Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə15/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

 
47 
yaları  dünya  elminin  aparıcı  istiqamətləri  olacaq  və  bu  istiqa-
mətlərdə 2020-ci ilə qədər bəĢəriyyət üçün əhəmiyyətli nailiy-
yətlər qazanılacaq. 
Azərbaycanda elmin məhsuldar istiqamətlərini, dünya elmi-
nin inkiĢaf yollarını qısa da olsa təhlil etdikdən sonra məqalənin 
əsas mövzusu olan kadr  hazırlığının bu gününə qayıdaq. Kadr 
hazırlığı dedikdə müxtəlif sahə və istiqamətlər üzrə elmlər na-
mizədləri  və  doktorlarının  hazırlanması  baĢa  düĢülür.  Həqiqə-
tən də, formal olaraq yüksək səviyyəli elmi kadr hazırlığı aspi-
ranturada (doktoranturanın ilk pilləsində) baĢlayıb, elmlər dok-
toru  dissertasiyasının  müdafiəsi  ilə  baĢa  çatır.  Əslində  xeyli 
mürəkkəb  olan  bu  prosesin  təməli  tələbəlik,  bəlkə  də,  məktəb 
illərində    qoyulur  və  insanın  fəal  yaradıcılıq  ömrünün  sonuna 
kimi  davam  edir:  alim  hər  gün  öyrənməli,  yeni  biliklərə  yiyə-
lənməli,  tədqiqatlarında  istifadə  etdiyi  metodları  daim  təkmil-
ləĢdirməlidir.  Buna  baxmayaraq,  namizədlik  və  doktorluq  dis-
sertasiyaları  hər bir mütəxəssisin formalaĢmasında əhəmiyyətli 
istinad  nöqtələri  olduğu  üçün  bu  səviyyəyə  çatmıĢ  alimlərin 
sahələr  və  sahədaxili  istiqamətlər  üzrə  paylanması,  əldə  olun-
muĢ  elmi  nailiyyətlərin  təhlili  kadr  hazırlığını  kəmiyyət  və 
keyfiyyət  baxımdan xarakterizə etməyə imkan verir. 
Son  illərdə  Azərbaycanda  elmi  dərəcəyə  yiyələnmiĢ  mütə-
xəssislər barədə məlumatları Ġnformasiya Texnologiyaları Ġnsti-
tutunda AMEA-nın müxbir üzvü R. Əliquliyevin rəhbərliyi  al-
tinda  hazırlanmıĢ  və  yenicə  çap  edilmiĢ  “Elmi  kadr  hazırlığı 
(monitorinq)” (“Ġnformasiya Texnologiyaları” nəĢriyyatı, 2009, 
142 s.) adlı məcmuədən əldə etmək mümkündür. Kitabda 2004-
2008-ci illərdə Azərbaycanın müxtəlif akademik institutlarında, 
universitetlərdə  bütün  ixtisaslar  üzrə  müdafiə  edilmiĢ  nami-
zədlik  və  doktorluq  dissertasiyaları  haqda  statistik  məlumatlar 
toplanıb.  Bundan  baĢqa,  2003-2008-ci  və  2007-2008-ci  illərdə 
aspirant və dissertantların institut və universitetlər, sahələr üzrə 
bölgüsü  də  verilib.  Məcmuə  elmi  kadr  hazırlığının  təhlilində 
istifadə etdiyimiz məlumat bazalarından biridir. 


 
48 
Məqsədimiz 2004-2008-ci illərdə sahə və istiqamətlər üzrə 
kadr  hazırlığını  Azərbaycan  elminin  yuxarıda  təyin  edilmiĢ 
prioritet  istiqamətləri  ilə  müqayisə  etmək  və  beləliklə,  elmi 
kadr  hazırlığının  Milli  Strategiyanın  tələblərinə  nə  dərəcədə 
cavab  verdiyini  aydınlaĢdırmaqdır.  Elmi  tədqiqatların  bütün 
istiqamətləri  üzrə  məlumatlar  SCIMAGO  qrupunun  SCOPUS 
bazası  əsasında  tərtib  etdiyi  hesabatdan  götürülüb.  Hesabat 
1996-2007-ci  illərdə  beynəlxalq  elmi  jurnallada  çap  olunmuĢ 
məqalə  sayınin  analizinə  əsaslanır.  Məcmuədəki  məlumatlarla 
SCIMAGO-nun  hesabatının  əhatə  etdiyi  zamanın  bir-birinə 
uyğun  gəlməsi  çox  əhəmiyyətlidir.  Ġllər  müxtəlif  olsa  da, 
toplanmıĢ məlumat  bazası, demək olar ki, eynidir.  
 “Elmi  kadr  hazırlığı  (monitorinq)”  kitabındakı  məlumata 
əsasən  Azərbaycanda  namizədlik  və  doktorluq  dissertasiyaları 
müdafiə  etmiĢ  mütəxəssislərin  ilk  10  elm  sahəsi  üzrə  paylan-
ması  belə  olmuĢdur:  filologiya-376,  tibb-325,  texnika-231, 
iqtisad elmləri-223, biologiya-114, riyaziyyat və mexanika-106, 
tarix-105, hüquq-98, pedaqogika-98, fizika və astronomiya-90. 
2007-2008-ci  illərdə  aspirant  və  dissertantlar  isə  ən  çox  aĢağı-
dakı  sahələrdə  qəbul  olunmuĢlar:  iqtisaq  elmləri-418,  filo-
logiya-410,  texnika-283,  hüquq-275,  tibb-232,  biologiya-228, 
tarix-168, yer elmləri-158, fizika-riyaziyyat-148, kimya-127.  
Kadr hazırlığının indiki vəziyyətini və inkiĢaf dinamikasını 
elmi tədqiqatların prioritet sahələri ilə müqayisə etdikdə qəribə 
mənzərənin  Ģahidi  oluruq.  Azərbaycan  elminin  məhsuldarlığı 
ilə fərqlənən istiqamətləri, prioritet sahələri ilə kadr hazırlığının 
intensiv aparıldığı sahələr bir-birindən kəskin surətdə fərqlənir-
lər.  Məhsuldar  istiqamətlər  siyahısında  kimyaya  aid  üç,  fizika 
və  riyaziyyat  üzrə  hər  birindən ikisi  olmaqla 4 istiqamət  yer 
aldığı  halda,  elmi  kadr  hazırlığında  bu  sahələr  müvafiq  olaraq 
13-cü,  10-cu  və  6-cı  mövqelərdədir.  Bu  siyasətin  yaxın  gələ-
cəkdə də dəyiĢməyəcəyi aspirant və dissertantların sahələr üzrə 
paylanmasından aydın görünür. Belə ki, bu qəbildən olan gənc 
tədqiqatçıların sayına görə fizika-riyaziyyat elmləri 9-cu, kimya 


 
49 
isə 10-cu yerdədər.  
Kadr  hazırlığının  əsas  problemlərindən  biri  təbiət,  texnika 
elmləri ilə ictimai-siyasi və humanitar elmlər arasındakı nisbə-
tin ölkənin sosial-iqtisadi tələblərinə uyğun gəlməməsidir. “El-
mi  kadr  hazırlığı  (monitorinq)”na  əsasən  2003-2008-ci  illərdə 
ictimai-siyasi,  sosial-iqtisadi  və  humanitar  elmlər  üzrə  cəmi 
4334  aspirant  və  dissertant  qəbul  edilmiĢdir  ki,  bu  da  bütün 
baĢqa  elm  sahələrində  olduğundan  1161  nəfər  artıqdır. 
Namizədlik  və  doktorluq  dissertasiyaları  müdafiə  etmiĢ  mütə-
xəssis  sayının  təhlili  də  eyni  nəticəyə  gətirib  çıxarır.  Belə  ki, 
təkcə  filologiya,  hüquq  və  pedaqogika  sahəsində  572  disser-
tasiya  müdafiə  edildiyi  halda,  bu  rəqəm  fizika,  riyaziyyat, 
kimya və biologiya üzrə toplam 377 olmuĢdur.  
Elmi  kadr  hazırlığının  sahələrarası  bölğüsündə  yaranmıĢ 
vəziyyət  ciddi  narahatlıq  doğurur.  Aydındır  ki,  heç  kim  Azər-
baycan  dilinin,  mədəniyyət  və  tarixinin  tədqiq  olunmasının 
əleyhinə deyil. Bu istiqamətlər Milli Strategiyada da elmi tədqi-
qatların  prioritetləri  sırasında  göstərilib.  Lakin  nəzərə  almaq 
lazımdır ki, Azərbaycan neft, qaz, qiymətli metallar istehsal və 
ixrac  edən  ölkədir.  Onun  neft-kimya,  müdafiə,  maĢınqayırma,  
elektronika  kimi  müasir  sənaye  sahələri  var.  Ölkə  geniĢ 
energetika,  dəmiryol,  dünya  əhəmiyyətli  neft-qaz  kəmərlə-
rindən  ibarət  infrastruktura  malikdir.  Azərbaycanda  intensiv 
mülki  və  sənaye  tikintisi  aparılır.  Əhalinin  yüksək  keyfiyyətli 
tibbi  xidmətlə təmin  edilməsi, ərzaq təhlükəsizliyi  problemləri 
öz  həllini  tapmalıdır.  Azərbaycan  iqtisadiyyatının  bütün  bu 
sahələrini  elmin  son  nailiyyətlərinə  cavab  verən  tədqiqatlarla, 
layihəllərlə, proqnoz və tövsiyələrlə təmin etmək qarĢıda duran 
mühüm  məsələlərdir.  Bu  vəzifələri  yerinə  yetirmək  üçün 
AMEA-dan,  sahə  və  layihə  institutlarından,  universitetlərin  el-
mi-tədqiqat  institut  və  laboratoriyalarından  ibarət  elmi 
təĢkilatlar  Ģəbəkəsi  də  mövcuddur.  Fəaliyyətdə  olan  elmi 
strukturun imkanlarından səmərəli və məqsədyönlü Ģəkildə isti-
fadə  etməklə  qarĢıda  duran  problemlərin  həllinə  nail  olmaq 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə