Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə51/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

160
Müctəba Sadət
ayələri  yükləmişdir.  Beləcə,  müsəlmanlar  müxtəlif  irqə  və 
məzhəblərə bölündülər. Onların üzərindən uzun illər ötüb keç-
di. Bu müddət ərzində bir sıra  irqələr digərlərini ka ir hesab 
etdilər, onların qanlarını halal bildilər. Kim rəyə qarşı çıxırdısa, 
onları qətlə yetirib məmləkətlərindən sürgün edirdilər. Elə isə 
İmam  Mehdiyə  (əleyhissəlam)  müsəlmanları  yekdil  ikrə  gə-
tirmək, onları Peyğəmbərin gətirmiş olduğu İslam təlimlərinə 
yönəltmək necə mümkün olacaq? Axı bu qədər ayrılıqlar möv-
cuddur.
Qeyri-müsəlmanlara  gəlincə,  onlar  say  baxımdan  müsəl-
manlardan çoxdur. Onların din və məzhəblərinin fərqli olması-
nı nəzərə almaqla, burada müxtəlif məzhəb və bölgülərdə olan 
səmavi dinlər də vardır. Habelə qeyri-səmavi dinlər və ateizm 
də  mövcuddur.  Bununla  yanaşı  ictimai,  əxlaqi,  iqtisadi,  siyasi 
azğınlıq,  intellelktual  və  psixoloji  boşluq,  habelə  istər  hərbi, 
istər  mədəni  sahədə  İmamın  qarşılaşacağı  maneələr,  müxtə-
lif mövqe və yollar (yoxsulluq, xəstəlik, qətl, dağıdıcılıq, fəsad, 
nadanlıq, zülm, basqı, küfr, təbii fəlakətlər,  itnə çoxluğu, aclıq, 
əmin-amanlığın  azlığı  və  s),  həmçinin  dünya  hökümətlərinin 
məsləhətləriylə ziddiyyət təşkil etmək ora daxildir.  
İmam Mehdi zühur etdikdə hər bir rəmz və maneələriylə 
batilə  qarşı  böyük  bir  inqilab  elan  edəcək.  Bu  inqilab  bütün 
azğın  cəbhələriylə  birlikdə  zülmə  aid  olacaq.  O,  köklü,  sərt, 
böyük  dəlalətə  malik  işlərin  icrasına  başlayacaq  ki,  bununla 
müsəlmanların yaşadığı müxtəlif durumları aradan qaldırsın. 
Həmçinin  tarix  boyunca  zehin  və  ağıllarında  bu  cür  şeylərin 
kök saldığı dünya sakinləri də buraya daxildir. O,  ikri və əqli 
ifadələr daşıyan əməllərin icrasını aparacaq, əsas həqiqətləri 
üzə  çıxaracaq.  Bunlar  hərbi  və  siyasi  motiv  daşısa  belə,  bu-
nunla  müxtəlif  tarixi  düşüncə  və  yığıcılığı  qüvvədən  salacaq.  
İstər  müsəlmanlar  olsun,  istər  digər  dünya  sakinləri,  onların 
zehinlərində,  insanların  ağıllarında  kök  salmış  stereotipləri 


161
Məhdəviyyət haqqında nəzərlər
yox edəcək. Beləcə, onların ağılları və daxillərində bir hərəkət 
yaranacaq ki, onlar üçün tarix boyunca qa il olduqları parlaq 
həqiqətləri  üzə  çıxaracaq.  Bu  yolla  onun  fəthi  asanlıqla  irə-
liləyəcək, nüfuzu bütün İslam aləminə az bir müddətdə hakim 
olacaq. Bir sıra rəvayətlərin dediyinə görə bu, səkkiz ay ərzin-
də baş verəcək. Habelə onun hakimiyyəti Məsihin köməkliyi ilə 
qısa bir zamanda dünya üzərində bərqərar olacaq. Bu da bütün 
bölgələrdə  haqq-ədalətin  yayılmasının  gerçəkləşdirilməsiylə 
əlaqədar böyük vəzifəyə əsaslanacaq.
Yekun nəticə
İslam tarixində üç həqiqi fəth vardır: Muhəmmədi fəth, Hü-
seyni fəth və gələcəkdə olacaq Məhdəvi fəth. Bu, əslində  ikri 
və əqli fəthlərdir ki, həqiqətləri üzə çıxarıb müxtəlif tarix yı-
ğımlarını aradan aparır, hərçənd bu fəthlər hərbi, yaxud siyasi 
olsa belə həmçinin İslam risalətinin hədə lərini gerçəkləşdirir.
Muhəmmədi fəth sayəsində on illərlə insanların zehnində 
formalaşan  müxtəlif  oturuşmuş  gerçəklər  aradan  götürüldü. 
Belə ki, bu oturuşmuş düşüncə Allah evi ilə Qureyşin Məkkəyə 
ağalıq etməsi arasında olan müqəddəslik bağı idi. Bununla da 
Qureyş üçün ərəblər üzərində ədəbi bir nüfuz formalaşmışdı. 
Peyğəmbər (sallallahu əleyhi və alih) isə yalnız Məkkənin fət-
hindən sonra bu stereotipi aşa bildi. Bununla da insanlar Alla-
hın dinini dəstə-dəstə qəbul etməyə başladılar.
Hüseyni  fəth  on  illər  ərzində  müsəlman  xalqın  zehnində 
formalaşan  bir  sıra  yanlışlıqları  aradan  apardı.  Bu  yanlışlıq 
Peyğəmbər,  onun  Qurani-kərim  ayələriylə  dəstəklənən  təlim 
və  təlimatlarının  müqəddəsliyi  ilə  Allah  Rəsulunun  xəlifəsi, 
yaxud  hakimiyyət  kürsüsündə  əyləşən  kəsin  (qeyri-qanuni 
xəlifə) müqəddəsliyinin bir tutulması idi. Belə ki, (Bəni-Üməy-
yədən  olan) hakimin çıxarmış olduğu təlim və təlimatlar din 
təlimlərinin əsası hesab olunurdu. Əslində İslam dininin təlim-
lərindən olduqca uzaq olsa belə, belə qəbul edilirdi. Buradan 


162
Müctəba Sadət
İmam  Hüseyn  hərəkatının  əzəməti  görünməyə  başladı.  O  öz 
əbədi  inqilabı  ilə  Aşura  günündə  həqiqətləri  üzə  çıxardı.  Bu-
radan isə zülm ilə müharibə, azğın hakimin toxunulmazlığını 
aradan aparmaq naminə müxtəlif İslami inqilab və hərəkatlar 
başladı.
Gələcəkdə  baş  verəcək  Məhdəvi  fəth  isə    müsəlman  və 
başqa  insanların  ağıllarında  kök  salan  müxtəlif  yanlışlıqları 
aradan aparacaq ki, bu düşüncələr yüz illərlə özünə yer edib. 
İstər bu məsələlər, din, məzhəblər kimi ideoloji məsələlər ol-
sun, istər zülm, haqsızlıq, azğınlıq və batil kimi məsələlər. Ona 
görə  də  bir  sıra  sərt  və  fundamental  xarakterli  işlər  görəcək 
ki, ağıllarda və insanların qəlblərində güclü təkan yaradacaq. 
Bununla da dünyada İslam dininin hər yana yayılması, habelə 
haqq-ədalətin genişlənməsi kimi icraası ona bağlı böyük əhə-
miyyətli məsələlər onun üçün asanlaşacaq və normal, təbii yol-
larla, müqayisəli müddətdə baş verəcək.


163
Məhdəviyyət haqqında nəzərlər
İKİNCİ FƏSİL:
HAL-HAZIRDA İMAM MEHDİNİN (ƏLEYHİSSƏLAM) 
ZİDDİNƏ MÜBARİZƏDƏ DÜŞMƏNLƏRİN STRATEGİYASI
169
 
Son  illərdə  İslam  düşmənləri  İmam  Mehdinin  məsələsini 
çökəltməyə yardım edəcək, Məhdəviyyət əqidəsini əsas möh-
təvasından boş edəcək şərait yaratmaq naminə münasib für-
sət yaratmağı üzərilərinə götürmüşlər. Düşmənlər hal-hazırda 
müxtəlif növ yollarla Məhdəviyyət məsələsilə müharibə aparır 
və  malik  olduqları  bütün  qüvvələri  bu  yolda  istifadə  edirlər. 
Çünki onlar tezliklə üzləşəcəkləri qara taleni dərk edirlər. Bu 
səbəbdən uzun zamandan bəri, İmamın ümumdünya hərəkatı, 
fəthlərinin müvəffəq olmasına yardım edəcək, yaxud qüvvəsini 
təmsil edəcək hər bir mümkün şeyi məhv etmək üçün planlar 
çizirlər. Biz son illərdə Məhdəviyyətə qarşı düşmənlərin həmlə 
etdiyi vəhşi hücumun həcmini anlamsız hesab etmirik.. Kim son 
xəbərləri, indiki işlərin cərəyan etməsini izləmiş olsa, Məhdə-
viyyət əqidəsinin ziddinə olan düşmənçiliyin həcmini, bəlanın 
böyüklüyünü görməklə çaşıb qalar. Nüfuzlu zülmkar dövlətlə-
rin kölgəsi, düşmənçilik mədəniyyətinin propaqandası altında 
onlar Məhdəviyyət mədəniyyətini yox etməyə çalışırlar, hətta 
onun varlığının əsasını inkar edən  ikirlərin yayılmasında belə, 
israrlıdırlar.  Belə  bir  zülmkar  iradə  tam  və  əhatəli  strategiya 
qurmağa, habelə Məhdəviyyət əqidəsi üçün içində düşmənçilik 
daşıyan mədəni sistem bərqərar etməyə təşəbbüs göstərir.
Kim indiki dövrdə xəbər və hadisələri izləyirsə, İmam Meh-
dinin  məsələsi,  Məhdəviyyət  əqidəsilə  mübarizənin  zirvəyə, 
xəbis və  sərt müstəviyə yetişdiyini görər. Habelə bu, xüsusi və 
169
    Müəlli in  çap  olunduğu  tədqiqatlardan:  “Əl-İntizar”  jurnalı,  on  altıncı 
say; “Məv`ud” aylıq iran jurnalı.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə