Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə9/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

 
29 
uyğunluqla  yanaĢı, fərqləri də görürük. Siyahılar arasında əsas 
fərq    birinci  hesabatda    sahələrlə  yanaĢı,  sahədaxili  istiqamət-
lərin də nəzərə alınması ilə bağlıdır. Deməli, prioritetlərin təyin 
edilməsi  baxımından  elmi  nəticələrin  sahələr  üzrə  bölgüsünü 
aydınlaĢdırmaq lazımdır.  
Təhlillər göstərir ki, sahədaxili istiqamətlərin heç də hamısı 
eyni  dərəcədə  inkiĢaf  etməyib.  Məsələn,  fizika  və  astrono-
miyanın  2007-ci  ildə  prioritet  sahələr  siyahısında  2-ci  olması 
ölkəmizdə  fizikanın  bütün  istiqamətlərinin  eyni  dərəcədə 
inkiĢaf etməsi  və 2-ci  pillədə  yerləĢməsi  demək  deyil. Məqsə-
dimiz  hər  bir  elm  sahəsində  kifayət  qədər  yüksək  sahədaxili 
payı  olan  istiqamətləri  müəyyənləĢdirməkdir.  Bunu  bir  neçə 
sahənin  timsalında  ətraflı  izah  edək.  Hesabatda  fizika  və 
astronomiya elmi akustika və ultrasəs fizikası; astronomiya və 
astrofizika;  atom,  molekulyar  fizika  və  optika;  kondensə 
olunmuĢ  maddə  fizikası;  fiziki  eksperiment  vasitələri  (instru-
mentation); nüvə və yüksək enerjilər fizikası; radiasiya fizikası; 
statistik  və  qeyri-xətti  fizika;  səth  fizikası  istiqamətlərinə 
bölünmüĢ,  fizikanın  bütün  baĢqa  bölmələri  isə  “müxtəlif 
istiqamətlər”  adı  altında  toplanmıĢdır.  Əldə  etdiyimiz  məlu-
matlar  respublikamızda  fizika  və  astronomiyanın  inkiĢaf  etmiĢ 
istiqamətlərinin  kondensə  olunmuĢ  maddə  fizikası;  nüvə  və 
yüksək  enerjilər  fizikası  olduğunu  təsdiq  edir.  Fizika  daxi-
lindəki  əsas  istiqamətlər  1996-2007-ci  illər  ərzində  dəyiĢməz 
olaraq  qalır:  müxtəlif  illərdə  sahədaxili  prioritetlər  siyahısında 
onlar  yalnız  yerlərini  dəyiĢirlər.  BaĢqa  bir  sahə-riyaziyyat, 
həndəsə  və  topologiya,  riyazi  analiz,  riyazi  fizika,  tətbiqi  və 
hesablama riyaziyyatı və s. istiqamətlərə bölünür. Riyaziyyatın 
stabil  yaxĢı  nəticələr  ğöstərən  istiqamətləri  isə  tətbiqi  və 
hesablama  riyaziyyatı,  riyazi  fizika  və  riyazi  analizdir.    Eyni 
sözləri kimya elmindəki vəziyyətin təhlilindən sonra da demək 
olar. AraĢdırmaların nəticəsi  fiziki və nəzəri, üzvi,   qeyri-üzvi 
kimyanın  Azərbaycanda  bu  elmin  prioritet  istiqamətləri 
olduğunu göstərir.  


 
30 
Gətirdiyimiz  faktlar  fizika,  riyaziyyat  və  kimyanın  2-3 
istiqaməti  üzrə  stabil  elmi  məktəblərin  formalaĢdiğını  sübut 
edir.  Bu  elmi  məktəblər  iqtisadi,  kadr  problemlərinə  baxma-
yaraq  özlərini  yaĢatmaq,  inkiĢaf  etdirmək,  yeni  mütəxəssislər 
yetiĢdirərək varisliyi təmin etmək iqtidarındadır. 
Tibb  elminin  tədqiqi  zamanı  qarĢımızda  fərqli  mənzərə 
canlanır. Həqiqətən də, sahədaxili istiqamət sayının 48 olması-
na baxmayaraq, ölkəmizdə yalnız “müxtəlif istiqamətlər” kate-
qoriyasında  stabil  nətəcələr  var.  1996-2007-ci  illərdə  qazanıl-
mıĢ  nailiyyətlər  də  müstəsna  olaraq  “müxtəlif  istiqamətlər”in 
payına  düĢür.  Son  zamanlar  səhiyyənin  inkiĢafına  dövlət 
səviyyəsində böyük qayğı göstərilir: mərkəzi xəstəxanalar təmir 
edilərək ən müasir avadanlıqlarla təchiz olunur, yeni klinikalar 
və  diaqnostika  mərkəzləri  açılır,  təcili  tibbi  yardım  stansiya-
larının  maddi-texniki  bazası  möhkəmləndirilir  və  müasirləĢ-
dirilir.  Bu  qayğı  fonunda  tibb  elmindəki  mövcud  vəziyyət 
belədir:  hesabatın  əhatə  etdiyi  12  ildə  alimlərimiz  anatomiya, 
nefrologiya,  urologiya,  transplantasiya,  oftalmologiya
,
  ortope-
diya və idman təbabəti kimi istiqamətlərdə nüfüzlu beynəlxalq 
jurnallada elmi məqalə çap etdirməyiblər.  BaĢqa istiqamətlərdə 
də  vəziyyət  yaxĢı  deyil;  belə  ki,  həmin  müddətdə  onkologiya, 
radiologiya  və  Ģüa  terapiyası,  cərrahiyyə,  pediatriya,    qastro-
entrologiya  üzrə  cəmi  1,  gematologiya  üzrə  4,  kardiologiya 
üzrə  isə  7  elmi  məqalənin  nəĢr  edildiyi  qeydə  alınmıĢdır.  Ġlk 
baxıĢdan  çox  qəribə  mənzərə  yaranır.  Doğrudan  da,  necə  ola 
bilər ki, təbabətin bütün sahələrini əhatə edən istiqamətlər üzrə 
beynəlxalq  səviyyədə  heç  bir  məqalə  qeydə  alınmasın,  amma 
sahə 12 illik hesabatda ikinci yeri tutsun?  
Əslində,  bu  suallın  cavabı  çox  sadədir.  Hesabat  SCOPUS 
məlumat  bazası  əsasında  tərtib  edildiyindən  bazada  qeydiy-
yatdan keçmiĢ “Azərbaycan Tibb Jurnalı”nın bütün məqalələri 
avtomatik  olaraq  nəticələrdə  əks  olunur.  Bunu  yəqin  etmək 
üçün,  “Azərbaycan  Tibb  Jurnalı”na  aid  məlumata  baxmaq 
kifayətdir.  Belə  ki,  SCOPUS  bazası  jurnalda  çap  olunmuĢ 


 
31 
məqalələri  2002-ci  ildən  baĢlayaraq  qeydiyyata  alır.  Azərbay-
canda  tibb  sahəsində    nəĢr  olunmuĢ  məqalələrin  də  sayı  məhz 
2002-ci ildən etibarən kəskin Ģəkildə artır. Tibb sahəsindəki 36 
dəfəlik  artım  da  məhz  bu  faktorla  izah  olunmalıdır.  Məsələn, 
hesabata  əsasən  2007-ci  ildə  alimlərimiz  tibb  sahəsində  184 
məqalə  çap  etdiriblər.  Həmin  ildə  “Azərbaycan  Tibb 
Jurnalı”nda 184 məqalə nəĢr olunub. BaĢqa sözlə, tibbdə 2007-
ci ilin elmi məhsulu ölkədaxili məqalələr hesabına formalaĢıb. 
Hesabatda  184  məqalənin  4-ü  istiqamətlər  üzrə  təsnifatlanıb, 
180  məqalə  isə  “müxtəlif  istiqamətlər”ə  aid  edilib.  Dəqiq 
bilməsək  də,  istiqamətlər  üzrə  qeydə  alınmıĢ  məqalələrin 
ingilis,  180  məqalənin  isə  azərbaycan  və  rus  dillərində  yazıl-
dığını  böyük  ehtimalla  fərz  edə  bilərik.  Mətbuatdakı  əvvəlki 
çıxıĢlarımızda yerli jurnalların müxtəlif məlumat bazalarında, o 
cümlədən  SCOPUS-da  qeydiyyatdan  keçməsinin  əhəmiyyəti 
haqda  öz  fikrimizi  bildirmiĢdik.  Gətirdiyimiz  faktlar  bunu  bir 
daha  sübut  edir.  “Azərbaycan  Tibb  Jurnalı”nda  məqalələrin 
ingilis dilində təqdim olunmaması yalnız təəssüf doğurur. Əgər 
jurnalda verilmiĢ məqalələrin əhəmiyyətli hissəsi ingilis dilində 
çap  olunsaydı,  onda  tibb  sahəsinin  istiqamətləri  üzrə  mövcud 
olan  bölgü  tamamilə  yeni  və  daha  dəqiq  Ģəkil  alardı.  Bundan 
baĢqa, elmi nəticələr  yalnız o zaman əhəmiyyətli olur ki, onlar 
beynəlxalq səviyyədə tanınır və istifadə edilir. Beynəlxalq are-
nada tanınmağın yeganə yolu isə, bütün baĢqa amillərlə yanaĢı, 
elmi  nəticənin  ingilis  dilində  təqdim  olunmasıdır.  Alimlərimiz 
elmi  iĢlərini  nüfuzlu  beynəlxalq  jurnallarda  çap  etdirməyi  də 
unutmamalıdırlar. 
Yuxarıda  nümunə  kimi  verilmiĢ  təhlili  bütün  baĢqa  istiqa-
mətlər  üzrə  apardıqdan  sonra  aydınlaĢan  mənzərə  belədir: 
kondensə  olunmuş  maddə  fizikası;  fiziki  və  nəzəri  kimya; 
elektron, optik və maqnit materialşünaslıq; üzvi kimya; elektrik 
və elektron mühəndisliyi; nəzarət və sistem mühəndisliyi; yana-
caq  texnologiyası;  energetika;  süni  intellekt;  nüvə  və  yüksək 
enerjilər  fizikası;  qeyri-üzvi  kimya;  tətbiqi  və  hesablama 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə