Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə12/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   8   9   10   11   12   13   14   15   ...   205

ilqar Məmmədov 

lərinin  müəyyənləşdirilməsi  tendensiyasını  əks  etdirirdi.  İkincisində 

isə, empirik hüquq və onun tarixi şərhi əsas götürülməklə induksiya 

yolu  ilə  həmin  materiallardan  bir  sıra  hüquqi  prinsiplərin  əldə 

olunmasına  üstünlük  verilirdi.  Beləliklə,  onlardan  birincisi 

mücərrədliyə  meylli  olduğundan  gerçəklikdən,  pozitiv  hüquqdan 

uzaq düşmüş, ikincisi isə yalnız emipirik hüququ öyrəndiyindən faktiki 

materialların sadalanması ilə məhdudlaşmağa məhkum olmuşdur. 

XIX

 

əsrin əvvəllərində fəlsəfədə yaranan yeni cərəyanların təsiri 



ilə  bu  cür  sərt  ikiləşmənin  aradan  götürülməsi  istiqamətində  böyük 

irəliləyiş baş vermişdir. 

Məsələn,  Şellinqin  fəlsəfəsində  deyilirdi  ki,  dünyada  hər  şey 

bir-birilə üzvi əlaqədədir və buna görə də onun bütün tərkib hissələri 

qarşılıqlı olaraq bir-birinə təsir göstərir və bir-birini şərtləndirir. Odur 

ki,  həmin  bütövlüyün  hər  hansı  bir  hissəsində  baş  verən  dəyişiklik 

tamın  özündə  müvafiq  dəyişikliyin  yaranmasına  səbəb  olur.  Dünya 

nizamının  üzvi  xarakterə  malik  olması  isə  onun  əsasında  duran 

obyektiv şüurun vahidliyinə əsaslanır. 

Bu cür ideyaların təsiri ilə hüququn ensiklopediyasında da təbii 

və tətbiqi hüquq sahələrinin birləşdirilməsinə, hüquqşünaslıq- da da 

üzvi  birliyin  yaradılmasına  maraq  artmışdır.  Ümumiyyətlə,  həm 

tətbiqi-empirik gerçəklikliyi nəzərə almaqla, həm də abstraktlaşdırma 

aparmaq  yolu  ilə  hüququn  bütövlükdə  öyrənilməsinə  alman  klassik 

fəlsəfəsinin  güclü  təsiri  olmuşdur.  Hüquq  ideyasını  həm  hüquqi 

anlayış,  həm  də  onun  həyata  keçirilməsi  kimi  açıqlayan  Hegel 

«Hüququn  fəlsəfəsi»  əsərində  yazırdı:  «Təbii  və  ya  fəlsəfi  hüquqla 

pozitiv hüquq arasındakı fərqi onların bir-birinə əks olması, ziddiyyət 

təşkil  etməsi  kimi  qəbul  etmək  tamamilə  yanlış  olardı.  Onlardan 

birincisinin  ikinciyə  münasibəti  institusiyaların  pandektlərə  olan 

münasibəti  kimidir.  (İnstitusiyalar  Yustinianın  dövründə  yaradılmış 

məcəllənin  birinci  hissəsi  olmaqla  hüququn  nəzəri  əsaslarım 

açıqlayırdı.  Pandektlər  və  ya  Digestlər  isə  məcəllənin  ikinci  hissəsi 

olub  bir  növ  mövcud  hüquq  normalarını  ifadə  edən  Roma 

hüquqşünaslarının əsərlərindən götürülmüş hissələrdən 

36 



Dövlət və hüquq nəzəriyyəsi 

İbarət idi. - 

M.i)

 (...) Ümumiyyətlə, qanunvericiliyin və onun tərkibində 



olan xüsusi anlayışların müəyyənləşdirilməsi onların təcrid olunması 

qaydasında və abstrakt olaraq yox, bir totailığın tabeli elementləri kimi 

dövrün  və  miilətin  xarakterini  ifadə  edən  digər  bütün  anlayışlarla, 

müəyyənləşdiricilərlə  əlaqədə  nəzərə  alınması  yolu  ilə  həyata 

keçirilməlidir. Məhz bu cür əlaqə vasitəsi ilə onlar həqiqi əhəmiyyətə 

malik olur və bu qaydada özlərini doğrulda bilirlər».’' 

XIX  əsrin  birinci  yarısında  ideaiist  fəisəfə  hüquqşünaslığa 

sintezləşdirici (ziddiyyətiəri vəhdətə gətirən) təsir göstərməklə hüquq 

ensiklopediyasının  inkişafına  güclü  təkan  vermişdir.  Bunun 

nəticəsində hüququn ensiklopediyasında belə bir fikir formalaşmışdır 

ki,  onun  əsas  vəzifəsi  hüququn  aii  əsaslarını  və  hüquqşünaslığın 

müxtəlif  sahələrinin  əsaslarını,  həmçinin  də  bu  sahələriə  bağiı  oian 

elmlərin  predmetinin  həmin  əsasiaria  hansı  əiaqəyə  maiik  olmasını 

müəyyənləşdirməkdən,  o  cümiədən,  onları  bir  sistem  kimi 

öyrənməkdən ibarətdir. Həmin dövrün tanınmış hüquqşünasiarından 

olan  KarI  Pyutter  belə  hesab  edirdi  ki,  hüququn  ensikiopediyası 

hüququn 

ümumi 


daxili 

aniayışını 

açmaiıdır. 

Başqa 


bir 

tədqiqatçı-Fridlender  göstərirdi  ki,  hüququn  ensiklopediyası  hüququ 

«anlayışa  çevrilmiş  orqanizm»  kimi  təsvir  edə  bilməlidir.  Varnkeniq 

isə hesab edirdi ki, hüququn ensikiopediyası hüquq eiminin və onun 

tərkib  hissələrinin  üzvi  şəkiidə  böiünməsini  təhlii  etməiidir.  K. 

Pyutteriə  Varnkeniqin  təsiri  ilə  hüququn  ensiklopediyasında  ümumi 

hüquq tarixinin bir çox məsələlərinə də toxunulmuşdur. 

Həmin  dövrün  üzvi  hüquq  ensiklopediyası  bütövlükdə  onunla 

xarakterizə  olunur  ki,  bu  ensikiopediya  əvvəlcə  rasional  və  tarixi 

şərhetmə əsasında hüququn mahiyyətini açır, sonra isə hüququn üzvi 

hissələrini, hüquqşünasiığın isə ixtisas sahəiərini müəyyənləşdirir. 

XVİİl  əsrin  sonlarına  doğru  hüququn  ensiklopediyası  kimi 

dövlətşünaslıq üzrə də ensiklopediyaiar yazılmağa başlanmışdır. 

rerejiTj. 

C

D

HJIOCOC



))

HH 


npasa. M., 

1990, s.62. 

37 



ilqar Məmmədov 

Alman  hüquqşünaslarından  Şletserin  və  Ressiqin  yazdıqları 

ensiklopediyalar  dövlətşünaslığa  aid  olmuşdur.  XIX  əsrin  birinci 

yarısında isə F.Byulau və R.Mol bu sahədə mühüm nailiyyətlər əldə 

etmişdir. Byulaunun «Dövlətşünaslıq elminin ensiklopediyası» birinci 

dəfə  1832-ci  ildə  çap  olunmuş,  sonradan  dəfələrlə  nəşr  edilmişdir. 

R.Molun əsəri, hətta1868-ci ildə rus dilinə də tərcümə edilmişdir. 

XVIII əsrin axırları, XIX əsrin birinci yarısını əhatə edən dövrdə 

hüquq  ensiklopediyasının  hansı  məzmuna  və  xarakterə  malik 

olduğunu  təhlil  edən  Q.F.Şerşeneviç  yazır  ki,  hüququn 

ensiklopediyası  həmin  dövrdə  «yeni  fəlsəfi  ruh»la  zənginləşmişdir. 

Beləliklə  də,  hüququn  ensiklopediyasında  hüquqi,  fəlsəfi  və  tarixi 

elementlər  birləşmişdir.  Eyni  zamanda,  pozitiv  hüququn  ayrı-ayrı 

hissələrinin  açıqlanmasına  meyl  azalmış,  hüquq  haqqında  əsas 

anlayışların formalaşmasına isə diqqət artmışdır.’^ 

İdealist  nəzəriyyə  hüququn  inkişafının  son  məqsədini  bütün 

insanların qanun qarşısında bərabər olmasında və azadlıqların təmin 

edilməsində görsə də, bu ideya yalnız hüquqi bərabərlik və azadlığın 

müəyyənləşməsi üçün lazımi imkanlar aça bilərdi. Bu cür imkanların 

həyata keçirilməsi isə ictimai həyatın özündən, həyati faktlardan asılı 

idi. Flüquq bərabərliyinin təmin edilməsi, hüququn inkişaf etdirilməsi 

bir tərəfdən ictimai hayatın tələbinə çevrilmiş, digər tərəfdən isə belə 

bir fikir formalaşmışdır ki, hüquqla bağlı metafizik ideyalar hüququn 

inkişafının  son  məqsədi  deyil  və  həmin  inkişafın  izahını  idealist 

fəlsəfədən  kənarda,  real  həyati  münasibətlərdə  axtarmaq  lazımdır. 

Odur  ki,  XIX  əsrdə  O.Kont  tərəfindən  yaradılan  pozitiv  fəlsəfə 

hüquqşü-  naslığa  da  təsir  göstərmiş  və  bu  da  hüquq  elmində 

pozitivizist yanaşmanın idealizmi əvəz etməsi ilə nəticələnmişdir. 

«Pozitivizm»  termininin  özü  elmə  Oqyust  Kont  tərəfindən 

gətirilmişdir.  O.Kont  özünün  yaratdığı  fəlsəfi  sistemi  də  pozitivizm 

adlandırmışdır. Onun yaratdığı təlimə görə, dünyagörüşü- 

' Проблемы теории государства 

Марченко М.Н. S.14. 

и права. 



Под ред. проф. 

38 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə