Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə6/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   2   3   4   5   6   7   8   9   ...   46

 
19 
xarakterli iĢlərinin çapını məqsədəuyğun sayırıq.  
Hələlik isə respublikamızda nəĢr olunan jurnalların təsnifatı 
yerli  elmi  qurumlar  tərəfindən,  müəyyən  prinsiplər  əsasında 
aparılmalıdır.  Təsnifatın  EĠĠ-dəki  kimi,  ölkədaxili  təsir  əmsalı 
əsasında  aparılması  inandırıcı  olmadığından,  daha  sadə  tələb-
lərin  iĢlənib  hazırlanmasına  ehtiyac  var.  Təxminən  bizim 
vəziyyətimizdə olan MDB ölkələrinin təcrübəsindən də fayda-
lanmaq  mümkündür.  Bu  baxımdan  ukraynalı  həmkarlarımızın 
təklif  etdikləri  sxemi  maraqlı  hesab  edirik.  Ukraynada  nəĢr 
olunan  125  fizika  və  riyaziyyat  jurnalının  yalniz  5-i  dünya 
standartlarına  tam  cavab  verən  və  təsir  əmsalı  olan  nəĢrlərdir. 
Daha  3  jurnal  EĠĠ-nun  geniĢlənmiĢ  siyahısına  daxil  edilib,  10 
jurnal  isə  xarici  nəĢriyyatlar  tərəfindən  tərcümə  olunaraq  çap 
edilmələrinə baxmayaraq EĠĠ siyahısında yer almayıb. Sonuncu 
məlumat  həmin  jurnallarla  əməkdaĢlıq  edən  alimlərimiz  üçün 
də  əhəmiyyətlidir,  çünki  bir  çoxları  bütün  ingilisdilli  nəĢrlərin 
yüksək  səviyyəli  olduğunu  güman  edir.  Göründüyü  kimi,  bu 
heç də həmiĢə doğru deyil. 
Ukraynada təklif olunmuĢ üsulu bəzi düzəliĢlərlə yerli elmi 
jurnalların  təsnifatı  üçün  tətbiq  etmək  olar.  Ġlkin  variantın 
təfərrüatlarına  varmadan  təsnifatın  özünü  təqdim  edirik.  Fikri-
mizcə, EĠĠ-nin analizi nəticəsində təsir əmsalı almıĢ jurnal 100 
balla  1-ci  sinfə  daxil  edilməlidir.  Jurnalın  təsir  əmsalı  əldə 
etməsi onun beynəlxalq tələblərə tam cavab verməsi deməkdir 
və  belə  jurnallara  aĢağıdakı  digər  parametrlərə  görə  əlavə  bal 
verilmir.  
Məsləhət  bildiyimiz  baĢqa  göstəricilər  üzərində  ətraflı 
dayanaq. Elmi jurnal bütün tələblərə cavab verdikdə o, əvvəlcə 
EĠĠ-nin  geniĢlənmiĢ  siyahısına  daxil  edilir.  Belə  jurnalların 
əmsal qazanması prosesi 2 il vaxt aparır. Bu dövr ərzində jur-
nala  50  bal  verilməsi  düzgün  olardı.  Respublikamızdakı  elmi 
jurnalların  mühüm  problemlərindən  biri  də  onların  qeyri-
müntəzəm  Ģəkildə  nəĢr  olunmasıdır.  Biz  burada  hər  hansı  bir 
texniki səbəbdən baĢ vermiĢ 10-15 günlük gecikmələri nəzərdə 


 
20 
tutmuruq.  Jurnal  redaksiya  heyətinin  rəsmi  Ģəkildə  elan  etdiyi 
dövriliklə və vaxtında nəĢr edilməlidir. Bu mühüm tələbi ödə-
yən jurnal 15 bal almalıdır. Elmi nəĢrlərin əsas vəzifəsinin əldə 
olunmuĢ  nəticələri  mütəxəssislərə  vaxtında  çatdırmaq  oldu-
ğundan, məqalələrin yazıldığı dildə internet saytında müntəzəm 
yerləĢdirilməsi jurnala 10, çap etdiyi  əsərlərin tam mətnlərinin 
ingilis dilində internet saytında yerləĢdirilməsi isə əlavə 10 bal 
gətirməlidir.  
Elmi  nəĢrlərin  qeydiyyatı  və  monitorinqi  təkcə  Elmi 
Ġnformasiya  Ġnstitutunda  deyil,  həm  də  digər  beynəlxalq  qu-
rumlarda  aparılır.  Sonuncular  nəĢrlərə  təsir  əmsalı  verməsələr 
də  elmin  müəyyən  sahələri  üzrə  informasiyanın  dünya 
miqyasında  yayımında  mühüm  rol  oynayırlar.  Belə  məlumat 
bazaları arasında Cambridge Scientific Abstracts, Current Con-
tents/Engeneering,  Computing  and  Technology,  Mathematical 
Reviews  Database,  Materials  Science  Citation  Index,  Zentral-
Blatt  MATH  və  SCOPUS-u  göstərmək  olar.  Adı  çəkilən 
məlumat  bazaları  arasında  SCOPUS  əhatə  dairəsinin  geniĢliyi 
ilə  seçilir.  SCOPUS-da  25066  jurnal  və  konfrans  materialları 
qeydiyyatdan  keçib.  Onlardan  təqribən  16  mini  elmin  bütün 
sahələrinə həsr edilmiĢ, fəaliyyətdə olan jurnallardır. Bizdə olan 
məlumata  görə  SCOPUS-da  respublikamızdan  yalnız 
"Azərbaycan  Tibb  Jurnalı"  qeydiyyata  alınıb.  Beynəlxalq  in-
formasiya  və  araĢdırma  mərkəzləri  ayrı-ayrı  ölkələrdə  elmin 
durumunu və inkiĢaf dinamikasını dəyənləndirərkən məhz EĠĠ-
nin  analizindən  və  mövcud  məlumat  bazalarından  istifadə 
edirlər. Əgər alimlərimiz öz elmi əsərlərini A, B, C sinifli jur-
nallarda çap etdirmirlərsə və üstəlik, müvafiq yerli jurnallar da 
beynəlxalq  məlumat  bazalarında  qeydiyyatdan  keçməyibsə, 
nəticə  acınacaqlı  ola  bilər.  Bu  baxımdan  sosial  və  humanitar 
elmlərdəki mövcud vəziyyət ayrica qeyd edilməlidir. Həqiqətən 
də,  1996-2007-ci  illəri  əhatə  edən  hesabatlara  əsasən  elmimiz 
beynəlxalq səviyyədə arxeologiya, kulturologiya, demoqrafiya, 
Gender  tədqiqatları,  insan  faktoru  və  erqonomika,  hüquq, 


 
21 
kitabxanaçılıq  və  informasiya  elmləri,  sosial  psixologiya, 
inkiĢaf  və  təhsil  psixologiyası,  tətbiqi  psixologiya,  fəlsəfə,  el-
min  tarixi  və  fəlsəfəsi,  dilçilik  və  linqvistika,  ədəbiyyat 
nəzəriyyəsi, musiqiĢünaslıq kimi sahələr üzrə bir məqalə ilə də 
təmsil  olunmayıb!  Vəziyyəti  düzəltmək,  Azərbaycan  elmini 
beynəlxalq arenada layiqincə təmsil etmək üçün bütün yerli el-
mi  nəĢrlər,  xüsusilə  sosial  və  humanitar  sahə  jurnalları  SCO-
PUS-da  qeydiyyatdan  keçirilməli,  onların  çap  etdikləri 
materialların  tam  mətni  və  ya  xülasəsi  internetdə  yerləĢ-
dirilməlidir.  Bu  səbəbdən,  respublika  səviyyəli  jurnalın  yuxa-
rıda adı çəkilmiĢ hər hansı bir məlumat bazası tərəfindən qey-
diyyata  götürülməsi  və  indekslənməsi  10  balla  qiymətlən-
dirilməlidir.  
Təklif  etdiyimiz  sxemin  son  5  balı  jurnalda  xarici  ölkə 
müəlliflərinin nəĢrinə görə verilə bilər. Bu göstərici beynəlxalq 
kooperasiyanı  təĢviq  baxımından  əhəmiyyətlidir.  Topladığı 
balların  miqdarından  asılı  olaraq  jurnallar  müvafiq  siniflərə 
daxil edilməlidir. Biz sinif təsnifatını belə təklif edərdik: 70 və 
daha çox bal toplamıĢ jurnallar 2-ci sinfə, balı 40 və daha çox 
olan  nəĢrlər  3-cü,  25-dən  yüksək  bal  alan  jurnallar  isə  4-cü 
sinfə  daxil  edilməlidir.  Sonuncu,  5-ci  sinfə  25-dən  az  bal 
toplamıĢ nəĢrlər aid edilir. 
Təsnifatdan  görünür  ki,  EĠĠ  siyahısına  daxil  edilməyən 
jurnalın  2-ci  sinfə  düĢməsi  qeyri-mümkündür.  1-ci  və  2-ci 
dərəcəli  siniflərin  EĠĠ  ilə  birbaĢa  bağlanması,  təklif  olunan 
meyarlardan  4-nün  jurnalın  beynəlxalq  aləmdə  bu  və  ya  digər 
dərəcədə tanınmasını tələb etməsi respublikamızda nəĢr olunan 
elmi  jurnalların  beynəlxalq  arenaya  yönəldilməsi  deməkdir. 
Bəlkə  də  çoxları  bu  tələbləri  Azərbaycan  reallıqları  üçün  sərt 
hesab etsinlər. Lakin məqsədimizin qabaqcıl dünya elminə, in-
formasiya  məkanına  inteqrasiya  olduğunu  nəzərə  alsaq, 
kriteriyaların  bu  istiqamətdə  stimullaĢdırıcı  xarakter  daĢıdığını 
görərik.  
Məqaləmizdə  elmi  nəĢrlərin  dəyərləndirilməsində  mövcud 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə