Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   2   3   4   5   6   7   8   9   10   ...   66

24
Müctəba Sadət
məsələlərdən hesab edirlər. Onların nəzərində intizarı çəkilən 
Mehdi barədə heç bir qəti dəlil mövcud deyil. Bu səbəbdən on-
lar  təkidlə  qeyd  edirlər  ki,  İslam  düşüncəsinə  Mehdi  barədə 
xəbərlər hələ qədimdən İslamın birinci əsrinin başlanğıcında 
müsəlman  olmuş  əhli-kitab,  xüsusilə,  yəhudilər  tərə indən 
daxil  olub.  Onlar  təhrif  olunmuş  dini  irslərindən  intizarı  çə-
kilən xilasedici barədə xəbərlər rəvayət edirdilər.  
İbaziyyə intizarı çəkilən Mehdi düşüncəsinin xürafat oldu-
ğunu açıqlayır. Necə ki, onların alimlərindən biri belə demişdir: 
“Müsəlmanlar arasında qəribə bir adamın zühur edəcəyi dü-
şüncəsi yayılıb. O, Axirəzzamanda zühur edərək dünyanı zülm 
və haqsızlıqla dolduqdan sonra haqq-ədalətlə dolduracaq. Elə 
bir zamanda ki, bir neçə gündən artıq keçməyəcək. O, intizarı 
çəkilən Mehdidir... İbaziyyə Qurani-kərim metodu ilə ziddiyyət 
təşkil edən bu cür düşüncələri qəbul etmir. Hansi ki, Quranda 
müsəlmanlara Allahın üslub və qanununu bərqərar edəcəkləri 
təqdirdə hansı zaman və məkanda olmasından asılı olmayaraq, 
möhkəmlik və qələbə vəd edib. Habelə bu düşüncələr ümmət 
arasında zəi lik, biveclik, səy və çalışqanlıq göstərmədən məc-
hulun intizarında olmağı yayır. Məhdəviyyət düşüncəsi Tövrata 
müva iq əsaslara malikdir və o, həqiqətdə sonuncu Peyğəmbər 
Muhəmmədi (sallallahu əleyhi və alih) müjdə verməkdir”.
11
İbaziyyənin  intizarı  çəkilən  Mehdiyə  aid  nəzərinin  tarixi 
və  əqidəvi  köklərinə  müraciət  etdikdə  görürük  ki,  bu  mək-
təbdə intizarı çəkilən Mehdi, yaxud Qiyamətin şərtləri barədə 
nəql  olunan  çoxlu  sayda  rəvayətlər  mövcud  deyil.  Habelə  bu 
məsələlərə  diqqət  göstərməklə  əlaqədar  ibazi  düşüncəsində 
tarix boyunca əqidəvi və  iqhi qarşılaşdırma (müqayisə etmək, 
yaxud bərabərləşdirmək) olmayıb. Zaman keçdikcə İbaziyyəy-
lə  başqa  islami  məktəblər  arasında  assimilyasiya  və  qarışma 
11
 Əl-İbaziyyətu tarix və mənhəc və məbadi 


25
Məhdəviyyət haqqında nəzərlər
cərəyanı baş verdikdə bu məsələlərin bəzisi olduqca bəsit for-
mada ibazi düşüncəsinə sirayət etmiş, lakin məsələ - ona etiqad 
edəcək formaya gəlib çıxmayıb. Biz bu məsələni hicrətin altıncı 
əsrində bəzi ibazilərə aid kitablarda görə bilərik. Məsələn, Əbu 
Yəqub Varicəlaninin (h. 570-də vəfat edib) dəlil və bürhanla-
rını misal çəkmək olar. O, 2-ci cild, səhifə 35-də qeyd edir: “Al-
lahın  Rəsulundan  (sallallahu  əleyhi  və  alih)  bir  sıra  xəbərlər 
daxil olub. Belə ki, Axirəzzamanda yer üzünü zülm və haqsız-
lıqla dolmuş olduqdan sonra haqq-ədalətlə doldurmağı üçün 
Mehdini zəruri hesab edir”. İkinci cild, 24-cü səhifədə qeyd edir 
ki, məsum tərə indən olsa həqiqətdir. Məsum isə yalnız Mehdi 
və İsa ibn Məryəmdən başqası ola bilməz”. Habelə Şeyx Qutb 
“Vəfa`uz-zəmanəti  bi-əda`il-əmanəti”  kitabının  5-ci  cild,  6-cı 
səhifəsində intizarı çəkilən Mehdi, Dəccal, Məsihin qayıtması 
barədə önəm verilməsi lazım olan rəvayətlərin mövcud oldu-
ğunu, lakin hələ açıqlanmadığını qeyd edir (yaxud heç bir şey 
şərt qoşulmamışdır)”... Şeyx Cəytali “Qənatirul-xəyrat” kitabı-
nın 3-cü cild, 546 və 547-ci səhifələrində Qiyamətin bir neçə 
başvermə şərtini qeyd edib: Məsələn, günəşin məğribdən çıx-
ması, İsanın enməsi, dəccal və s. Ancaq ibaziyyə tərə i hicrətin 
keçən  əsrinin  sonları,  müasir  əsrin  başlanğıcında  intizarı  çə-
kilən Mehdi düşüncəsinə ehtiyac olduğunu təsdiqlədi. Habelə 
bir sıra qeybi məsələlərə şahidlik etmişdir ki, etinasız yanaşı-
laraq ümumi, ibazi xətti olmadan üstüörtülü şəkildə bildirilib. 
Müasirlərdən Mehdi düşüncəsinə sayğı göstərən ibazi alimlə-
rindən bəzisini qeyd edirik.
* Şeyx Əhməd ibn Həmd Xəlili (Oman sultanlığında ümumi 
müfti) ibaziyyənin intizarı çəkilən Mehdi barədə rəyini açıqla-
yarkən belə deyib: “Biz əməl etməli, hər birimiz Allah sübhan 
və təalanın istəyi yolunda hadi, mehdi olmalıyıq. Biz bir müddət 
sonra kiminsə zühur edəcəyini gözləməməliyik. Təkcə Mehdi 
barədə bir sıra rəvayətlər var ki, orada çox sayda düzənsizlik 


26
Müctəba Sadət
mövcuddur. Bunu Əllamə Rəşid Rza şərh edib, Mehdi barədə 
bir sıra rəvayətlər uydurulub və çox insan iddia etmişdir ki, o, 
intizarı çəkilən Mehdidir. İnsanların bəzisi deyir ki, Mehdi Hü-
seyn ibn Əlinin, bəziləri Həsən ibn Əlinin, başqa bir dəstə isə 
Abbas ibn Əbdülmüttəlibin nəslindəndir. Bu ona dəlalət edir ki, 
siyasi təmayül belə rəvayətlər düzəltməkdə maraqlıdır”.
* Şeyx Səid ibn Məbruk Qənubi (müasir dövrdə şərə li nə-
bəvi hədisləri barədə İbaziyyənin mərcəsidir) öz mühazirəsin-

12
 deyib: “Mehdi barədə hədislər təkzib olunan və quraşdırıl-
madır. Allah Rəsulu (sallallahu əleyhi və alih) tərə indən təsbit 
olunmayıb”.
* Şeyx Bəkli Əbdürrəhman Ömər fətvalarda deyib: “Meh-
diyə gəlincə Dəccal barədə nə deyilibsə, bənzər rəvayətlər də 
onun  barəsində  düzəldilmişdir.  Bunlar  ixtila lı  rəvayətlərdir, 
problemli  əsərlərdir.  Belə  ki,  onları  bir  yerə  yığmaq  çətindir. 
Mehdi bir meydan olaraq seçilmişdir ki, ora çox sayda arzu - 
istəyi olan padşah və sultan atılmağa çalışmışdır. Onların biri 
öldükdə,  bəslənilən  ümidlər  gerçəkləşmədikdə,  onun  oyun 
kartını  başqasında  sınayıblar.  Qara  və  sarı  bayraqlar  əshabı, 
ondan  öncə  Süfyaninin  çağırışı  da  bunun  kimidir.  Mənə  belə 
görünür, ancaq Allah bunların gizli təşkilatların hiylələri oldu-
ğunu daha yaxşı bilir. Belə ki, bu təşkilatlar İslamı dağıtmaq, 
təlim və əsaslarına xurafat daxil etməklə onu pis günə qoymaq 
üçün təsis edilib. Bunun arxasında oğlanlarını əməldən soyut-
maq, Mehdi və onun xüruc etməsinə güvənərək qüvvə vasitələ-
ri götürmək durur. Bu isə onları müda iədən və himayəsini qo-
rumaqdan saxlayır”.  
* Şeyx Əli Yəhya Müəmmər “İbaziyyə tarix boyunca” ensik-
lopediyasının birinci nəşri, 5-ci səhifədə, initzarı çəkilən Meh-
12
 “Qiyamətin şərtləri” adlı mühazirə. Vühebinin “Qiyamətin şərtləri” kita-
bından nəqlən.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə