Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə53/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

167
Məhdəviyyət haqqında nəzərlər
Bu düşüncənin sabiq dinlərdən qaynaqlandığı iddiası.
Ad barədə zənn və şübhə etmək... Əlavə olaraq, onun adı 
adımla, atasının adı atamın adı ilə eyni gəlir. 
Mehdinin gələcəkdə doğulacağına təkid.
Bu durumları qurmaqla onlar bunu hədəfə alıblar: Təlqin 
etmək  istəyirlər  ki,  Mehdi  düşüncəsi  əsassızdır,  onun  Qura-
ni-kərimdə heç bir qaynağı yoxdur. Habelə, şərafətli sünnədən 
olan hədislər barədə şəkk-şübhə yaradırlar. Nəticə olaraq, heç 
bir hazırlıq və intizara ehtiyac yoxdur və bu düşüncəyə inan-
maq labüddür. Həmçinin intizarı çəkilən Mehdi sadəcə İslam 
ümmətindən olan adi bir insandır və gələcəkdə doğulacaqdır. 
İstənilən  bir  fərd  onun  şəxsiyyətini  mənimsəyə  bilər..  Bütün 
bu, məkrli və hiyləgar üslublar bizi hərbi müharibədən daha 
əxlaqsız olan psixoloji müharibə qarşısında qoyur. Bu, düşün-
cələr, dəyərlər və ideologiya müharibəsidir. Habelə aydındır ki, 
buna qarşı alimlər və fəzilətli kəslər rəddiyələr vermiş, aydın 
izahlar bildirmişlər.
Düşmənlərin strateji üslublarında belə bir ciddilik özünə 
yer almışdır. Onların dağıdıcı düşüncələrində hansı yol və va-
sitə ilə olsa belə, hədə lərinə xidmət etmək, niyyətləri gerçək-
ləşdirmək durmuşdur. Onlar bu cür formalaşır:
* Məhdəviyyət əqidəsindən ümid və optimizm psixologiya-
sının öldürülməsi. İntizar ruhiyyəsində pozitivliyi aradan gö-
türmək.  
* Yalançı Məhdəviyyət iddiaları üçün ictimai şəraitin, mə-
dəniyyətin və  ikri zəmin hazırlanması. 
İkinci: İmam və Məhdəviyyət əqidəsi əleyhinə, bu düşün-
cəyə imanı olan toplum arasında əqli və psixoloji ikrah hissi 
yaratmaq, bunun yalançı Məhdəviyyət və peyğəmbərlik id-
diaçılarına şərait və dəstək verməklə təmin etmək.
İslam  düşmənləri  İslam  toplumunun  pis  və  acı  psixoloji 
durumundan,  habelə  müxtəlif  növlərində  olan  ruhsal  gerili-


168
Müctəba Sadət
yindən istifadə edirlər. Onlar psixoloji duruma yatırım etməyin 
faydasını  və  bundan  Məhdəviyyat  əqidəsini  qaralamaq  üçün 
istifadə  etməyi  bilirlər.  Düşmənlərin  İmam  Mehdiyə  nifrəti 
(onun şəxsinə və düşüncəsinə) qaralıqlarını daha da artırmaq, 
daxildən İslamı dağıtmaq naminə hərəkətlərini gücləndirmək 
üçün  iddiaçıların  bayrağı  altında  bir  yerə  toplaşır.  Bu,  həmin 
iftiraçılar və onların ardıcıllarına yardım və əmlak paylamaq-
la, həmin dağıdıcı hərəkata qatılmaq üçün imanı zəi lətməklə 
baş tutur. Necə ki, daha öncə Rusiya İranda Babiliklə (Bəhai-
lik) bu cür etdi, həmçinin Britaniya Hindistanda Qadiyaniyyəni 
dəstəklədi.  Beləcə,  bu  gün  düşmənlər  qüvvətlə,  Məhdəviyyət 
və nübüvvət iddiaçılarına fəal yardım və dəstək göstərməklə 
bunu  yeniləyirlər.  Fərqinə  varırıq  ki,  müasit  dövrdə  Məhdə-
viyyət və nübüvvət iddiaçılarının sayı tarix boyunca baş verən 
bənzər  durumlarla  müqayisədə  olduqca  yüksəkdir.  Saxta  id-
dialar artmağa başladı. Belə ki, onları “fenomen” adlandırmaq 
olardı. Bəlkə də bu faktı əmin şəkildə edən budur ki, son illər-
də  iddiaçıların  əksəriyyətinin  sonu  psixiatrik  xəstəxanalara, 
bəzilərinin isə həbsxanalara düşməsilə yekunlaşmışdır. Bu isə 
onların psixoloji durumlarında, yaxud ağıllarında nizamsızlıq 
şübhəsinin olmamasından əmin olmağa hökm verir.
Burada mühüm bir sual ortaya çıxır: Bütün bu iddiaçılarır 
arxasında  duran,  onlara  yardım  və  dəstək  göstərən  kimdir? 
Dəlillər buna işarə edir ki, yalandan Mehdilik və peyğəmbər-
lik iddiası edən kəs, həmçinin İslamda dağıdıcılıq hərəkatları-
nın həqiqi bəsləyicisi Sionizmdir. O, həmin iddiaçıların ortaya 
çıxmasına dəstək və yardım göstərir. Müsəlman toplumun pis 
psixoloji  durumunda,  onları  müvəffəqiyyətsizliyə  salmaqda 
fürsət  axtarır..  Belə  desək  gizli  sayılmaz  ki,  hal-hazırda  İsrail 
Mehdiçilik və peyğəmbərlik iddialarının inqubator mərkəzidir. 
Bu isə onları xüsusi təlimatlandırdıqdan sonra baş verir. Sonra 
isə onları İslam dünyasına salır ki, isti küləklərini yaysın, din 


169
Məhdəviyyət haqqında nəzərlər
və əxlaqi dəyərləri yıxsın, əsas ideologiyanı ləkələsin.. Bilmək 
lazımdır ki, İsrail Əkka şəhərində bəhailiyin əsas forumunun 
binasını  qurmağa  başladı,  hansı  ki,  “əl-Bəha”  zərihi  də  oraya 
daxildir.  Ona  250  milyon  dollar  vəsait  sərf  etdi.  On  doqquz 
dərəcəli  bağçalarının  açılışı  2001-ci  il,  may  ayının  22-sində, 
dünyada bəhailiyin liderlərini təmsil edən 4500 nəfərin hüzu-
runda tamamlandır. Habelə, gedişat ərzində yayılma strategi-
yasının plan və metodları gözdən keçirildi.
Biz şübhə etmirik ki, İslam düşmənləri bir sıra müasir Meh-
diçilik iddiaları edən kəslərin arxasında durmuşdur. Düşmən-
çilik strategiyasının təhlükəsi bunda möhkəmlənir ki, yalançı 
Mehdilik iddiası fenomeninin yayılması, bunun çağdaş zaman-
da çoxalması, uğursuzluğunun davamlı olması, İslam xalqalrı-
nın nəzərində Məhdəviyyət əqidəsinə əqli və psixoloji nifrətin 
təşəkkül tapmasına gətirib çıxaracaqdır. Belə ki, həm də onla-
rı əks və  nifrətedici mövqe tutumasına təhrik edir. İmkansız 
deyil ki, həqiqi Mehdilik əqidəsindən qorxanlar o kəslərdir ki, 
həqiqi Mehdinin şəxsiyyətini mənimsəmək və özünü ona ox-
şamaq naminə, sadə və xəbis kəsləri aldadır və təhrik edirlər. 
Onların bunun arxasındakı məqsədi isə, əsas əqidəyə inanan 
kütləni parçalamaqdır.. Ola bilər, düşmənlər belə güman edir 
ki, iddiasında yalançı olanlardan birinin müsəlman toplumunu 
–  müjdəsi  gerçəkləmiş  olan  hədis  və  rəvayətlərdə  adıçəkilən 
Mehdi olması ilə əlaqədar qane etməkdə  müvəffəq olar və hə-
min an həqiqi Mehdini gözləmək düşüncəsinin heç bir faydası 
qalmaz, hazırlıq görmək durumu zəi ləyər, möminlərin qeyrəti 
süstləşər və sanki məsələ heç olmamış kimi olar, beləcə, Məh-
dəviyyət əqidəsi ağıllarda və içlərdə ölər, onunla birlikdə mə-
dəniyyətinin fəaliyyəti də aradan gedər.
Üçüncü: Şiələrin dini mərcəiyyoətini vurmaq üçün Məh-
dəviyyət mədəniyyətinin bəzi tərə lərini istismar etmək. Bu 
da sə irlik və babilik iddiaçılarına kömək və dəstəkdir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə