Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə5/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   2   3   4   5   6   7   8   9   ...   46

 
16 
siyahıda  təsir  əmsalı  çox  yüksək  olan  bəzi  tibb  jurnalları  yer 
almaylb.  Həmçinin  Rusiya  və  baĢqa  MDB  ölkələrinin  EĠĠ 
siyahısındakı 60-a yaxin elmi jurnalı da B və C siniflərinə daxil 
edilməyib.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  mövcud  siyahılar 
Türkiyənin  daxili  tələbatını  ödəmək  üçün  tərtib  edilib  və 
oradakı  reallıqları  əks  etdirir.  Respublikamızda  elmi  tədqi-
qatların  mövcud  durumu  EĠĠ  siyahısına  düĢmüĢ  rusdilli 
jurnalların müvafiq  siniflərə əlavə edilməsini tələb edir. YaxĢı 
olardı ki, bu bölgü yerli elm və ya dövlət qurumları tərəfindən, 
məsələn,  Ali  Attestasiya  Komissiyasında  müstəqil  Ģəkildə 
aparılsın. Bu iĢ görülənədək jurnalların A, B, C siyahılarından 
EĠĠ-nin ilkin məlumatları ilə birlikdə istifadə edilməlidir. 
Bütün  bu  qüsurlara  baxmayaraq,  ümumi  dəyərlənmədə 
jurnalların A, B və C siniflərinə bölünmüĢ siyahılarından səmə-
rəli  Ģəkildə  yararlanmaq  mümkündür.  Bu  sahədə  Türkiyə  və 
Ġranda  toplanmıĢ  təcrübənin  bizim  üçün  də  faydalı  olacağına 
ümid  edirik.  Belə  ki,  bu  ölkələrdə  elmi  tədqiqatların  effektiv-
liyinin  artırılmasında,  alimlərin  əməyinin  qiymətləndirilmə-
sində  A,  B,  C  siyahılarından  (Türkiyə)  və  EĠĠ-nin  ilkin 
siyahısından (Ġran) çox sadə, lakin səmərəli Ģəkildə istifadə edi-
lir:  yüksək  sinfə  aid  edilmiĢ,  yüksək  təsir  əmsallı  jurnallarda 
çap  olunmuĢ  elmi  məqalələrin  müəllifləri  kifayət  qədər  böyük 
pul  mükafatları alırlar. Türkiyədə mükafatlandırma mərkəzləĢ-
dirilmiĢ  qaydada  TUBĠTAK  tərəfindən,  Ġranda  isə  bilavasitə 
universitetlərdə  aparılır.  BaĢqa  sözlə,  mükafatlandırma  sistemi 
alimin  tutduğu  vəzifə,  əvvəllər  aldığı  elmi  dərəcə  və  adlarla 
deyil,  onun  bugünkü  əməyinin  real  nəticəsi  ilə  bağlanır.  Bura 
universitet  və  elmi  mərkəzlərdə  çalıĢan  alimlərin  maaĢlarının 
artırıldığını, müasir avadanlıqla, lazımı  materiallarla təchizatın 
qənaətbəxĢ olduğunu da əlavə etsək, ümumi mənzərə haqqında 
müəyyən təsəvvür yaranar. Tətbiq olunan mükafatlandırma sis-
temi  Türkiyə  və  Ġranın  dünya  ölkələri  arasında  daim  yüksələn 
reytinqində  özünü  göstərməkdədir.  Doğrudan  da,  əgər  1996-cı 
ildə elmi iĢlərin sayına görə Türkiyə 5525 məqalə ilə 26-cı, Ġran 


 
17 
801  məqalə  ilə  53-cü  olmuĢdularsa,  2007-ci  ilin  nəticələri  be-
lədir: 21418 məqalə və 19-cu yer Türkiyə, 12192 məqalə və 25-
ci  mövqe  Ġran.  Hər  iki  halda  mütləq  artım  və  irəliləyiĢ  göz 
qabağındadır.  Ümumiyyətlə,  son  illərdə  bu  ölkələrdə  elmin 
problemlərinə  diqqət  artırılmıĢ,  elmi  iĢçilərin  maddi  və  sosial 
durumu xeyli yaxĢılaĢmıĢdır. Bu isə istedadlı gənclərdə, cəmiy-
yətin  müxtəlif  təbəqələrində  elmə  olan  marağı  stimullaĢdırır. 
Azərbaycanın universitetlərinə, AMEA-nın institutlarına  türki-
yəli,  iranlı  gənclərin  axını  da  qeyd  etdiyimiz  faktorlarla  izah 
olunmalıdır.  
Hesab edirik ki, AMEA-nın əməkdaĢlarının, universitetlərin 
professor-müəllim heyətinin və elmi iĢçilərinin attestasiyasında 
və mükafatlandırılmasında, elmi və dissertasiya Ģuralarının iĢin-
də, institut və universitetlərin elmi strukturlarının fəaliyyətinin 
qiymətləndirilməsində  A,  B,  C  siniflərinə  aid  edilən,  yüksək 
təsir  əmsallı  jurnal  siyahılarından  müvəffəqiyyətlə  istifadə 
etmək olar. Beynəlxalq praktikada geniĢ istifadə edilən bu kimi 
meyarların Azərbaycan Respublikası Prezidentinin 10 aprel ta-
rixli  "Azərbaycan  elmində  islahatların  aparılması  ilə  bağlı 
Dövlət  Komissiyasının  yaradılması  haqqında"  sərəncamı  əsa-
sında hazırlanan 2009-2015-ci illərdə elmin inkiĢafı üzrə Milli 
Strategiyanın və onun həyata keçirilməsi üzrə Dövlət Proqramı 
layihəsində yer alması böyük əhəmiyyət kəsb edərdi. 
Apardığımız analizdən aydın görünür ki, dünya əhəmiyyətli 
nəĢrlərin qiymətləndirilməsi çoxdan və yüksək səviyyədə təĢkil 
edilib.  Bu  sözləri  respublika  daxilində  Milli  Elmlər 
Akademiyası və onun institutları, universitetlər, ictimai qurum-
lar tərəfindən nəĢr edilən elmi jurnallar haqqında demək olmaz. 
Onların  bəziləri  çoxillik  tarixə  malik,  digərləri  isə  müstəqillik 
dövründə  iĢıq  üzü  görmüĢ  jurnallardır.  Bu  nəĢrlərin  bir  qismi 
AAK  tərəfindən  tanınsa  da,  onların  çap  etdikləri  materialların 
aktuallığı və doğruluğu baxımından təsnifata ehtiyacı var.  
Respublikadakı  ciddi  jurnallar  EĠĠ-nin  siyahısına  daxil 
edilməni, təsir əmsalı əldə edərək beynəlxalq status qazanmanı 


 
18 
özlərinin əsas məqsədi kimi qədul etməlidirlər. Bunun həm el-
mi  nailiyyətlərimizin,  həm  də  dövlətçiliyimizin  təbliği  baxı-
mından  çox  böyük  əhəmiyyəti  var.  Təəssüflə  qeyd  edək  ki, 
Azərbaycanda nəĢr olunan jurnallardan heç birinin təsir əmsalı 
yoxdur.  Yalnız  Rabitə  və  Ġnformasiya  Texnologiyaları  Nazir-
liyi,  Tətbiqi  Riyaziyyat  Elmi-Tədqiqat  Ġnstitutu  (BDU)  və 
AMEA  tərəfindən  birgə  nəĢr  edilən  beynəlxalq  "Applied  and 
Computational  Mathematics"  jurnalı  2008-ci  ildə  geniĢlənmiĢ 
EĠĠ siyahısına qəbul edilib və müvafiq təsir əmsalı almaq üçün 
iki illik monitorinq keçir. 
Məqalənin  əvvəlində  EĠĠ  siyahasına  düĢməyin  çətin 
olduğunu və bunun üçün redaksiya heyətinin, rəyçilərin üzərinə 
düĢən  tələblər  haqqında  yazmıĢdıq.  Ġddialı  və  məsuliyyətli 
nəĢrlərin redaksiya heyətlərinin nəzərinə əlavə mülahizələrimizi 
də  çatdırmaq  istərdik.  Yüksək  səviyyəli  nəĢrlərin  yerinə  yetir-
məli  olduqları  əlavə  tələblər  sırasında  birincisi,  məqalələrin 
ciddi,  müstəqil,  imkan  daxilində  beynəlxalq  ekspertlər 
tərəfindən  rəydən  keçirilməsidir.  Əksər  jurnallar  seriyalarla 
nəĢr  edildiyi  üçün  onlar  müvafiq  hərflərlə  fərqləndirilməlidir: 
belə  praktikaya  beynəlxalq  miqyasda  tez-tez  rast  gəlinir.  Əks 
halda  məqalələrə  baĢqa  jurnallarda  istinad  verilməsində  və  bu 
istinadın kompüter sistemi tərəfindən oxunmasında səhvlərə yol 
verilir.  Bundan  əlavə,  jurnalın  bir  illik  buraxılıĢlarının  eyni 
cildin  nömrələri  kimi  nəĢr  olunması  vacibdir.  Hər  bir  cild 
daxilində nömrələr ardıcıl və kəsilməz Ģəkildə səhifələnməlidir. 
Məqalələrin  yığılmasında  müasir  proqram-redaktorlardan  (La-
tex)  istifadə  edilməlidir.  Jurnalı  xarici  oxucuya  çatdırmaq 
məqsədilə  onun  ilkin  variantının  beynəlxalq  nəĢriyyatlar  tərə-
findən tam Ģəkildə tərcüməsinə və yayımlanmasına nail olmaq 
məqsədəuyğundur.  Bu  çətin  olduğu  üçün  jurnalda  məqalələrin 
ingilis  dilində  çapına  üstünlük  verilməli  və  müəyyən  hazır-
lıqdan sonra, jurnalın tam Ģəkildə ingilis dilində nəĢrinə keçil-
məlidir.  Diqqəti  cəlb  etmək,  maraq  oyatmaq  məqsədilə  sahə 
üzrə  tanınmıĢ  xarici  ölkə  mütəxəssislərinin  tədqiqat  və  icmal 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə