Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

43
Məhdəviyyət haqqında nəzərlər
Müstəliyyə Süleymaniyyə ismailiyyəsi  irqəsində 
Mehdinin kimliyi
Bu  xüsusi  dialoq  Səudiyyənin  Nəcran  şəhərindən  həmin 
irqənin ardıcıllarından olan din adamlarının biri ilə baş verib:
Sual: İsmaili məzhəbinin övladları Axirəzzamanda Mehdi-
nin zühurunu gözləyirlərmi?
Cavab:  İsmailiyyə  süleymaniyyəsi  və  digər  ismailiyyə 
irqələri iman bəsləyir ki, imamətə nə say, nə də rəqəm hədd 
qoya bilməz. Bu yalnız Allahın istəyinə bağlıdır. Onlar həmçi-
nin  iman  bəsləyir  ki,  bu  dünya  imamsız  qalmayacaq.  Habelə 
Allah yer üzünü yaradandan ora varis edənə qədər də imamsız 
qalmayıb. Onun miras alınması Allah sübhan və təalanın əmri, 
ixtiyarı və tədbiri sayəsində atadan övlada keçməklə tamam-
lanır. Lakin bu imamlar rəqiblərin, kibr və inad əhlinin, həm-
çinin  pozğunçuluqla  məşğul  olanların  üstün  olması  üzündən 
gizli və bəlli olmayan şəkildədirlər. Ya da Allah əmr etmiş və 
qələbə  onlara  aid  olduqda  Allahın  əmrini  ucaltmaq  naminə 
aşkardırlar.  Məsələn,  İmam  əl-Mehdi  billah  Abdullah  ibn  Hü-
seynin Qərbdən zühur etməsi və Fatimiyyə dövlətinin qurul-
ması zamanın baş verməsi. İsmailiyyə inanır ki, Qaim Allahın 
izniylə, Allah istədiyi zaman qiyam edəcək. Onlar səbirsizliklə 
onun qiyamını gözləyirlər. Lakin inanmırlar ki, o, yüz illər öncə 
doğulmuş və həmin dövrdən Qiyamət qopana qədər diri halda 
qalmaqdadır. Həmçinin inanırlar ki, o, gizli imamın nəslindən 
doğulub  qiyam  edərək  ədaləti  bərqərar  edəcək,  Allahın  dini-
ni ucaldaraq Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və 
alih) şəriətini dirildəcək. Habelə iman bəsləyirik ki, o, Hüseyn 
ibn Əlinin (əleyhissəlam) nəslindəndir. 
Sual: Mehdi (əleyhissəlam) kimdir və onun nəsəbi nədir? 
Atasının və babasının adı nədir?
Cavab:  Onun  kim  olduğunu  bilmirəm.  Ancaq  indiki  vaxt-
da doğula bilər. Habelə atasının belində də ola bilər. Həmçinin 


44
Müctəba Sadət
hal-hazırkı  gizli  imam  da  ola  bilər.  Yaxud  atası  və  ya  babası 
hal-hazırkı gizli imam ola bilər. Ancaq onu bilmirəm ki, hal-ha-
zırkı gizli imam zühur vaxtı onun qarşısında olacaq, ya yox. Al-
lah və istədiyi kəs bilir. Ancaq mən bilirəm ki, o, Hüseyn ibn 
Əlinin (əleyhissəlam) nəslindəndir. 
Sual: Digər İsmailiyyə  irqələri də həmin şəxsi (Mehdini) 
gözləyir, yəni onun barədə yekdil  ikirdədirlər? Yoxsa bu barə-
də onlar arasında  ikir ayrılığı var?
Cavab:  Etiqad  bəsləyirəm  ki,  bütün  şiələr  İmam  Qaimin 
(əleyhissəlam) qiyamını gözləyir və bu, təkcə ismailiyyəyə aid 
deyil.  Ancaq  şiələrlə  ismailiyyə  arasındakı  aydın  ikir  ayrılığı 
bu  imamın  atalarının  kimliyi  barədədir.  On  ikiçilər  inanır  ki, 
o,  Musa  Kazimin  nəslindəndir.  İsmailiyyə  inanır  ki,  o,  İsmai-
lin nəslindəndir. Nəzzariyyə ismailiyyəsi inanır ki, o, Nəzzarın 
nəslindəndir. Müstəliyyə ismailiyyəsi inanır ki, o, Müstə`linin 
nəslindən olacaq və s. Bu şəkildə, Qaim İmamın kimliyi barədə 
ikir ayrılığı onun nəsəbi, atalarının kimliyi və hansı nəsildən 
olacağı barədədir. 
Sual: Burada zühurun əlamətləri varmı ki, Əhli-beyt (əley-
himussəlam) yolu ilə zikr olunsun və bizə Mehdinin zühur za-
manını bildirsin?
Cavab: Əlimizdə bir sıra kitablar var ki, bizə bəzi əlamətlə-
ri izah edib. Ancaq hal-hazırda əlimdə çox deyil. Amma şiələr 
arasında məşhur budur ki, günəş qərbdən çıxacaq. Ancaq bizə 
aydın olan budur ki, günəşin qərbdən çıxacağı dövlət Fatimiyyə 
dövlətidir. Biz inanırıq ki, günəş heç vaxt qərbdən çıxmayacaq. 
Əksinə, şərq onun çıxdığı, qərb isə batdığı yerdir. Bu, belə olub, 
indi də belədir və belə də olacaqdır. Rəsulun (sallallahu əleyhi 
və alih) məqsədi həqiqətin zühuru olub ki, öz sözü ilə günə-
şi həqiqətə bənzədib. Bu isə bəsit misaldır. Rəsulun (sallalla-
hu əleyhi və alih) “Onun adı mənim adımdır”, – deyilən sözü 
odur ki, Mehdi billah Abdullah ibn Hüseynin adı Abdullahdır və 


45
Məhdəviyyət haqqında nəzərlər
Peyğəmbərin də adlarından biri Abdullahdır. Belə ki, Allah-təa-
la buyurub: “Allahın bəndəsi Ona ibadət etmək üçün qalxdıqda 
(cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keç-
sinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər)”.
26
Sual:  Orada  elə  bir  kitab,  yaxud  dəftər  varmı  ki,  ismaili 
məzhəbinin  etiqadına  əsasən,  Mehdi  (əleyhissəlam)  barədə 
məlumat  əldə  etmək  üçün  oxunmasını  bizə  məsləhət  görəsi-
niz?
Cavab: Tutaq ki, sənə məsləhət gördük, yaxud kitabın adı-
nı çəkdik, sən onu tapa bilməyəcəksən. Çünki bizim yazılmış 
və  çap  olunmuş  kitablarımız  arasında  onlardan  azdır.  Əgər 
“əl-fətərat vəl-qiranat”
27
 kitabını əldə edə bilsən, orada axtar-
dığını tapa bilərsən və bu, ismailiyyəyə aid kitabdır.
Sual: Hal-hazırda gizli bir imam varmı ki, onun çıxışını və 
zühurunu gözləyək? Kimdir o?
Cavab: Daha öncə dediyim kimi yer üzü heç zaman imam-
sız qala bilməz. İstər bu imam zahir və məşhur olsun, istərsə 
də gizli. Biz iman bəsləyirik ki, hal-hazırda imam var. Ancaq biz 
ümumi  kütlə  bilmirik  ki,  o  Qaim  imamdır,  yoxsa  yox.  Habelə 
onun zamanı zühur zamanıdırmı, yoxsa yox. İsmaili məzhəbi-
nin övladlarından olan biz ümumi kəslərin bildiyi ən böyük şey 
budur. Habelə onun kimliyini də bilmirik. Digəri isə, imam bizə 
onun adını açıqlayıb: İmam Əhməd ibn Muhəmməd ibn Haşim 
ibn Nəzzar ibn Muədd ibn Hüseyn ibn Əli ibn Muhəmməd ibn 
Abdullah ibn Muhəmməd ibn Əhməd ibn Tiyb “Əbülqasim” ibn 
Amir bi-əhkamillah Əbu Əli Mənsur ibn Müstəli billah Əbülqa-
sim Əhməd ibn Mustənsər billah Muədd Əbu Təmim ibn Zahir 
li-izazi dinillah Əli ibn Hüseyn ibn Hakim bi-əmrillah Mənsur 
26
 Cinn, 19.
27
  Kitab  Dəvətçi  Cəfər  ibn  Həsən  ibn  Fərəc  ibn  Huşəbindir  ki,  “Cəfər  ibn 
Mənsur Yəmən” adı ilə məşhurdur. Hicrətin 380-ci ilində vəfat edib. Kitab 
gizlilik dövründə dəvət tarixindən söhbət açır.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə