Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə12/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

40
Müctəba Sadət
sı inanır ki, imamət İmam Sadiqin (əleyhissəlam) zamanında 
ismailə  məxsus  olub.  Lakin  gözlənilmədən  İsmail  atasından 
(əleyhissəlam) öncə vəfat etdi. Odur ki, məsələ onlara şübhə-
li gəldi. Onlardan bəzisi İmamın qeybə çəkilməsi düşüncəsinə 
sığınıb dedilər ki, İsmail ölməyib. Əksinə, gizlənib və tezliklə 
zühur edəcək. Lakin tayfanın əksəriyyəti (İsmailin qeybə çəkil-
məsi  ikrini rədd etdi). Belə ki, gerçəklik və tarixi dəlillər onun 
vəfat  etməsini  təsdiqləyib.  Ona  görə  də  imamətinin  övladlar 
vasitəsilə nəql olunması əqidəsinə inandılar. Onlar dedilər ki, 
İmam Sadiqdən (əleyhissəlam) sonrakı imam İsmailin böyük 
oğludur. O isə atasının qoyub getdiyi üç yaşlı Muhəmməd idi. 
İmamət İsmaildən, sonra onun övladı Muhəmməddən düş-
dükdən sonra öncəki ismailiyyəlilərin əksəriyyətində belə bir 
ikir formalaşdı. Onlar etiqad bəslədilər ki, Muhəmməd qeybə 
çəkilib və qayıdışı zamanı (ikinci zühurda) ümumdünya dövrü 
başlayacaq. Mehdi, yaxud Qaim xüsusiyyətilə hərəkata başla-
yacaq, yer üzünü haqq-ədalətlə dolduracaq.
Hicrətin 296-cı ilində Afrikada (Tunis) Mehdiyyədə ilk isma-
iliyyə yönümlü Fatimiyyə dövlətini təsis edən Abdullah Mehdi ilk 
Fatimi  xəlifəliyinə  yiyələndikdən  qısa  müddət  sonra  ardıcılları 
üçün bir sıra ideoloji cəhətlərdə dəyişiklik apardı. O, dəvətin – adı 
ilə  əsaslanıb,  tərə indən  nümayəndəlik  edilən  Muhəmməd  ibn 
İsmailinin  məhdəviyyətindən  yapışmağı  dəyişərək,  yeni  rəhbər 
kimi (Abdullah Mehdi) imamət və mehdiliyi özünə nisbət verib 
iddia  etdi.  Həmçinin  Muhəmməd  ibn  İsmaildən  sonra  ismailiy-
yəlilərin rəhbərlik etdikləri sələ lərinin imaməti də bu cür oldu. 
Abdullah ibn Mehdinin islahat və yeniliyindən öncə ismailiyyəlilə-
rin mərkəzi başçıları özlərinə (gizli dövrdə) qeybdə olan imamın 
höccəti rütbəsini seçirdilər. Əqidə bu cür idi ki, höccət üzərindən 
ardıcıllar gizli Mehdi ilə əlaqə yarada bilərdilər.
25
25
 Cəfər ibn Mənsur Yəmənin “Əl-Kəşf” kitabına bax: s.97, 102.


41
Məhdəviyyət haqqında nəzərlər
Hər bir halda, Abdullah ibn Mehdinin islahatı Muhəmməd 
İsmailinin  məhdəviyyətini  inkar  etməyi  özündə  ehtiva  etdi. 
Həmin məhdəviyyət bundan öncə əksər ismailiyyəlilərin bəs-
lədiyi etiqadın əsas nöqtəsi idi. 
Abdullah  Mehdinin  öz  imamətinə  aşkar  şəkildə  dəvəti  is-
mailiyyə camaatını iki hissəyə ayırdı: Onun dəvətindən öncəki 
hissə və rəsmi əqidədən sonrakı vəziyyətə düşən hissə. Əksəriy-
yət imamətin davamlı olması mövqeyini qorudu. Onlar Abdullah 
Mehdinin bu açıqlamasını qəbul etdilər ki, ismailiyyə imaməti 
İmam  Sadiqin  (əleyhissəlam)  övladları  arasında  birbaşa  ola-
raq davam edib. Ancaq ismailiyyədən Abdullah Mehdidən ayrı 
düşmüş,  habelə  tək  başçılığın  təminatını  bacarmayan  azlıqda 
olan digər hissə onun imamət iddiasını rədd etdilər. Onlar əsas 
əqidələrini  qorumağa  çalışdılar.  Onlar  Mehdi  xüsusiyyətinin 
Muhəmməd ibn İsmailə geri qaytarılması üçün israr edirdilər.
Müasir ismailiyyə etiqad bəsləyir ki, yer üzü zahir olan aş-
kar, yaxud qorxan şəkildə gizli imamdan boş deyil. Əgər imam 
üzdə olsa, onun höccətinin gizli olması keçərlidir. Əgər imam 
gizli olsa, onun höccətinin (Dəvətçi adlanan naibi) aşkar olma-
sı labüddür. Buradan görürük ki, İsmailiyyə hərəkatı tarix bo-
yunca bir neçə dövr keçirib: 
*  Gizlilik  dövrü:  Hicrətin  143-cü  ilində  İsmail  öldükdən 
hicrətin 296-cı ilində Abdullah Mehdinin zühuruna qədər olan 
dövr.
* Zühur dövrü: Abdullah əhdinin başçılığı ilə birinci dövlət 
qurduqdan sonra başlayır. Bundan sonra  ikir ayrılığı yarandı 
və Qasimiyyə nəzzariyyəsi  irqəsi zühur dövründən indiki za-
mana qədər davam etməkdədir. 
* Gizlilik dövrü: Müstəliyyə  irqəsinin nəzərində Tiyb ibn 
Amir bi-əhkamillah hicrətin 525-ci ilində öldükdən sonra yeni-
dən geri döndülər. Onlar etiqad bəslədilər ki, Tiybin nəslindən 
indiyədək gizli imamlar mövcud olur. Lakin onlar haqqında heç 


42
Müctəba Sadət
bir  məlumata  malik  deyillər.  Hətta  bu  imamların  adları  belə, 
məlum deyil. Həmin şəxsin naibi və höccəti olan mütləq dəvət-
çi də onları tanımır.
Hal-hazırkı ismailiyyə  məzhəbinin ardıcılları yanında 
intizarı çəkilən Mehdinin kimliyi
Biz bundan öncə dialoq qurarkən və İsmailiyyə tayfasının 
ardıcıllarından  sayılan  iki  müxtəlif  irqədən  (Süleymaniyyə 
müstəliyyəsi və Qasimiyyə nəzzariyyəsi) olan fərdlərlə müza-
kirə  aparmağa  müvəffəq  olmuşuq.  Söhbətin  mehvəri  intizarı 
çəkilən  Mehdinin  kimliyi  ətrafında  dövr  edirdi.  Bununla  biz 
müasir  dövrdə  ismailiyyə  nəzərində  məhdəviyyət  düşüncəsi 
nəzəriyyəsinin  inkişaf  xüsusiyyətlərini  ayırd  etmək  istəyirik. 
Habelə düşüncələrinin hansı istiqamətə çatdığını və onun ən 
geniş xətləri hansılar olduğunu bilmək istəyirdik. 
Desəm sirr olmaz ki, mən bu məlumatları əldə etmək üçün 
çox çətinliklər çəkmişəm. Çünki onlar öz tayfalarından kənar olan, 
habelə öz qapalı dairələrinin xaricində olan kəslərə açılmırdılar. 
Bu o zaman alındı ki, mən onları tərcih haqqı ilə razı sala bildim. 
Onlara  rəylə  tanışlığın  müxali ləri  tərə indən  deyil,  məzhəbin 
tərəfdarları tərə indən tamamlandığını dedim. Xüsusilə, biz (on 
iki imamlı) şiə məzhəbinin ardıcıllarıyıq və intizarı çəkilən Mehdi 
onların zəmanəsinin imamı sayılır. Habelə o, dövrün qeybdə olan 
imamıdır. Biz ismailiyyə idologiyası və təsəvvürü baxımından, ha-
belə müxtəlif nəzəriyyələrə görə intizarı çəkilən Mehdinin kim-
liyini tanımaq istəyirik. Ona görə də geniş dialoq və nəzəriyyəyə 
daha  çox  vara  bilmədim.  Çünki  ismailiyyə  ideologiyası  barəsin-
də məlumat əldə etmək çətinliyi əqaidi məsələləriylə bağlı açıq 
danışmağın çətinliyində gizlənib. Həm də bu şəxs onların tayfa-
larından deyil. Əlavə olaraq, internetdə və kitabxanalarda geniş 
qaynaqlara malik deyillər. Əldə etdiyimiz məlumatlar bizə müasir 
dövrdə ismailiyyə  irqələrində Mehdinin kimliyinin xüsusiyyətlə-
rini aydınlaşdıracaq:


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə