Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

27
Məhdəviyyət haqqında nəzərlər
dinin məsələsini müsəlmanlar arasına sızdırılan xurafatlardan 
hesab edib.
* Şeyx Nasir ibn Əbu Nəhban Xurusi deyib: “Qövmümüzün 
xəbərlərində var ki, Allah Mehdini göndərəcək, Dəccal çıxacaq, 
İsa  səmadan  enəcək.  Bunların  hamısı  mənə  görə  həqiqətdən 
uzaqdır. Mənə görə Xızır da, İsa da ölüb”.
* Şeyx Əhməd ibn Səud Siyabi öz mühazirəsində
13
 deyib: 
“İntizarı  çəkilən  Mehdi,  Məsih  İsanın  (əleyhissəlam)  enməsi 
barədə  ikir nübuvvətin son olması, bu ümmətin zəlalət üzə-
rində bir yerə cəm olmayacaqları isməti barədə etibarını zə-
dələyir. Bu, Allah-təalanın sözünü rədd etməkdir: “Bu gün sizin 
üçün dininizi kamil etdim, sizə nemətimi tamamladım və sizin 
üçün din olaraq İslamı bəyənib seçdim”
14
Bəzən  ibazi  qardaşlar  arasından  kimsə  deyir  ki,  ibaziyyə 
alimlərinin bəzi kitablarında (buna dair) məsələ qarşıya çıxır. 
Biz  ona  məsələnin  düz  olduğunu  deyirik,  lakin  diqqətlə  bax-
dıqda  görürük  ki,  digərlərinin  kitablarında  olanlardan  təsir-
lənməkdir”.
İntizarı  çəkilən  Mehdi  mövzusu  ətrafında  yerdə  qalan 
İbaziyyə alimlərinin rəyi barəsində daha geniş məlumat əldə 
etmək üçün İbazi yazar Ustad Xalid ibn Mübarək Vüheybinin 
– İbaziyyənin müxtəlif kitab, yazılı əsər və mühazirələrindən 
topladığı  “Əşratus-sa`əti  -  ən-nəssut-tarixi”  kitabına,  203-cü 
səhifədən 211-ci səhifəyə qədər, müraciət etmək olar. 
İmamiyyə  şiəsinin  intizarı  çəkilən  Mehdi  məsələsindəki 
rəyini  münaqişə  etmək  naminə  ibaziyyəli  Ustad  Əli  ibn  Hilal 
İbri “İslam  iqhində imamət” adlı magistr traktatında yazılıb: 
“Fərz edək ki, İmam (intizarı çəkilən Mehdi) gözdən qeyb ol-
mayıb, zalım və qəsbkarları məğlub edib. Səncə Qiyamətədək 
yaşayır, ümməti idarə edir, Kitabı ayaqda tutur, insanları geniş 
13
 “İbaziyyənin nəzərində dəvət və təlim” – mühazirəsi.
14
 Maidə, 3.


28
Müctəba Sadət
yola  daşıyır,  yoxsa  atası  daha  öncə  öldüyü  kimi  yaşadıqdan 
sonra o da ölüb? Həmin vaxt onun xələ i kim olacaq? Baxma-
yaraq ki, imamların sayları müəyyəndir. Əgər naib onun xələ i 
olacaqsa, deməli naib İmamda şərt bilinən şeylər onda da şərt 
bilinir? Əgər məsələ belədirsə, o zaman say müəyyənləşdirmə-
yin nə anlamı var? İmam Qiyamətədək qalacaqsa, ondan öncə-
ki imamların nail ola bilmədiyi fəzilət və kəramətdən yararlan-
mış sayılır”. 
İntizarı  çəkilən  Mehdi  məsələsi  haqqında  ibaziyyənin 
mövqeyinə  nəzər  saldıqda  görürük  ki,  onlar  qeybin  bir  çox 
məsələlərini, döyüşlər,  itnələr, Qiyamətin daha qüvvətli əlamət 
və şərtləriylə əlaqədar xəbərləri, hətta bu barədə Qurani-kə-
rimdən aydın dəlillər olsa belə inkar edirlər.
* İntizarı çəkilən Mehdi əqidəsini kökdən inkar edib, onu 
müsəlmanlara yəhudilər tərə indən sızdırılan düşüncələr he-
sab edərək xurafat sayırlar.
*  Məsihin  Axirəzzamanda  qayıdacağını  inkar  edib  israrla 
onun ölmüş olduğunu söyləyirlər.
* Günəşin məğribdən doğmasını Qiyamət əlamətlərindən 
biri olduğunu inkar edib bunu təbiətin qanun və qaydaları ilə 
ziddiyyət təşkil etdiyini hesab edirlər.
*  Dəccalın  axirəzzamanda  çıxacağını  inkar  edib  bunu 
mövcud olmayan xura i əfsanə hesab edirlər, “Səhihi-Müslim” 
də  İbn  Səyyad  və  Cəsasənin  rəvayətlərinə  etiraz  üzündən  bu 
mövqeni seçirlər.
* Yəcuc və məcucun Axirəzzamanda çıxmasını inkar edir-
lər. Səbəbi isə, bunun qədim bir tarixi hekayə hesab etmələri-
dir ki, Allah-təala onu Quranda yalnız ibrət naminə qeyd edib.
* Axirəzzamanda “Dabbətul-ərz”-in çıxmasını inkar edərək 
bunu Qiyamətin əlamətlərindən biri kimi qəbul etmirlər. Onun 
xürucunu yalnız deyilən söz baş verdikdə, yəni əzab və qəzəbin 
vacib olma əsnasında hesab edirlər..


29
Məhdəviyyət haqqında nəzərlər
*  Döyüş  və  sınaqlarla  əlaqədar  xəbərləri,  həmçinin  Xızır, 
gözlənilən  Süfyani,  Qəhtani,  Kanstantinopolun  fəthinə  dair 
xəbərləri  inkar  edirlər.  Onlar  hesab  edirlər  ki,  bu  barədə  rə-
vayətləri Peyğəmbərə (sallallahu əleyhi və alih) nisbət vermək 
doğru deyil.
Bu hadisə və məsələlər barədə ibazilərin rəyini daha geniş 
şəkildə öyrənmək üçün aşağıdakı kitablara müraciət edə bilər-
siniz:
1 – “Əl-İbaziyyətu, tarix, mənhəc və məbadi”, Doktor Zəkə-
riyyə Muhərrəmi. Xüsusi fəsilə müraciət edib: “Fitnələr, döyüş-
lər, mizan və sirat barədə xəbərlərə dair ibaziyyənin mövqeyi”.
2  –  “Əşratus-sa`əti  -  ən-nəssu  vət-tarix”,  Şeyx  Xalid  ibn 
Mübarək  ibn  Muhəmməd  Vüheybi.  Xüsusi  fəsilə  müraciət 
edib:  Qiyamətin  baş  vermə  şərtlərinin  tədqiqatı  barədə  tət-
biqlər. Səhifə 319-da qeyd edib: “Bəhs ərzində aydın oldu ki, 
bu məsələlər barədə İbazi məzhəbinin ümumi yönü ifadə edən 
ən böyük hissə  tamamilə inkar, yaxud yerində durmaq və sü-
kut etmək deyilən təşkik (şübhə) arasındakı dövrə olub”. Gəlib 
bu yerə çatır: “Biz Allahın Kitabında həmin baş verəcək şərtlər 
üçün hansısa bir qeyd görmürük. Məsələn, Dəccal, Məsihin geri 
dönməsi, Mehdi kimi. Yaxud Qiyamətlə əlaqədar şərtlər, önn-
də baş verəcək Yəcuc və Məcuc, “Dabbətul-ərz”in çıxması kimi 
şeylərlə  əlaqədar  olan  məsələlər  görmürük.  Bu  əsnada  belə 
şeylərdən bəhs edən sünni və şiə rəvayətlərini cild-cild kitab-
lar cəm edib. Niyə Allah-təalanın Kitabında qeyd olunmayıb və 
bütün bu nəhəng sıxlıq rəvayətlərdə gəlmişdir?”.
İntizarı çəkilən Mehdi və Qiyamətin şərtlətinə dair İba-
ziyyənin mövqeyinə arqumentlər
İbaziyyə əksər İslam məktəblərindəki hədis məcmuəsində 
gəlib çatan döyüş və  itnələrlə əlaqədar çox sayda rəvayətləri 
rədd edib. Çünki o, belə təsəvvür yaradıb ki, Peyğəmbər (sallal-
lahu əleyhi və alih) qeybi bilirdi və Qiyamətdən öncə baş verə-


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə