Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

30
Müctəba Sadət
cək bir sıra hadisə və əlamətləri xəbər verib. Onlar bunu məz-
həbləri tərə indən ilham alınan üsul və qaydalara qarşı çıxmaq 
hesab edirlər. Bu isə aşağıdakı nəzərlərindən doğan səbəblər 
üzündəndir: 
1  –  Qurani-kərim  metoduna  müxalifdir.  Belə  ki,  Muhəm-
məd peyğəmbər (sallallahu əleyhi və alih) sonuncu peyğəmbər 
və elçidir. Odur ki, Məsihin qayıdışı bu əqidədə aydın boşluq 
yaradır.
2 – Mifologiya və əfsanəyə uyğun xarakterin ortaya çıxması. 
Bu isə təbiətin qayda-qanun və adətlərin fövqündə olan şeylər-
dən ibarətdir. Məsələn, intizarı çəkilən xilaskar, İsanın dönüşü 
və Dəccalın zühuru kimi rəvayətlər. 
3 – Axirəzzaman rəvayətlərinin öz yazılma zamanının ha-
disələrinə uyğun gəlməsi. Məsələn, öncəki silahlardan danışılır 
(qılınc, nizə, süngü...). Bu isə Axirəzzaman inkişafı ilə ziddiyyət 
təşkil edir. 
4 – İntizarı çəkilən xilaskar düşüncəsi müsəlmanlar arası-
na müsəlman olmuş Kitab əhli tərə indən sızıb. Belə ki, o, yə-
hudilərə uyğun üsul və xarakterə malikdir. Xüsusən, Kəbul-əh-
bar onları rəvayət edənlərdən biridir.
5 – Axirəzzaman rəvayətləri, xüsusilə, intizarı çəkilən Meh-
di barədə rəvayətlər taqətləri süstləşdirir, istibdad dəyərlərini 
və  canlara  zülmü  möhkəmlədir.  Çünki  davamlı  olaraq  insan-
larda neqativ intizar yaranır, habelə mütəmadi olaraq islahat 
məqsədilə  mütləq  (Superman  kimi)  bir  fərdin  qiyamını  göz-
ləməyi zəruri edir.  
İntizarı  çəkilən  Mehdi  və  Qiyamətin  şərtləriylə  əlaqədar 
ibaziyyəninin qeyd etdiyi arqumentləri səbirlə oxuduqda bizə 
aydın olur ki, bu təhlükəli məsələ  (imamət) ilə maraqlanmaq 
metodları nə qədər zəifdir. Həmçinin bizə onların düşüncəsinin 
nə qədər bəsitolma yönləri aydın görünür. Onların rəylərini və 
inkarlarını dəstəkləyəcək heç bir möhkəm dəlil və yapışacaq 


31
Məhdəviyyət haqqında nəzərlər
şeyləri yoxdur. Əksinə, onların düşündüklərinin əleyhinə güclü 
dəlil  mövcuddur.  Habelə  Mehdi  barədə  əqidənin  doğruluğu-
na kəskin və aydın bürhan da var. Bunu isə sübut edəcək dəlil 
Qurani-kərim ayələri və şərafətli hədislərin təvatür olmasıdır. 
İrəli sürdükləri arqumentlər isə yalnız onların Quran elmləri 
və  hədis  əsaslarında  nə  dərəcə  zəif  olmalarına  dəlildir.  Necə 
olmasın  ki,  onların  əllərindəki  ən  əhəmiyyətli  hədis  kitabı 
olan birinci səhih müsnədləri, habelə nəbəvi hədislər barədə 
müraciət etdikləri, onların nəzərinə əsasən, Rəbi ibn Həbibin 
müsnədidir. O da yalnız 754 hədisi əhatə edir. Habelə Əbu Ğa-
nim Xorasanin qeydləridir ki, yalnız 140 hədisi əhatə edir.
15
 Bu, 
bütün İslam  irqələri nəzərində ümumi qəbul olunan məntiq, 
hesab, tarix və hədis elmi ilə ziddiyyət təşkil edir. Odur ki, onla-
rın öz yollarıyla (az olduğu üçün) rəvayət etdikləri hədis məc-
muələrində  bu  xüsusiyyətli  rəvayətlərin  olmamasına  heç  də 
təəccüb etmirik. Hər bir şeydən öncə onların birinci səhihləri 
(Musnədur-Rəbi) aydın şəkildə Dəccalı qeyd edən iki rəvayət-
dən (55 və 495-ci hədis) məhrum deyil. Buradan təkidlə qeyd 
edirik ki, elmi bəhs kriteriyaları baxımından bu arqumentlərin 
hər birinin heç bir elmi dəyəri yoxdur.
Yekun nəticə
İbaziyyə alimlərinin sözlərini araşdırmaq, ibazi məzhəbi-
nin yaranma köklərindən, onların intizarı çəkilən Mehdi barə-
də onlarla dövr edən bəzi yazı, dialoq və müzakirələri tərə in-
dən bizə aşağıdakılar aydın olur: 
İbaziyyənin  şüuru  çıxılmaz  bir  vəziyyətdədir  ki,  xilafət 
(imamət) barədə əqidələri onları ora daxil edib. Həm də onlar 
Elçinin (sallallahu əleyhi və alih) “Onların hamısı Qureyşdən-
dir” hədisini inkar ediblər. Baxmayaraq ki, bu nəzəriyyə əllə-
15
 İbaziyyə yanında hədis rəvayəti, s.111. Saleh ibn Əhməd Buvər Səidi; Əş-
ratus-sa`əti, Vüheybi, s.108.


32
Müctəba Sadət
rindəki birinci səhih camesindəki 45-ci hədislə ziddiyyət təşkil 
edir.
16
Sonra onların böyük alimləri intizarı çəkilən Mehdi düşün-
cəsi  və  xilafət  məsələsinə  müraciət  etməyə  başladılar.  Onlar 
intizarı çəkilən Mehdi nəzəriyyəsini kökdən inkar etməyə baş-
ladılar. Bu nəzəriyyə onları Məsihin qayıdışını, Dəccalın xüru-
cunu, “Dabbətul-ərzin”, Yəcuc və Məcucun ortaya çıxmasını və 
bir çox Qiyamət şərtlərini inkar etməyə də çəkib gətirdi. Belə-
liklə, ibaziyyə düşüncəsi öz nəzərlərində düşdükləri dalandan 
çıxdı, həmçinin siyasətdə birinci nəzəriyyələrinin, xilafət barə-
də əqidələrinin onlara töhfə verdiyi hərəktsizlikdən xaric etdi.
Bu səbəbdən qədim ibazi alimlərinin intizarı çəkilən Meh-
di mövzusunda öz məsələlərini ayrı tutmadığını görürsən. Ək-
sinə onların müasir alimləri inkar üzərində yekdil  ikirdədir-
lər. İntizarı çəkilən Mehdi barədə ibazi məzhəbinin alimlərinin 
yönəldiyi, bu məsələ və bənzərlərini ötürmək üçün susduqları 
ümumi xətt budur.
17
 Baxmayaraq ki, bəzi yazılar
18
 intizarı çə-
kilən Mehdi mövzusuna aydın şəkildə toxunub. Məsələn, Əbu 
Yəqub Varcəlaninin “Əd-Dəlil vəl-bürhan”, Qutbun “Vəfa`uz-zə-
manəti” kitabını buna misal göstərə bilərik. Lakin ümumi şəkil-
də mülahizə olunur ki, ibaziyyə məktəbində Mehdi ilə əlaqədar 
çoxsaylı rəvayətlər yoxdur. Habelə tarix boyunca ibaziyyə  iqhi 
və əqidəvi müqayisə baxımdan bu məsələyə diqqət göstərmə-
yib. Döyüş və  itnələr haqqında hədislər barədə ibazi məzhəbi-
nin alimlərinin rəylərini araşdıran kəs orada belə oxuyur. Sün-
nə ha izləri, sihah kəsləri və hədis cəm edənləri cürətlə ittiham 
16
 Rəbi ibn Həbib öz müsnədində 45-ci hədisdə belə rəvayət etmişdir: Əbu 
Ubeydə Cabir ibn Zeyddən, o, İbn Abbasdan, o da Peyğəmbərdən (sallallahu 
əleyhi və alih) belə nəql edib: “Əmr, yəni vilayət nə qədər ki, onlar arasında 
iki nəfər var – iki barmağı ilə işarə etdi – Qureyş arasındadır. Ancaq mülkə 
vurulmuş kəsə vay olsun”.
17
 Əşratus-sa`əti, Vüheybi, s.193.
18
 Həmin, s.206.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə