Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə23/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   19   20   21   22   23   24   25   26   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

İSƏ ona görə ki, elmi tədqiqatın metodoloji əsası öyrənilən obyektin 

maksimal  dərəcədə  hərtərəfli  və  dolğun  şəkildə  nəzərə  alınmasına 

istiqamətlənmiş  müxtəlif  metodların  və  üsulların  çox  mürəkkəb  bir 

«düyününü»  əks  etdirir.  Bu  səbəbdən  də  metodların  ümumelmi, 

sahəvi-elmi  və  ya  xüsusi  metodlara  aid  edilməsi  də  şərti  və  nisbi 

xarakter daşıyır.”* 

Yuxarıda  verilən  təsnifata  uyğun  olaraq,  dövlət  və  hüquq 

nəzəriyyəsinin  metodlarından  ibarət  qrupların  dördü  barəsində  də 

daha geniş açıqlama verək; 

1. Ümumiyyətlə, hər bir fəlsəfi konsepsiya müəyyən metodoloji 

funksiyaya malikdir. Odur ki, fəlsəfi metodlardan ən qədimi və daha 

çox  diqqət  mərkəzində olanları  metafizik  və  dialektik  metodlar  olsa 

da, fəlsəfi metodlar yalnız onların ikisi ilə məhdudlaşmır. Dialektik və 

metafizik  metodlarla  yanaşı  fəlsəfi  metodlara  intuitiv,  analitik, 

fenomenoloji,  germenevtik  və  s.  metodlar  da  aiddir.  Bundan  əlavə, 

fəlsəfi sistemlərdən bəziləri bir-birinə çox yaxınlaşdığından və onların 

arasında  çarpazlaşma  yarandığından  buna  müvafiq  fəlsəfi 

metodlarda  meydana  gəlmişdir.  Məsələn,  Hegel  idealizmlə 

dialektikanı  birləşdirərək  idealist  dialektik  metodu  əldə  etrmişdir. 

Marks  və  Engels  isə  dialektika  ilə  materializmi  bir-birinə 

yaxınlaşdıraraq  materialist  dialektik  metodu  inkişaf  etdirmişlər. 

Qadmerin  rasionalist  dialektika  ilə  germenev-  tikanı  qovuşdurma 

cəhdini də bu sıraya aid edə bilərik. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  dövlət  və  hüquq  nəzəriyyəsində 

fəlsəfi  metod  kimi  əsasən  materialist  dialektika  (bu  metodun 

əsasında duran fəlsəfi sistemə dialektik və tarixi materializm deyilir) 

tətbiq  olunur.  Belə  hesab  edilir  ki,  materialist  dialektika  maddi 

gerçəkliyin  adekvat  inikası  olmaqla  gerçəkliyin  konkret  sahəsinin 

qanunlarına  deyil,  təbiət,  cəmiyyət  və  təfəkkürün  bütün  sahələrinin 

inkişafını əks etdirən ən ümumi qanunlara əsaslanır. Bu metod tələb 

edir ki, bütün ictimai hadisələr ümumi əlaqədə və qarşılıqlı şərtlənmə 

şəraitində nəzərdən keçirilsin. Materialist dialektika metodunun tətbiq 

edilməsi nəticəsində 

'HepflaimeB 



A.<1>. Teopn» 

rocy^apcTBa 

H

 npaea. 


S.32.

 

69 




 

ilqar Məmmədov 

dövlət  və  hüquq  tədqiq  edilərkən  onların  bütün  cəhətləri,  bütün 

əlaqələri  öyrənilir  və  bu  əlaqələr  sistemində  aparıcı  cəhəti  ayırd 

etmək  zərurəti  yaranır.  Bu  baxımdan  dövlət  və  hüquq  nəzəriyyəsi 

dövlət  və  hüququn  əmələ  gəlməsi  məsələsini  öyrənərkən  həmin 

hadisəni  «ictimai  şəraitlə  əlaqədə  nəzərdən  keçirir  və  çoxsaylı 

əlaqələr  içərisində  aparıcı  olanı,  məhz  maddi  şəraiti-son  nəticədə 

dövlət və hüququ yaradan şəraiti ayırd edir».”' 

Müasir  tədqiqatçıların  bir  çoxu  belə  hesab  edir  ki,  marksist- 

leninçi  dövlət  və  hüquq  nəzəriyyəsində  qəbul  olunduğu  kimi, 

materialist  dialektikanı  yeganə  düzgün  metod  hesab  etmək  olmaz. 

Onunla  bərabər  digər  fəlsəfi  sistemlər,  konsepsiyalar  da 

dövlət-hüquq  hadisələrinin  tədqiqinin  metodoloji  əsası  kimi  qəbul 

oluna bilər. Lakin belə bir fikrin yaranmasına baxmayaraq, dövlət və 

hüquq  nəzəriyyəsinin  metodoloji  əsası  kimi  daha  çox  materialist 

dialektikanın çıxış etdiyini müşahidə edirik. Bununla yanaşı, müsbət 

bir  haldır  ki,  artıq  materialist  dialektikaya  ehkamçı  münasibət 

keçmişdə qalıb və belə bir münasibətin özü tənqidlə qarşılanır. Artıq 

dialektik və tarixi materializmin bütün suallara düzgün cavab verən 

yeganə fəlsəfi sistem kimi qəbul edilməsi gülünc və fəlsəfənin özünə 

zidd  hesab  edilir.  Müasir tədqiqatçıların  fikrincə  «dialektik  metodun 

öz  sərhədi  və  fəaliyyət  dairəsi  var  ki,  bunlardan  kənarda  onsuz 

keçinmək  tamamilə  mümkündür.  Onun  hər  şeyi  izah  etmək,  bütün 

suallara yeganə doğru cavab vermək iddiası yoxdur. Lakin özünün 

səlahiyyəti  çərçivəsində,  xüsusən  inkişaf  edən  bütöv  sistemlərin 

təhlilində dialektik metod səmərəli işləyə bilər. Əsas məsələ, konkret 

şəraiti  nəzərə  alaraq  onu  elmi  idrakın  başqa  üsul  və  vasitələri  ilə 

birlikdə bacarıqla tətbiq etməkdir».2 

Ümumiyyətlə,  fəlsəfi  metod  tədqiqatın  ən  ümumi  xəttini, 

strategiyasını müəyyənləşdirir və buna görə də ümumi elmi və xüsusi 

metodları əvəz etmir. O, tədqiqatın məqsəd və vəzifələrinə, öyrənilən 

materialın spesifikasına uyğun olaraq ayrı-ayrı 

Məlikova M.F. 



Dövlət və hüquq nəzəriyyəsi. S.19. 

2 Rüstəmov Yusif. 

Fəlsəfənin əsasları. S.296. 

70 



Dövlət və hüquq nəzəriyyəsi 

metodların  istifadəsinə  geniş  azadlıq  verir.  Fəlsəfi  metod  digər 

metodlarla  kompleks  formada  tətbiq  olunmaqla  mürəkkəb, 

nəzəri-fundamental problemlərin həllində yaradıcı rol oynayır. Hər bir 

elm  sahəsi  daxilində  konkret  elmi  vəzifələr  ümumi  elmi  və  xüsusi, 

konkret metodlar və yaxud həmin metodlar kompleksi sayəsində həll 

olunur.  «Fəlsəfi  metod  daha  çox  «arxa»  planda  fəaliyyət  göstərir. 

Burada, hər şeydən əvvəl, fəlsəfə xüsusi elmlərin metodları və ümumi 

elmi anlayışların vasitəsilə «iş görür».'' 

2. Elmi idrakın ümumi metodları və ya ümumi elmi metodlar bir 

sıra  cəhətlərinə  görə  ən  ümumi  və  ya  fəlsəfi  metoda  bənzəyir. 

Məsələn, ümumi elmi metodların bir çoxu ən ümumi metod kimi bütün 

elmlərdə  tətbiq  olunur.  Lakin  ümumi  və  ya  fəlsəfi  metoddan  fərqli 

olaraq onlar ayrı-ayrılıqda elmin metodoloji əsasını təşkil etmir. Onlar 

həm  bir-birilə,  həm  də  fəlsəfi  metodla  üzvi  əlaqədə  elmi  tədqiqata 

təsir göstərir. Bu sahədə aparılan tədqiqatlar təsdiqləyir ki, induksiya 

və deduksiya metodları analiz və sintez, məntiqi və tarixi metodlarla 

əlaqə və qarşılıqlı təsir xaricində dərin və müvəffəqiyyətli idrakı təmin 

edə  bilmir.  Elmi  tədqiqatın  müxtəlif  sahələrində  və  ya  elmi  idrakın 

müxtəlif səviyyələrində bir şəraitdə bir üsul (məsələn, analiz), digər 

şəraitdə  isə  başqa  üsul  (məsələn,  sintez)  üstünlük  təşkil  edə  bilir. 

Lakin bu halda belə hadisəni, tədqiqat obyektini o zaman dərk etmək 

mümkündür  ki,  tədqiqat  prosesində  bütün  bu  metodlar  vəhdətdə 

tətbiq edilmiş olsun. 

Elmi  tədqiqatın  bir-birilə  dialektik  vəhdətdə  olan  iki 

səviyyəsinə-empirik və nəzəri səviyyələrinə uyğun olaraq elmi idrakın 

ümumi metodları üç böyük qrupa ayrılır: 

1)

 



elmi İdrakın yalnız empirik səviyyəsində tətbiq olunan empirik 

tədqiqat  metodları:  müşahidə,  müqayisə,  analogiya,  ölçmə, 

eksperiment; 

2)

 



elmi  idrakın  yalnız  nəzəri  səviyyəsində  tətbiq  edilən  nəzəri 

tədqiqat metodları: ideallaşdırma, formallaşdırma, aksiomatik metod, 

abstraktdan konkretə yüksəlmə metodu; 

^ Şükürov Ağayar. Fəlsəfə. Bakı, 2002, s.54. 

71 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə