Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

46
Müctəba Sadət
Əbu Əli ibn Əziz billah Nəzzar Əbu Mənsur ibn Muizz li-dinil-
lah Muədd Əbu Təmim ibn Mənsur billah Əbut-Tahir İsmail ibn 
Qaim  bi-əmrillahi  Əbülqasim  Muhəmməd  ibn  Mehdi  billahi 
Abdullah ibn Hüseyn ibn Əhməd ibn Abdullah ibn Muhəmməd 
ibn İsmail ibn Cəfər Sadiq ibn Muhəmməd Baqir ibn Əli Zey-
nulabidin ibn Hüseyn Əbu Abdullah ibn Heydərətul-Kərrar Əli 
ibn Əbu Talibdir. Onlara və atalarının hamısına ən üstün dua və 
salam olsun.
Sual:  Mehdinin  zühurunu  bildirən  vaxt  varmı  ki,  onu 
müəyyənləşdirsin? Yaxud zühur vaxtı Allah sübhan və təalanın 
sirlərindən biridir?
Cavab:  Mənim  məlumatlarıma  əsasən,  əlimizdə  bir  bilgi 
yoxdur, Allah daha yaxşı bilir. Habelə Qaimin zühurunu müəy-
yən edən bəlirləyən bir tarix də bizdə mövcud deyil. Sadəcə bu, 
Allah sirlərindən biridir ki, onu bəndələrindən istədiyi və seç-
diyi kəsə bildirər. Bu isə bir fəzilətdir ki, istədiyi kəsə onu verər.
Qasimiyyə Nəzzariyyə İsmailiyyəsi (Ağaxaniyyə)  irqəsi 
nəzərində Mehdinin kimliyi
Bu  irqənin intellektual kəslərindən biri ilə xüsusi dialoq: 
Sual: İsmailiyyə məzhəbinin övladları (xüsusilə, nəzzariy-
yə  irqəsi) Axirəzzamanda Mehdinin zühurunu gözləyirmi?
Cavab:  İsmailiyyə  müsəlmanları  Axirəzzaman  Mehdisini 
gözləmir. Biz ismailiyyə şiə müsəlmanları (Ağaxaniyyə) hesab 
edirik ki, İmam hər zaman mövcuddur. Bu vücud varlığın baş-
lanğıcından sonunadək diridir. Hesab edirik ki, imam camaat 
qarşısında məlum, tanınmış olmalıdır. Coğra i məkan baxımın-
dan  məchul  olmamalıdır.  Bu  isə  diri  ardıcılları  üçün  yoluna 
birbaşa  hidayət  etməsinin  tamamlanması  üçündür.  Ona  görə 
də bizim nəzərimizə görə yer üzü imamsız boş qala bilməz. O, 
Allahın yer üzərində xəlifəsidir. Bu isə Allah-təalanın öz sözü 
əsasındadır: “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xə-
lifə yaradacağam!”, – dedikdə onlar: “Biz Səni həmd-səna ilə tə-


47
Məhdəviyyət haqqında nəzərlər
ri ləyib müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib 
qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: 
“Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
28
Bu ayə aydın şəkildə göstərir ki, yer üzərində Allah xəlifəsi-
nin xilafəti mövcuddur, davamlıdır və orada kəsilməzdir. İmam 
Cəfər Sadiqdən (əleyhissəlam) Allah rəsulu Muhəmmədin (sal-
lallahu  əleyhi  və  alih)  “Kim  zəmanəsinin  imamını  tanımayan 
halda  ölsə,  cahiliyyətə  xas  ölümtək  ölüb”  sözü  barədə  soruş-
dular.  O  “Kim  Ali-Muhəmməddən,  yoxsa  başqalarından  olan 
imamı tanımasa”, - dedi? İmam (əleyhissəlam) buyurdu: “Kim 
imamı inkar etsə, Ali-Muhəmməddən olsun, yaxud başqaların-
dan cahiliyyət ölümünə uyğun şəkildə ölüb. (“Də`aimul-İslam”, 
Qazi Nöman ibn Həyyunun kitabı, s.31, birinci hissə) Bu hədis 
barəsində deyirik ki, İmamı tanımaq hər bir müsəlman kişi və 
qadınla mömin kişi və qadına aydın şəkildə vacib bir işdir. Bu 
isə Peyğəmbərin (sallallahu əleyhi və alih) sözünə əsasəndir. O, 
bu sözü öz dövrünün diri imamı barəsində buyurub. Əgər ölsə, 
onun ölümü cahiliyyət ölümünə xasdır.
İmamların tarixində bir neçə dövr keçib. Onlardan biri giz-
lilik  dövrüdür.  Qətlə  yetirilməkdən  qorxmaq  üzündən,  imam 
düşmənlərin gözündən gizlənib. Ancaq burada dəvətçilər olub 
ki, həmin kəslər imamın yerini tanıyıb davamlı olaraq onunla 
əlaqə  saxlayıblar.  Onlar  imamdan  ardıcıllara  məlumatlar  çat-
dırıblar.  “Qeyb”  sözünün  mənasına  baxmayaraq,  imam  varlıq 
aləmindən  qeybdə  olmayıb.  Məsələn,  İmam  İsmail  ibn  Cəfər 
Sadiqin  (əleyhissəlam)  dövrünə  yetişmiş,  sonra  onun  övla-
dı İmam Muhəmməd ibn İsmail, sonra övladı Abdullah “Vəfa” 
ləqəbli Əhməd, sonra övladı Əhməd “Təqi” ləqəbli Muhəmməd, 
sonra  övladı  Həsən  “Rəziyuddin”  ləqəbli  Abdullah,  sonra  Ab-
28
 Bəqərə, 30.


48
Müctəba Sadət
dullah “Muhəmməd Mehdi” ləqəbli kəsə keçib ki, onun əli ilə 
ərəb qərbində, hicrətin 296-cı ildə Fatimiyyə dövləti qurulub.   
Sual: Mehdi (əleyhissəlam) kimdir, onun nəsəbi nədir? Ata 
və babasının adı nədir? Ləqəbləri nədir?
Cavab:  Qaim  İmama  aid  edilənə  gəlincə,  biz  diri  imamı 
var olduğu zamanın qaimi hesab edirik. Hər bir diri imam öz 
zəmanəsinin qaimidir. Zəmanənin sonunda Qaim, intizarı çə-
kilən Mehdi anlamlı bir imamımız yoxdur. Yer üzünü zülm ilə 
dolduqdan sonra ədalətlə doldurmaq üçün gələcək kəs, habelə 
hər bir zaman və əsrdə olan imamın nəsəbi İmam Əli ibn Əbu 
Talib və Muhəmməd Mustafanın (sallallahu əleyhi və alih) qızı 
Fatimə Zəhraya qayıdır. O kəslər ki, öz nəsəbləriylə İmam və 
Rəsul İsmailin zürriyyəsindən İbrahim Peyğəmbərə yetişirlər. 
Biz hal-hazırda mövcud İmam Kərim Şah Hüseyninin ardıcıl-
larıyıq. Həmin kəs ki, nəsəbi Əli ibn Əbu Talibə yetişir və o, bu 
ümmətin Peyğəmbərinin əmisi oğludur. Ona salavat və salam 
olsun.  Peyğəmbər  isə  atamız  İbrahimin  nəslindəndir.  Hər  bir 
imam olduğu zamanın yolgöstərəni və Mehdisidir. İmamət kə-
silmir. Onlar biri digərindən olan bir züriyyətdir. Allah sünnə-
sinin isə dəyişikliyi yoxdur.
Sual: Digər ismailiyyə  irqələri də həmin şəxsi (Mehdini) 
gözləyirmi və onun barədə yekdil  ikirədirlərmi? Yoxsa onlar 
arasında  ikir ayrılığı vardır?
Cavab: Bu elə sualdır ki, ona digər ismailiyyə  irqələri ca-
vab verərlər.
Sual:  Burada  Əhli-beyt  (əleyhissəlam)  yolu  ilə  zühurun 
əlamətləri qeyd  edilib ki, bizə Mehdinin zühur vaxtını bildir-
sin? Bu əlamətlərin ən bariz olanı nədir?
Sual:  Elə  bir  kitab  varmı  ki,  ismailiyyə  məzhəbinin  ideo-
logiyasına əsasən, Mehdini (əleyhissəlam) tanımaq üçün oxun-
masını bizə məsləhət görəsiniz?


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə