Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə50/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

157
Məhdəviyyət haqqında nəzərlər
idi. Məsələ o həddə çatdı ki, çıxan təlimlər hənif dinin hökmlə-
rindən olduqca uzaq olsa belə, bu cür təqdim olunurdu. Belə-
cə,  Əməvilərin  (Müaviyə  və  Yezid  kimi)  hakimlərinin  təlim 
və əmrləri din halına, yaxud din təlimləri olaraq əmələ gəldi. 
Daha, azğın xarici düşüncələr hesab olunmurdu. Məhz burada 
ümmətin üz-üzə gəldiyi bəla və təhlükə mövcuddur. Ona görə 
də həqiqətləri açıqlayan və hakimin, onun təlimlərinin müqəd-
dəsliyini (bu barədə düşüncə nəticələrini) kənarlaşdıran cihad 
aktı icra etmək qaçılmaz idi.
İmam  Hüseyn  bu  həqiqəti  anlayırdı  və  bilirdi.  Həmçinin 
bilirdi  ki,  tarix  ondan  işlərin  öz  həddinə  qaytarılması  üçün 
əməl gözləyir. Odur ki, şəhidlər ağası öz yolunda ali hədəf, uca 
qayəyə sarı irəlilədi. O, bu sözləri söyləyən kəsin dediklərinin 
mücəssəməsi idi: 
“Əgər Muhəmmədin dini yalnız mənim ölümümlə ayaqda 
qalacaqsa, onda ey qılınclar doğrayın məni!”
Hüseyn (əleyhissəlam) öz böyük ölməz mövqeyində durdu, 
o  zaman  ki,  babasının  risalətinin  təhlükədə  olmasının  qaçıl-
maz olduğunu gördü. Bunu isə yalnız şəhadəti ilə keçib aşmaq 
olardı.  O,  “Mən  təkəbbür  və  lovğalıq  üzündən  çıxmamışam. 
Mən sadəcə babamın ümmətində islahat tələbi ilə çıxmışam və 
istəyirəm ki, yaxşı işlərin icrasını tələb edib pis işlərdən çəkin-
məsinin qarşısını alım” –, deyərək qanuni və tarixi məsuliyyəti 
boynuna götürüb formalaşdırdı. 
İmam Hüseynin inqilabının şüarı və hədə i Allah Rəsulunun 
ümməti  arasında  islahat  aparmaq  idi.  Hansı  ki,  xalqı  düzgün 
islami yanaşmaya qaytarmağı hədəfə almışdı. Burada görürük 
ki, İmam Hüseynin inqilabı həmin təhlükəli daxili düşmənin si-
masında bir tufan idi. Həmin düşmən ki, ümmətin varlığını təh-
did edir, onun qüvvəsini dağıdır və daxildən bədənini taqətdən 
salırdı. Çünki daxili məkr xarici sövdələşməkdən daha təhlükə-
lidir. Şəhidlər sərvərinin qiyamı (Hüseyni fəth) dini dəyərlərin 


158
Müctəba Sadət
inqilabı olduğu kimi ümmətin azad olması üçün bir inqilab idi. 
O özündə düşüncə, vicdan, idrak və tarixi məsuliyyət daşıyırdı. 
Buna görə də heç bir rəhbər İmam Hüseynin qiyamından son-
ra fəqihlik, mədəniyyət, yaxud vəhy, yaxud Quran və təfsiri öz 
əlinə keçirə bilmədi. Əksinə, hakim (icraedici hakimiyyət) sə-
viyyəsində oldu və icraedici hakimiyyət (hakim, padşah, xəlifə, 
möminlərin əmiri, əmr sahibi), yaxud hər hansı bir legitimi ol-
mayan xəlifə adlanan birisi ilə qanuni hökmlər və İslam təlim-
ləri  arasında ayrılıq yaradıldı. Buradan İmam Hüseynin hərə-
katının əzəməti görünür. İslam dininin müqəddəsliyi vasitəsilə 
Peyğəmbər xəlifəsi adı altında hakimiyyət kürsüsündə əyləşən 
kəsin müqəddəsliyinin eyni olduğunu formalaşdıran zehni və 
ikri stereotip kənarlaşdırıldı. Odur ki, İmam Hüseynin (əley-
hissəlam)  hərəkatından  sonra  Təvvabin,  Muxtar  Səqə i  və  s. 
kimi hərəkat və qiyamlar baş verdi. Ona görə də İmam Hüsey-
nin hərəkatı, yaxud inqilabının “Hüseyni fəth” adlandırılması 
daha gözəl olardı  . 
Üçüncü: Məhdəvi fəth (Zühur-Aşura)
İmam  Mehdinin  zühurunun  başlanğıcında  ucalacaq  “Ya 
ləsəratul-Hüseyn” şüarı onun hədə ləriylə Seyyidüş-şühədanın 
hədə ləri  arasında  müştərək  əlaqələrin  olduğunu  aydınlaşdı-
racaq. Belə ki, bu, Peyğəmbərin gətirmiş olduğu saf, təmiz İs-
lamın qayıdışı olacaq. Belə ki, İslamın İmam Mehdinin əli ilə 
yenidən canlanacağını ifadə edən bir sıra şərafətli rəvayətlər 
bunu  izah  edir.  Bu  isə  Məhdəvi  fəthlə,  Hüseyni  və  Muhəm-
mədi fəth arasında əlaqənin olduğunu göstərir. Odur ki, belə 
deməyimiz düzgün sayılır: İslam tarixində üç həqiqi fəth var, 
Muhəmmədi, Hüseyni, Məhdəvi. Bu, hərbi və ya siyasi olsa belə 
əslində əqli,  ikri fəthlərdir ki, həqiqətləri aydınlaşdırır, İslam 
risalətinin hədə lərini gerçəkləşdirir.
İmam  Mehdinin  yerinə  yetirməli  olduğu  missiya  olduq-
ca  böyükdür.  Ona  tapşırılmışdır  ki,  bütün  peyğəmbərlərin, 


159
Məhdəviyyət haqqında nəzərlər
rəsulların  və  vəsilərin  səyini  toplasın,  onların  hədə lərini  və 
çalışqanlıqlarını  həyata  keçirsin.  Beləcə,  dünyanın  müxtəlif 
bölgələrindən  olan  insanları  fərqli  din  və  sektalardan  Allah 
Rəsulunun  həqiqi  dininə  yönləndirsin.  Habelə  yer  kürəsinin 
bütün iqlimlərinə şamil olaraq, onları əhatə edən ümumdün-
ya  dövləti  qurmağa  mükəlləfdir.  Dünyanın  fərqli  yerlərində 
olan  bəşər  övladlarının  hamısını  bir  yerə  yığsın,  habelə  ilahi 
nizam-intizamı bərqərar etsin (İslamın qanuni hökmlərini) ki, 
ümumdünya  dövlətinin  bütün  bölgələrində  dominant  qanun 
olsun. Habelə mütləq ədaləti yaysın, bölgə sakinlərinin hamısı 
üçün tam rifah və uyğunluq formalaşsın. Bu da elə bir hədəf və 
əhəmiyyətli  məsələlərdir  ki,  gözlənilən  Mehdidən  öncə  buna 
kimsə mükəlləf olmayıb.
İmam (əleyhissəlam) zühurunun başlanğıcında bir çox ma-
neə və çətinliklərlə qarşılaşacaq. Bu çətinliklərin bəzisi İslam 
aləmində  olacaqdır  ki,  müxtəlif  məzhəb  və  ikir  ayrılıqların-
dan  doğacaq.  Belə  ki,  on  dörd  əsr  müddətində  müsəlmanlar 
Peyğəmbərin avtobioqra iyası və ondan nəql olunan hədislərlə 
əlaqədar  rəvayətləri  qəbul  ediblər.  Bundan  əlavə,  yığcamlıq, 
aydınlıq, ümumilik, xüsusilik də buna aiddir. Habelə siyasi qa-
zanclardan,  xüsusi  məsləhətlərdən,  alimlərin  ikir  ayrılığına 
səbəb olmuş nəfsi istəklərin qələbə çalmasından doğan xarici 
amillər də buna daxildir. Siyasi liderlərin təhrik və istiqaməti 
nəticəsində bir sıra ictihad sahibləri öz qənaətlərində bəzi rə-
vayətləri digərlərindən üstün tutublar ki, bəzi şərafətli hədis-
lər qüvvədən düşsün, yaxud yaddan çıxarılsın. Əsasən, xüsusi 
məsləhətlər, yaxud ümumi siyasi vəziyyət toqquşduqda buna 
əl atılırdı. Müxtəlif İslam maari i və hökmlərinə qarşı da xüsusi 
təşəbbüslər göstərmişlər. Belə ki, öz rəylərinin təssübünü çək-
miş, hər bir  irqə İslam üçün özünəməxsus rəy ortaya qoymuş-
dur. Bu rəylərin zəruriyyətini göstərmək üçün Allahın Kitabın-
dan  mütəşabih  ayələrə  istinad  etmiş,  üzərinə  digər  möhkəm 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə