1
Mixi yazını mənimsəmiş qədim xalqlar: A) Mannalılar, Çinlilər,
Misirlilər B) Finikiyalılar, yunanlar C) Farslar, türklər D)
Akkadlar, babillilər, assurlar E) Misirlilər, hindlilər
2
Vahid Misir dövlətinin yaranmasından Xeops ehramının
tikilməsinə qədər təqribən neçə əsr keçmişdir? A) 4 əsr B) 14 əsr
C) 10 əsr D) 16 əsr E) 23 əsr
3
Uyğunluq pozulmuşdur: A) Çati Fironun köməkçisi idi B) "Canlı
ölülər"-qullar C) Günəş oğlu-Baş Allah Amona deyilirdi D) Günəş
Allahı Ra-dünyanı yaradan sayılırdı E) "Kiçiklər"-icma üzvü olan
xırda əkinçilər idilər
4
Romada konsullar hansı müddətə seçilirdilər? A) 5 ilə B) 8 ilə C)
10 ilə D) 1 ilə E) Ömürlük
5
"İpək Yolu" salınmışdır: A) M.ə.I əsrin ortalarında B) M.ə.IV əsrdə
C) M.ə.II əsrdə D) M.ə.V əsrdə E) Eramızın II əsrində
6
Qədim Babilistan dövlətinin banisidir: A) Sumuabum B)
Hammurapi C) Aşşurbanipal D) I Sarqon E) I Putmos
7
Dəclə və Fərat çayları arasındakı ən qədim mədəniyyətin yaradıcısı
kimlərdir? A) Şumerlər B) Skiflər C) Misirlilər D) Fələstinlilər E)
Finikiyalılar
8
Eramızın birinci əsrində Çində baş vermişdir: A) Xan sülaləsi
hakimiyyətə gəldi B) Sin sülaləsi devrildi C) Xan sülaləsinin
hakimiyyətinə son qoyuldu D) “Qırmızıqaşlılar” üsyanı baş verdi
E) “Qırmızısarıqlılar” üsyanı baş verdi
9
Hansı sülalənin hakimiyyəti dövründə qədim Hindistan vahid
şəkildə birləşdirildi: A) Şəmsiyyə B) Tuğlaqilər C) Əhəmənilər D)
Mauriya E) Sasanilər
10
E.ə.III əsrdə Çində yaranmış padşahlıq: A) Sin B) Xan C) Qo D)
Mancur E) Tyan
11
Attikanın azad əhalisi necə adlanırdı: A) İlot B) Azad C) Demos D)
Aristokrat E) Kəndli
12
III Tutmosa aid deyil: A) E.ə.1504-cü ildə hakimiyyətə gəlməsi B)
Fələstin, Suriya və Finikiyanın Misirə tabe edilməsi C) Şərqi
Aralıq dənizi ölkələrinə yürüş təşkil etməsi D) Misirin Ön Asiyada
mövqeyinin zəifləməsi E) Əlli dörd il hakimiyyətdə olması
13
Assurun süqutundan neçə il sonra Midiya süquta uğradılmışdır? A)
96 B) 12 C) 23 D) 15 E) 34
14
Sparta ilə Afina arasında e.ə.431-ci ildə başlayan müharibə nə ilə
nəticələndi: A) Afinanın qələbəsi B) Afinanın məğlubiyyəti C)
Nəticəsiz qurtardı D) Spartanın məğlubiyyəti E) Müharibə sülhlə
dayandırıldı
15
Romada xristianlığı dövlət dini elan edən imperatoru göstərin: A)
Konstantin B) Adrian C) Kammod D) Antoni E) Diokletian
16
II Ramzesin hakimiyyəti dövrünə aiddir: A) Suriyaya iki hərbi
yürüşün təşkil edilməsi B) Nubiyanın Misirə tabe edilməsi C)
Ehramlar əvəzinə Sərdabələr tikilməsi D) Paytaxtın Memfisə
köçürülməsi E) Ölkə ərazisini birləşdirən su kanalları çəkdirməsi
17
Qədim Misir mədəniyyətinə aid deyil: A) Günəş və su saatlarının
ixtirası B) Cərrahiyyə əməliyyatlarının aparılması C) Osiris
haqqında əfsanə D) Gilqameş haqqında dastan E) Təqvimin
düzəldilməsi
18
Xristianlıq ilk dəfə nə vaxt və harada meydana gəlmişdir: A) I-II
əsrlərdə Romada B) IV əsrdə Albaniyada C) IV əsrdə Bizansda D)
I əsrdə Suriyada E) I-II əsrlərdə Fələstində
19
Yunanıstanda Solonun islahatları kimlərin mənafeyini müdafiə
edirdi: A) Aristokratların B) Qulların C) Gəlmələrin D) Demosun
E) Döyüşçülərin
20
Yeni Elam dövrünə aiddir: A) E.ə.VII-VI əsrlər B) E.ə.VI-V əsrlər
C) E.ə.VIII-VII əsrlər D) E.ə.IX-VIII əsrlər E) E.ə.X-IX əsrlər
21
Qədim Şərqdə ilk sinifli cəmiyyət və dövlətin meydana gəlməsi
hansı xronoloji çərçivədə müəyyənləşir? A) E.ə. IV minilliyin sonu-
III minilliklər B) E.ə. II minilliyin sonu – I minilliklər C) E.ə. IV
əsrdən – II əsrlərədək D) E.ə. III minillik – II minilliklər E) E.ə.V
minillik – III minilliklər
22
Daha əvvəl baş vermiş hadisə hansıdır: A) I Daranın Hindistana
yürüşü B) II Kambizin Misirə yürüşü C) II Kirin Lidiya və Babilə
yürüşü D) Arilərin Hindistanda və İranda məskunlaşması E) II
Ramzesin Hetlerlə döyüşdə məğlubiyyəti
23
Qədim İran padşahlığı nə vaxt və hansı hökmdarın zamanında öz
qüdrətinin ən yüksək zirvəsinə çatdı: A) M.ə.VI əsrin ortalarında
B) M.ə.522-486-illərdə I Daranın zamanında C) M.ə.IV əsrdə III
Daranın zamanında D) M.ə.VI əsrin sonunda, II Kirin zamanında
E) M.ə.530-522-ci illərdə, II Kambirin zamanında
24
Qədim Şərqdə zikkurat formalı pilləli memarlıq abidəsi məxsus idi:
A) Çinə B) Misirə C) Hindistana D) Mayyalılara E)
Mesopotamiyaya
25
E.ə.590-585-ci illərdə baş vermişdir: A) Yunan–İran müharibələri
B) Midiyanın iskitlərə qarşı hərbi yürüşləri C) II Kir tərəfindən
Babil və Misirin işğalları D) Midiya–Lidiya müharibələri E)
Midiyanın Manna və Urartuya qarşı yürüşləri
26
Yunanıstanda quldarlıq nə zaman meydana gəlmişdir: A) M.ə.I
minillikdə B) M.ə.II minillikdə C) M.ə.V-II əsrlərdə D) M.ə.I əsrdə
E) Eramızın I əsrində
27
Karxemiş yaxınlığında döyüş və Assuriya dövlətinin sonu: A)
E.ə.605-ci il B) E.ə.705-ci il C) E.ə.505-ci il D) E.ə.625-ci il E)
E.ə.609-cu il
28
Uyğunluq gözlənilib: A) Ur şəhər dövləti yaranıb–e.ə.IV minillikdə
B) Pelusiya döyüşü nəticəsində-Babil dövləti süqut edib C)
Mesopotamiyanın Şimal hissəsi–Şumer adlanırdı D)
Mesopotamiyanın Cənubu adlanırdı–Şumer ölkəsi E) Misirdə Baş
Allah sayılırdı-Yupiter
29
İlk yazı növü olan piktoqrafiyadan kimlər istifadə etmişdir? A)
Şumerlər, hindlər, elamlar B) Babillər, akkadlar, yunanlar C)
Elamlar, assurlar, farslar D) Finikiyalılar, hindlər, çinlilər E)
Misirlilər, akkardlar, şumerlər
30
Romada padşah hakimiyyətinin ləğvi, Respublikanın qurulması: A)
E.ə.609-cu il B) E.ə.409-cu il C) E.ə.419-cu il D) E.ə.509-cu il E)
E.ə.529-cu il
31
“İlliada” və “Odisseya” poemalarının yazılması və müəllifi: A)
E.ə.VI əsr–Homer B) E.ə.V əsr-Krass C) E.ə.IV əsr-Tassit D)
E.ə.IX əsr-Heredot E) E.ə.III əsr–Diodor
32
Ur şəhərinin əsası harada və nə vaxt qoyulmuşdur: A) Albaniyada-
m.ə.I əsrdə B) Appenin yarımadasında-m.ə.VIII əsrin ortalarında C)
Misirdə-m.ə.I minilliyin ortalarında D) İran körfəzi yaxınlığında-
m.ə.IV minillikdə E) Aralıq dənizi sahilində-m.ə.II minillikdə
33
Dünyanın 7 möcüzəsindən olan “Zevsin heykəli” nə vaxt və kim
tərəfindən yaradılıb: A) M.ə.V əsrdə naməlum heykəltaraş
tərəfindən B) M.ə.IV əsrdə Fidi tərəfindən C) M.ə.IV əsrdə Miron
tərəfindən D) M.ə.V əsrdə Fidi tərəfindən E) M.ə.VI əsrdə Miron
tərəfindən
34
M.ə.II minillikdə Yunan mədəniyyətinin tənəzzülünə səbəb nə
olmuşdur: A) Dori tayfasının Cənubi Yunanıstana gəlməsi B)
Yunanların apardığı müharibələr C) Yunanların Romalılara məğlub
olması D) Quldarlığın tənəzzül etməsi E) Daxili ziddiyyətlər
35
Mohenco-Daro və Harappa mədəniyyəti yaranmışdır: A) E.ə.III-II
minilliklər B) E.ə.IV-III minilliklər C) E.ə.V-IV minilliklər D)
E.ə.II-I minilliklər E) E.ə.IV-V minilliklər
36
Uyğunluq pozulmuşdur: A) İlk piramida məxsusdur–Xeopsa B)
Hetlərlə döyüşdə məğlub olmuşdur–II Ramzes C) Fərat çayına
qədər gedib çıxmışdır–I Tutmos D) İlk dəfə gizli yeraltı Sərdabədə
dəfn edildi–I Tutmos E) Misirdə quruculuq işlərini həyata
keçirmişdir–II Ramzes
37
Şumer şəhər dövləti yaranmışdır: A) E.ə. III minilliyin I yarısında
B) E.ə.IV minilliyin sonu C) E.ə. III minilliyin sonu D) E.ə. II
minillikdə E) E.ə. IV minilliyin I yarısında
38
Homerin “İlliada” və “Odiseya” poemalarının mövzusu haradan
götürülmüşdür: A) Troya şəhərinə hərbi səfərlər haqqında yunan
əfsanələrindən B) Homerin şahidi olduğu hadisələrdən C) M.ə.VIII
əsrdəki müharibələrindən D) Yunan Makedoniya müharibələrindən
E) Koloniyaların salınmasından
39
Hind və Qanq çaylarının vadisində əkinçi-maldar tayfalarının
yaşaması: A) E.ə.V-IV minilliklər B) E.ə.IV-III minilliklər C)
E.ə.III-II minilliklər D) E.ə.II-I minilliklər E) E.ə.I minilliklər
40
Mesopotomiyada yaranmış ən qədim dövlət: A) Şumer-şəhər
dövləti B) Babur padşahlığı C) Assuriya dövləti D) Elam dövləti E)
Laqaş şəhər dövləti
41
Uyğunluq gözlənilmişdir: A) “Osiris haqqında əfsanə”
yaranmışdır–Mesopotomiyada B) Günəş Allahı Ra-əfsanəyə görə
dünyanın yaradıcısıdır C) İkiçayarasında yazı növləri
yaranmışdır–e.ə.II minil D) Qədim Misirdə tikintidə üstünlük təşkil
edirdi-beton və daş materialları E) Şumer şəhər dövlətləri
yaranmışdır–e.ə.VII-VI minil.
42
II Kirin hakimiyyəti.Əhəməni dövlətinin yaranması və yüksəlişi: A)
E.ə.568-540-cı il B) E.ə.558-530-cu il C) E.ə.548-525-ci il D)
E.ə.538-530-cü il E) E.ə.530-518-ci il
43
Avropada ilk cəmiyyətin izləri harada tapılmışdır: A) Kiprdə B)
Romada C) Babildə D) Misirdə E) Kritdə
44
Kutilərin (qutilərin) İkiçayarasında hakimiyyəti: A) E.ə.2175-2095-
ci illər B) E.ə.2225-2204-cü illər C) E.ə.2212-2003-cü illər D)
E.ə.1894-1595-ci illər E) E.ə.1843-1763-cü illər
45
E.ə.I minilliyə aiddir: A) Babil şəhər dövlətinin əsasının qoyulması
B) Assur dövlətinin süqutu C) Misirdə nomların yaranması D) Ur
şəhərində Ay Allahının məbədinin qoyulması E) I Tutmosun Ön
Asiyaya yürüşü
46
Tiberi və Qay qrakx qardaşları kimlərin mənafeyini müdafiə
edirdilər: A) Zadəganların B) Kəndlilərin C) Sənətkarların D)
Ruhanilərin E) Cəngavərlərin
47
Qədim Romada “Fast” adlandırılan təqvim yazıları nəyi əks
etdirirdi: A) Yazılı abidələrin tarixini B) Roma imperiyasının
tarixini C) Kahinlərin göstərişlərini və sərəncamlarını D) Natiqlərin
çıxışlarını və nitqlərini E) Xidmət günləri baş vermiş hadisələrin,
hökümətin göstərişlərini
48
III Tutmosun dövründə olmuşdur: A) Şərqi Aralıq dənizi ölkələri
Misirin itaətindən çıxdı B) Suriya hərbi birləşmələri məğlubiyyətə
uğradıldı C) Əyanların mövqeyi zəiflədi D) Şimali Suriya Hetlərin
əlinə keçdi E)Misir Əhəmənilər tərəfindən işğal edildi
49
Qədim Babilistanda Amori sülaləsinin hakimiyyəti: A) E.ə.1360-
1335-ci illər B) E.ə.1894-1595-cü illər C) E.ə.2093-915-ci illər D)
E.ə. 1595-1300-cü illər E) E.ə.1126-1105-ci illər
50
Sezarın ölümündən sonra Romada hadisələr necə cərəyan etdi: A)
Romada respublika quruldu B) Hakimiyyətə Pompey gəldi C)
Barbarlar Romanı ələ keçirdilər D) Hakimiyyəti Senat öz əlinə
götürdü E) Respublikaçıları əzən Antoni və Oktavian Roma
torpaqlarını bölüşdürdülər
51
Qədim Ur şəhər yerinin tapılması kimin adı ilə bağlıdır? A)
C.E.Teylorun B) P.Bottanın C) A.Leyyardın D) V.Andrenin E)
C.Smitin
52
Qədim Misirdə erkən səltənət dövrü, I-II sülalələr dövrü: A)
E.ə.3100-2800-cü illər B) E.ə.2600-2300-cü illər C) E.ə.3500-3300-
cü illər D) E.ə. 4500-4320-ci illər E) E.ə.1500-1460-cı illər
53
Qədim Çinin e.ə.III əsr tarixi üçün səciyyəvi idi: A) Böyük Çin
səddinin inşasının başa çatması B) Çində vahid dövlətinin əsasının
qoyulması C) Vuruşan padşahlıqlar dövrünün başlanması D) Xan
sülaləsinin hakimiyyətinin devrilməsi E) Sarı sarıqlılar üsyanının
baş verməsi
54
Uyğunluq gözlənilmişdir: A) Ən qədim əlifbanı Çinlilər
yaratmışdır B) Mixi yazı növünü Sumerlər kəşf etmişlər C) Günəş
və su saatını Çinlilər ixtira etmişlər D) Beton və günbəz tikintisini
Yunanlar icad ediblər E) Şahmat Qədim Misirdə meydana
gəlmişdir
55
Ərəblər İkiçayarası düzənliklərdəki süni təpələri adlandırırdı: A)
Tell B) Uruk C) Carmo D) Şell E) Aşell
56
Babil şəhərinin qalıqları nə zaman və hansı arxeoloq tərəfindən
aşkar edilmişdi? A) R.Koldevey – XIX əsrin sonu- XX əsrin
əvvəlləri B) Q.Kross – XIX əsrin əvvəlləri C) V.Andre – XX əsrin
əvvəlləri D) L.Vulli – XVIII əsrin sonu – XIX əsrin əvvəlləri E)
V.Plas – XVII əsrin sonu – XVIII əsrin əvvəlləri
57
Misirdə qədim səltənət, III-VI sülalələr dövrü: A) E.ə.2500-2200-cü
illər B) E.ə.2800-2250-ci illər C) E.ə.1800-1600-cü illər D)
E.ə.1900-1750-cü illər E) E.ə.2600-2400-ci illər
58
I Daranın hakimiyyəti dövrünə aiddir: A) Misirin tabe etdirilməsi
B) Qavqamela döyüşü C) Əhəməni imperiyasının ən qüdrətli dövrü
D) Hindistanın bütünlüklə işğal edilməsi E) Əhəməni imperiyasının
sona çatması
59
I Pun müharibəsinin nəticəsi necə oldu: A) Dorilər Yunanıstandan
qovuldular B) Yunan-Makedoniya imperiyası yarandı C) Hun və
alanlar Albaniyada yerləşdilər D) İranın xarici əlaqələri zəiflədi E)
Roma Siciliyanı tutdu
60
İranlılar Babil şəhərini işğal edəndən neçə il sonra Misiri də işğal
etdilər: A) 24 B) 14 C) 64 D) 138 E) 26
61
Ən qədim qanunlar külliyyatının tərtib edilməsi hansı hökmdara
aiddir? A) III Ur sülüləsinin hökmdarı Urnammuya B) I Ur
sülaləsinin hökmdarı Meskalamduqaya C) Assur hökmdarı II
Sarqona D) Babil hökmdarı Hammurapiyə E) Misir hökmdarı III
Tutmosa
62
Şumerdə Erkən sülalələr dövrünə aiddir: A) E.ə. XXVIII – XXIV
əsrlər B) E.ə. XXVII – XXV əsrlər C) E.ə. XXVI – XXV əsrlər D)
XXV – XXIV əsrlər E) E.ə. XXIV – XXIII əsrlər
63
395-ci ildə Roma imperiyasının tarixində baş vermiş hadisə: A)
Roma imperiyasının süqutu B) Makedoniya üzərində parlaq qələbə
qazandı C) Romanın əsas rəqiblərindən olan İran dövləti dağıldı D)
Yaxın Şərq ölkələri Roma imperiyasının tərkibinə qatıldı E) Roma
imperiyası Qərb və Şərq adlanan iki hissəyə parçalandı
64
Parfiya dövlətinin yaranmasından neçə il sonra “Sarısarıqlılar”
üsyanı oldu: A) 431 B) 631 C) 362 D) 274 E) 374
65
Hammurapinin özünə tabe etdiyi şəhərlərə daxildir: A) Aşşur, İşin,
Uruk B) Nippur, Şumer, Akkad C) Kiş, Fiv, Laqaş D) Ur, Uruk,
Larsa E) Nippur, Memfis
66
“Qələbə sütunu” adlanan abidə hansı hökmdara aiddir? A)
Naram–Suenə B) Şutruk Nahhuntiyə C) Sarlaqa D) II Kuriqalzuya
E) Sarqona
67
Ən qədim Assuriya dövrü: A) E.ə.XXII-XVI əsrlər B) E.ə.XX-XIV
əsrlər C) E.ə.XIX-XVIII əsrlər D) E.ə.XXV-XXI əsrlər E) E.ə.XXI-
XIX əsrlər
68
Hansı cavabda göstərilənlər ilk dəfə Çində yaradılmışdır: A) Teatr,
pambıq, şəkər çuğunduru, şahmat B) İpək, kağız, kompas, çay C)
Qlobus, barıt, xəritə, kompas D) Barıt, gəmi, çay, kitab çapı E)
Mahud, barıt, çay, yelkənli gəmi
69
Afinada quldarlıq dövləti nə vaxt təşəkkül tapdı: A) M.ə.III-II
əsrlərdə B) M.ə.II minillikdə C) M.ə.I əsrdə D) M.ə.VIII-VI
əsrlərdə E) M.ə.V-IV əsrlərdə
70
Misirdə orta səltənət, XI-XIII-cü sülalələr dövrü: A) E.ə.2050-1750-
ci illər B) E.ə.1900-1750-cı illər C) E.ə.2800-2640-ci illər D)
E.ə.2400-2350cü illər E) E.ə.3200-2800-cü illər
71
Ur- Nammunun hakimiyyəti və onun qanunları: A) E.ə. 2112- 2003-
cü illər B) E.ə. 2135- 2133-cü illər C) E.ə. 2225-2204-cü illər D)
E.ə. 2014- 2003-cü illər E) E.ə. 2104- 2097-ci illər
72
Orta Elam dövrünə aiddir: A) E.ə.XIV-e.ə.XI əsrlər B) E.ə.XV-
e.ə.XIII əsrlər C) E.ə.XI-e.ə.IX əsrlər D) E.ə.XI-e.ə.IX əsrlər E)
E.ə.VIII-e.ə.VII əsrlər
73
E.ə.I əsrdə Yaxın və Orta Şərqdə Romanın ən təhlükəli rəqibi kim
idi: A) Sasanilər B) Selevkilər C) Parfiya D) Atropatena E) İberiya
74
Qədim Yunanlar Foinike adlandırırdılar: A) Fələstini B) Finikiyanı
C) Babili D) Misiri E) Çini
75
Misirdə yeni səltənət dövrü: A) E.ə.1580-1345-ci illər B) E.ə.1580-
1085-ci illər C) E.ə.2860-2430-cu illər D) E.ə.2150-1640-cı illər E)
E.ə.1450-1280-cı illər
76
Uyğunluq pozulmuşdur: A) Mauriya sülaləsi–Hindistan B) Sin
padşahlığı–Çin C) Arşakilər sülaləsi–Parfiya D) Xan sülaləsi–Misir
E) Xan sülaləsi–Çin
77
Qədim dövrdə koloniyalar salan ölkələr: A) Roma-Makedoniya B)
İran-Finikiya C) Finikiya-Afina D) Afina-İran E) Makedoniya-
Afina
78
İsin şəhər dövlətinin hökmdarı Lipit-İştarın hakimiyyəti və
qanunlar külliyatı: A) E.ə. 1934- 1924-cü illər B) E.ə.1894- 1881-ci
illər C) E.ə. 1834- 1831-ci illər D) E.ə.1924- 1900-cü illər E)
E.ə.1822- 1763-cü illər
79
Qədim dövrdə Ön Asiyada mövcud olmuş dövlətlər: A) Misir-
Urartu-Kartagen B) Urartu-Aşşur-Babil C) Aşşur-Misir-Urartu D)
Babil-Misir-Kartagen E) Kartagen-Babil-Aşşur
80
Əhəməni dövlətinin yaranmasından neçə il əvvəl Assur dövləti
süqut etmişdir: A) 19 B) 55 C) 20 D) 85 E) 65
81
Sin padşahı imperator titulu qəbul edəndən neçə il sonra Sin
imperiyası süqut etdi: A) 25 B) 15 C) 114 D) 42 E) 27
82
III Pun müharibəsi neçənci ildə başlandı və necə qurtardı: A)
E.ə.146-cı ildə Romalılar qələbə çaldılar B) E.ə.249-cu ildə
nəticəsiz qurtardı C) E.ə.218-ci ildə Karfagenlilər döyüşsüz təslim
oldular D) E.ə.230-cu ildə Karfagenlilər qalib gəldi E) E.ə.216-cı
ildə sülh bağlandı
83
I əsrdə Roma ictimaiyyətinin ən imtiyazlı təbəqəsi kimlər idi: A)
Nobillər B) Pretorlar C) Plebeylər D) Suvarilər E) Patrisilər
84
Qədim Het padşahlığı dövrü: A) E.ə.1680-1630-cu il B) E.ə.1690-
1650-ci il C) E.ə.XVII-XVI əsrlər D) E.ə.XV-XIV əsrlər E)
E.ə.XIII-XII əsrlər
85
E.ə.VIII-VII əsrlərdə Ön Asiyada meydana çıxan ən qüdrətli dövlət:
A) Midiya B) Suriya C) Assuriya D) Fələstin E) Manna
86
Hetlərin İkiçayarasına hücumu və Babil şəhərinin dağılması: A)
E.ə. 1595-ci ildə B) E.ə. 1585-ci ildə C) E.ə. 1575-ci ildə D) E.ə.
1535-ci ildə E) E.ə. 1500-cü ildə
87
Aşağıdakı şəhər dövlətlərindən hansı Yunanıstan ərazisində
deyildi: A) Xersones B) Sparta C) Afina D) Korinf E) Milet
88
Assur dövlətinin süqutundan sonra onun torpaqlarını bölüşdürən
dövlətlər: A) Midiya və Babil B) Manna və Midiya C) Babil və
Misir D) Suriya və Fələstin E) Misir və Roma
89
Rəsmi olaraq Misir fironu elan edilmiş Əhəməni hökmdarı kimdir:
A) II Kir B) II Kambiz C) I Dara D) III Dara E) I Kir
90
E.ə.III əsrdə Çinin və Hindistanın tarixində baş vermiş ümumi
cəhət: A) Vahid dövlətin yaranması B) İlk yazının yaranması C)
Xarici basqınlara məruz qalmaları D) Quldarlıq quruluşunun qəti
olaraq möhkəmlənməsi E) Yadelli ağalığına son qoyulması
91
Eradan əvvəl 330-cu ildə baş vermişdir: A) İran Əhəmənilər dövləti
süqut etdi B) III Dara Qavqamel döyüşündə məğlub oldu C)
Makedoniyalı Isgəndər III Daranı Qranik döyüşündə məğlubiyyətə
uğratdı D) Pelusiya döyüşündə Misir təslim edildi E) I Dara öz
canişini Bess tərəfindən öldürüldü
92
60-cı ildə Roma senatına qarşı yaradılan ittifaq adlanırdı: A)
Diktatura B) Senturiat C) Etruriya D) Triumvirat E) Mitridat
93
Müasir İraq ərazisində yaranmış qədim dövlət: A) Afina B) Misir
C) Finikiya D) Şumer E) Roma
94
Qədim Babilistanda “tamkarlar” kimlər adlandırılırdı? A) Ticarət
ilə məşğul olan məmurlar B) Sələmçiliklə məşğul olanlar C) Hüquq
qaydalarını nizama salanlar D) Sarayda qulluq edən məmurlar E)
Xəzinəyə nəzarət edən adam
95
Hadisələrdən hansı daha əvvəl baş vermişdir: A) Əhəməni
imperiyasının yaranması B) Midiya dövlətinin süqutu C) İran
Əhəmənilər dövlətinin süqutu D) Babil dövlətinin yaranması E)
Çində Xan sülaləsinin süqutu
96
43-cü ildə Romada dövləti idarə etmək üçün “II Triumvirat” hansı
sərkərdələr tərəfindən yaradıldı: A) Sezay, Pompes, Kras B) Sezay,
Antoni, Pompey C) Oktavian, Antoni, Lepid D) Kassi, Antoni, Brut
E) Oktavian, Pompey, Kras
97
E.ə.1595-ci ildə baş vermişdir: A) Babilistanda Kassi sülaləsi
hakimiyyətə gəlmişdir B) III Ur sülaləsi hakimiyyətə gəlmişdir C) I
Ur sülaləsi hakimiyyətə gəlmişdir D) Kutilər İkiçayarasında
hakimiyyətə gəlmişdir E) III Ur sülaləsi süquta uğramışdır
98
Kassilərin hakimiyyəti dövründə “Kudurru” adlanan sənədə aiddir:
A) Məbədə və adamlara xidmət əvəzinə bağışlanmış torpaq B)
İcarə üçün kəndliyə satılmış torpaq C) Torpaq sahəsində işləyən
muzdlu işçi D) Borc əvəzinə verilən sənəd E) Qulun azad olunması
üçün verilən sənəd
99
İlk Misir sülalə hökmdarları barədə məlumat saxlamış tarixi
mənbə: A) Palermo qara daş lövhə B) 12 mis lövhə qanunları C)
Məbəd mətnlərində D) Kahin yazılarında E) Tutmosun səlnamələri
100
Romanın prinsipat dövrü hansı imperatorun hakimiyyətinə təsadüf
edir: A) Sezarın B) Oktavianın C) Pompeyin D) Antoninin E)
Krasın
101
Məbəd divarları üzərində həkk edilmiş hökmdar yazıları adlanır: A)
Sarkofaq B) Məbəd yazısı C) Salnamə D) Heroqlif E) Kahin
yazıları
102
Misirdə ilk xırda dövlət təşkilatları adlanırdı: A) Fayum B) Nemxu
C) Tamkarlar D) Amon E) Nom
103
Aralıq dənizi sahili ölkələrinin ən qədim əhalisi hesab olunur: A)
Samilər B) Akkadlar C) Hetlər D) Ammurilər E) Şumerlər
104
Ardıcıllıq gözlənilmişdir: A) Tövrat, Quran, İncil B) İncil, Tövrat,
Quran C) Quran, Tövrat, İncil D) Quran, İncil, Tövrat E) Tövrat,
İncil, Quran
105
Yəhudilərin “Babil əsarəti” hansı hökmdarın adı ilə bağlıdır? A) II
Navuxodonosor B) II Nexo C) III Salmanasar D) III Tiqlatpalasar
E) I Novuxodonosor
106
E.ə. 573-cü ildə sülh müqaviləsi kimlər arasında bağlanmışdır? A)
Tir və Babilistan arasında B) Lidiya və Əhəməni arasında C)
Karfaqenlə Misir arasında D) Suriya ilə Babilistan arasında E)
Assuriya və Mitanni arasında
107
Anadoluda ilk şəhər dövlətləri əmələ gəlmişdir: A) E.ə. XVII əsrin
II yarısı B) E.ə. XVIII əsrin II yarısı C) E.ə. XVII əsrin I yarısı D)
E.ə. XVIII əsrin I yarısı E) E.ə. XIX əsrin I yarısı
108
Anadoluda əmələ gəlmiş ilk şəhər dövlətləri hansılardır? A)
Burusxanda, Nesa, Kusara, Hattuşa B) Aşşur, Het, Halpa, Kadeş C)
Kerxamış, Alalax, Alasiya, Sard D) Het, Mari, Babil, Aşşur E)
Babil, Tir, Sidon, Alalax
109
Hetlərdə xalq yığıncağı adlanırdı: A) Tuliya B) Pankus C) Hatibe
D) Şura E) Senturi
110
Yeni Het padşahlığı dövrünə aiddir: A) E.ə. XIV- XIII əsrlər B)
E.ə. XVII- XVI əsrlər C) E.ə. XV- XIV əsrlər D) E.ə. XVI- XV
əsrlər E) E.ə. XIII- XII əsrlər
111
Het dövləti ilə Misir arasında müqavilə bağlanmışdır: A) E.ə. 1256-
cı ildə B) E.ə. 1226-cı ildə C) E.ə. 1286-cı ildə D) E.ə. 1236-cı ildə
E) E.ə. 1296-cı ildə
112
E.ə. 1286-cı ildə Misirlə Het dövləti arasında bağlanmış
müqaviləyə əsasən: A) Şimali Finikiya və Suriya Hetlərin
himayəsinə keçdi B) Finikiya və Suriya Misirin himayəsinə keçdi
C) Het hökmdarı III Hattuşili məğlub oldu və əsir düşdü D) Fələstin
və Cənubi Finikiya Hetlərin himayəsinə keçdi E) Egey dənizi
sahilləri Misirin himayəsinə keçdi
113
E.ə. 1200-cü ildə baş vermişdir: A) Hetlərin paytaxtı Hattuşa
dağıdıldı, Het dövlətinin varlığına son qoyuldu B) Finikiya və
Suriya Misirin himayəsinə keçdi C) Şimali Suriya və Finikiya
Hetlərin himayəsinə keçdi D) Misir ilə Het dövləti arasında sülh
müqaviləsi bağlandı E) Fələstin, Finikiya və Suriya Hetlərin
himayəsinə keçdi
114
E.ə. 585-ci ilin may ayında baş vermişdir: A) Midiya ilə Lidiya
arasında sülh bağlanmışdır B) Assuriya süquta uğramışdır C) Uiqeş
kimerlər ilə döyüşdə həlak olmuşdur D) Lidiya Qara dəniz
sahillərini işğal etmişdir E) Krezin hakimiyyətə gəlməsi
115
Yeni Assur dövrünə aiddir: A) E.ə. XXII əsrin sonu-XVI əsrin
ortaları B) E.ə. XII əsrin sonu-X əsrin sonu C) E.ə. XV – XI əsrlər
D) E.ə. X əsrin sonu-VII əsrin ortaları E) E.ə. XIV- XIII əsrlər
116
Assuriya Mitanniyə tabe edildi: A) E.ə. XIV əsrin əvvəlləri B) E.ə.
XV əsrin əvvəlləri C) E.ə. XIV əsrin sonu D) E.ə. XVII əsrin
əvvəlləri E) E.ə. XVI əsrin sonu
117
V Salmanasarın islahatının məqsədi: A) Köhnə əyanların, ali
kahinlərin imtiyazlarını ləğv etmək B) Ali kahinlərin imtiyazlarının
artırılması C) Borc əvəzinə sələmçinin təsərrüfatında işləməsi D)
İcma torpaqlarının torpaqsızlara paylanılması E) Köhnə əyan
təbəqələrinin imtiyazlarının artırılması
118
Assuriya dövlətinin süqutundan sonra ərazisi bölüşdürüldü: A)
Elam və Babilistan arasında B) Het və Misir arasında C) Babilistan
və Midiya arasında D) Əhəməni və Midiya arasında E) Babilistan
və Əhəməni arasında
119
Cavablardan biri yanlışdır: A) E.ə. 605-ci il Babil şəhəri
dağıdılmışdır B) E.ə. 538-ci il Babilistan II Kir tərəfindən
tutulmuşdur C) E.ə. 605-ci il Assuriya süqut etmişdir D) E.ə. 614-
cü ildə Assuriya şəhəri tutulmuşdur E) E.ə. 626- cı ildə
Nabupalasar Babilistanı müstəqil dövlət elan etmişdir
120
E.ə. III-II minilliklərdə Urmiyə gölü hövzəsində yaşayırdılar: A)
Kuti, lullubu, su, turukki B) Fars, puştu, tat, mazandaran C) Kassi,
maday, elam, gilan D) Kuti. kassi, maday, puştu E) Turukki, tat,
elam, kassi
121
Elam xətti və mixi yazılarının ilkin tədqiqatçıları olmuşdur: A)
L.Leyyard, C.Teylor B) R.Mekkenem, R.Girşman C) V.Loftus,
A.Parro D) V.Şeyl, V.Hins E) E.Kempfler, Q.Vinkler
122
“Suz təsərrüfat sənədləri” neçənci əsrə aiddir? A) E.ə. IV əsrə B)
E.ə. V əsrə C) E.ə. VI əsrə D) E.ə. VII əsrə E) E.ə. III əsrə
123
Bisutun kitabəsi hansı hökmdara aiddir: A) II Dara B) I Dara C) II
Kir D) I Sarqon E) II Sarqon
124
Elamın erkən siyasi tarixi hansı sülalənin hakimiyyəti ilə
başlamışdır? A) Avan sülaləsinin B) Kamva sülaləsinin C) Anşan
sülaləsinin D) Sais sülaləsinin E) Nubiya sülaləsinin
125
Elamda Simaşki sülaləsinin hakimiyyətə gəlməsinə şərait yaratdı:
A) III Ur sülaləsi ilə mübarizə B) Kiş şəhər dövlətinin süqutu C)
Suz şəhərinin süqutu D) Assuriyanın süqutu E) Vərəsəlik qaydasına
müvafiq olaraq
126
Elama aid deyil: A) Avan sülaləsi hakimiyyəti B) “Oğulluğa
götürmə” qaydası C) Simaşki sülaləsi hakimiyyəti D) “Qardaşlığa
götürmə” qaydası E) Lipit – İştar qanunları
127
Özündən əvvəlki 16 Elam hökmdarının siyahısını tərtib etdirmiş
hökmdar kimdir? A) Şilhak-İnşuşinak B) Kutir-Nahhunti C) Şutruk-
Nahhunti D) Untaş-Napirişa E) Kiten-Hutran
128
Midiya dövləti yaranmışdır: A) E.ə. VII əsrin sonu B) E.ə. VIII
əsrin əvvəli C) E.ə. VIII əsrin sonu D) E.ə. IX əsrin sonu E) E.ə. IX
əsrin əvvəli
129
Cavablardan biri səhvdir: A) E.ə. 550-ci ildə Midiya dövləti süqut
etdi B) E.ə. 547-ci ildə II Kir Anadoluya yürüş etdi C) E.ə. 550-ci
ildə Ekbatana şəhəri tutldu D) E.ə. 605-ci ildə Karxemi
yaxınlığında döyüş baş verdi E) E.ə.602-ci ildə Assuriya dövləti
süqut etdi
130
Cavablardan biri səhvdir: A) E.ə. 551-ci ildə Midiya dövləti süqut
etmişdir B) E.ə. 331-ci ildə Cancal döyüşü baş vermişdir C)
E.ə.323-cü ildə İsgəndər vəfat etmişdir D) E.ə. 330-cu ildə
Əhəməni dövləti süqut etmişdir E) E.ə.650-ci ildə Mannanın
paytaxtı İzurtu dağıdılıb
131
I Daraya aid deyil: A) E.ə. 386-cı ildə Antalkid sülhü bağlandı B)
Sui-qəsd nəticəsində hakimiyyətə gəlmişdir C) E.ə. 522- e.ə. 521-ci
illərdə dövləti bürümüş üsyanları yatırdı D) Skit və sak tayfalarına
qarşı yürüşlər təşkil etdi E) Bisutun kitabəsini yazdırmışdır
132
Cavablardan biri səhvdir: A) E.ə. 386-cı ildə “Antalkid sülhü”
bağlanmışdır B) E.ə. 325-ci ildə Əhəməni dövləti süqut etmişdir C)
E.ə. 499-cü ildə “Kalli sülhü” bağlanmışdır D) E.ə. 338-ci ildə II
Filip bütün Yunanıstanı özünə tabe etmişdir E) E.ə. 331-ci ildə
Cancal döyüşü baş vermişdir
133
Uyğunluq pozulmuşdur: A) E.ə. 334- e.ə. 330-cu illərdə İsgəndərin
Hindistana yürüşü B) E.ə. 334- e.ə. 324-cü illərdə İsgəndərin şərq
yürüşü C) E.ə. 329- e.ə. 326-cı illərdə İsgəndərin orta Asiya və
Hindistana yürüşü D) E.ə. 330-cu ildə Əhəməni dövlətinin süqutu
E) E.ə.550-ci ildə Midiya dövlətinin süqutu
134
Avestanın ən qədim hissəsini təşkil edir: A) Yaştlar B) Artalar C)
Qatlar D) Maqlar E) Videvdat
135
Hind və Qanq çaylarının vadisində əkinçi-maldar tayfaları
məskunlaşmışdır: A) E.ə. V-IV minilliklərdə B) E.ə. IV – III
minilliklərdə C) E.ə. VI-V minnilliklərdə D) E.ə. III-II minilliklərdə
E) E.ə. II – I minilliklərdə
136
Mahabharata və Ramayana ədəbi əsərləri formalaşmışdır: A) E.ə. I
minilliklərdə B) E.ə. II minilliklərdə C) E.ə. II minilliyin
əvvəllərində D) E.ə. III minillikdə E) E.ə. II minilliyin sonlarında
137
Hindistan tarixinə aid deyil: A) Tipitak adlı mənbə B) Manu
qanunları C) Artaxşastra siyasi traktatı D) Vedlər adlı dini
ədəbiyyat E) Bambuk səlnamələri
138
Qədim Hindistanda e.ə. III minillikdə mövcud olmuş mədəniyyətin
yaradıcıları sayılırlar: A) Protodravid və Dravidlər B) Arilər-
Aramilər C) Bharati və Pandavlar D) Şəmsi və Qəmərilər E)
Brahman və Kşatrilər
139
Nand dövlətinin əsası qoyulmuşdur: A) E.ə. IV əsrin ortaları –
Uqarsenu tərəfindən B) E.ə. V əsrdə-Bimbisara tərəfindən C) E.ə.
III əsrin ortaları-Çandraqupta tərəfindən D) E.ə. IV əsrdə-
Bindusara tərəfindən E) E.ə. II əsrdə-Aşoka tərəfindən
140
Mauriya sülaləsinin əsasını qoymuşdu: A) E.ə. 180-cı ildə-Şunqa
B) E.ə. 327-ci ildə-Uqarsenu C) E.ə. 293-cü ildə-Bindusara D) E.ə.
317-ci ildə-Çandraqupta E) E.ə. 268-cı ildə-Aşoka
141
Hindistanda Buddizmi ilk dəfə dövlət dini kimi qəbul etmiş
hökmdar: A) Aşoka B) Çandraqupta C) Bindusara D) Puşyamitra
E) Uqarsenu
142
Hindistan tarixinə aid deyil: A) Şudralar B) Sıfır rəqəmi ilk dəfə
işlədilmişdir C) Piktoqrafiya yazı növü D) Pana pul vahidi E) Fal
kitabələri
143
E.ə. V-III əsrlərdə Çində mövcud olmuşdur: A) Döyüşən
padşahlıqlar B) Kiçik xan sülaləsi C) Xan imperiyası d) Sin
imperiyası E) Şan-İn dövləti
144
E.ə. 403-cü ildə Çin tarixində baş vermişdir: A) Szin padşahlığı
parçalandı B) Çjou dövləti süqut etdi C) Xan sülaləsinin əsası
qoyuldu D) Kiçik xan sülaləsinin hökmranlığı başladı E) Xan
imperiyası süquta uğradı
145
Xan imperiyasının süqutundan sonra Çində hansı dövr başlandı? A)
"Üç padşahlıq" dövrü B) "Döyüşən padşahlıqlar" dövrü C) "Ven-
İn" dövrü D) Çen-Tan dövrü E) "Çjan-qo" dövrü
146
Yarım əsr davam etmiş İran-Yunan müharibəsi nə vaxt və hansı
sülhlə başa çatmışdır? A) E.ə. 449, Kalli sülhü ilə B) E.ə. 445,
Salamin sülhü ilə C) E.ə. 440, Delos sülhü ilə D) E.ə. 460, Plateya
sülhü ilə E) E.ə. 450, Mutina sülhü ilə
147
Afina tarixinə aid deyil: A) Arxontlar kollegiyası B) Periklin
islahatları C) Pelusiya döyüşü D) 500-lər şurası E) Strateq
kollegiyası
148
Qədim Yunanıstanda ilk şəhər dövlətləri adlanırdı: A) Polislər B)
Demos C) Empori D) Bule E) Aqora
149
Qədim Yunanıstanda Krit-Miken dövrünü əvəz etmişdir: A) Homer
dövrü B) Arxaik dövr C) Yeni Minoy dövrü D) Tiraniya dövrü E)
Qədim Minoy dövrü
150
Yunanların özgə ölkələrdə salmış olduqları ticarət məntəqələri
adlanırdı: A) Diakri B) Fratriya C) Tritti D) Empori E) Efor
151
Qədim Yunanıstan yerləşirdi: A) Balkan yarımadasının Cənub
hissəsində Egey dənizi adalarında, Kiçik Asiyanın Qərb sahilində,
Frakiya ərazisində B) Aralıq dənizinin Şərq sahilboyu ensiz bir
zolaqda C) Avropa, Asiya və Afrikanın qovuşuğunda D) Balkan
yarımadasının Şimal hissəsində, Egey dənizi adalarında E) Kiçik
Asiyanın Şərq sahilində, Frakiya ərazisində
152
Miken sivilizasiyasını yaratmışlar: A) Etrusklar B) Likilər C)
Axeylər D) Finikiyalılar E) Dorilər
153
Freska nədir? A) Mürəkkəb dolaşıq planlı tikili B) Divarda yas
suvaq üzərində yağlı boya ilə çəkilmiş şəkillər C) Döyüş silahı D)
Yazı növü E) Qədim Yunanıstanda şəhər-dövlətlərə verilmiş ad
154
Dorilər əsasən məskən saldılar: A) Peloponnesin Cənub-Şərqində
yerləşən Lakonika vilayətində B) Egey dənizi adalarında C)
Afinada D) Şimali Yunanıstanda E) Orta Yunanıstanda
155
Polis nədir? A) Qədim Yunanıstanda şəhər dövlətlərə verilmiş ad
B) Qədim Attikada adlı-sanlı adamlara verilmiş ad C) Afinada və
digər yunan şəhərlərində bazar meydanı D) Attika şəhərlərinin
Afinanın hakimiyyəti altında birləşməsi E) Aristokratlardan başqa
Attikanın qalan bütün əhalisi
156
V əsrin ortalarına qədər polislərdə qulların sayının az olmasının
səbəbi: A) Xalq yığıncağının qul əməyindən istifadəni qadağan
etməsi B) Ümumiyyətlə qul əməyindən istifadə olunmaması C) Ev
tikmək üçün qullara torpaq payının verilməməsi D) Polislərdə
qulların yaşamasına icazə verilməməsi E) Demosun qul əməyindən
istifadə etməməsi
157
Koloniyaların yaranma səbəbləri: 1.Çörəyin çatışmaması
2.Aristokratlarla əhalinin yerdə qalan hissəsi arasında mübarizə
getməsi 3.Yunan şəhərlərinin sayının artırılması 4.Yunanların
dəmir filizi, qalay əldə etmək arzusu; A) 1, 4 B) 2, 3 C) 1, 2 D) 2, 4
E) 3, 4
158
Yunanların Aralıq dənizi və Qara dəniz sahillərində saldıqları
məskənləri adlanırdı: A) Akropol B) Aqora C) Polis D) Koloniya
E) Hoplit
159
Qədim yunan şəhərlərində düzənlər arasındakı hündür təpədə
yerləşən divarları yonulmuş iri daşlardan tikilmiş binalar
kompleksi: A) Labirint B) Polis C) Amfora D) Aqora E) Akropol
160
Akropol adlanırdı: A) Qədim yunan şəhərlərində düzənlər
arasındakı hündür təpədə yerləşən divarları yonulmuş iri daşlardan
tikilmiş binalar kompleksi B) Bir-biri ilə yeraltı keçidlər və
dəhlizlər vasitəsilə birləşdirilən otaqlardan ibarət olan mürəkkəb və
dolaşıq planlı tikililər C) Qədim Yunanıstanda şəhər-dövlətlərinin
adları D) Attika şəhərlərinin Afinanın hakimiyyəti altında
birləşməsi E) Afinada və digər yunan polislərində bazar meydanı
161
Afinada və digər yunan polislərində bazar meydanı adlanırdı: A)
Amfora B) Akropol C) Aqora D) Polis E) Labirint
162
Afina məhkəməsinin qərarı asılı idi: A) Mühakimə olunan dövləti
olmasından B) Mühakimə olunan qanunları yaxşı bilməsindən və
natiqlik məharətindən C) Mühakimə olunan vəzifəli şəxs
olmasından D) Xalq yığıncağının qərarından E) Strateqdən
163
Strateqlərin vəzifələri: 1.Xalq yığıncağında qərarların qəbul
edilməsinə nəzarət edir 2.Aristokratlar ilə demos arasında baş
vermiş münaqişəni həll edir 3.Müharibə zamanı ordu və donanmanı
idarə edir 4.Sülh şəraitində isə müdafiə məqsədi üçün ayrılmış
vəsaitlə hərbi tikintilər və sədlər inşa etdirir; A) 1, 2 B) 3, 4 C) 1, 4
D) 2, 4 E) 1, 3
164
Afinanın güc və sərvətlərinin mənbəyi: A) Sənətkarlıq
məhsullarından əldə olunan gəlir B) Gümüş pul kəsilməsi C)
Ticarət və gəmiqayırma D) Zeytun yağ istehsalı E) Ticarət və
əkinçilik
165
Qədim Attikada adlı-sanlı adamlara verilmiş ad: A) Demos B)
Strateq C) Arxont D) Aeropaq E) Aristokrat
166
Afinada əsas idarəetmə orqanı idi: A) Beşyüzlər sırası B) Xalq
məhkəməsi C) Xalq yığıncağı D) Areopaq E) Stateq
167
E.ə.594-cü ildə Afinada: A) Gümüş pul kəsilməyə başlandı B)
Solon arxont seçildi C)"Perikl əsri" adlanan dövr başlandı D)
Afinada strateqlər seçilməyə başlandı E) Xalq məhkəməsi başlandı
168
Solonun islahatlarına aiddir: 1.Drakon qanunları və borc üstündə
köləlik ləğv edildi 2.Qul edilmiş afinalıları azad etdi 3.Ölkədən
xaricə satılmış afinalılar geri aldılar 4.Kasıblara torpaq sahəsi
verildi 5.Borcluluq ləğv olundu 6.Vəzifəli şəxslərə əmək haqqı
verildi 7.Bayramların sayı artırıldı; A) 1, 2, 3, 4, 5 B) 1, 4, 5, 6, 7
C) 2, 3, 4, 5, 7 D) 3, 4, 5, 6, 7 E) 2, 3, 4, 5, 6
169
Aşağıdakılardan hansıları Solonun islahatlarına aid deyil?
1.Bayramların sayı artırıldı 2.Qul edilmiş afinalıları azad etdi
3.Vəzifəli şəxslərə əmək haqqı verildi 4.Kasıblara torpaq sahəsi
verildi 5.Borcluluq ləğv olundu 6.Ölkədən xaricə satılmış afinalılar
geri alındılar 7.Drakon qanunları və borc üstündə köləlik ləğv
edildi; A) 1, 4 B) 5, 7 C) 3, 4 D) 1, 3 E) 2, 3
170
Periklin hakimiyyəti dövrünə aiddir: 1.Tarixdə ilk dəfə olaraq
vəzifəyə seçki yolu ilə seçilmiş şəxslərə dövlət xəzinəsindən maaş
verilməyə başladı 2.Bayramların sayı artırıldı 3.Borc üstündə
köləlik ləğv olundu 4.Əhali malik olduqları əmlakın miqdarına görə
təbəqələrə bölündü 5.Yoxsul vətəndaşlara tamaşalara baxmaq üçün
pul verildi 6.Kasıblara torpaq sahəsi verildi; A) 4, 5, 6 B) 2, 3, 4 C)
1, 2, 5 D) 2, 3, 6 E) 3, 4, 5
171
E.ə.444-429-cu illəri tarixçilər adlandırmışdılar: A)"Solon əsri"
B)"Hoplitlər dövrü" C)"Perikl əsri" D)"İlotlar dövrü" E)"Ellinlər
dövrü"
172
Spartalılar qərarların qəbul edilməsinə münasibətlərini bildirdilər:
A) Yazmaqla B) Ayağa durmaqla C) Oturmaqla D) Ağlamaqla E)
Qışqırmaqla
173
Xronoloji ardıcıllığı düzün: 1.Afinanın məğlubiyyəti və sülh
müqaviləsi bağlanması 2.Plateya döyüşü 3.Salamin döyüşü
4.Sparta xalq yığıncağının Afinaya qarşı müharibəyə başlamaq
haqqında qərar qəbul etməsi 5.Marafon döyüşü; A) 3, 5, 1, 2, 4 B)
2, 1, 5, 4, 3 C) 5, 3, 2, 4, 1 D) 4, 2, 5, 3, 1 E) 1, 2, 3, 4, 5
174
Yunanıstanda ağır silahla silahlanmış döyüşçülər adlanırdı: A)
Hoplitlər B) Perieklər C) İlotlar D) Liktorlar E) Falanqa
175
Lakonik danışıq adlanır: A) Qısa və dürüst danışıq B) Uzun və
dürüst danışıq C) Natiqlik qabiliyyəti D) Şərti işarələrlə danışıq E)
Jestlərlə danışıq
176
Qısa və dürüst danışıq adlanırdı: A) Sparta danışığı B) Lakonik
danışıq C) Afina danışığı D) Periek danışıq E) İlot danışığı
177
Sparta tarixinə aiddir: 1.Lakonik danışıq 2.İlotlar adlanan qullar var
idi 3.Solon arxont seçilmişdi 4.Demokratik quruluş mövcud idi: A)
1, 3 B) 2, 3 C) 2, 4 D) 1, 2 E) 3, 4
178
Spartada ağsaqqallar şurası adlanırdı: A) Kir B) Beşyüzlər şurası
C) Arxont D) Gerusiya E) Strateq
179
İlot adlanırdı: A)Könüllü olaraq dorilərin hakimiyyətini qəbul
etmiş Lakonikanın yerli əhalisi B) Spartada ağsaqqallar şurası C)
Spartada icma üzvləri üçün ayrılmış torpaq sahəsi D) Afinanı idarə
edən vəzifəli şəxs E) Qədim Spartada qullar
180
E.əv. III minillikdə olmuşdur: 1.Misirdə vahid dövlətin yaranması
2.Mixi yazının yaranması 3.Sumer şəhər dövlətlərinin yaranması
4.III Tutmosun işğalçılıq yürüşləri 5.Hindistanda şəhərlərin
yaranması: A) 1, 2, 4 B) 2, 3, 5 C) 3, 4, 5 D) 1, 4, 5 E) 1, 3, 5
181
"Uzun divarlar" nə üçün çəkilmişdi: Afinanın təhlükəsizliyini təmin
etmək üçün B) Spartanın təhlükəsizliyini təmin etmək üçün C)
Akropolun ətrafında D) Dorilərin hücumlarından qorunmaq üçün
E) Bütün Yunanıstanın təhlükəsizliyini təmin etmək üçün
182
E.ə.432-ci ildə olmuşdur: A) Sparta xalq yığıncağı Afinaya qarşı
müharibəyə başlamaq haqqında qərar qəbul etdi B) Afina dəniz
ittifaqı yarandı C) Salamin döyüşü baş verdi D) Marafon döyüşü
baş verdi E) Afina ilə Sparta arasında sülh müqaviləsi bağlandı
183
Balkan yarımadasında Yunanıstandan Şimal-Şərqdə yerləşən
dövlət: A) Misir B) İtaliya C) Makedoniya D) Finikiya E) Assuriya
184
Bəşər tarixində ilk dəfə Şərqlə Qərb arasında əlaqələr möhkəmləndi
və daimi oldu: A) Makedoniyalıların Yunanıstana hücumu
ərəfəsində B) Peloponnes müharibələri dövründə C) Solonun
islahatları nəticəsində D) Sparta şəhərinin əsasının qoyulması
nəticəsində E) Ellinizm dövründə
185
Uyğunluq pozulmuşdur: A) Homer-"İliada" və "Odisseya"
poemalarının müəllifi B) Yunanıstanda Tanrılar yaşayırdılar-
Akropolda C) Apolon-işıq və incəsənət tanrısı D) Memar Miron-
"Diskatan" heykəlinin müəllifi E)Afinada üç əsas bayram-Afina,
Dionis və Demetranın şərəfinə keçirilən bayramlar
186
Xronoloji ardıcıllığı düzün: 1.Qavqamela döyüşü 2. Əhəməni
imperiyasının süqutu 3.Xeroneya döyüşü 4.İlk Olimpiya
oyunlarının keçirilməsi 5.Qranik döyüşü; A) 5, 4, 3, 2, 1 B) 4, 3, 5,
1, 2 C) 3, 5, 4, 2, 1 D) 1, 2, 3, 4, 5 E) 2, 5, 3, 4, 1
187
Yunanıstan tarixinə aiddir: 1.Demetra və Persefona əfsanəsi
2."Rubikonu keçmək" 3.Pun müharibələri 4.Peloponnes
müharibələri; A) 1, 3 B) 2, 3 C) 2, 4 D) 3, 4 E) 1, 4
188
Hansı hadisə bütün Yunanıstanı var-yoxdan çıxartdı və ölkənin
sosial qrupları və təbəqələri arasında ziddiyyətləri daha da
kəskinləşdirdi: A) Yunan-İran müharibələrinin B) Yunan-
Makedoniya müharibələrinin C) Fars padşahlarının Kiçik Asiyanın
yunan dövlətlərinin tabe etməsinin D) Peloponnes müharibələrinin
E) Yunan sivilizasiyasının süqutunun
189
Göstərilənlərdən kim "Asiyanın hökmdarı" elan edilmiş və
Əhəməni imperiyasının varlığına son qoymuşdur: A) Makedoniyalı
İsgəndərə B) II Filippə C) Aşşurbanipala D) Hannibala E) Yuli
Sezara
190
"İnsan özün-özünü dərk et" kəlamı məxsusdur: A) Platona B)
Sokrata C) Aristotelə D) Pifaqora E) Arximedə
191
Qədim Misirə aiddir: 1.Ninevanın dağıdılması 2.“Osiris haqqında
əfsanə” 3.Pelusiya döyüşü 4.“Gilqameş haqqında dastan”: A) 2, 3
B) 1, 2 C) 3, 4 D) 1, 4 E) 2, 4
192
Çinlilər hərb sənətinin sirlərini öyrəndilər: A) Hindlilərdən B)
Misirlilərdən C) Yaponlardan D) Hunlardan E) Yunanlardan
193
Hindlilərin elmə verdikləri ən böyük töhfə: A) İlk əlifbanın
yaradılması B) Kompasın ixtirası C) Yazının kəşfi D) Sıfır
rəqəminin tətbiqi E) Kağız istehsalı
194
Əhəmənilər dövlətinin işğal etdiyi ərazilər: 1.Assuriya 2.Midiya
3.Urartu 4.Misir 5.Babil 6.Yunanıstan: A) 1, 2, 3 B) 3, 4, 5 C) 2, 4,
5 D) 3, 5, 6 E) 2, 5, 6
195
Əhəməni dövlətinin hökmdarları olmuşdur: A) II Kambiz-I Dara B)
Teoman-I Tutmos C) I Sarqon-Hammurapi D) Sarduri-II Ramzes
E) I Rusa-Aşşurbanipal
196
Hansı kəşf daha qədimdir? A) Kağız B) Əlifba C) Mixi yazı D)
Beton E) Kompas
197
E.əv.1296-cı ildə Misirdə baş vermiş hadisə: A) II Ramzesin
hakimiyyətə gəlməsi B) III Tutmosun Ön Asiyaya yürüşü C) II
Ramzesin Hetlərlə döyüşdə məğlub olmuşdur D) III Tutmosun
hakimiyyətə gəlməsi E) Firon Xeopsun şərəfinə heykəl qoyulması
198
İranın ən qədim sakinləri hesab olunurlar: A) Hunlar B)
Haxamanişilər C) Sasanilər D) Kadusilər E) Elamlar
199
Qədim Hindistan tarixinə aid deyil: 1.Kasta qanunları 2.Şahmat
3.Heroqlif yazı 4.Baş allah Brahma 5.Allah Ra 6.Pankus xalq
yığıncağı: A) 3, 5, 6 B) 2, 3, 5 C) 1, 4, 6 D) 1, 2, 4 E) 2, 4, 6
200
Xronoloji ardıcıllığı müəyyən edin: 1.Assurun süqutu 2.Babil şəhər
dövlətinin əsasının qoyulması 3.Summer şəhər dövlətinin
yaranması: A) 3, 2, 1 B) 2, 3, 1 C) 3, 1, 2 D) 1, 2, 3 E) 1, 3, 2
Dostları ilə paylaş: |