Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
    Bu səhifədəki naviqasiya:
  • Cavab

49
Məhdəviyyət haqqında nəzərlər
Sual: İndiki dövrdə zühurunu gözlədiyimiz gizli bir imam 
varmı? O kimdir? Bu barədə ismailiyyə  irqələri arasında olan 
ikir ayrılığı nədir?
Sual: Mehdinin (əleyhissəlam) zühuru üçün müəyyən bir 
vaxt varmı? Yoxsa onun zühuru Allah sübhan və təalanın sirlə-
rindən biridir?
Cavab: Biz Axirəzzaman Mehdisini gözləmirik. O səbəbdən 
barəsində soruşduğun və danışdığın şeylərə dair heç bir cava-
bımız yoxdur.
Sözün xülasəsi
Qısa  tarixi  parçadan,  habelə  müasir  ismaili  məzhəbinin 
ardıcıllarının  imamət  əqidəsinin  köklərindən  intizarı  çəkilən 
Mehdinin kimliyi barədə dövr edən dialoq və müzakirələrdən 
bizə aşağıdakılar aydın olur: Müasir ismaili məzhəbinin ardı-
cıllarının  intizarı  çəkilən  Mehdi  düşüncəsi  imamətlə  əlaqə-
dar tarixi, fəlsə i kombinasiya, tarixi həqiqətlə nəzərlərindəki 
ardıcıllıq,  başqa  bir  cəhətdən  isə  etimad  olunası  dəlillər,  ta-
rixi  sənədlərdən  ibarətdir.  Onların  gözlənilən  Mehdiylə  bağlı 
nəzərləri imamətlə əlaqədar mə humlarının yetişəcəyi, tarixi 
inkişafına əsaslanır. Baxmayaraq ki, bu düşüncə İslama müva-
iq  dəlil,  Peyğəmbərin  və  Əhli-beytin  şərafətli  rəvayətləriylə 
ziddiyyət  təşkil  edir.  Onların  nəzərində  Mehdi  düşüncəsi  pə-
rakəndə təqlidçilikdən ibarətdir. Habelə dəlil, üsul, dərin araş-
dırmaya  əsaslanmayan  gizli  ideologiyaya  əsaslanır.  Onların 
nəzərində Mehdi nəzəriyyəsi süqut və tənəzzül ilə qarşı-qar-
şıya qalmış, xarici təsir və cərəyanlarla dəyişdirilib (məsələn, 
nəzərlərinə görə imamların tarixi silsiləsi). Onların nəzərində 
Mehdinin kimliyi şərq və qərb küləyinin hərəkət etdirdiyi bir 
buluddur. Sanki elə bir əqidədir ki, yerə çökülən binaya bən-
zəyir, yaxud yıxılmasına az qalıb. Praktiki olaraq, Ağaxaniyyə 
qasimiyyə nəzzariyyəsi  irqəsi nəzdində tənəzzül edib. Belə ki, 
onlar məhdəviyyət əqidəsini layiqli şəkildə anlaya bilməyiblər.


50
Müctəba Sadət
On iki imamçı şiələrin əqidəsində isə əksinədir. Bu, mən-
tiqi  dəlillər,  əqli,  Quran  və  Muhəmmədi  sünnədən  olan  nəqli 
bürhanlara əsaslanır. Belə ki, Peyğəmbər (sallallahu əleyhi və 
alih) və onun əhli-beyti (əleyhimussəlam) Qaim Mehdinin və 
atalarının adlarını bizə bəyan ediblər. Buna müva iq olaraq və 
həmin  nəss,  şəriət  qaynaqları  İslami  dəlillərə  əsasən,  xarici 
dəyişiklərin  təsirindən  uzaqdır.  Varlıq  aləmi  mövcud  olduğu 
müddətdə imamiyyənin Məhdəviyyət əqidəsi əbədi qalacaq.
Biz  əqidə  bəsləyirik  ki,  ismailiyyə  hərəkatı  yarandığından 
bəri sağlam siyasi hədə lərə malik bir hərəkat olub. Sonra tarix 
boyunca öz doğru xəttindən azmış, İsmail atası İmam Sadiqdən 
(əleyhissəlam) öncə öldükdə çəkişmə baş verdi. Buna görə də yo-
lunu azdı, Axirəzzamanda gözlənilən Mehdi nəzəriyyəsində çaş-
dı. Bundan öncə isə geniş şəkildə imamətin ardıcıllığında sapma 
baş verdi. Onlar Məhdəviyyət əqidəsinin ən bariz əlamətlərində 
fəsada düşdülər. Həmçinin Əhli-beytin (əleyhimussəlam) aydın-
laşdırdığı geniş xətlərini də zay  oldu. İndiki durumda ismailiyyə 
irqələrinin  hamısında  gözlənilən  Mehdinin  kimliyinin  əlamət-
ləri  aydın  deyil.  Onlar  əvvəllər  Muhəmməd  ibn  İsmailin  Mehdi 
olmasına inanırdılar. Belə ki, az olan ismailiyyə qaynaqları bunu 
dəstəkləyirdi.
29
  Bu isə Fatimiyyə mərhələsindən öncəki zamana 
aiddir. Amma hal-hazırda bəzi  irqələr etiqad bəsləyir ki, indiki 
imam (Ağaxaniyyə  irqəsi) mövcud olduğu zamanın hidayət edici-
si və Mehdi imamıdır. Odur ki, onlar Axirəzzaman Mehdisini göz-
ləmirlər. Amma digər  irqələr (Müstəliyyə) iman bəsləyir ki, vəd 
olunan Mehdi gələcəkdə gizli imamın nəslindən doğulacaq. Lakin 
onlar imamın adını, yaxud atasının (gizli İmamın) adını bilmirlər. 
Ardınca isə onlar da Mehdinin kimliyi sual altına düşür.
Onlar Peyğəmbərin (sallallahu əleyhi və alih) “Kim zəmanə-
sinin  imamını  tanımadan  ölərsə,  cahiliyyət  ölümü  şəklində 
29
 Bax: Cəfər ibn Mənsur Yəmənin “Əl-Kəşf” kitabı, s.62, 77, 103, 110, 135, 160, 
190. Habelə İbn Huşəb Mənsur Yəmənin “Ər-Ruşd vəl-hidayət” kitabı, s.198.


51
Məhdəviyyət haqqında nəzərlər
ölüb” – hədisini dedikdə biz təəccüb edirik. Onlar daim bu hədi-
si Peyğəmbərin dövründən sonra, həmçinin İmam Əlinin xilafətə 
daha layiqli olmasına dair ümumi şəxslərin əleyhinə rəddiyyə ola-
raq şəhadət gətirirlər. Ancaq onlardan cahiliyyət ölümündən qaç-
maq üçün indiki dövrün zəmanə imamı barədə soruşsalar, cavab 
verməkdən yayınacaq, dilləri topuq vuracaq. Ona görə də biz Ab-
dullah Mehdinin (Məhdəviyyətə) iddia olunmasını qəribə hesab 
etmirik. Həmçinin Qirmiti Əbu Səid Canibi də Məhdəviyyət iddi-
asında olub. Odur ki, adi bir şəxs (Amerika universiteti məzunu) 
zəmanə imamı olduğunu, özünü İmam Baqir, İmam Sadiqlə bir 
cərgəyə qoyduğunu iddia etdikdə də bunu qəribə hesab etmirik. 
Bu Ağaxaniyyə nəzzariyyəsi  irqəsinin indiki durumudur. 
Allaha həmd olsun ki, biz on iki imamçı şiə olaraq zəmanə-
mizin  imamı  gözlənilən  Mehdi  Höccət  ibn  Həsən  Əskərini 
(əleyhissəıam) gözləyir və tanıyırıq. O, hicrətin 255-ci ili Şəban 
ayının 15-də doğulub. Biz onun və alicənab atalarının adları-
nı  tanıyırıq.  Onun  iziki,  əxlaqi,  mənəvi,  psixoloji  xüsusiyyət-
lərini, Allah yanındakı uca məqamını tanıyırıq. O, Əhli-beytin 
(əleyhimussəlam) xüsusi rəvayətlərinə əsasən, Cənnət əhlinin 
tovuzquşusudur.  Biz  onun  zühurunun  əlamətlərini,  həmçinin 
şəxsiyyətini təyin edəcək əlamətləri tanıyırıq. Bundan da əlavə, 
biz doğulması, qeybi, zühuru barədə Məhdəviyyət məsələsini 
tam  dəqiqliklə  bilirik.  Necə  ki,  bunları  Əhli-beyt  (əleyhimus-
səlam) imamları bizim üçün aydın edib. Hər bir şeydən öncə 
on iki imamçılar öz xitablarında, həyati və ibadi icraatlarında 
təkid edir ki, məsələ Qurani-kərimdə xatırlanaraq yalnız mö-
minlərə yönəlmiş ilahi bir vəddir. Ona görə də biz digər İslam 
irqələrindən  gözlənilən  Mehdinin  (əleyhissəlam)  şəxsiyyəti 
və  kimliyinin  müəyyən  edilməsində  ayrılırıq.  Belə  ki,  hal-ha-
zırda bəzi İslam  irqələri belə onun hələ doğulmadığına etiqad 
bəsləyirlər. Allah-təala onun fərəcini tezləşdirsin və zühurunu 
asanlaşdırsın.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə