Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   2   3   4   5   6   7   8   9   ...   46

 

ilə maraqlıdır. 
 
Akademik  Fikrət  Əliyev  və  ġahin  Ağayev  daha  bir  vacib 
problemi  digər    əsərdə  qoymuĢlar.  Bu  da  ölkədə  elmi  kadr 
hazırlığının problemləridir. Burada elmin bir çox sahələri üzrə 
kadr  hazırlığının  həm  sayı,  həm  də  sambalı  ilə  bağlı  həyəcan 
təbili çalan məqamlar çoxdur. Kitabda göstərilir ki,  elmi kadr 
hazırlığının  sahələrarası  bölgüsündə  yaranmıĢ  vəziyyət  ciddi 
narahatlıq doğurur. Göstərilir ki, “heç kim Azərbaycan dilinin, 
mədəniyyət və tarixinin tədqiq olunmasının əleyhinə deyil. Bu 
istiqamətlər Milli Strategiyada da elmi tədqiqatların prioritetləri 
sırasında  göstərilib.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  Azər-
baycan  neft,  qaz,  qiymətli  metallar  istehsal  və  ixrac  edən 
ölkədir. Onun neft-kimya, müdafiə, maĢınqayırma, elektronika 
kimi müasir sənaye sahələri var. Ölkə geniĢ energetika, dəmir-
yol,  dünya  əhəmiyyətli  neft-qaz  kəmərlərindən  ibarət  infra-
struktura  malikdir.  Azərbaycanda  intensiv  mülki  və  sənaye 
tikintisi  aparılır.  Əhalinin  yüksək  keyfiyyətli  tibbi  xidmətlə 
təmin edilməsi, ərzaq təhlükəsizliyi problemləri  öz həllini tap-
malıdır. Azərbaycan iqtisadiyyatının bütün bu sahələrini elmin 
son nailiyyətlərinə cavab verən tədqiqatlarla, layihələrlə, proq-
noz  və  tövsiyyələrlə  təmin  etmək  qarĢıda  duran  mühüm 
məsələlərdir.  Bu  vəzifələri  yerinə  yetirmək  üçün  AMEA-dan, 
sahə  və  layihə  institutlarından,  universitetlərin  elmi-tədqiqat 
institut  və  laboratoriyalarından  ibarət  elmi  təĢkilatlar  Ģəbəkəsi 
də mövcuddur. Fəaliyyətdə olan elmi strukturun imkanlarından 
səmərəli və məqsədyönlü Ģəkildə istifadə etməklə qarĢıda duran 
problemlərin həllinə nail olmaq mümkündür. Deyilənləri nəzərə 
alsaq texnika, tibb, təbiət elmləri üzrə hazırlanan elmi kadrların 
sayı digər sahələrdəkindən on dəfələrlə artıq olmalıdır”.   
 
Qeyd  etdik  ki,  bu  kitabın  müəlliflərinin  hər  ikisi  fun-
damental  –  dəqiq  elm  sahələrinin  alimləridir.  Lakin  bununla 
belə müəlliflər öz əsərlərində ictimai-siyasi, humanitar elmlərin 
də  vəziyyəti  barədə  geniĢ  təhlillər  aparmıĢlar.  Müəlliflər 
beynəlxalq  elmi  mərkəzlərin  məlumatlarına  əsaslanan 


 
10 
faktlardan  belə  bir  nəticəyə  gəlirlər  ki,  Azərbaycan  humanitar 
elmləri  –  xüsusilə  filoloji  elmlər  beynəlxalq  səviyyəli  jurnal-
larda  heç  bir  məqalə  ilə  təmsil  olunmamıĢdır.  Müəlliflər  eyni 
mənzərənin  bütün  ictimai–siyasi,  humanitar  elmlər  üçün  xa-
rakterik  olduğunu  bildirirlər:  “Filologiya  elminə  xas  olan 
problemlər  bütün  ictimai-siyasi,  humanitar  elmlər  üçün  də 
xarakterikdir.  Tarix,  hüquq,  pedaqogika,  psixologiya,  fəlsəfə, 
sənətĢünaslıq  kimi  sahələrdə  beynəlxalq  jurnallarda  çap 
olunmuĢ  məqalə  tapmaq  müĢkül  məsələdir.  Məsələn,  12  ildə 
tarix üzrə 2, pedaqogika üzrə 2, psixologiya üzrə 1 məqalə çap 
edilmiĢdir.  Hüquq,  musiqi  sənəti,  fəlsəfə  üzrə  beynəlxalq 
səviyyədə  elmi  məqalə  çap  edilməyib.  Buna  baxmayaraq  adı 
çəkilən sahələrdə 471 dissertasiya müdafiə olunmuĢ, daha 828 
aspirant və dissertant isə qəbul edilmiĢdir!” 
 
Bu  sahədə  vəziyyətin  normallaĢdırılması  ilə  bağlı  dövlət 
səviyyəli müĢavirə və konfransların keçirilməsinin həmin elm-
lərin gələcək inkiĢafına təsir göstərəcəyini qeyd edən müəlliflər 
Dövlət  Ġdarəçilik  Akademiyasında  Prezident  Adminis-
trasiyasının  rəhbəri,  akademik  R.Mehdiyevin  sədrliyi  ilə  keçi-
rilmiĢ müĢavirənin səmərəliliyini xüsusi qeyd edirlər.  
 
Oxucular  kitabda  Azərbaycanda  ictimai  və  humanitar 
elmlər  sahəsində  prioritetləri,  tədqiqatları,  nəĢrləri  təhlil  edən 
ayrıca  məqaləyə  də  rast  gələcəklər.  Burada  Azərbaycan-
Ģünaslıq, TürkĢünaslıq, QafqazĢünaslıq, ġərqĢünaslıq sahəsində 
elmi  nəĢrlər,  tədqiqatlar  barədə  çox  geniĢ  və  ətraflı  təhlillər 
aparılır.  Azərbaycan  alimlərinə  hansı  beynəlxalq  səviyyəli 
nəĢrlərə  necə  çıxmağın  yolları  tövsiyə  edilir.  Bizim  elm 
haqqında  əsl  elmi  araĢdırma  kimi  qiymətləndirdiyimiz  bu 
əsərdə humanitar sahələr üzrə aparıcı jurnalların xarakteri və bu 
jurnallarda  Azərbaycan  elminin  nə  dərəcədə  təmsil  olunduğu 
ciddi tədqiqat nəticəsində ortaya qoyulmuĢdur. 
Kitabın maraq doğuran səhifələrindən biri xarici ölkələrdə 
çalıĢan  alimlərimiz  haqqında  tədqiqatla  bağlıdır.  Tədqiqat  ən 
müasir  informasiya  texnologiyaları,  informasiya  mərkəzləri 


 
11 
əsasında aparılır. O da məlumdur ki, sovet imperiyası dövründə 
Azərbaycan  aliminin  dünyanın  aparıcı  elmi  mərkəzlərinə, 
universitet  və  institutlarına  gedən  yolunda  keçilməz  maneələr 
vardı. “Azərbaycanda elmin problemləri və inkiĢaf perspektiv-
ləri”  kitabı  müstəqilliyimizin  daha  bir  milli  səmərəsini  təqdim 
edir:  Ölkəmiz  müstəqillik  əldə  etdikdən  az  bir  müddət 
keçməsinə  baxmayaraq,  artıq  Azərbaycan  alimi  dünyanın  bir 
sıra  elmi  mərkəzlərinin  fəal  tədqiqatçısına  çevrilib.  Kitabda 
onlarca  belə  alimimizin  xaricdəki  səmərəli  iĢi  barədə  ensik-
lopedik – biblioqrafik məlumat yer alıb. Fərəhli hal odur ki, bu 
alimlərin  əksəriyyəti  cavanlardır  və  onları  çox  böyük  gələcək 
gözləyir. Müəlliflər dünya alimlərinin əsərlərini qeyd edən, bu 
qeydlərin  təhlilini  aparan  mərkəzlər  tipli  bir  institutun 
Azərbaycan  məkanında  yaradılmasını  vacib  hesab  edirlər. 
Nümunə  olaraq  ISI  Web  of  Knowledge  bazası  əsas  götürülür. 
Məqalənin sonunda bu təklif belə səslənir:  ISI  Web of Know-
ledge bazası əsasında analoji siyahılar elmi potensialımızın əsas 
hissəsi,  yəni  ölkənin  institut  və  universitetlərində  çalıĢan 
alimlər üçün də tərtib edilməlidir. Qeyd etmək yerinə düĢər ki, 
Rusiyada  belə  siyahılar  artıq  yaradılıb  və  internet  saytında 
yerləĢdirilib. Bu iĢin həyata keçirilməsi üçün ilk növbədə elmi 
təĢkilatların beynəlxalq informasiya mənbələrinə abunə yazılıĢı 
təmin  edilməlidir  ki,  hər  bir  mütəxəssis  öz  yaradıcılığı  haqda 
müstəqil  araĢdırma  apara  bilsin.  Belə  olduğu  təqdirdə  elmi 
kadrların  sahələr və təĢkilatlar üzrə paylanmasını formal para-
metrlərə görə deyil, həqiqi elmi göstəricilər əsasında müəyyən 
etmək, məhsuldar qüvvələr üçün daha əlveriĢli Ģərait yaratmaq, 
elmi  infrastrukturu  optimallaĢdırmaq  olar.  Reytinq  siyahı-
larından  alim  əməyinin  qiymətləndirilməsində,  attestasiya 
prosesində,  doktoranturanın  ikinci  pilləsində  müdafiələr  və 
AMEA-ya seçkilər zamanı da istifadə etmək lazımdır.  
 
Akademik  F.Əliyev  və  dosent  ġ.Ağayevin  oxuculara 
təqdim  etdiyi  bu  kitab  Azərbaycanda  elmin  inkiĢafına  təsir 
edəcək ideyaların, təkliflərin yer aldığı çox maraqlı bir tədqiqat 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə