105
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2013
UOT 94(479.24)
«ERMƏNİ MƏSƏLƏSİ»NİN YARANMASININ İLKİN SƏBƏBLƏRİ
S.M.SEY
İDOVA
Az
ərbaycan Dövlət Pedaqoji Universiteti
ssevinj@yahoo.com
M
əqalədə erməni məsələsinin Osmanlı imperiyasının ərazisində yaranmasının ilkin sə-
b
əbləri nəzərdən keçirilmiş, Osmanlı imperiyası ərazisində erməni millətçilərinin fəaliyyət-
l
ərinin iri imperialist dövlətləri tərəfindən dəstəklənməsi və ermənilərin türk torpaqları
hesabına erməni dövləti yaratmaq məqsədini güddükləri sübuta yetirilmişdir.
Açar sözl
ər: erməni məsələsi, erməni kilsəsi, notabllar şurası, erməni ideologiyası,
Rus-türk müharib
ələri
M
əqalədə erməni məsələsinin yaranmasının ilkin səbəbləri təhlil edilmiş-
dir. Erm
əni məsələsi XIX əsrdə meydana çıxan Şərq məsələsinin bir hissəsi idi.
Bu m
əsələnin iki tərəfi mövcud idi. Birinci, böyük dövlətlər Osmanlı imperiya-
sını bölməkdən ötrü onu zəiflətməyə çalışırdılar. İkinci, ermənilər öz burjuazi-
yalar
ının rəhbərliyi altında Osmanlı imperiyası ərazisində öz dövlətlərini
yaratmaq ist
əyirdilər. Məqalədə tarix boyu erməni kilsəsinin erməni xalqının
h
əyatına rəhbərlik etdiyi göstərilir. Konstantinopolun fəthindən (1453) sonra
Osmanlı hökuməti İstanbulda patriarxlıq yaratmağa icazə vermişdi, həmçinin
Notabllar şurası yaradılmışdı ki, burada maliyyə aristokratiyasının başçıları
toplaşırdı. Ruhanilər kimi Notabllar şurası da xalqa rəhbərlik edirdi (1, 7). Mə-
qal
ədə Osmanlı hökuməti tərəfindən yaradılan bu əlverişli şəraitdən ermənilə-
rin m
əharətlə istifadə etməsi, erməni dövləti yaratmaq məqsədilə hər vasitələrə
əl atması təhlil edilir. Erməni burjuaziyasının inkişafında Suriya, Livan və
Amerikada yaşayan tacirlərdən kömək və xarici kapitalın axını da mühüm rol
oynamışdı. Qərb dövlətləri Osmanlı imperiyasını özündən iqtisadi cəhətdən
asılı salmaq, Qərb kapitalını burada yerləşdirmək üçün erməni burjuaziyasın-
dan dayaq nöqt
əsi kimi istifadə etməyə cəhd göstərmişdilər. Bu məqsədlə onlar
ilk növb
ədə ruhanilərdən-missionerlərdən istifadə etmişdilər. Xarici missioner-
l
ər ermənilərin arasında protestant təriqətini təbliğ edərək, onları Qərb mədə-
niyy
ətinə yaxınlaşdırmağa çalışmışlar. Qərb ticarət kapitalı bu əhalinin orta
ticar
ət burjuaziyasından vasitəçi kimi istifadə edirdi. Öz növbəsində bu burju-
106
azi
yanın inkişafı milli hərəkatın inkişafına təkan verdi. Erməni məsələsinin
mey
dana çıxmasında böyük Avropa dövlətlərinin öz maraqları var idi. Avropa-
nın böyük dövlətlərinin Osmanlı imperiyasına dair siyasətləri ardıcıllıqda
f
ərqlənmirdi.
XVIII
əsrin əvvəllərində Avropanın böyük dövlətlərindən biri Avstriya
idi. Avstriya imperiyası Osmanlı imperiyası ilə bir neçə dəfə müharibələr
aparmışdı. I (1768-1774-cü illər) və II (1787-1792-ci illər) rus-türk müharibə-
l
ərində Avstriya da iştirak etmişdi (5, 99-109). Lakin Avstriya heç də Ru-
siyanın Balkanlarda yeritdiyi siyasətdən razı deyildi. XVIII əsrin əvvəllərində
İngiltərə öz ərazilərini Fransa və İspaniyanın müstəmləkələri hesabına geniş-
l
əndirdi. 1774-cü il Kiçik Qaynarca müqaviləsindən sonra İngiltərənin Osmanlı
imperiyasına olan marağı daha da gücləndi (3, 27). 1828-1829-cu illərdə Rusi-
ya
nın Qafqazı işğal etməsi İngiltərənin narazılığına səbəb olur. İngiltərə Hin-
distan
dakı müstəmləkələrin təhlükə qarşısında olduğunu başa düşür. Bu
s
əbəbdən İngiltərə Krım müharibəsində (1853-1856-cı illər) Rusiyanın mənafe-
yini müdafi
ə etmir. 1877-1878-ci illər rus-türk müharibəsində Osmanlı imperi-
ya
sı məğlub olur. 1880-ci ildən etibarən Qladstonun baş nazirliyi dövründə
İngiltərənin Osmanlı imperiyasına dair siyasətində dəyişiklik baş verir. Buna
Qladsanun dediyi sözl
ər parlaq sübutdur. O deyirdi: «Ermənistana xidmət
etm
ək sivilizasiyaya xidmət etmək deməkdir» (10, 66). Məhz Qladstonun baş
nazirliyind
ən başlayaraq İngiltərəyə artıq vahid Osmanlı imperiyası lazım
olmadı. V.F.Mayevskinin təbirincə desək «ingilis hipnozunun» təsiri altında
olan erm
ənilər isə İngiltərəyə yalnız Osmanlı imperiyasını dağıtmaq üçün
lazım oldular (12, 43-44). Fransanın Osmanlı imperiyası ilə münasibətləri əsa-
s
ən imperator Napoleonun Misirə yürüşü dövründən başlanmışdır (Sultan
Süleymanın hakimiyyəti illərində Fransa ilə Osmanlı imperiyası arasında
əlaqələr olmuşdur). Lakin Vyana konqresinin qərarlarına görə Fransanın Av-
ropa siyas
ətində həlledici rol oynamaq hüququ yox idi. 1878-ci ildə keçirilən
Berlin konqresind
ə Fransa Almaniya və İngiltərə ilə yaxınlaşmağa başladı.
1893-cü ild
ə Fransa Rusiya ilə, 1904-cü ildə isə İngiltərə ilə saziş bağlayaraq,
Antanta ittifaqına daxil oldu. Bundan sonra, Fransa da Osmanlı imperiyasının
torpaqlarının bölünməsində fəal rol oynamağa başladı (3, 28).
Osmanlı imperiyasının ərazisinin bölünməsinin arzusunda olan dövlətlər-
d
ən biri də Rusiya idi. Osmanlı imperiyasının tənəzzül dövrünün Rusiya ilə
Kiçik Qaynarca sülh müqavil
əsinin bağlanmasından başlanmasını hesab etmək
olar. M
əhz bu dövrdə Avropanın bir sıra dövlətləri Osmanlı dövlətinin daxili
işlərinə qarışmağa başladılar. «Erməni məsələsi» getdikcə ümumavropa əhə-
miyy
əti kəsb etməyə başladı və nəhayət ilk dəfə Berlin konqresində müzaki-
r
əyə qoyuldu. Berlin konqresinə qədər Osmanlı dövlətində hadisələrin inkişa-
fına nəzər salaq. Artıq qeyd olunduğu kimi, İstanbulda erməni patriarxlığı
yarandıqdan sonra İstanbula böyük miqdarda ermənilər köçdü. A.Sancyanın
verdiyi m
əlumata əsasən XIX əsrin əvvəllərində İstanbulda 150 min erməni
əhalisi yaşayırdı ki, bu da ümumiyyətlə, Osmanlı imperiyasındakı ən iri erməni
107
icması sayılırdı (11, 69).Tarixdə erməniləri Osmanlı imperiyası əleyhinə qal-
dıran ilk dövlət Rusiya olmuşdu (6, 25). Ruslar Səfəvi-Osmanlı dövlətləri ara-
sındakı gərgin münasibətlərdən istifadə edərək I Pyotrun dövründə Azərbaycan
ərazisinə daxil olmuş və Xəzərsahili vilayətlərin bir hissəsini zəbt etmişlər.
Erm
ənilərin ruslarla eyni dindən olması Rusiyanın əlinə böyük bir fürsət
vermişdi (6, 25). I Pyotrun ermənilərə münasibətini onun dediyi sözlər daha
aydın göstərir. «Sizi bir xristian kimi və xristianlığın naminə himayədən məh-
rum etm
ək mümkün deyildir» (10, 46). Erməni xadimi İsrail Ori I Pyotra
n
əinki Azərbaycana, bütövlükdə Cənubi Qafqaza, həmçinin Osmanlı imperi-
yasına da yürüş etməyi təklif etmişdi (8, 245). I Pyotrun ölümü onun Azər-
baycan v
ə Osmanlı imperiyası ərazisində Erməni dövlətini yaratmaq planlarını
pozdu. 1774-cü il Rusiya il
ə Osmanlı imperiyası arasında bağlanan Kiçik-
Qaynarca sülh müqavil
əsindən sonra, ruslar Kabardanı ələ keçirdilər və
Osmanlı imperiyasında xristianlara himayə etmək hüququnu əldə etdilər (3,
23). 1783-cü ild
ə Rusiya Krımı işğal edərək Qara dəniz sahillərinə çıxdı. II rus-
türk müharib
əsi (1787-1792) illərində heç bir köklü dəyişiklik baş vermədi (3,
23). H
ər iki rus-türk müharibələri dövründə ermənilər özgə ərazilərində dövlət
yaratmaq arzularından əl çəkmədilər (2, 149-151). 1760-cı ildən bu istiqamətdə
f
əaliyyətə başlayan İran tacirinin oğlu İosif Emin 1761-cı ildə Peterburqa
g
ələrək kansler Vorontsovla görüşmüş və «gürcü-erməni» dövlətinin layihəsini
ona t
əqdim etmişdi. Bu planı gürcü çarı II İrakli də bəyənmişdi. Lakin sonra-
dan o, erm
əni katalikosu Simeonun «gürcü-erməni» dövlətinin layihəsinin
əleyhinə olduğunu bəhanə edərək bu plandan əl çəkdi. Əslində II İrakli Osman-
lı imperiyası ilə münaqişənin Gürcüstanın xeyrinə olmadığını başa düşürdü (9,
392). 1801-ci ild
ə Rusiya Gürcüstanı özünə birləşdirdi. 1813-cü ildə İranla Gü-
lüstan müqavil
əsinə əsasən Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə
keçdi. 1828-ci ild
ə Türkmənçay müqaviləsinə əsasən Naxçıvan və İrəvan xan-
lıqları Rusiya tərəfindən işğal edildi. Beləliklə, İrəvanda yerləşən Eçmiədzin
(Üçmü
ədzin) katalikosluğu Rusiya ərazisinə keçdi (3, 23). 1828-ci ildə başla-
nan rus-türk müharib
əsi illərində general Paskeviçin başcılığı altında rus qo-
şunları Ərzuruma qədər gəldilər. 1829-cu il sentyabrın 14-də bağlanmış Ədirnə
müqavil
əsinə əsasən Rusiya Dunayın deltasındakı adaları, Kuban çayının mən-
s
əbindən müqəddəs Nikolay körpüsünədək Qara dəniz sahillərini Axaltsixi,
Axalkalaki (Axalk
ələk) və Ağçuranı, həmçinin qızıl pulla 33 milyon manat təz-
minat aldı (5, 130-131).
Bel
əliklə, Osmanlı imeperiyası Qafqazdakı torpaqlarını itirdi. General
Paskeviçin Ərzurum yürüşü zamanı ermənilər rus qoşunları şərəfinə nümayiş
t
əşkil etdilər. Ədirnə müqaviləsinin şərtlərinə görə Ərzurum və Alaşkirdin
erm
əni əhalisi Qafqaza köçə bilərdi. 100000 erməni Qafqaza köçərək İrəvan,
Axalkalakid
ə yerləşdirildi. Azərbaycan ərazisində erməni əhalisinin sayı süni
sur
ətdə artırıldı (3, 23). Türkmənçay müqaviləsindən sonra rus çarı İrəvan və
Naxçıvan xanlıqlarının erməni vilayətləri olduğunu elan etdi. Ermənilər bu
ərazidə Rusiyanın erməni çarlığı yaradacağını və rus çarının «erməni çarı»
108
titulunu q
əbul edəcəyinə ümid edirdilər. Rusiya isə erməni çarlığını yaratmağı
planlaşdırmırdı. Rusiya I Pyotr və II Yekaterinanın «Bizansı ələ keçirmək»
arzusundan
əl çəkmirdi.
Ədirnə sülhündən sonra Osmanlı imperiyasında bir sıra dəyişikliklər
h
əyata keçirildi. 1839-cu il iyulun 1-də Osmanlı imperiyasında Sultan I Əbdül-
m
əcid hakimiyyətə gəldi. Həmin il «tənzimat»ın başlanması haqqında manifest
elan edildi. T
ənzimat elan edildikdən sonra erməni icmasının həyatında bir sıra
d
əyişikliklər baş verdi. 1830-cu ildə erməni katolik icması rəsmiləşdi və onun
r
əhbərliyinə A.Çukuryan təyin edildi (3, 24). 1859-cu ildə erməni-protestant
icması rəsmiləşdi. 1844-cü ildə Notabllar şurasının (Milli Şura) tərkibi dəyişdi
(3, 24). 1847-ci ild
ə bu şurada əyanların sayı azaldıldı. 1848-ci ildə İstanbul
patriarxlığının başında Akop Serobyan durdu (3, 24). Bu dəyişikliklərin həyata
keçirilm
əsinə 1856-cı il fevralın 18-də islahatlar haqqında sultanın yeni ma-
nifestinin elanı kömək etdi (3, 24). Manifestdə Osmanlı dövlətində yaşayan
bütün t
əbəələrin hüquq bərabərliyi elan edildi.1856-cı il manifesti məcburiy-
y
ətdən irəli gələn zərurət idi. Çünki Krım müharibəsindən sonra, Osmanlı
imperiyasında yaşayan bütün xristianlara böyük dövlətlər himayəçilik edirdilər.
Öz növb
əsində bu manifestdən ermənilər məharətlə istifadə etdilər. 1863-cü
ild
ə 99 maddədən ibarət «Erməni xalqının nizamnaməsi» qəbul edildi (3, 25).
«Erm
əni məsələsi» adlandırılan məsələ rus-türk ziddiyyətlərinin məhsulu
kimi ortaya çıxdığı üçün 1877-1878-ci illər Rus-türk müharibəsini ətraflı təhlil
ed
ək. Bu müharibə Osmanlı imperiyasının tarixinə müharibələrdən ən faciəlisi
kimi daxil olmuşdu. 1877-ci il aprelin 24-də müharibə elan edilən kimi erməni
m
ənşəli general Loris Melikovun başcılığı altında rus qoşunları hücuma
keçdil
ər və Bəyazid, Ərdəhan rusların əlinə keçdi (5, 176-182). Türk qoşunları
Əhməd Muxtar paşanın başçılığı altında müqavimət göstərsələr də, rus qoşun-
ları Qarsı ələ keçirdilər. Ərzuruma yalnız sülh müqaviləsi bağlandıqdan sonra
rus qoşunları daxil oldu. Qərb cəbhəsində Plevna şəhəri rusların əlinə
keçdikd
ən sonra, İstanbula yol açıq idi. Osmanlı imperiyası sülh istəməyə məc-
bur oldu. 1878-
ci il yanvarın 31-də Ədirnədə müharibəni dayandırmaq haqqına
müqavil
ə imzalandı (5, 176-182). Ədirnə müqaviləsində ermənilərə aid heç bir
b
ənd müzakirə edilməmişdi. Lakin bu danışıqların gedişində Erməni Milli
M
əclisi gizli şəkildə Eçmiədzin katalikosu vasitəsilə rus çarına memorandum
gönd
ərdi. Erməni tarixçisi Saruxanın verdiyi məlumata əsasən memorandumda
aşağıdakı üç maddə əsasında erməni məsələsi həll edilməli idi: 1. Fərat çayına
q
ədər ərazilərin Rusiyaya birləşdirilməsi. 2. Birləşmə mümkün olmayacağı
halda, erm
ənilərə, bolqarlara aid olan bütün imtiyazlar veriləcək. 3. İslahat ke-
çiril
əcəyi müddətdə rus qoşunları Osmanlı imperiyası ərazisindən çıxmayacaq-
lar (11, 106).
San-
Stefano danışıqlarının gedişində patriarx Nerses rusların iqamətgahı-
na g
ələrək, böyük knyaz Nikolaya rəsmi müraciət etmiş və müqaviləyə erməni-
l
ər haqqında maddə salınmasını xahiş etmişdi (7, 14-17). Erməni kilsəsinin
f
əaliyyəti bu dəfə uğurlu oldu. San-Stefano ilkin sülh müqaviləsinin 16-cı mad-
109
d
əsi ermənilərə həsr edildi. Bu maddəyə görə Osmanlı imperiyasının erməni
vilay
ətlərində dərhal lazımi islahatlar keçirilməli idi. Bu islahatlar keçirilənə-
d
ək rus qoşunları işğal etdikləri Osmanlı imperiyasının torpaqlarını öz əllərində
saxlamaqda davam edirdil
ər. Ermənilər muxtariyyət almırdılar. Lakin Batum,
Qars, Ərdəhan, hətta Ərzurum və ermənilərin nisbi çoxluq təşkil etdikləri vila-
y
ətlər Rusiyanın protektoratlığı altında qalmalı idilər. Çar Rusiyanın «özlərini
onun himay
ədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm
q
ədəm basmaq cəhdi» Yaxın Şərqdəki əsas rəqibləri İngiltərə, Fransa, Alma-
niya v
ə Avstriya tərəfindən dəf edildi (1, 10).
Almaniyanın kansleri Bismarkın təşəbbüsü ilə San-Stefano sülhünün
şərtlərinə yenidən baxılması üçün Berlin konqresinə qədər ermənilər bir sıra
t
ədbirlər həyata keçirtdilər. 1878-ci il martın 17-də patriarx Nerses İngiltərənin
s
əfiri Leyerdin yanına gələrək, Osmanlı imperiyasındakı ermənilərin Ermənis-
tan dövl
əti yaratmaq tələblərini ona çatdırdı. Nerses Van, Sivas, Diyarbəkir,
keçmiş Kilikiya çarlığının ərazilərinin ermənilərə verilməsini tələb edirdi (5,
183-192). Patriarx Nerses öz nümay
əndələri Xrimyan və Xoren Narbəyi Paris,
London v
ə Berlinə göndərdi. Erməni nümayəndələri iyunun 13-də Berlinə
g
əldilər və Osmanlı imperiyasının ərazisində «Erməni dövləti»nin yaranmasını
n
əzərdə tutan layihəni Avropa dövlətlərinin konqresindəki nümayəndələrinə
t
əqdim etdilər (4, 30-35). Layihə 6 bənddən ibarət idi. Layihənin məzmunu
üz
ərində ətraflı dayanmayacayıq. Bu layihə Berlin traktatına 61-ci maddənin
salınmasına müəyyən təsir göstərdi. 61-ci maddəyə görə Osmanlı hökuməti
erm
ənilər yaşayan vilayətlərdə onların təhlükəsizliyini təmin etməli və isla-
hatlar keçirm
əli idi (4, 176-177). Müqaviləyə görə İngiltərə Osmanlı imperi-
yasını Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı (4, 176-177).
Erm
ənilər Berlini müsbət nəticə əldə etmədən tərk etsələr də, bu dövrdən
başlayaraq «erməni məsələsi» beynəlxalq siyasətdə öz yerini tutdu və Avropa-
nın böyük dövlətlərinə Osmanlı dövlətinin daxili işlərinə qarışmaq üçün zəmin
ya
ratdı.
M
əhz bu dövrdən etibarən erməni millətçilərinin fəaliyyəti daha da geniş-
l
ənməyə başladı və XIX əsrin 80-ci illərindən başlayaraq bu günə qədər ermə-
nil
ər öz məkrli niyyətlərini həyata keçirmək üçün ən ağır cinayət üsullarından
biri olan «terror»a
əl atdılar.
ƏDƏBİYYAT
1.
Qurko-Kryajin V. Erm
əni məsələsi. Bakı: Kommunist, 1990, 31 s.
2.
N
əcəfli Gültəkin. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri.
Bakı: Nurlan, 2007, 248 s.
3.
Seyidova S.M., Ramazan U.
Osmanlı imperiyasında milli münasibətlər - erməni məsələsi
(XIX
əsrin II yarısı-XX əsrin I rübü): Dərs vəsaiti. Bakı: Adiloğlu, 2002, 80s.
4.
Hasan Kundakçı, E.Korgeneral. Emperializmin kullandığı ermeniler. Ankara: Türkiye
qazil
ər Vakfı yayınları, 2001, 170 s.
5.
Receb Şahin. Tarix boyunca türk idarelerinin ermeni politikaları. İstanbul, Kamer yayınları,
1998, 150 s.
110
6.
Süleyman Koçabaş. Ermeni meselesi nedir, ne degildir? Kayseri: Vatan yayanları, 1985, s. 25.
7.
Şenol Kantarcı. Ermeni sorunu:Pencereden Bakmak ya da manzaranın bütününü görmek.
İsparta: T.C.Süleyman Demiral Universitesi Yayınlar 34, 2005, 242 s.
8.
История армянского народа. Ереван: Айпетрат, 1951, 291 с.
9.
История Грузии. Тбилиси: 1964, стр. 392.
10.
Киракосян Дж.С. Буржуазная дипломатия и Армения (70-е годы XIX века). Ереван:
Ереванский Университет, 1981, 310 с.
11.
Кямуран Гюрюн. Армянское досье. Баку: Язычы, 1993, 372 с.
12.
Маевский В. Армяно-татарская смута на Кавказе, как один из фазисов армянского
вопроса. Баку: Шур, 1993, 48 с.
ОСНОВНЫЕ ПРИЧИНЫ ПРОИСХОЖДЕНИЯ «АРМЯНСКОГО ВОПРОСА»
С.М.СЕИДОВА
РЕЗЮМЕ
В статье рассматриваются основные причины происхождения «армянского во-
проса» на территории Османской империи. Доказано, что деятельность армянских на-
ционалистов поддерживалась большими империалистическими государствами, которая
была направлена против Османской империи и преследовала цели создания армянского
государство за счет турецких земель.
Ключевые слова: армянский вопрос, армянская церковь, совет Нотаблов, армянская
идеология, русско-турецкие войны
THE PRIMARY REASONS OF THE ORIGIN OF «THE ARMENIAN QUESTION»
S.M.SEYIDOVA
SUMMARY
The article considers the primary reasons of the origin of «The Armenian Question» in
the territories of the Ottoman Empire. It is proved that the activity of the Armenian nationalists
was maintained by large imperialist states and was directed against the Ottoman Empire and
pursued the purpose of creating the Armenian state at the expense of Turkish lands.
Key words: Armenian question, Armenian church, Notables Council, Armenian ideol-
ogy, Russian –Turkish wars
Dostları ilə paylaş: |