Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   2   3   4   5   6   7   8   9   ...   46

 
12 
əsəridir.  Güman  edirik  ki,  əsər  təkcə  elmi  ictimaiyyətin  deyil, 
habelə geniĢ oxucu kütləsinin marağına səbəb olacaq. 
 
 
    Cahangir Məmmədli   
BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,  
filologiya elmləri doktoru, professor, 
 Ġctimai Televiziya və Radio Yayım   ġurasının sədri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
13 
AZƏRBAYCANDA ELMĠN ĠNKĠġAFINA TƏSĠR EDƏN 
BEYNƏLXALQ MEYARLAR 
 
 
Müasir  zamanın  informasiya  əsri  olduğu  fikrini,  yəqin  ki, 
heç  kim  Ģübhə  altına  almaz.  Hər  bir  evə  daxil  olan  kompüter 
sistemləri,  bütün  dünyanı  vahid  informasiya  məkanında 
birləĢdirən  internet  Ģəbəkəsi,  virtual  kitabxanalar,  jurnallar  və 
bu qəbildən olan digər vasitələr həyatımızın ayrılmaz hissəsinə 
çevrilib.  Bu  informasiya  axınından  faydalanmaq  bacarığı  isə 
"mədəni insan" anlayıĢının əhəmiyyətli komponenti kimi qəbul 
edilir.  
Ġnformasiya  məkanının  çox  mühüm  hissəsini  elmi-texniki 
informasiya, elmi jurnallarda çap olunmuĢ məqalələr, patent və 
ixtiralar  haqqında  məlumatlar  təĢkil  edir.  Ölkəmizin  maraqları 
hər  bir  tədqiqatçının  elmin  son  nailiyyətləri  ilə  vaxtında  tanıĢ 
olmasını,  yeniliklərin  istehsalatda,  təhsildə  dərhal  və  səmərəli 
Ģəkildə  tətbiqini  tələb  edir.  Eyni  zamanda  alimlərimizin  əldə 
etdikləri mühüm elmi nəticələri də operativ surətdə beynəlxalq 
arenaya çıxarmaq lazımdır. 
 Məlumdur  ki,  aparılmıĢ  tədqiqatlar  ictimaiyyətə  müxtəlif 
formalarda  çatdırıla  bilər.  Mövcud  üsullardan  biri,  bəlkə  də 
birincisi  elmi  məqalədir.  Müxtəlif  sahələr  üzrə  ixtisaslaĢmıĢ 
jurnallarda  çap  edilmiĢ  məqalələr  müəlliflərlə  yanaĢı  onların 
çalıĢdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin 
elmi nüfuzunu birbaĢa müəyyən edən və son nəticədə, ölkənin 
inkiĢaf səviyyəsini göstərən amillərdəndir. Bura elmi dərəcə və 
adların  verilməsində  çap  olunmuĢ  məqalələrin  vacibliyini  də 
əlavə  etsək,  jurnalların  əhəmiyyətinə  görə  qiymətləndirilməsi-
nin müxtəlif qurumlar və ictimaiyyət qarĢısında duran mühüm 
vəzifələrdən biri olduğu aydınlaĢar. 
Müasir  dünyada  minlərlə  elmi  jurnal  nəĢr  olunur.  Hazırda 
elmi  nəĢrlərin  qiymətləndirilməsi  jurnal  məqalələrinə  istinad-
ların  statistik  analizi  əsasında  ABġ-dakı  Elmi  Ġnformasiya 


 
14 
Ġnstitutu  (EĠĠ)  tərəfindən  aparılır.  Bu  institutu  1960-cı  ildə  E. 
Qarfild təsis etmiĢdir. 1992-ci ildən Elmi Ġnformasiya Ġnstitutu 
Tomson-Röyters  korporasiyasının  tərkib  hissəsidir.  Ötən  əsrin 
60-cı  illərindən  etibarən  EĠĠ  qiymətləndirmədə  əsas  göstərici 
kimi  jurnalların  təsir  əmsalından  istifadə  edir.  Təsir  əmsalı 
nəĢrdəki  əsərlərin,  bu  əsərlərdəki  ideya  və  nəticələrin  elmin 
müəyyən  sahəsinin  inkiĢafına  təsir  imkanının  ədədi  ifadəsidir. 
Təsir əmsalı böyuk və kiçik həcmli, müxtəlif dövriliklə və za-
man  kəsiyində  nəĢr  olunan  jurnalların  qiymətləndirilmədə 
imkanlarını  bərabərləĢdirmək  baxımından  mühüm  göstəricidir.  
AraĢdırılan  ildən  asılı  olaraq  hər  bir  jurnalın  əmsalı  dəyiĢir: 
aydındır  ki,  hər  il  eyni  dərəcədə  yüksək  səviyyəli  nəticələrin 
alınmasını  və  nəĢrini  gözləmək  düzgün  olmazdı.  Belə  dəyiĢ-
mələr  mötəbər,  müəyyən  sahədə  onilliklərlə  tanınan  nəĢrlərdə 
kifayət  qədər  məhdud  sərhədlərdə  baĢ  verir.  Nəticədə  dünya 
elmində yüksək səviyyəli, məqaləsi bir neçə ekspert tərəfindən 
diqqətlə yoxlanılan nəĢrlər siyahısı formalaĢır ki, bu jurnallarda 
əsər  çap  etdirmək  hər  bir  mütəxəssis  üçün  peĢəkarlıq, 
özünütəsdiq baxımından müstəsna məsuliyyət tələb edir. 
Yeni, nisbətən gənc nəĢrlərdə təsir əmsalının dəyiĢmə sürəti 
kəskin  ola  bilər.  Bəzən  belə  jurnallar  EĠĠ  siyahısından,  hətta 
çıxarılır. Qeyd edək ki, nəĢrinə yenicə baĢlamıĢ jurnalların EĠĠ 
siyahısına daxil edilməsi kifayət qədər çətin və uzun sürən pro-
sesdir. Jurnalın redaksiya heyətində və çap olunacaq iĢlərə rəy 
verən ekspertlər arasında dünya elmində kifayət qədər tanınmıĢ 
simaların  olması,  nəĢrin  dövriliyinin  ciddi  səkildə  qorunması, 
məqalələrdəki  istinadların  müasir  standartlara  cavab  verməsi 
EĠĠ-nin  tələbləri  sırasındadır.  Jurnalın  geniĢlənmiĢ  EĠĠ 
siyahısına  qəbulu  onun  heç  də  dərhal  əmsal  alması  demək 
deyildir: yalnız iki illik nəzarətdən sonra jurnala qazandığı təsir 
əmsalı verilir və ya o, siyahıdan silinir. 
Ümumiyyətlə, EĠĠ tərəfindən indekslənən nəĢrlərin siyahısı 
hər  il  yeniləĢir.  Elmi  Ġnformasiya  Ġnstitutu  vaxtaĢırı  istinad 
edilməyən,  keyfiyyəti  aĢağı  düĢmüĢ  və  ya  nəĢri  dayandırılmıĢ 


 
15 
jurnalları  öz  siyahısından  çıxarır  və  əksinə,  yeni  nüfuz 
qazanmıĢ nəĢrləri ora daxil edir. Bu prosesləri izləməklə nəinki 
elmin  konkret  sahəsinin  inkiĢaf  dinamikası,  həm  də  istənilən 
ölkədə  elmin  çağdaĢ  durumu  haqqında  məlumat  əldə  etmək, 
mülahizə yürütmək mümkündür. Məsələn, son illərdə nanotex-
nologiyalar  istiqamətində  tədqiqatların  geniĢ  vüsət  alması  bu 
sahəyə  həsr  olunmuĢ  jurnalların  sayının  durmadan  artması  və 
onların əksəriyyətinin qısa bir zaman kəsiyində yüksək əmsallı 
nəĢrlər  siyahısına  daxil  edilməsi  ilə  müĢayiət  olunmuĢdur. 
Ölkələrdə baĢ verən siyasi, iqtisadi proseslərin jurnal nəĢrinə və 
onların  keyfiyyətinə,  dolayısı  yolla  bütövlükdə  elmin  səviy-
yəsinə  necə  təsir  etdiyini  görmək  üçün  keçmiĢ  sovet,  indi  isə 
Rusiya  jurnallarının  EĠĠ  siyahısında  yerdəyiĢmələrini  izləmək 
kifayətdir. Belə araĢdırma həm də onun üçün vacibdir ki, bizim 
yaĢlı  və  orta  nəsil  alimlərinin  böyük  bir  qismi  hələ  də  rusdilli 
nəĢrlərlə  əməkdaĢlığı  davam  etdirir,  onları  digər  beynəlxalq 
jurnallardan  üstün  hesab  etməkdə  israrlı  görünürlər.  Rusiyada 
çap  olunan  ən  yüksək  əmsallı  "Uspexi  Fiziçeskix  Nauk" 
jurnalının göstəricisi 2006-cı ildə 2.675, 2007-ci ildə isə 2.032 
olmuĢdur.  Vaxtı  ilə  məĢhur  sovet  jurnallarının  əksəriyyətinin 
təsir  əmsalı  indi  0.1-0.5  arasındadır.  ġübhəsiz,  keyfiyyətini 
ildən-ilə yüksəldən bir neçə nəĢr də tapmaq olar. Amma onlar 
ümumi mənzərəni dəyiĢmirlər. 
EĠĠ-nin  açıqladığı  məlumat  bazasından  hər  ölkənin  elmi 
müəssisələri  nailiyyətlərini  dəyərləndirmək,  perspektivlərini 
aydınlaĢdırmaq  üçün  istifadə  edirlər.  Bu  cəhətdən  Turkiyədə 
qəbul  və  istifadə  olunan  sistem  bizim  üçün  müəyyən  maraq 
kəsb edir. Belə ki, Türkiyənin elmi qurumları jurnalları A, B və 
C siniflərinə bölür və dəyərlənmədə məhz bu bölgüdən istifadə 
edirlər. A sinfinə müxtəlif elm sahələrində böyük nüfuza malik 
aparıcı  elmi  jurnallar,  B sinfinə kifayət  qədər mötəbər nəĢrlər, 
C sinfinə isə məhdud təsir dairəsinə malik jurnallar daxil edilir. 
Mövcud siyahılar bəzi qüsurlardan da azad deyil. Belə ki, 2008-
ci  ildə  Türkiyənin  elmi  mərkəzləri  tərəfindən  hazırlanmıĢ 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə