəmməd (s.ə.v) və Onun Əhli-beytinə mərhəmət et. Bizə
haqqı haqq olaraq göstər və ona tabe olmağı nasib et. Batili da batil olaraq
göstər və ondan çəkinməyi bizə nasib et.
Həmd yalnız Allah (c.c.)-adır. Yalnız Ona həmd edir, Ondan yardım diləyirik.
Ona iman edirik. Təvəkkül Onadır. Şəhadət edirik ki, Birdir, Ondan başqa ilah
yoxdur. Eşi və bənzəri yoxdur. Yenə şəhadət edirik ki, hz. Məhəmməd (s.ə.v.)
Onun qulu və elçisidir. Allah (c.c)-in salam və rəhməti onun Ali və səhabələri ilə
peyğəmbərlərinin üzərinə olsun.
Dostları ilə paylaş: |