Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə11/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

36
Müctəba Sadət
qəti edib, çünki o, Quranın yaxınlarının sonuncusudur. Qeyb-
də olsa belə, ilahi hikmət onun qeybə çəkilməsini vacib edib. 
Gizlində  olması  işlərindən  heç  birinə  zərər  vurmur.  Necə  ki, 
buludlar  arxasında  gizlənmiş  günəşə  heç  bir  zərər  dəymir... 
Xüsusilə, intizarı çəkilən Mehdiyə iman bəsləməyin bir əqidə 
və Allahın insanlara çatdırılmasını istədiyi bir mesaj olduğunu 
bilsək və Allah-təalanın sözünün misdaqı budur: “Biz Zikrdən 
(Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda 
da  yazmışdıq  ki,  yer  üzünə  Mənim  əməlisaleh  qullarım  varis 
olacaqlar”.
21
 Sonra Allah-təalanın buyurduğu kimi deyirik: “De: 
“(Allaha)  qoşduğunuz  şəriklər  arasında  haqqa  yönəldən  bir 
kimsə varmı?” De: “Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə 
(deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha 
çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa 
bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”
22
21
 Ənbiya, 105.
22
 Yunus, 35.


37
Məhdəviyyət haqqında nəzərlər
İKİNCİ FƏSİL:
İNTİZARI ÇƏKİLƏN MEHDİ İSMAİLİ DÜŞÜNCƏSİNDƏ
Axirəzzaman xilaskarının zühurunun qətiliyi ümumdünya 
etiqadıdır. Bütün din və millətlər aləmi zülm və haqsızlıqdan 
xilas edib, haqq-ədaləti yayacaq bir kəsin zühurunu gözləyir... 
Müsəlmanlar  bəşəriyyəti  xilas  edəcək  kəsə  etiqad  bəsləyir 
və  onu  intizarı  çəkilən  Mehdi  adlandırırlar.  Onlar  təkid  edir 
ki,  o,  Fatimeyi-Zəhranın  (əleyhəssəlam)  nəslindəndir.  Habelə 
Rəsuləllah  (sallallahu  əleyhi  və  alih)  onu  müjdə  verib.  İslam 
Qurani-kərim və şərafətli sünnə üzərində durub. Onlar müsəl-
manların Mehdi düşüncəsinə iman və etiqad bəsləmələri üçün 
əllərindəki iki qaynaq və mənbədir. Buna görə də müsəlmanlar 
hamılıqla, məzhəbləriylə birlikdə bunun üzərində cəm olublar.. 
Bu sətirlərdə ismaili məzhəbinin ardıcıllarının fərqli  ikirlərlə 
Mehdi düşüncələrinə işıq salmağa çalışacağıq.
İsmailiyyə camaatı
Şiəyönümlü  İslam  məzhəblərindən  olan  bir  irqə  olaraq 
hesab edilir. Onlar İmam Sadiqin (əleyhissəlam) oğlu İsmalin, 
atasının sağlığında ikən imamətinə etiqad bəsləyirlər. Odur ki, 
onun oğlu Muhəmməd ibn İsmailin ardıcılı olub onun imamə-
tinə inanıblar. Belə ki, imamət yalnız atadan oğula keçir və ge-
riyə qayıtmır.
İsmailiyyə  camaatı  bir  neçə  irqəyə  bölünüb.  Bu  irqələr-
dən bəzisi tarix boyunca sona çatmış və məhv olub. Məsələn, 
Qəramitə kimi.
23
 Lakin hal-hazırda dörd əsas  irqə var ki, dün-
yada ismailiyyə camaatının övladlarını təşkil edir.
23
 Onlar keçmişdə Bəhreyn məntəqələrində ortaya çıxmışdılar. Həsən ibn 
Bəhram (Əbu Səid Cənabi) Qəramitə dövlətinin əsasını quran hesab edilir. 
O iddia edirdi ki, intizarı çəkilən Mehdidir. Ondan sonra oğlu Süleyman 30 il 


38
Müctəba Sadət
Bu  irqələr İmam Fatimi əl-Mustənsir billahdan (h.478/m.1094) 
sonra xilafət ətrafında baş verən çəkişmələrin ardınca yarandı. İs-
mailiyyəlilər daimi olaraq iki hissəyə bölündülər:
Nəzzariyyə  irqəsi: Bunlar Nəzzar ibn əl-Mustənsir billahın 
imamlığına inanan və onun ardıcılı olan kəslərdir.
Müstəlliyyə  (Tiybə)  irqəsi:  Bunlar  isə  Müstəli  ibn 
əl-Mustənsir billahın imamlığına inanıb ardınca gedənlərdir.
Buradan  isə  hər  bir  irqə  iki  dəstəyə  ayrılıb  ki,  nəticədə 
dörd  müxtəlif  irqənin  formalaşmasına  gətirib  çıxarıb.  Onlar 
aşağıdakılardır:
Nəzzariyyə ismailiyyəsi
Bu  irqənin ardıcılları hal-hazırda Suriya, İraq, Orta Asiya 
və Avropada məskunlaşıblar. Onlar iki dəstəyə ayrılır:
1  –  Möminiyyə  irqəsi:  Onlar  İmam  Şəmsüddinin  böyük 
oğlu, “Mömin” adlanan kəsin imamlığına inanır və onun ardı-
cılıdılar. Bu  irqənin imamları göz önündə İmam Sadiqə (əley-
hissəlam)  qədər  davam  edib.  Sonradan  isə  onların  imamları 
gizlilik dövrünə daxil olmuş və hazırkı vaxtda İmamın gizli ol-
masına inanırlar (onlar Pakistan və Orta Asiya ismailiyyəsidir).
2 – Qasimiyyə  irqəsi (Ağaxaniyyə): Onlar İmam Şəmsüddinin 
“Qasim” adlanan kiçik oğlunun imamlığına inanırlar. Bu  irqənin 
imamları həmişə aşkarda olmuş və indiki dövrümüzə qədər ta-
nınıblar  (Onlar  Suriya,  Şam  və  Avropa  ismailiyyəsidir).  Axırıncı 
aşkarda olan İmam “Kərim Şah Hüseyni”dir.
24
 Onlar onun məsum 
müddətinə hakimiyyətdə oldu. O, hicrətin 319-cu ilində Kəbəyə hücum et-
miş, Qara daşı mənimsəmiş, onu apararaq öz yanında - Qətif məntəqəsində 
iyirmi ildən çox müddətinə saxlamışdır.
24
 Kərim Şah Hüseyni Nəzzariyyə İsmailiyyəsinin (Qasimiyyə  irqəsi) qırx 
doqquzuncu imamıdır. O, imamət ləqəbinə vərəsəliklə yiyələnib. Belə ki, o, 
Əmir Əli Xanın oğludur. 1936-cı ildə Cüneyfdə doğulub. Erkən uşaqlığı Ken-
yada Neyrobidə keçib. Doqquz il müddətində İsveçrədə Li Ruzi məktəbində 
oxuyub. 1959-cu ildə İslam tarixi ixtisası ilə Harvard universitetini bitirib. 
İyirmi yaşı olarkən babası Sultan Muhəmməd Şah Ağaxanın xələ i  olaraq 


39
Məhdəviyyət haqqında nəzərlər
olmasına etiqad bəsləyirlər. O, hal-hazırda Londonda yaşayır. Bu 
irqənin qəribə etiqadından biri isə onların İmam Həsən Müctə-
banın (əleyhissəlam) imamlığını qəbul etməmələridir. Onlar belə 
rəvayət edirlər ki, İmam Əlinin (əleyhissəlam) imamlığı birbaşa 
olaraq İmam Hüseynə (əleyhissəlam) keçib. 
Tiybə Müstəliyyə ismailiyyəsi
Bu  irqənin  ardıcılları  hal-hazırda  Hindistan,  Misir,  Yəmən  və 
Səudiyyənin  cənubunda  məskunlaşıb.  Bu  irqə  iman  bəsləyir  ki, 
imamlar  aydınlıq  və  göz  önündə  olma  dönəmindən  sonra  gizlilik 
dönəminə  daxil  olublar.  Ondan  öncə  isə  örtülü  qalmaq  dönəmin-
də olub. Onların sonuncu imamı üzdə olan dönəmdə Tiyb ibn Əmr 
bi-əhkamillah kimi tanınıb. Ondan sonra bu  irqədə gizlilik dönəmi 
başlayıb və öz dəvətində tək mütləq dəvətçi gizlilik dövründə İmamı 
təmsil edən üzdə olan höccətdir. Sonuncu dəvətçi Davud Əcəb olub 
ki, bütün tiybiyyə müstəliyyə  irqələri onun üzərində yekdil  ikirdə 
olmuşlar. O vəfat etdikdən sonra müstəliyyə iki  irqəyə bölündü:
3 – Davudiyyə  irqəsi: Onlar inanır ki, dəvətçi Davud Əcəb-
dən sonrakı dəvətçi Davud ibn Qütbdür və onun ardıcıllarıdır. 
Onlar Hindistanda Buhrə tayfası olaraq adlanırlar. 
4  –  Süleymaniyyə  irqəsi:  Onlar  deyir  ki,  birbaşa  adı  çə-
kilən dəvətçi Davud ibn Əcəbdən sonra Süleyman ibn Həsən-
dir. Bu  irqənin ardıcılları hal-hazırda Səudiyyə Nəcranında və 
Yəməndə Məkrəmi ailəsinə başçılıq edirlər.
Bu  dörd  irqə  indiki  dövrdə  dörd  tanınmış  ismailliyyə 
irqələrinin  ən  məşhurudur.  Onların  ardıcılları  dünyada  25-
dən çox ölkədə yayılıb, sayları 15 milyondan çoxdur. 
İsmaili ideologiyasında intizarı çəkilən Mehdi (Tarixi və 
ideoloji kökləri)
İmam  ismaili  məzhəbinin  mehvəridir.  Habelə  əqidənin 
mehvəri onun şəxsiyyəti ətrafında dövr edir. İsmailiyyə tayfa-
1957-ci ildə Qasimiyyə  irqəsinin imamlığını öz öhdəsinə götürüb.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə