Qarabağda həlak olmuş şə


Dövlat və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə13/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   9   10   11   12   13   14   15   16   ...   205

Dövlat və hüquq nəzəriyyəsi 

nün  inkişaf  mərhələlərinə  uyğun  olaraq  şüurun  üç  forması 

mövcuddur:  dini  şüur,  metafizik  şüur  və  pozitiv  şüur.  Pozitiv  şüur 

onlardan  ən  təkmili  olmaqla  elmi  düşüncəni  inkişaf  etdirən  bir 

formadır. 

Müasir  tədqiqatçılar  pozitivizmin  meydana  gəlməsini  həmin 

dövrdə  Qərb  mədəniyyətində  və  elmində  baş  verən  dəyişikliklərlə 

əlaqələndirirlər. Məsələn, Dennis Lloyd yazır kl, pozitlvlzm düşüncəsi 

o «dövrdəki elmi ruhun» məhsuludur."' 

Fəlsəfədə  və  elmdə  idealizmin  tədricən  öz  nüfuzunu  itirməsi, 

dəqiq  elmlərin,  təbiətşünaslığın  sürətlə  inkişaf  etməsi  pozitivizmin 

inkişafına  təkan  vermiş,  o  isə  öz  növbəsində  ictimai  elmlərə, 

həmçinin  hüquqşünaslığa  təsir  göstərmişdir.  Pozitivizmə  görə, 

metafizik  ideyaların  obyektivliyi  faktlarla  təsdiq  olunmadığından  və 

sübuta yetirilmədiyindən onlar obyektiv varlığa malik deyil. Ona görə 

də,  metafizik  ideyalar  elmi  idrakın  predmeti  ola  bilməz.  Obyektiv 

olaraq mövcud olanlar isə ideyalar deyil, yalnız ayrı- ayrı hadisələrdir. 

Hadisələrin  bir-birilə  əlaqəsi  var  və  yaxın  əlaqəsi  olan  hadisələrin 

mövcudluğu  onların  bir-birini  şərtləndirmə-  sinə  əsaslanır. 

Hadisələrin  müşahidə  edilməsi  və  dərk  edilməsi  nəticəsində  isə 

obyektiv bilik formalaşır. 

Pozitivizmə  görə,  metafizik  ideyalar  qeyri-elmi  İdeyalar 

olduğundan  təbil  hüquq  da  pozitivizmin  tələblərinə  uyğun  şəkildə 

müəyyənləşməyən və bu səbəbdən də mövcud olmayan hüquqdur. 

Buna görə də, hüquq elminin predmetinə yalnız pozitiv hüquq aid ola 

bilər. Pozitivizmin təsiri ilə bir xeyli müddət hüquq ensiklopediyasında 

hüquqi  hadisələri  müşahidə  etməklə  onların  spesifik  əlamətlərini 

müəyyənləşdirmək  və  hüquq  haqqında  vahid  təlim  yaratmaq  elmi 

tədqiqatın əsas məqsədinə çevrilmişdir. Bu təlimin təsiri altında olan 

ensiklopediya  idealist  ensiklopediyadan  metafizik  ideyaların  qəbul 

edilməməsi,  empirik  ensiklopediyadan  isə  qüvvədə  olan  hüququn 

ehtiva etdiyi müddəalara qapanıb qalmaması ilə fərqlənirdi. 

Деннис Ллойд. Идея права. M., 2002, s.l21. 

39 



ilqar Məmmədov 

Sürətlə  inkişaf  edən  Avropa  ölkələrində  qanunvericilik 

fəaliyyətinin  genişlənməsi  və  təkmilləşməsi,  vətəndaş  cəmiyyəti 

daxilində 

münasibətlərin 

sabit 


inkişafının 

qanunvericiliyə 

əsaslanması dövlət və hüquq hadisələrinin siyasi-hüquqi reallıqdan 

ayrılmadan  öyrənilməsi  tələbini  doğurmuşdur.  Bu  tendensiya 

Almaniyada  xüsusilə  güclü  idi.  Məhz  buna  görə  də,  XIX  əsrdən 

etibarən  hüququ  yalnız  dövlət  tərəfindən  müəyyənləşdirilən 

hüquqdan,  yəni  pozitiv  hüquqdan  ibarət  olan  sistem  kimi 

qiymətləndirən  hüquqi  pozitivizm  hüquqşünaslıqda  aparıcı  təlimə 

çevrilmişdir.  «Hüquqi  pozitivizm»  anlayışından  istifadə  edərkən  bir 

məsələdə diqqətli olmalıyıq. Həmin məsələ ondan ibarətdir ki. hüquqi 

pozitivizm heç də hüququn öyrənilməsində pozitivizm nəzəriyyəsinin 

əsas  götürülməsi  demək  deyil.  Hüquqi  pozitivizm  hüququ 

qanunvericilik fəaliyyəti nəticəsində yaradılan normalar sistemi kimi 

qiymətləndirən və o cür də öyrənən hüquqi-nəzəri təlim və ya hüquq 

məktəbidir. 

Beləliklə, bizə aydın olur ki, Avropada yeni dövrdən başlayaraq 

dövlət-hüquq hadisələrinin ümumiləşdirilmiş qaydada, nəzəri yöndən 

öyrənilməsi 

hüquq 

və 


dövlətşünaslıq 

ensiklopediyalarının 

yaradılması və inkişaf etdirilməsi ilə bağlı olmuşdur. Hüquq fəlsəfəsi 

isə dövlət və hüququ yüksək mücərrədlik səviyyəsində təhlil etmək 

və  onların  həqiqi  mahiyyətini  açmaq  istiqamətində  inkişaf  etmiş, 

ümumi  fəlsəfədən  hüququ  və  dövləti  təhlil  edən  bir  müstəqil  sahə 

kimi  ayrılmışdır.  Hüquq  fəlsəfəsi  hüququn  ensiklopediyasına 

yaxından təsir göstərsə də onunla birləşməmişdir. 

Onu  da  qeyd  etməliyik  ki,  Avropada  hüquq  və  dövlətşünaslıq 

ensiklopediyalarının  inkişafı  daha  çox  alman  hüquqşünaslarının 

yaradıcılığının  nəticəsidir.  F.V.Taranovski  yazır  ki,  XVII  əsrdən 

başlayaraq 

hüququn 

ensiklopediyasının 

müstəqil 

inkişafı 

Almaniyanın  payına  düşür.  Bu  sahənin  almanlar  tərəfindən  inkişaf 

etdirilməsi  Almaniyadakı  universitetlərdə  hüququn  geniş  tədris 

edilməsi  ilə  bağlı  idi.  Onlar  klerikal  ənənələrdən  uzaqlaşdıqlarına 

görə tədrisin rasional sistemini hazırlamaqda müvəfvəqiyyətlər əldə 

etmiş  və  hüquqşünaslığın  tədrisini  azad  şəkildə  inkişaf  edə  bilən 

elmin tələblərinə uyğunlaşdırmışlar. 

' Тарановскнй Ф.В. 

Энциклопедия права. S.47. 



40 


Dövlət və hüquq nəzəriyyəsi 

Digər  ölkələrdə,  xüsusilə  də  Fransada  XIX  əsrə  kimi  yalnız 

kanonik  hüquq  və  Roma  hüququ  tədris  olunurdu.  Buna  görə  də, 

həmin  ölkələrdə  hüququn  ümumnəzəri  məsələlərinə  maraq 

göstərilməmiş  və  müstəqil  hüquq  ensiklopediyası  ədəbiyyatı 

yaradılmamışdır. İngiltərədə isə hüquqşünaslıq elmin ümumi qnoseo- 

ioji  və  metodoloji  problemləri  çərçivəsində  inkişaf  etməmişdir.  Bu 

ölkədə  hüquqşünaslığın  inkişaf  istiqaməti  məhkəmə  və  dövlət 

təcrübəsinin  xüsusi  tələbləri  ilə  müəyyənləşmişdir.  Hüququn 

ensiklopediyası  bu  ölkələrdə  hüquqşünaslığa  sonradan  təsir 

göstərmişdir. 

XIX  əsrin  sonlarına  doğru  Qərb  ölkələrində  hüququn 

ensiklopediyası «Hüquqşünaslıq» adlandırılan nəzəri elm sahəsi ilə, 

Rusiyada isə «Ümumi hüquq nəzəriyyəsi», sonradan isə «Dövlət və 

hüquq nəzəriyyəsi» ilə əvəz olunmuşdur. Bunu belə də deyə bilərik 

ki. 


Qərb 

ölkələrində 

hüququn 

ensiklopediyası 

əsasında 

«hüquqşünaslıq»,  Rusiyada  isə  «dövlət  və  hüquq  nəzəriyyəsi» 

inkişaf  etmişdir.  Qərb  ölkələrində  «hüquqşünaslıq»  bəzən  «hüquq 

nəzəriyyəsi» kimi də xarakterizə olunur, lakin ümumilikdə «dövlət və 

hüquq  nəzəriyyəsi»nin  müstəqil  hüquq  elmi  kimi  inkişafı  Rusiyalı 

hüquqşünasların  yaradıcılığı  ilə  bağlıdır.  «Dövlət  və  hüquq 

nəzəriyyəsi»  kursu  da  məhz  bu  ölkədə  geniş  tədris  olunmağa 

başlamışdır. 

XIX  əsrin  sonlarına  doğru  Rusiyada  hüquqşünas  alimlər 

hüququn  ensiklopediyasının  bir  elm  kimi  metodoloji  cəhətdən 

mümkün  olmaması  qənaətinə  gəlmiş  və  onlar  bu  sahəni 

özünəməxsus  istiqamətdə  inkişaf  etdirməklə  hüquq  və  dövlət 

haqqında  öncədən  formalaşmış  anlayışlar  və  nəzəri  mühakimələr 

əsasında  dövlət  və  hüquq  nəzəriyyəsi  kimi  müstəqil  elm  sahəsini 

yaratmışlar. V.N.Xropanyuk yazır ki, hüquq nəzəriyyəsi bir elm kimi 

«tam  olaraq  Rusiyada  Qambarovun,  Gessenin,  Kistya-  kovskinin, 

Korkunovun,  Novoqorodsevin,  Petrajitskinin,  Serge-  yeviçin, 

Solovyovun,  Çiçerinin,  Şerşeneviçin  və  başqalarının  əsərlərində 

formalaşmışdır. 

Rus 


müəllifləri 

öz 


tədqiqatlarında 

alman 


hüquqşünasları,  filosofları,  sosioloqları,  politoloqları:  Bie-  rinqin, 

Vindelbandın, Hegelin, QIyukun, Yellinakın, Yerinqin, 



41 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə