Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə15/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   11   12   13   14   15   16   17   18   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

MÖVZU:

 DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN OBYEKTİ, 

PREDMETİ VƏ METODOLOGİYASI 

§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN OBYEKTİ 

VƏ PREDMETİ 

Hər  bir  elm  sahəsi  özünün  tədqiqat  obyektinə  və  predmetinə 

malikdir. Elmin obyekti onun öyrəndiyi hadisənin özüdür. Obyekt elmi 

dərketmədən öncə, ondan asılı olmadan mövcuddur. Bir sözlə, elmin 

obyekti  insan  şüurundan  asılı  olmadan  obyektiv  reallıq  kimi 

mövcuddur.  Lakin  real  mövcud  olan  obyektin  elmin  obyekti  olması 

üçün  ona  şüur  tərəfindən  müəyyən  münasibət  göstərilməli,  o, 

tədqiqat obyekti kimi qəbul edilməlidir. Yəni müəyyən bir hadisənin 

və  ya  obyektiv  gerçəkliyin  elmin  obyektinə  çevrilməsi  üçün  elmi 

şüurun 


ona 

müvafiq 


münasibət 

göstərməsi 

və 

onun 


«predmetləşməsi»  prosesi  baş  verməlidir.  Bu  proses  mental  və  ya 

intellektual  xarakterli,  özü  də  rasional  məzmuna  malik  olan  bir 

prosesdir.  Elmi  dərketmə  subyekti,  obyekti  müstəqil  və  real  hadisə 

kimi qəbul edərək özünə qarşı qoyur və onu müəyyən aspektdən çıxış 

edərək öyrənir. Beləliklə də, öz obyekti və predmeti olan elm sahəsi 

meydana gəlir, inkişaf edir. 

Eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilə bilər. Bu halda 

hər  bir  elm  sahəsi  müvafiq  obyekti  özünün  xüsusi  predmeti  və 

metodologiyası  baxımından  öyrənir.  Obyekt  mühakimə,  idrak 

vasitələri  və  elmin  malik  olduğu  imkanların  köməyi  ilə  öyrənilən 

varlığın bir sahəsidir. Elmi yanaşma və tədqiqat nəticəsində obyekt 

haqqında  empirik  biliklər  nəzəri  biliklərlə  tamamlanır.  Bununla  da, 

elmi dərketmə öyrənilən obyektin dərindən dərk edilməsinin yaradıcı 

prosesini  ifadə  edir.  Müvafiq  yanaşmaya  uyğun  olaraq  mahiyyətcə 

vacib və əsas hesab edilən və anla 

45 



ilqar Məmmədov 

yışlar  vasitəsi  ilə  ifadə  olunan  xüsusiyyətlər,  qanunauyğunluqlar 

elmin predmetinə çevrilir. 

Qeyd olunanlara əsaslanaraq elmin dörd əsas üzərində təşəkkül 

tapdığını deyə bilərik. 

Həmin əsaslardan ilkini hadisəyə, obyektiv gerçəkliyin müəyyən 

tərəfinə  və  ya  cəhətlərinə  münasibət  göstərən  insan  şüuru,  daha 

dəqiq desək, insan şüurunun müvafiq formasıdır. Bu, elmi şüurdur. 

Elmi  şüur  müəyyən  hadisəni,  obyektiv  gerçəkliyin  müəyyən  tərəfini 

və  ya  cəhətlərini  özü  üçün  «problemləşdirir»  və  beləliklə  də,  ikinci 

əsas,  yəni  obyekt  müəyyənləşir.  Düzdür,  obyekt  şüurun  ona 

göstərdiyi  münasibətdən  öncə,  həmin  münasibətdən  asılı  olmadan 

özü-özünə mövcuddur. 

Lakin  obyektiv  gerçəkliyin  elmin  obyekti  kimi  konkretləşməsi 

üçün  həmin  münasibətin  yaranması  zəruridir.  Belə  bir  münasibət 

nəticəsində obyekt real və müstəqil bir hadisə kimi şüur qarşısında 

durmuş olur. Beləliklə də, elmin obyekti onun şüurdan asılı olmayan 

ikinci «müstəqil» mühüm əsası kimi çıxış edir. 

Elmin  üçüncü  mühüm  əsası  onun  predmetidir.  Elm,  məhz  öz 

predmeti ilə konkretləşir, yəni müəyyən bir elm sahəsi kimi təzahür 

olunur. Elmin predmeti şüurun obyektə təsir etməsi, onu dərk etməsi 

və müəyyən aspektdən öyrənilən obyektin qanunauyğunluqlarını üzə 

çıxarması  və  həmin  qanunauyğunluqların  tədqiq  edilməsi  ilə 

müəyyənləşir.  Elmi  yaradıcılıq  prosesində  predmet  obyektin 

qanunauyğunluqları haqqında elmi biliklər sistemi kimi müstəqilləşir, 

şüur  qarşısında  özünü,  özündəki  həqiqi  olanları  təsdiq  edir.  Lakin 

predmetdəki həqiqilik yüzdə-yüz deyil. Belə ki, müəyyən məsələlərlə 

bağlı  biliklər  hadisələrin  inkişafının  dinamikasına  müvafiq  olaraq 

dəyişir,  dərinləşir,  dəqiqləşir  və  beləcə  inkişaf  edir.  Dəyişməyənlər 

isə  obyektin  dəyişməz  cəhətləri  və  onlardan  irəli  gələn 

qanunauyğunluqlarla 

bağlıdır. 

Pred- 

metin 


bu 

qaydada 


müstəqilləşməsi  nəticəsində  o,  elmi  şüurun  inkişafını  daha  da  irəli 

apara bilən bazaya çevrilir. 

Elmin  dördüncü  əsası  isə  onun  metodologiyasıdır.  Növbəti 

paraqraf  metodologiya  məsələsinə  həsr  olunduğundan  burada  o 

barədə danışmağa ehtiyac yoxdur. 

46 



Dövlət və hüquq nəzəriyyəsi 

Ümumiyyətlə, «obyekt» fəlsəfi kateqoriyadır. Fəlsəfənin verdiyi 

izaha görə, obyekt subyektin dərketmə və praktiki fəaliyyətinə qarşı 

durur,  «insandan,  onun  şüurundan  asılı  olmadan  mövcud  olan 

obyektiv  reallıq  onu  dərk  edən  fərdin  fəaliyyət  formalarının  obyekti 

kimi çıxış edir»."' 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  obyekti  bilavasitə  dövlət  və 

hüququn özüdür. Göründüyü kimi, dövlət və hüquq nəzəriyyəsinin iki 

obyekti var. Yəni iki mühüm nisbi müstəqil ictimai fenomen-dövlət və 

hüquq bu elm sahəsinin obyekti kimi çıxış edir və obyektlərin dualizmi 

yaranır.  Dövlət  və  hüquq  nəzəriyyəsi  müstəqil  bir  elm  sahəsi  kimi 

həmin dualizmi öz spesifikliyinə uyğun qaydada dəf etmiş olur. Onun 

spesifikliyi isə nəzəri hüquq elmi kimi həmin iki nisbi müstəqil ictimai 

fenomeni (dövlət və hüququ), məhz hüquqi aspektdən çıxış edərək 

öyrənməsi ilə bağlıdır. Müasir nəzəriyyəçilərin fikri belədir ki, dövlət 

və  hüquq  nəzəriyyəsinin  obyektlərinin  dualizmi  həmin  obyektlərlə 

bağlı anlayışlardan (dövlət və hüquq anlayışları) birinin məntiqi olaraq 

ilkin,  müəyyənləşdirici,  predmet  formalaşdırıcı  anlayış  kimi  qəbul 

edilməsi  yolu  ilə  dəf  edilir  və  aradan  götürülür.  Dövlət  və  hüquq 

nəzəriyyəsində  belə  bir  predmet  formalaşdırıcı,  ilkin  anlayış  kimi 

məhz  «hüquq»  çıxış  edir.  Bu  anlayışa  uyğun  olaraq  bir-birilə  yaxın 

olan,  bir-birini  şərtləndirən  iki  obyekt  birləşir  və  elmin  ümumi  bir 

obyektinə 

çevrilir.^

 

Dövlət  və  hüquq  hadisələrinin  dövlət  və  hüquq  nəzəriyyəsinin 



obyekti kimi çıxış etməsi, dövlət-hüquq həyatının nisbi müstəqilliyi və 

təkrarolunmazlığı,  ictimai  həyatın  digər  sahələrindən  fərqlənən 

səciyyəvi xüsusiyyətlərə malik olması ilə bağlıdır. Dövlət və hüquq iki 

nisbi  müstəqil  hadisə  olsalar  da,  onlar  bir-birinə  çox  bağlıdırlar  və 

daim  qarşılıqlı  olaraq  bir-birinə  təsir  göstərirlər.  Bir-birinə  qarşılıqlı 

təsir  göstərən  və  nüfuz  edən  dövlət  və  hüquq  bir-birindən  təcrid 

olunmuş şəkildə fəaliyyət göstərə bilməz. 

' Советский энциклопедический словарь. 8.924. 

2  Проблемы  общей  теории  права  и  государства. 

Под  ред.  проф. 

Нерсесяпуа В.С.

 8.5-6. 


47 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə