Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi



Yüklə 30,85 Kb.
səhifə1/14
tarix02.09.2023
ölçüsü30,85 Kb.
#121229
  1   2   3   4   5   6   7   8   9   ...   14
Mühazirə 15-Məktəbdə psixoloji işin təşkili


Mövzu 15: Məktəbdə psixoloji işin təşkili


Plan:



  1. Məktəbdə psixoloji xidmət anlayışı

  2. Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi

  3. Psixodiaqnostika prosesinin təşkili

  4. Psixokorreksiya

  5. Psixi proseslər. İdrak prosesləri, onların diaqnostikası

  6. Uşaqlarda emosional sahənin psixodiaqnostikasıUşaqların məktəbə psixoloji hazırlığı

  7. Təlim motivləri

  8. Davranış pozuntuları. Məktəb fobiyası

  9. Narkomaniya və onun psixoloji səbəbləri

  10. Psixoloji məsləhət və psixoterapiya

  11. Art terapiya

  12. Psixoprofilaktika. Müəllimlərə, şagirdlərə və valideynlərə psixoloji dəstək

Ədəbiyyat:



  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2009.

  2. Bayramov F.İ., Hüseynova D.R., Namazova A.S. 114 psixoloji test. Bakı, 2011.

  3. Cavadov R.A., Тağıyeva G.В.. Ekstremal şəraitlərdə psixoloji xidmət. Bakı, 2006.

  4. Əmrahlı L.Ş. Psixoloji xidmətin əsasları. I kitab. Bakı, 2006.

  5. İbrahimova D., Nuriyev S. Təhsildə sosial-psixoloji xidmət. Bakı, 2016.



Məktəbdə psixoloji xidmət anlayışı
Psixoloji xidmət anlayışı və məktəbdə psixoloji xidmətin zəruriliyi
İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada psixoloji biliklərin zəruriliyi hiss edilməsin. Mübaliğəsiz demək olar ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Ona görə də psixologiya insan haqqında əsas elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir. İndiki dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki qanunauyğunluqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə sevindirici olmur: əmək məhsuldarlığı aşağı düşür, qarşılıqlı münasibətlər pozulur, işçi axını başlanır. Yaxud, hər cəhətdən yüksək imkanlara malik hesab edilən idman kollektivi birdən-birə sanki dəyişilir, öz pərəstişkarlarını narahat etməyə başlayır və s. Bu kimi hallarda psixoloji işin aparılması, başqa sözlə psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir. Deməli, həmin sahələrdə psixoloji xidmət həyata keçirilir. Məhz bu cür münasibət tərzindən "psixoloji xidmət" anlayışı meydana gəlmiş və geniş yer almışdır. Məktəbdə psixoloji xidmət də eyni zərurət üzündən meydana gəlmişdir. Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez-tez şagirdlərin təlimə münasibətlərinin zəifləməsi, tərbiyə səviyyəsinin aşağı düşməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn münasibətlərində çətinliklərin olması barədə mülahizələrin şahidi oluruq. Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, risk qrupuna aid olan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir. Müasir psixologiyada belə bir cəhət əsas götürülür ki, hər bir sağlam uşaq, yeniyetmə və gənc müvafiq sosial şəraitdə geniş inkişaf imkanına malikdir. Bununla birlikdə bütün uşaqlar eyni imkana malik deyildir. Hər bir şagirdin imkanını aşkara çıxarmaq, onun inkişafına təkan vermək məktəbdə təlim-tərbiyəni optimallaşdırmağın əsas tələblərindəndir. Psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri təhsil sisteminin bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir. Bu cür xidməti həyata keçirmədən gənc nəslin təlim və tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik.

Yüklə 30,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə