“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: Gələcək Naminə Bərabər



Yüklə 6,1 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü6,1 Kb.
#50060

background image
12.06.2012 

“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: Gələcək Naminə Bərabər 

İmkanlar” mövzusunda Milli Konfrans keçirilib

 

 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  və  Təhsil  Nazirliyi  Ümidli  Gələcək  Gənclər 



Təşkilatı,  UNİCEF-in  Azərbaycan  nümayəndəliyi,  Almaniyanın  Beynəlxalq  Əməkdaşlıq  üzrə  Əmanət 

Kassaları Fondu, “Əflatun” – Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində 

“Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlılığı: Gələcək Naminə Bərabər İmkanlar” mövzusunda 

Milli Konfrans keçirib. 

“Hilton  Baku”  otelində  keçirilən  Konfransın  əsas  məqsədi  uşaqlara  erkən  yaşlarından  maliyyə 

bacarıqlarını,  düzgün  maliyyə  davranışını  aşılamaqla  onların  və  bəşəriyyətin  gələcək  rifahının 

yüksəldilməsidir. 

Konfransda  xüsusi  olaraq  vurğulanıb  ki,  son  zamanlar  bütün  dünyada  əhalinin  maliyyə 

savadlılığının  aşağı  səviyyədə  olması  ilə  bağlı  narahatlıqlar  getdikcə  artmaqdadır.  Davam  etməkdə  olan 

maliyyə  böhranı  şəraitində  dünya  ictimaiyyəti  tərəfindən  maliyyə  savadlılığı  əsas  həyat  bacarıqlarından 

biri kimi dəyərləndirilir, maliyyə və iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir. 

Tədbirdə Mərkəzi Bankın və Təhsil Nazirliyinin məsul əməkdaşları, UNİCEF-in Azərbaycan ofisinin 

rəhbəri, “Əflatun” – Beynəlxalq Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi 

Asiya regionu üzrə proqram rəhbəri, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları 

Fondunun nümayəndəsi, eləcə də, müxtəlif dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən yerli və 

beynəlxalq təşkilatların, bank və digər maliyyə institutlarının nümayəndələri iştirak ediblər. 



 

 

Yüklə 6,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə