Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   2   3   4   5   6   7   8   9   10   ...   46

 
22 
beynəlxalq  meyarları  bir  daha  gündəmə  gətirərək  yerli  elmi 
jurnalların təsnifatının  mümkün  sxemini  təklif etdik. Azərbay-
canda  elmin  inkiĢaf  perspektivləri  qaldırılmıĢ  problemin  həl-
lindən əhəmiyyətli dərəcədə asılıdır. 
 
 
“Azərbaycan”  qəzeti, 1 fevral, 2009-cu il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
23 
AZƏRBAYCANDA ELMĠN MÖVCUD VƏ GƏLƏCƏK 
PRĠORĠTETLƏRĠ 
 
Müasir  dövrdə  istənilən  dövlətin  iqtisadi,  hərbi  və  siyasi 
qüdrəti  onun  elmi    potensialından,  bu  potensialın  səmərəli 
istifadəsindən  asılıdır.  Hazırda  elmi  tərəqqi  yeni  istehsal 
sahələrinin,  texnologiyaların  yaranmasını  və  inkiĢafını  müəy-
yənləĢdirir,  cəmiyyətin,  insanların  həyat  tərzini  və  onun 
keyfiyyətini  birbaĢa  təyin  edir.  Buna  sübut  olaraq,  yeni  infor-
masiya və kommunikasiya texnologiyalarının son 20 ildə həya-
tımıza gətirdiyi inqilabi yenilikləri qeyd ermək kifayətdir.  
Azərbaycanda  elmin  kütləvi  inkiĢafi,  milli  elmi  kardların 
hazırlanması  müstəqillik  dövründə  də  davam  edir.  SSRĠ  tərki-
bində  olduğu  müddətdə  Respublikamızda  aparılan  elmi  təd-
qiqatların  istiqamətləri,  elmin  təĢkilati  formaları,  maliyyə 
mənbələri,  elmi  dərəcə  və  adların  təsnifatı  və  onların  verilmə 
qaydaları  SSRĠ-nin  iqtisadi,  siyasi,  hərbi  tələbatını  ödəmək 
məqsədilə mərkəzləĢdirilmiĢ formada müəyyən edilirdi. Bu za-
man  kəsiyində  Azərbaycanda  elmin  yeni  sahələri  yaranmıĢ, 
güclü  elmi  kardlar  yetiĢmiĢ,  ittifaq  və  beynəlxalq  səviyyədə 
yüksək  qiymətləndirilən  elmi  nəticələr  əldə  olunmuĢdur.  Ġndi, 
müstəqilliyimizin  bərpasından  18  il  keçdikdən  sonra  Azərbay-
canda  elmin  idarəedilməsində,  mütəxəssislərin  hazırlanması 
metodikası və idealogiyasında əsaslı islahatlar aparmaq zərurəti 
yaranmıĢdır.  
Azərbaycan  Respublikası  Prezidentinin  4  may  2009-cu  il 
tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuĢ  “Azərbaycan  Respub-
likasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Stra-
tegiya”-nın  əsas  vəzifəsi  elmimizin  qarĢısında  duran  prob-
lemlərin tez və effektiv Ģəkildə həllinə nail olmaq, elmin idarə 
olunmasının,  maliyyələĢdirilməsinin,  mütəxəssis  hazırlığını 
belnəlxalq  standartlara  uyğunlaĢdırmaqdır.  Strategiya  “...elmi 
tədqiqatların  prioritetlərinin  dünya  elminin  inkişaf  istiqa-
mətlərinə  və  ölkənin  mühüm  ictimai-mədəni  məsələlərinin 


 
24 
həllinə  uyğun  müəyyənləşdirilməsi,  ...Azərbaycan  elminin 
beynəlxalq  elm  məkanına  integrasiyasına  yönəlmiş  elm  və 
texnologiyaların  inkişafı  sahəsində  dövlət  siyasətinin  əsas 
istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məq-
səd, prinsip və yanaşmalarının toplusudur”.   
Strategiyanin  həyata  keçirilməsi  məqsədilə  Azərbaycan 
Respublikası  Prezidenti    “Azərbaycan  Respublikasında  2009-
2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiyanın  həyata 
keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı”-nı  imzalamıĢ  və  bu 
proqramın  icrasına  dair  Tədbirlər  Planını  təsdiq  etmiĢdir. 
Fikrimizcə,  Proqramın  həyata  keçirilməsi  zamanı  Azərbaycan 
elminin  onilliklərlə  formalaĢmıĢ  istiqamətləri,  kadr  potensialı 
maksimum  dərəcədə  qorunmalı,  səmərəli  istifadə  edilməli  və 
dövrün  tələbləri  nəzərə  alınmaqla  yeniləĢdirilməlidir.  Tədqi-
qatımızın əsas məqsədi məhz mövcud elmi potensialın güclü və 
zəif tərəflərini müəyyən etməkdir. 
Azərbaycan  Respublikasının  elmi  mərkəzləri,  onların 
elmimizdəki  yeri haqqında dəqiq  təsəvvürə malik olmaq məq-
sədlə Tomson Röyters Agentliyinin Elmi İnformasiya İnstitu-
tunun  məlumatlarına  əsaslanan  və  1995-2005-ci  illəri  əhatə 
edən  hesabata  nəzər  salaq.  Hesabata  əsasən,  Milli  Elmlər 
Akademiyası  əməkdaĢlarının  1995-2005  illərdə  təsir  əmsalı 
(impakt  faktoru)  olan  jurnallarda  çap  etdirdikləri  məqalələrin 
(“elmi  məhsulun”)  sayı  1210  və  ya  ümumrespublika  göstəri-
cisinin 57.45 faizi qədər olmuĢdur. Elmi nəticələrin 42.55 faizi 
universitetlətin  və  sahə  institutların  payına  düĢür.  Ölkəmizdə 
əhəmiyyətinə  ğörə  ikinci  elmi  mərkəz    Bakı  Dövlət  Univer-
sitetidir.  Belə  ki,  BDU-nun  professor-müəllim  heyəti  və  elmi 
iĢçiləri tərəfindən 10 il ərzində 328 elmi məqalə nəĢr edilmiĢdir 
ki,  bu  da  ümumi  elmi  nəticənin  15.58  faizi  deməkdir.  Hesa-
batda  BDU-nun  respublikamızın  ikinci  elmi  mərkəzi  olması 
xüsusi  olaraq  qeyd  edilir.  Sonrakı  yerləri  Texniki  Universitet 
(3.94  faiz),    Dövlət  Neft  Akademiyası  (3  faiz)  və  Tibb  Uni-
versiteti  (1.9  faiz)  tutur.  Bunları  vurğulamaqda  məqsədimiz 


 
25 
diqqəti  Tədbirlər  Planında  mühüm  əhəmiyyətli  islahatların 
icraçılarının  “Milli  Elmlər  Akademiyası,  tabeliyində  elmi  mü-
əssisələr olan dövlət qurumları” kimi ifadələrə yönəltməkdir.  
Ümumilikdə  30  maddədən  ibarət  olan  Tədbirlər  Planı 
bilavasitə  elmin  və  ya  əlaqədar  sahələrin  islahatını  əhatə  edən 
mühüm  sənəddir.  Bir  məqalədə  bu  maddələrin  hamısını 
araĢdırmaq mümkün olmadığından, əsas hesab etdiyimiz prob-
lemlər haqda fikirlərimizi bölüĢmək istərdik.    
Tədbirlər Planının 2-ci maddəsi “Azərbaycan Milli Elmlər 
Akademiyasında,  ölkədə  mövcud  olan  elmi  müəssisələrdə  və 
ali  məktəblərdə  fundamental  və  tətbiqi  elmi  tədqiqatların 
prioritet istiqamətlərinin müəyyənləşdirilməsi” kimi müəyyən 
edilmiĢdir. Planda bu problem 2-ci yersə verilsə də, biz prioritet 
istiqamətlərin  təyin  və  təsdiq  edilməsini  əhəmiyyətinə  görə 
qarĢıda duran birinci dərəcəli məsələ hesab edirik. Heç Ģübhə-
siz, qəbul edilmiĢ prioritetlər elmin yaxın illərdə maliyyələĢmə 
həcmini,  mütəxəssis  hazırlıgının,  elmtutumlu  istehsalın  istiqa-
mətlərini  təyin  edəcək.  Təkliflərə  keçməzdən  əvvəl  Azərbay-
canda  müxtəlif  elm  sahələrinin  real  vəziyyətinə,  baĢqa  sözlə 
illər ərzində formalaĢmıĢ mövcud prioritetləri aydınlıq gətirək. 
Tələsik, yanlıĢ qərarların verilməsinin qarĢısını ala bilmək baxı-
mından belə araĢdırmanın əhəmiyyəti böyükdür. 
FormalaĢmıĢ  prioritetlərin  təyin  edilməsində  biz  elmi-
tədqiqat  institutlarının,  universitetlərin  və  ya  bu  strukturlarda 
çalıĢan alimlərin sayına, onların elmi dərəcələrə görə bölgüsünə 
deyil,  belnəlxalq  elm  və  informasiya  mərkəzlərinin  hesabat-
larına  daxil  edilmiĢ  elmi  nəticələrin  həcminə  istinad  edəcəyik. 
Belə yanaĢma o səbəbdən əhəmiyyətlidir ki, beynəlxalq mənbə-
lər bir qayda olaraq  yüksək keyfiyyətli elmi nəticələr əsasında 
tərtib olunur və sahələr üzrə obyektiv məlumat əldə etməyə im-
kan verir.  
Istinad  edəcəyimiz  birinci  sənəd  yuxarıda  qeyd  etdiyimiz 
Tomson Röyters Agentliyinin məlumatlarına əsaslanan hesabat-
dır.  Hesabatda  Azərbaycan  elminin  ən  məhsuldar  mərkəzləri, 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə