Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

33
Məhdəviyyət haqqında nəzərlər
etmiş,  əlavə  olaraq  intizarı  çəkilən  Mehdiylə  əlaqədar  Qura-
ni-kərim ayələrini doğru  yer və təfsirinə uyğun təfsir etməyib. 
Onlar bunun arxasında inkar yolunu asanlaşdırmağa çalışırlar. 
Çünki məzhəbləri tələb edir ki, bəzi qəti həqiqətləri inkar edib 
özlərinin əsas və sütunlarını qorusunlar. 
Buradan  intizarı  çəkilən  Mehdi  düşüncəsinin  inkarı,  rə-
vayətlərin zəif və uydurma olduğunu söyləmələrinin səbəbini 
anlamış oluruq. Təəccüblü olan, ibaziyyə alimlərinin bu rüsvay 
işə cürəti etmələridir. Hansı ki, intizarı çəkilən Mehdi barədə 
rəvayətləri İslam  irqələri toplu şəkildə hər bir hədis külliyyatı, 
sihahlar, müsnədlər qeyd edib. Habelə bu rəvayətlər bir neçə 
yolla gəlib çıxmış, çoxları da onların təvatür olmasını demişdir. 
Odur ki, Mehdi məsələsində bu cür arqumentlər, illuziyalar 
və inkaredici şişirtmələr kimi şübhəli metodları, üstəlik Qurana 
uyğun dəlillər, mütəvatir rəvayətlərdən ibarət İslamın mötəbər 
əsasları ilə ziddiyyət təşkil etməsi İslamın ümumi metodu ilə 
harmoniyada olmayan hədəf və səbəblərdən keçir. İslamın mü-
hüm sütunları vardır. Onlardan biri qeybə iman bəsləməyin zə-
ruriliyidir. Onlarla ayə (qeybə iman bəsləməyə) dəvəti dəfələr-
lə təkrarlamış, hətta mömini onunla mədh etmişdir.
19
 Burada 
sual veririk: Bu həyatda ibazi məzhəbinin ardıcıllarının iman 
bəslədiyi qeybi şeylər nədir? Habelə diqqəti çəkən sual budur: 
İntizarı  çəkilən  Mehdi  mövzusu  barədə  ibaziyyənin  araşdır-
dığı  dəlillər  nədir?..  Elə  isə,  burada  bu  kimi  məsələlər  yalnız 
mötəbər dəlillər vasitəsilə sübut oluna bilər. Qurani-kərim və 
ayələri söz söylədikdən sonra bizim başqa bir dəlilə ehtiyacı-
mız qalırmı? Əlavə olaraq, Həbib Mustafadan (sallallahu əleyhi 
və alih) rəvayət olunan mütəvatir rəvayətlər və səhih xəbərlər 
mövcuddur.  Şahidlərin  təvatür  olması,  qərinələrin  düzgünlü-
19
 Məsələn, “Bəqərə”, 2 və 3.


34
Müctəba Sadət
yü  mövcuddur,  ağıl  və  məntiq  də  bunu  təsdiqləyir.  Bütün  bu 
cəhətlərdən intizarı çəkilən Mehdi məsələsi sübuta yetib.
Qəribəsi  odur  ki,  ibaziyyə  eyni  vasitələrdən  yardım  alır, 
eyni  höccət  və  arqumentləri  çarə  göstərirlər.  Hansı  ki,  qeybi 
xəbərlərdən gələnləri inkar edən kəslər ondan yardım umur-
lar.  Onların  təfəkkürünün  bəsit,  rəylərinin  zəif  olmasının 
əlamətlərindən biri dəlillərini təkzib etməyin asan olmasıdır. 
Əgər  Mehdi  hədislərinin  ağıla  zidd  olduğunu  desələr,  Quranı 
tənqid etmiş sayılırlar. Çünki ilahi vəd olaraq, onu müjdə verən 
və xarakterizə edən məhz odur. Əgər bir nəfər yüz illər boyu 
necə yaşaya bilər – desələr, yenə də Qurana tənqidlə yanaşıb-
lar. Çünki Nuh peyğəmbərin, cənab Məsihin, İblisin ömrünün 
təbiətlə (yəni təbii qanunlarla) müxalif olduğunu xəbər verən 
Qurandır. Bu, Qurani-kərimin məntiqidir. Əlavə olaraq, yəhu-
dilər, həmçinin çox sayda din və məzhəblər iman gətirib ümid 
bəslədikləri  təqdirdə,  Mehdi  düşüncəsinə  nə  zərər  verir  ki? 
Əgər  yəhudi  və  xaçpərəstlərin  iman  gətirdikləri  hər  bir  dü-
şüncə  və  haqqı  batil  saymaq  istəsək,  onda  tövhid,  doğruluq, 
əmanət, ribanın və donuz ətinin yeyilməsinin haramlığı və s. 
neçə-neçə həqiqətləri batil saymalıyıq...
Görürəm  ki,  mən  yandırıcı  bir  həqiqət  qarşısındayam. 
Məni ona doğru mövzu çəkir. Bunu ucadan deməyə məcburam 
ki,  İbaziyyənin  təşri  (şəriətə  müva iq  qanunlar)  qaynaqları, 
onların  dediyinə  əsasən  belədir:  Quran,  sünnə,  icma  və  rəy. 
Ancaq intizarı çəkilən Mehdiyə baxışlarında və onun məsələ-
sini inkar edərkən Qurani-kərimə (birinci təşri qaynağı) qar-
şı çıxıblar. Çünki onlar Mehdiyə dəlalət edib onu müjdələyən 
Quran ayələrini doğru sayılmayan tərz və yerlərdə təfsir edib-
lər. Onlar şərafətli nəbəvi sünnəsinə (ikinci şəriət qaynağı) də 
qarşı çıxıblar. Belə ki, hər bir mütəvatir rəvayəti, səhih xəbər-
ləri  təkzib  etmiş,  onları  düzəldilmə  və  uydurma  hesab  edib-
lər. Onlar müsəlmanların icmasına (üçüncü şəriət qaynağı) da 


35
Məhdəviyyət haqqında nəzərlər
qarşı  çıxıblar.  Halbuki  müsəlman  icması  məzhəb  və  camaatı 
ilə birlikdə intizarı çəkilən Mehdi düşüncəsinə iman bəsləmə-
yi qəbul edirlər. İbaziyyə öz şazz rəylərindən yapışaraq Mehdi 
məsələsini inkar etmiş və məzhəblərinin – əsaslanmış olduğu 
ilk nəzəriyyələtini müha izə etməyə çalışmışlar. Belə ki, bütün 
xəvaric  irqələri bu  ikir üzərində yekdil şəkildə dayanıblar ki, 
xilafət  (imamət)  onların  nəzərində  Qureyşdə  məhdudlaşmır. 
Bu isə Allahın Rəsulunun (sallallahu əleyhi və alih) buyurdu-
ğu  ilə  ziddir.
20
  Elə  isə,  Mehdiyə  iman  necə  tamamlanır?  Hal-
buki  rəvayətlərdə  Mehdinin  Əhli-beytdən  (əleyhimussəlam) 
olması təkid edilir. Onlar isə Bəni-Haşimdəndir. Onlar Fatimə 
(əleyhəssəlam) övladlarındandır. Deməli, Mehdi Qureyşdəndir. 
Bu  isə  onların  məzhəbinin  əsas  və  özülləri  ilə  ziddiyyət  təş-
kil  edir.  Burada  isə  Mehdi  məsələsini  inkar  etməkdən  başqa 
heç bir çıxış yolu yoxdur. Baxmayaraq ki, bu, şəriətə müva iq 
qaynaqlarla ziddiyyət təşkil edir. Nəzərləri yönündən Mehdi-
nin məsələsinin inkarı məzhəblərinin əsasını məhv etməkdən 
daha asandır.
Onlar unudub, yaxud gözardı ediblər ki, Mehdi inancı hər 
dövrdə  Kitabın  qərini  (həmtayı)  və  şəriəti  qoruyan  məsum 
imamın varlığının zərurətinə dair düşüncədən yaranan əqidə-
dir. Muhəmməd peyğəmbər (sallallahu əleyhi və alih) iki ağır 
əmanət  qoyub  gedib  ki,  hovuz  kənarında  yanına  gələnədək 
heç vaxt bir-birindən ayrılmazlar. Quran bu iki ağır əmanətin 
hər birinin ismət, doğruluq və qorunmasına şəhadət verib. Bu 
isə şiə və sünni nəzərində intizarı çəkilən Mehdi düşüncəsinin 
həqiqi  prinsipinin  özüdür.  Dəlil  onun  varlığını  və  qalıcılığını 
20
  “Səhihi  Muslim”  kitabında  qeyd  edilib  ki,  “Qiyamət  qopanadək  bu  din 
daim ayaqda qalacaqdır. Onların üzərində on iki xəlifə olacaqdır.... Onların 
hamısı Qureyşdəndir”. Habelə “Səhihil-Buxari” kitabında qeyd edilmişdir ki, 
məndən sonra on iki əmir olacaqdır... Söylədi ki, onların hamısı Qureyşdən-
dir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə