Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə8/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

 
26 
elm  sahələri  və  alimləri  haqqinda  maraqlı  məlumatlar  əldə  et-
mək mümkündür. Burada ölkəmizin iqtisadi artımı, əhalimizin 
savadlılıq səviyyəsi və elmi nəticələrin dəyiĢmə dinamikası əla-
qəli  Ģəkildə  verilmiĢdir.  Sənəd  1995-2005-ci  illərin  göstəri-
cilərinə  görə  Azərbaycanda  elmin  10  məhsuldar  sahəsini  aĢa-
ğıdakı  kimi  təsnifatlandırıb:  materialĢünaslıq;  kondensə  olun-
muĢ  maddə  fizikası;  fiziki  kimya;  tətbiqi  fizika;  üzvi  kimya; 
kimya  mühəndisliyi;  riyaziyyat;  yanacaq  və  energetika;  neft 
mühəndisliyi; polimerlər fizikası və kimyası.   
Tomson  Röyters  Agentliyinin  hesabatı  ən  məhsuldar 
sahələrin yalnız 10 illik cəmlənmiĢ nəticələrini izləməyə imkan 
verir.  Ġstinad  edəcəyimiz  ikinci  mənbənin  məlumatları  daha 
ətraflı  və  maraqlıdir.  Hesabat  1996-2007-ci  illərin  elmi  göstə-
ricilərini  əhatə  edir  və  SCOPUS  məlumat  bazası  əsasında 
Ġspaniya  universitetlərinin  birgə  tədqiqatı  nəticəsində  tərtib 
olunub.  O,  daim  yeniləĢmə  və  dəqiqləĢmə  prosesindədir. 
Tomson Röyters Agentliyindən fərqli olaraq SCOPUS məlumat 
bazası  sayca  daha  çox  (təxminən  2  dəfə)  elmi  jurnal  və 
konfrans  materialları  əsasında  yaradılıb  və,  deməli  daha  geniĢ 
elmi informasiyaya istinad edir. Bu məlumat bazasında respub-
likamızdan  yalnız  “Azərbaycan  Tibb  Jurnalı”  qeydiyyatdan 
keçib.  
Hesabatda 233 ölkənin, 10 regionun elmin bütün sahələri və 
istiqamətləri üzrə 12 illik nəticələri toplanıb. Sənəddən istifadə 
etməklə  ölkələrin,  regionların  ayrılıqda  və  ya  müqayisəli 
analizini aparmaq mümkündür. Azərbaycan ġərqi Avropa regi-
onuna  daxil  edilib.  Bu  regiona  Azərbaycandan  baĢqa  Rusiya, 
Ukrayna,  Belarus,  Moldova,  keçmiĢ  SSRĠ-nin  Baltikyanı  və 
Cənubi  Qafqaz respublikaları da daxil olmaqla  22 ölkə aiddir. 
Sənəddə 12 il ərzində Azərbaycan alimlərinin beynəlxalq elmi 
ictimaiyyətin  taniĢ  ola  biləcəyi  toplam  3745  elmi  məqalə  çap 
etdirdikləri  qeyd  edilir.  Bu  göstəriciyə  görə  elmimiz  dünya 
ölkələri  arasında  86-cı,  ġərqi  Avropa  regionunda  18-ci  yer-
dədir. 


 
27 
Ümimiyyətlə,  son  illər  göstəricilərimizdə  hiss  olunan 
mütləq  artım  var.  Belə  ki,  əgər  1996-cı  ildə  adı  çəkilən 
məlumat  bazasında  Azərbaycandan  249  məqalə  qeyd  edil-
miĢdisə,  2007-ci  ildə  472  elmi  əsər  nəĢr  edilmiĢdir  ki,  bu  da 
dünya elmi məhsulunun 0.03 faizi deməkdir. BaĢqa bir problem 
elmi  iĢlərin  keyfiyyəti  ilə  bağlıdır.  Ġstinadın  elmi  məqalənin 
keyfiyyət  göstəricisi  olduğunu  qəbul  etsək,  deyə  bilərik  ki, 
tədqiqatların  keyfiyyətini  yüksəltmək  qarĢımızda  duran  əsas 
məsələlərdən  biridir.  Müsbət  meyllərə  baxmayaraq  ölkə 
iqtisadiyyatının  son  illərdəki  artım  sürətini,  potensial  imkan-
larını  nəzərə  alsaq,  dünyadakı  və  regiondakı  yerimiz  bizi 
qətiyyən qane etməməlidir. 
Hesabatda  ölkələrin  ayrı-ayrı  elm  sahələri  və  sahədaxili 
istiqamətlər  üzrə  reytinqlərini  izləmək  mümkündür.  Azərbay-
can  elminin  müxtəlif  sahələr  üzrə  12  illik  dünya  reytinqi  belə 
formalaĢıb:  materialşünaslıq-64;  energetika-65;  fizika  və 
astronomiya-67;  kimya  mühəndisliyi-68;  kimya-68;  riyaziy-
yat-72;  mühəndislik-72;  kompüter  elmləri-74,  yer  haqqında 
elmlər-84,  tibb-89;  biokimya,  genetika  və  molekulyar  biolo-
giya-104.  Humanitar  və  sosial  elmlər  sahəsin  də  göstəri-
cilərimiz  xeyli  aĢağıdır:  humanitar  elmlər  sahəsində  reytin-
qimiz  128,  sosial  elmlər  üzrə  isə  157-dir.    Ġqtisadiyyatımızın 
inkiĢafı  baxımından  əhəmiyyətli  olan  sahələr-biznes  və 
menecment dünya ölkələri siyahısında 114-cü yerdədir. Nəticə 
qeydə  alınmadığı  üçün  iqtisadiyyat,  ekonometriya  və  maliyyə 
sahəsində reytinq siyahısına, ümumiyyətlə, daxil edilməmiĢik.  
Beləliklə, 1996-2007-ci illərin nəticələri əsasında Azərbay-
can elminin  10 prioritet sahəsini  -  fizika və astronomiya; tibb; 
kimya; materialşünaslıq; mühəndislik; riyaziyyat; yer haqqında 
elmlər;  kimya  mühəndisliyi;  kompüter  elmləri  və  energetika 
kimi  sıralaya  bilərik.  Bu  sahələrin  inkiĢaf  dinamikasını 
izləməklə  ölkə  elmindəki  real  meylləri  görmək  olar.  Təhlil-
lərimiz  1996-cı  ildə  Azərbaycan  elminin  prioritet  sahələrinin 
fizika  və  astronomiya,  kimya,  materialşünaslıq,  mühəndislik, 


 
28 
kimya mühəndisliyi, riyaziyyat, yer haqqında elmlər, biokimya, 
genetika,  molekulyar  biologiya,  energetika  və,  nəhayət,  aqrar 
elmlər  və  biologiyadan  ibarət  olduğunu  ğöstərir.  2007-ci  ilin 
məhsuldar  sahələrinə  isə  tibb,  fizika  və  astronomiya,  kimya, 
kimya  mühəndisliyi,  riyaziyyat,  mühəndislik,  materialşünaslıq, 
yer  haqqında  elmlər,  kompüter  elmləri,  energetika,  aqrar 
elmlər və biologiya sahələri aid edilmiĢdir.  
Gətirdiyimiz nəticələr müxtəlif elm sahələrinin ölkəmizdəki 
yeri və onların inkiĢaf dinamikası haqqında kifayət qədər dəqiq 
təsəvvür  yaradır.  1996-2007-ci  illərdə  ən  böyük  yüksəliĢ  tibb 
sahəsində  əldə  edilmiĢdir.  Bu  inkiĢaf  o  dərəcədə  sürətlidir  ki, 
1996-cı  ildə  prioritetlər  siyahısına  düĢməyən  sahə  2007-ci  ildə 
bu  siyahıda  birinci,  12  illik  hesabatda  isə  ikinci  yerə 
yüksəlmiĢdir. Həqiqətən də, 12 ildə sahə üzrə çap olunmuĢ elmi 
məqalələrin sayi 36 dəfə artmıĢdır. Kompüter elmləri sahəsində 
məqalələrin  sayi  5  dəfə  artmıĢ  və  nəticədə  sahə  2007-ci  ilin 
prioritetləri  siyahısına  daxil  olmuĢdur.  Aqrar  elmlər  və 
bioligiya sahəsində artım 3, riyaziyyat, kimya mühəndisliyi və 
yer haqqında elmlərdə isə təqribən 2.5 dəfə olmuĢdur. Nəticədə 
12  ildə  riyaziyyat  prioritetlər  siyahısında  bir  pillə  irəliləmiĢ, 
elmi  nəticənin  artmasına  baxmayaraq  yer  haqqında  elmlər  bir 
pillə geriləmiĢ,  energetika, aqrar  elmlər və bioligiya sahələləri 
isə sonuncu yerlərdə qalmıĢlar. Bütün baĢqa sahələrdə çox cüzi 
artım  və  ya  geriləmə    müĢahidə  edilir.  Bu  özünü  həmin  sahə-
lərin elmimizdəki nisbi payının azalmasında, onların prioritetlər 
siyahısında  aĢağiya  doğru  sürüĢməsində  və  ya  siyahıdan 
tamamilə  çıxmasında  göstərir.  Düzdür,  biz  yuxarıdakı 
rəqəmlərə  ehtiyatla  yanaĢmağı  məsləhət  bilərdik,  çünki  çap 
edilmiĢ  məqalə  sayının  4-dən  19-a  qədər  artması  “böyük 
inkiĢaf”  effekti  yaratsa  da,  əslində,  bir-necə  istedadlı  alimin 
səylərinin nəticəsi də ola bilər.  
Yuxarıdakı  təsnifat  sahələr  üzrə  çap  olunmuĢ  elmi 
məqalələrin  sayi  əsasında  tərtib  olunub.  Bu  nəticələri  Tomson 
Röyters  Agentliyinin  hesabatı  ilə  müqayisə  etdikdə  ümümi 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə