Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə10/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 
32 
riyaziyyatı;  geokimya  və  petrologiya;  riyazi  fizika  Azərbaycan 
elminin  ən  məhsuldar  istiqamətləridir.  Bu  siyahı  tərtib 
olunarkən  sahələr  üzrə  böyük  payı  olan  və  “müxtəlif  istiqa-
mətlər” adı altında cəmlənmiĢ nəticələr nəzərə alınmamıĢdır.  
Beləliklə, 1996-2007-ci illərin elmi nəticələrinin analizi 12 
ili  əhatə  edən  zaman  kəsiyində  elmimizin  sahələr  və 
istiqamətlər  üzrə  formalaĢmıĢ  prioritetlərini  müəyyənləĢdir-
məyə  imkan  verir.  Azərbaycan  elminin  beynəlxalq  səviyyədə 
məhsuldar  və  qabaqcıl  istiqamətləri  təbiət  və  texniki  elmlərin 
payına düĢür.  Elmimizin humanitar, sosial elmlər, iqtisadiyyat 
kimi  sahələri  beynəlxalq  səviyyədə  demək  olar  ki,  təmsil 
olunmayıb.  
QarĢımızda isə çox vacib suallar durur: mövcud prioritetlər 
Azərbaycanın  gələcəyini,  geniĢ  mənada  milli  təhlükəzliyini, 
yüksələn  iqtisadiyyatını,  yaranmaqda  olan  hərbi  sənayesini 
elmi-texniki  kadrlarla  və  yeni  texnologoyalarla  təmin  etmək 
üçün  kifayətdirmi?  Müasir  dövrdə  ölkə  elminin  prioritetləri 
necə olmalıdır? 
Qeyd  edək  ki,  formalaĢmıĢ  prioritetlər  elmin,  texnika  və 
texnologiyanın  müasir  sahələri  və  istiqamətlərindən  ibarətdir. 
Bu sahə və istiqamətlər çərçivəsində həm fundamental, həm də 
tətbiqi elmi tədqiqatlar aparılır. Bu çox sevindirici və ümidve-
rici  haldır,  çünki  əldə  olunmuĢ  nailiyyətlər  tariximizin  çətin 
zamanında SSRĠ -nin süqutundan sonra kəsilmiĢ maddi-texniki 
təchizat,  qırılmıĢ  elmi  əlaqələr,  maddi  problemlər,  cəmiyyət-
dəki mənəvi aĢınmalar fonunda alimlərimizin fədakar əməyinin 
bəhrəsidir.  Əlbəttə,  bu  istiqamətlər  üzrə  bütün  iĢlərin  ideal 
olduğunu iddia etmək fikrində deyilik. Lakin cəmiyyətdə mün-
bit Ģərait formalaĢdıqca, mövcud məktəblər, onların hazırladıq-
ları  mütəxəssislər  elmtutumlu  intehsalın  yaranmasında,  müasir 
texnologiyaların  mənimsənilməsində  çox  səmərəli  Ģəkildə  iĢti-
rak edə bilər. Azərbaycan elmində formalaĢmıĢ sahə və istiqa-
mətlər  bundan  sonra  da  maliyyələĢmədə,  kadr  hazırlığında 
üstünlüklərə və imtiyazlara malik olmalı, onların maddi-texniki 


 
33 
bazası  əhəmiyyətli  dərəcədə  yenilənməli  və  güclənməlidir. 
BaĢqa  sözlə,  mövcud  prioritetlər  elmimizin  gələcək  inkiĢaf 
proqramlarının tərkib hissəsi olmalıdır.  
Azərbaycanda  elmin  inkişaf  proqramları  özündə  daha 
hansı    prioritetləri  əks  etdirməlidir?  Bu  suala  cavab  vermək 
məqsədilə ölkə iqtisadiyyatının əsas sahələri və dünya elminin 
perspektivləri  üzrə  hazırlanmıĢ  proqnozları  araĢdırmaq 
lazımdır.  Əvvəlcə,  iqtisadiyyatımızın  yüksələn  sahələrini  yeni 
texnologiya,  kadrlarla,  informasiya  ilə  təmin  etməli  olan  
istiqamətlərdə yaranmıĢ real vəziyyətlə tanıĢ olaq. AraĢdırmanı 
yanacaq-energetika  kompleksindən  baĢlasaq.    Əsrdən  də  uzun 
bir  müddətdə  neft  istehsalçısı  olan  respublikamızda  müstəqil-
liyini bərpa etdikdən sonra neft və qaz sənayesində qazanılmıĢ 
nailiyyətlər  göz  qabağındadır.  Müvafiq  sahələr  iqtisaqiy-
yatımızın  dayağı  olan  yanacaq-energetika  kompleksinin  elmə 
olan tələbatını  ödəməyə bilirmi?  
Məlumdur  ki,  yanacaq-energetika  kompleksi  təbiət  və 
texniki  elmlərin,  demək  olar  ki,  bütün  istiqamətlərinin  nəticə-
sindən  istifadə  edən  sahədir.  Bu  baxımdan  tələb  olunan  
istiqamətlərin Azərbaycan elminin məhsuldar sahələri arasında 
olması  ümidvericidir.  BaĢqa  bir  problem  neft  və  qaz  yataq-
larının  kəşfiyyatı  ilə  bağlıdır.  Ġndi  istismarda  olan  yataqların 
əksəriyyəti  alimlərimiz  tərəfindən  SSRĠ  zamanında  kəĢf 
edilmiĢdir.  Yeni  yataqların  kəĢfi,  onların  öyrənilməsi  getdikcə 
çətinləĢir  və  müasir  texnika  və  texnologiyaların  tətbiqini  tələb 
edir. Əlimizdə olan məlumat geologiya və geofizika istiqamət-
ləri  üzrə  aparılan  iĢlərin  beynəlxalq  arenaya  çıxdıgını  təsdiq-
ləyir.  Lakin  elmi  nəticələrin  həcmi  elə  həddə  çatmayıb  ki,  bu 
sahədə sıçrayıĢlı  inkiĢafa nail olunsun. Umumiyyətlə, sonuncu 
qeyd prioritetlər kimi təyin etdiyimiz bütün sahə və istiqamət-
lərə  aiddir.  Aydındır  ki,  yerinə  yetirilmiĢ  bütün  tədqiqatlar 
dərhal istehsalata tətbiq oluna bilməz. Ona görə də, elmi iĢlərin 
təkcə  keyfiyyəti  yox,  həcmi  də  atrmalıdır  ki,  hiss  edilən  nəti-
cələr əldə olunsun. 


 
34 
Ġqtisadiyyatımızın  qarĢısında  duran  mühüm  məsələlərdən 
biri  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsidir. 
Problemin  həlli  dənli  bitkilər  və  heyvandarlıq  məhsullarının  
istehsalının  artırılmasını  və  bu  artımın  məhz  məhsuldarlığın 
yüksəldilməsi hesabına əldə edilməsini tələb edir. Elmin müva-
fiq istiqamətlərində isə vəziyyət qənaətbəxĢ hesab edilə bilməz. 
Belə ki, aqrar elmlər və biologiya sahəsində biz dünya ölkələri 
arasında 133-cü yerdəyik. Aqrar elmlər və biologiyanın respub-
likamızda  məhsuldar  sahələr  siyahısında  yer  almasına 
baxmayaraq, maraqlandığımız istiqamətlər üzrə nəticələr aĢağı-
dakı kimidir: 12 il ərzində meĢəçilik üzrə 3, torpaqĢünaslıq üzrə 
4,  aqronomluq  və  bitkiçilik  üzrə  5,  ərzaq  sahəsində  8  elmi 
məqalə  qeydə  alınmıĢdır.  Baytarlıq  elmində  formalaĢmıĢ 
reytinqimiz 157-ci, sahə üzrə çap olunmuĢ məqalələrin sayı isə 
3-dür.  Bu  sahə  və  istiqamətlər  üzrə  geriliyin  səbəbləri  araĢ-
dırılmalı, köklü islahatlar aparılmalıdır.  
Toxunmaq  istədiyimiz  daha  bir  sahə  mülki  və  sənaye 
tikintisi  ilə  bağlıdır.  Ölkədə  aparılan  tikinti  iĢlərinin  həcmi 
günbəgün  artmaqdadır:  inĢa  edilən  yaĢayıĢ  massivləri,  sənaye 
müəssisələri, körpülər, ictimai binalar buna sübütdur. Ġqtisadiy-
yatın  aparıcı  sektorlarından  birini  yeni  ideya  və  metodlarla 
qidalandırmalı  olan  elmdə  isə  durum  belədir:  hesabatda  mü-
həndislik  sahəsinə  aid  edilmiĢ  memarlıq,  bina  və  konstruk-
siyalar,  mülki  və  struktur  mühəndisliyi  istiqamətlərində  12 
ildə  beynəlxalq  səviyyədə  çap  edilmiĢ  elmi  məqalə  qeydə 
alınmayıb. Aydındır ki, elmin bu istiqamətlərindən böyük nəti-
cələr  ğözləmək  yersizdir.  Əslində  onlar  müasir  nəzəriyyə  və 
texnologiyalar əsasında yenidən yaradılmalıdır. 
Prioritet  istiqamətlər  təyin  edilərkən  dünya  elminin  inkiĢa-
fındakı  meyllər,  bu  sahədə  mövcud  proqnozlar  nəzərə  alınma-
lıdır. Bu mənada ABŞ-ın RAND korporasiyasının 2006-cı ildə 
açıqladığı “Qlobal texnoloji inqilab-2020” adlı texniki hesabat 
müəyyən  maraq  kəsb  edir.  Bütün  sahə  və  istiqamətləri  əhatə 
etməsə  də,  hesabatda  qabaqcıl  texnologiyalardakı  mövcud 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə