Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə21/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

67
Məhdəviyyət haqqında nəzərlər
dəviyyət əqidəsinin əsillik və mə humu barədə şəkk-şübhəyə 
heç  bir  yer  qalmır.  Baxmayaraq  ki,  dörd  məzhəb  məktəbi  on 
iki imam və xəlifənin tarixi təfsirində müvəffəqiyyətsizliyə dü-
çar olublar. Yəni nəticədə Məhdəviyyətə yönəlmiş bu təfsir də 
uğursuz olub.
Üçüncü: Mehdini olduğu kimi tanımaq
Allah sübhan və təala tərə indən seçilən həqiqi Mehdi kimi 
özünü tanıtdıran adi bir şəxs üçün necə olacaq? Əhlül-ammə-
nin təsəvvürünə əsasən, bu kəsin səma ilə əlaqəsi yoxdur, o za-
man  öz  həqiqətini  və  mehdiliyini  necə  isbat  edəcək?  Ümmət 
və müsəlman cəmiyyəti həmin adamın dəvətinin düz olmasını 
necə təsdiq edə biləcək? Axı yalandan çoxlu Məhdəviyyət id-
diası edən şəxslər olacaq. Əlavə olaraq, bu adi şəxs məsum ol-
madığı üçün bir sıra günah və üsyankarlığa da mürtəkib olur. 
Həmin əsnada mehdiliyinin həqiqiliyini sübut edə bilmək üçün 
onun nə dəlil, nə də imkanları (möcüzə və kəramət kimi) ola-
caq. Çünki qeyblə əlaqəsi yoxdur... Sorğuya çəkmək və mühüm 
problem kimi irəli sürdüyümüz budur ki, ümmət onun həqiqi 
gözlənilən Mehdi olmasını ayırd etmək üçün hansı yolu tətbiq 
edəcək? Biz onu başqa iddia edənlərdən necə ayıra biləcəyik? 
Bundan daha betər və acı olan odur ki, özü öz həqiqətini tanı-
madığı halda biz onu necə tanıyıb təsdiq edə bilərik?!
(Tanımamaqla  əlaqədar)  tezis  barədə  qarışıqlıq  və  prob-
lem baxmayaraq ki, onun şərafətli nəsəbini açıqlayan hədislər 
var, həqiqətdə xəlifələr məktəbində gözlənilən Mehdinin kim-
liyini süquta yetirib. Ancaq gələcəkdə doğulacağı baxımından, 
onların rəvayətləri dəqiqliklə şəxsiyyətini açıqlamayıb. Bu da 
bəzi şəxslər tərə indən mehdilik iddiasında olan kəslərdə cürət 
yaradır.  Habelə  ikri,  mədəni  baxımından  yer  üzünü,  həmçi-
nin  fərdi  və  ictimai  mühiti  (yalan  və  zor  baxımından)  Mehdi 
şəxsiyyətinə  bürünməyə  hazırlayır.  Bu  isə  şiə  cəmiyyətindən 
daha çox sünni cəmiyyətində geniş yayılıb. Məhdəviyyət iddia-


68
Müctəba Sadət
sı ammə övladları arasında adət şəklində yayılıb. Məhdəviyyət 
öz  sünni  anlamları  ilə  bu  cür  iddialara  fürsət  yaradır.  Son  il-
lərdə bu məsələ barədə çoxlu iddialar üzə çıxıb.
47
 Mərifətsizlik 
bunun yayılmasına gətirib çıxaran səbəblərdəndir. Bu, bir sıra 
örtük və işkallardır ki, qeyd edirik. Dörd məzhəbin nəzdində 
tezisə alınanlar içərisində bunlar vardır: Bu, hansısa bir qey-
ri-adi qeybi mənalarla xarakterizə edilmir. Məsələn, qeyb döv-
rü, uzunömürlük, yaxud erkən imamlıq, ya da səma ilə rabitədə 
olmaq. Təəssü lər olsun ki, məlumatsızlıq və acizlik onları bu 
xüsusiyyətlərin  təsəvvüründən  uzaqlaşdırmış,  Məhdəviyyət 
barədə  belə  bir  mə humu  inkar  etməyə  sövq  etmişdir.  Buna 
iman bəsləyəni ifratçılıq və sadəlövhlükdə ittiham etmək, hə-
min mə humlardan uzaq olsun deyə, Məhdəviyyət üçün başqa 
mə humla  əvəz  etmək  kimi  şeylərə  gətirib  çıxarıb.  Həmçinin 
onları şəxsiyyət müəyyənləşdirmək və Mehdinin kimliyi barə-
də  çətinliyə  salıb.  Ümmət  onu  tanıya  bilməmək  vəziyyətinə 
gəlib çatıb. Məsələ camaatdan gizli qalıb, hətta həqiqi Mehdi 
zühur etsə belə, eyni vəziyyət olacaq. Onların bu əməli sayə-
sində kamaldan nöqsana doğru keçmişlər. Əlavə olaraq, dəlil 
və bürhana tabe olan etiqadi məsələdə mövcud olan məntiqi 
istiqamətdən üz çevirirlər. Bu isə nəfsi istəklərin səbəb olması 
və məzhəbə aid məsləhət üzündən belə bir səviyyəyə gəlib çıx-
sa da, təhrif olunması mümkün deyil.
Dördüncü: Məsihin Mehdinin arxasında namaz qılması 
və şəxsiyyətinin tam dərkolunması (tanınması)
İsa ibn Məryəmin (əleyhissəlam) enməsi və onun Mehdi-
nin (əccələllahu fərəcəh) arxasında namaz qılması barədə va-
47
 Biz “Ən-nurul-ğaib vəl-iddia`atul-kazibə” kitabımızda 20-dən çox əhvalat 
qeyd etmişik ki, Məhdəviyyət üçün yalandan iddiaları ehtiva edir. Bunların 
hamısı yeni, müasir hadisələrdir.


69
Məhdəviyyət haqqında nəzərlər
rid olan hədislər şiə
48
 və sünni
49
  irqəsi nəzərində mütəvatir və 
sabitdir.  Allah-təalanın  bu  barədə  açıq-aydın  bir  hikməti  var. 
O da Mehdini (əleyhissəlam) təsdiq etmək və onun mövqeyi-
ni öncə müsəlmanlar, sonra isə digər xalqlar arasında, ikincisi 
xüsusilə də məsihilər arasında möhkəmlətmək, böyük həddə 
qədər  ilahi  ədalət  dövlətinin  qurulmasında  onun  zəruri  işini 
asanlaşdırmaqdır.  Məsihin  Mehdinin  (əleyhissəlam)  arxasın-
da məmun şəklində namaz qılması onun (əccələllahu fərəcəh) 
daha çox haqqı çatmasını isbat edir. Həmçinin bunu sübut edir 
ki,  o,  hər  bir  risalətin  şəriətə  müva iq  varisidir.  Onun  şəriət 
rəhbərliyi altında toplaşmaq vacibdir. Ardınca isə Məhdəviyət 
məsələsinin ümumdünya olmasını sübut edir.
Dörd  məzhəb  məktəbinə  ünvanlanan  sual  budur:  Nazil 
olduqdan sonra Məsihin (əleyhissəlam) şəxsiyyətini anlamaq 
necə mümkündür? Axı İsanın (əleyhissəlam) nazil olması Meh-
di tərə indən elmi, əməli və başçılıq baxımdan anlaşılmağa eh-
tiyaclıdır. Çünki ona və İslam risalətinə şahidlik etməlidir. Sual 
ünvanlanan zaman xəlifələr məktəbinin cəmiyyəti yayınmağa 
çalışır:  Mümkündürmü  ki,  gələcəkdə  adi  bir  şəxs  doğulsun, 
möcüzələr, ismət, tam elm – yəni ilahi dəstək – olmadan Məsih 
(əleyhissəlam) kimi ulul-əzm rəsulu, onun əzəmətli şəxsiyyəti-
ni dərk etsin?
Axirəzzamanda Mehdiyə dəstək naminə İsa peyğəmbərin 
(əleyhissəlam) zühurunu qeyd edən Quranın yol göstərməsilə 
48
 İmam Baqirdən (əleyhissəlam) nəql olunub ki, Qiyamət günündən öncə 
İsa yer üzünə enəcəkdir. Nə yəhudi, nə də başqa din əhlindən elə biri qalma-
yacaq ki, ona öz ölümlərindən öncə iman gətirməmiş olsunlar. İsa Mehdinin 
(əleyhiməssəlam) arxasında namaz qılacaq. “Muntəxəbul-əsər”, s.479.
49
 Əbu Hüreyrədən belə nəql olunub: Allahın Rəsulu (sallallahu əleyhi və 
alih) buyurub: “Məryəmin oğlu sizin aranıza endikdə və imamınız sizdən 
olduqda necə olacaqsınız?” “Səhihil-Buxari, babu nuzulu İsa (s.158), Səhi-
hi-Muslim, babu əl-imanu  i babi nuzuli İsa (c.2, s.500), Musnədi-Əhməd, 
(c.2, s.336)


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə