Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   2   3   4   5   6   7   8   9   ...   46

 

iĢtirakçılarıdırlar.  Burada  beynəlxalq  elmi  standartlara  uyğun 
çalıĢa bilən mobil bir qrup formalaĢıb. Ġnstitutda bu istiqamətdə 
aparılan kompleks iĢlərə müstəqil Azərbaycan elminin inkiĢafı 
və  dünya  elminə  inteqrasiyasının  proqressiv  modeli  kimi  bax-
maq  olar.  Bu  institutun  direktoru  akademik  Fikrət  Əliyev  və 
dosent  ġahin  Ağayevin  milli  elmi  fikrin,  ideyaların  dünya 
səviyyəsinə  çıxarılması  problemləri  ilə  bağlı  dövri    mətbuatda 
(“Azərbaycan”, “Respublika”, “Elm” qəzetləri) çap etdirdikləri 
silsilə  məqalələri  oxucuların  yaxĢı  yadındadır.  Təxminən  ona 
yaxın bu fundamental məqalələrin hamısını bir ideya birləĢdirir: 
Azərbaycan  elmi  öz  səviyyəsini,  sambalını,  səmərəlilik  əm-
salını  yüksəltməklə dünya elmi arenasına çıxmalı və bu sırada 
öz  yerini  dəqiqləĢdirməlidir.  Bu  məqalələr  silsiləsi  qəzetlərdə 
dərc olunduğu günlərdə geniĢ  rezonansa səbəb oldu və müasir 
milli  elmi  düĢüncəmizin  aparıcı  xadimləri  onların  barəsində 
polemik  fikirlər  səsləndirdilər.  Elə  bu  polemikanın  özü  də 
ictimaiyyət  tərəfindən  həmin  silsilə  məqalələrin  qoyduğu  ide-
yaların  elmi  təsdiqi  kimi  qiymətləndirildi.  Həmin  silsilə 
məqalələrin  dövri  mətbuatda  dərc  olunmasından  az  müddət 
keçdi  və  onlara  elmi  reaksiyalar  həmin  yazıların  ayrıca  kitab 
halında  çap  olunması  zərurətini  yaratdı.  Dostları,  elmi  icti-
maiyyətin  bir  çox  nümayəndələri,  o  cümlədən  bu  sətirlərin 
müəllifi  Fikrət  Əliyevdən  və  ġahin  Ağayevdən  həmin  əsərləri 
kitab  halında  çap  etdirməyi  məsləhət  bildilər.  Ġndi  bu  kitab 
oxucunun  qarĢısındadır  və  indi  hər  kəsin  həmin  məqalələrə 
kompleks  Ģəkildə  yenidən  müraciət  etmək  Ģansı  var.  Lakin 
bütün  hallarda  bu  əsərlərin  kitab  variantının  yaranmasını 
doğuran  səbəblər  və  bu  məqalələrin  müasir  elmi  ictimaiy-
yətimiz  üçün  nə  qədər  səmərəli  olduğunun  da  təhlilə  böyük 
ehtiyacı var. 
 
 
Məsələ  burasındadır  ki,  kitabdakı  əsərlər  bir  küll  halında 
müasir  Azərbaycan  elminin  və  aliminin  səmərəlilik  keyfiy-
yətinin  hansı  dərəcədə,  hansı  səviyyədə  olduğunu  təhlil  edir. 
Həm  də  bu  təhlillər  özünün  elmi–fəlsəfi  aspekti  ilə  diqqəti 


 

çəkir. Digər tərəfdən, bu əsərlər onun müəlliflərinin vətəndaĢlıq 
mövqeyidir,  mükəmməl  azərbaycançılıq  mövqeyidir.  Maraqlı 
cəhət  bir  də  orasındadır  ki,  bu  əsərlərin  ümumi  konsepsiyası 
dövlətçilik  marağına  söykənir.  Bu  konsepsiyanın  əsas  mahiy-
yəti isə Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu 
il  tarixli  sərəncamı  ilə  təsdiq  olunmuĢ  “Azərbaycan  Respub-
likasında  2009-2015-ci  illərdə  elmin  inkiĢafı  üzrə  Milli  Stra-
tegiya”  proqramında  öz  ifadəsini  tapmıĢdır.  Deməli,  kitabdakı 
əsərlər  birbaĢa  elmin  inkiĢafı  ilə  bağlı  dövlət  strategiyasına 
əsaslanır.  
 
Kitabdakı  birinci  məqalə  “Azərbaycanda  elmin  inkiĢafına 
təsir  edən  beynəlxalq  meyarlar”  adlanır  və  müəlliflər  belə  bir 
fundamental  məqsəddən  çıxıĢ  edirlər  ki,  alimlərimizin  tədqi-
qatları,  elmi  nailiyyətləri  müxtəlif  formatlarda,  o  cümlədən 
ciddi mahiyyət  kəsb edən məqalələrlə dünyaya çatdırılmalıdır. 
Əsərdə  qoyulan  belə  bir  tezis  tamamilə  əsaslıdır  ki,  “müxtəlif 
sahələr  üzrə  ixtisaslaĢmıĢ  jurnallarda  çap  edilmiĢ  məqalələr 
müəlliflərlə  yanaĢı  onların  çalıĢdıqları  universitet  və  institut-
ların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaĢa müəyyən 
edən  və  son  nəticədə,  ölkənin  inkiĢaf  səviyyəsini  göstərən 
amillərdəndir”.  Bu  fikirdən  sonra  kitab  müəllifləri  elmi 
nəĢrlərin, o cümlədən jurnal nəĢrinin qiymət meyarlarını müəy-
yən edən qurumları və amilləri təhlil edir, Azərbaycan aliminin 
yüksək səviyyəli jurnallara çıxıĢ zərurətini və yollarını göstərir. 
ABġ-dakı Elmi Ġnformasiya Ġnstitutunun araĢdırmalarına istina-
dən müəlliflərin Azərbaycan məkanına dair apardıqları təhlillər 
elmimizin inkiĢaf səviyyəsi barədə düĢünməyə çoxlu fakt verir. 
Bu  məqalə  bir  tərəfdən  elmi  jurnalın  nüfuz  qazanma  meyar-
larını verir, digər tərəfdən Azərbaycan jurnallarının beynəlxalq 
standartlara  cavab  verməsi  üçün  çox  maraqlı  təkliflər  irəli 
sürür.  Və  cəsarətlə  deyə  bilərik  ki,  ölkəmizdə  elmin  inkiĢaf 
perspektivləri bu məqalədə qaldırılan problemlərin, təklif edilən 
ideyaların həllindən də çox asılıdır.  
 
Kitabdakı daha bir məqalə Azərbaycanda elmin mövcud və 


 

gələcək prioritetlərinə həsr olunub. Məqalənin ümumi ruhu belə 
bir  həqiqəti  əks  etdirir  ki,  “müasir  dövrdə  istənilən  dövlətin 
iqtisadi,  hərbi  və  siyasi  qüdrəti  onun  elmi  potensialından,  bu 
potensialın səmərəli istifadəsindən asılıdır”. Azərbaycan dövlə-
tinin,  elmin  inkiĢafı  üzrə  Milli  Strategiyasının  ümumi  məz-
munundan  irəli  gələn  bu  fikrin  təqdimi  ilə  məqalə  müəllifləri 
alimlərimizə elmin prioritetlərini xatırladır və bu sahədə qarĢıda 
ciddi  vəzifələrin  durduğunu  bildirirlər.  Müəlliflər  burada  da 
Azərbaycan  elminin  vəziyyəti  barədə  təsəvvür  yaratmaq  üçün 
ABġ-ın  Tomson  Röyters  Agentliyinin  Elmi  Ġnformasiya  Ġnsti-
tutunun məlumatlarına və təhlillərinə əsaslanırlar. Bu institutun 
hesabatında  Azərbaycanda  əsas  elmi  mərkəzlər  kimi  Milli 
Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin göstərildiyi 
qeyd  edilir.  Məqalənin  maraqlı  cəhəti  həm  də  orasındadır  ki, 
Azərbaycanın  yalnız  elmi  ictimaiyyətinin  maraq  dairəsində 
olan  aparıcı  beynəlxalq  elmi  mərkəzlərin  ölkəmizlə  bağlı 
araĢdırmaları  həm  də  geniĢ  ictimaiyyətə  çatdırılır.  Müəlliflər 
beynəlxalq  prioritetlərin  elmin  inkiĢafı  üzrə  Azərbaycanın 
dövlət maraqlarını ifadə edən Milli Strategiyadakı  yerini təhlil 
edir.  Əlimizdəki  kitab  bu  prioritetlərin  yerinə  yetirilməsində 
elmi-tədqiqat  institutlarının,  universitetlərin  əməkdaĢlarının 
sayına  deyil,  beynəlxalq  elm  və  informasiya  mərkəzlərinin 
hesabatlarına  daxil  edilmiĢ  elmi  nəticənin  həcminə  istinad 
edərək  qiymətləndirmə  aparmağı  tövsiyə  edir.  Müəlliflər  bu 
nəticələrə  istinadən  ölkəmizdə  elmin  inkiĢafı  ilə  bağlı  bir  sıra 
uğurları qeyd edirlər, lakin yenə də dərc olunmuĢ məqalələrin, 
tədqiqatların  keyfiyyətini  yüksəltmək  tələbi  üzərində  ayrıca 
dayanırlar.  Və  nəhayət  belə  bir  fundamental  sualı  cavab-
landırmağa  nail  olurlar:  “Mövcud  prioritetlər  Azərbaycanın 
gələcəyini, geniĢ mənada milli təhlükəsizliyini, yüksələn iqtisa-
diyyatını,  yaranmaqda  olan  hərbi  sənayesini  elmi-texniki 
kadrlarla  və  yeni  texnalogiyalarla  təmin  etmək  üçün  kifayət-
dirmi?  Müasir  dövrdə  ölkə  elminin  prioritetləri  necə 
olmalıdır?” – məqalə məhz bu suallara dolğun, əsaslı cavabları 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə