Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə14/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   10   11   12   13   14   15   16   17   ...   205

İlqar Məmmədov 

Kantın,  Lassonun,  Mayerin,  Myullerin,  Stenberqin,  Şellinqin,  Ştalın, 

Ştammerin,  Şyutsenin  əsərlərindən  çıxış  edərək  Rusiyanın  ictimai 

həyatında  tətbiq  oluna  bilən  dövlət  və  hüquq  barəsində  ciddi 

ümumnəzəri biliklər sistemini meydana gətirmişlər».'' 

N.M.Korkunovun  1888-cl  İldə  nəşr  olunan  «Hüququn  ümumi 

nəzəriyyəsinə  dair  mühazirələr»  əsəri  rus  hüquqşünaslığının 

inkişafında  bir  növ  yeni  mərhələ  açmışdır.  Korkunovun  bu  əsəri 

həmin dövrdə, bütün Avropada hüququn pozitiv nəzəriyyəsi sahəsinə 

aid  ən  yaxşı  dərsliklərdən  biri  sayılırdı.  Korkunov  hesab  edirdi  kl, 

hüquqşünaslıq praktiki məqsədlərə xidmət etməklə yanaşı, sırf nəzəri 

məsələləri  də  həll  edir.  Hüquqşünaslıq  sistemli  şəkildə,  tarixi  və 

empirik-realist  istiqamətdə  hüquqa  aid  praktiki  materiallar  əldə  edir 

və həmin qaydada toplanmış materialdan hüququn ümumi əsaslarını 

üzə  çıxarır,  onların  daxili  əla-  qəlillylnə  uyğun  hüququn  ümumi 

nəzəriyyəsinin  bütöv  sistemini  yaradır.  Bununla  bərabər,  bu 

nəzəriyyədən  həm  mövcud  hüquqi  materialı  dəyərləndirmək  üçün 

istifadə edir, həm də hüququn və hüquqşünasliğın inkişaf etdirilməsi 

üçün ondan rəhbər prinsiplər əldə edir. Korkunovun fikrincə, ümumi 

hüquq nəzəriyyəsi həyatda bilavasitə tətbiq olunmur. Bunun səbəbi 

odur  ki,  həmin  nəzəriyyə  real  həyati  münasibətləri  tənzimləyən 

konkret  hüquqi  göstərişləri  deyil,  yalnız  hüququn  ümumi  əsaslarını 

müəyyənləşdirir.  Lakin  buna  baxmayaraq,  hüquq  nəzəriyyəsi 

«praktiki  hüququn»  və  real  münasibətlərin  bir  tam  kimi  başa 

düşülməsinə  çalışmalı  və  həmin  ümumi  orqanizmi  müxtəlif 

«orqanlar» və «elementlər» üzrə bölməklə onların blr-blrlnə qarşılıqlı 

təsirini aydınlaşdırmalıdır. 

Şerşeneviçin  1910-1912-ci  illərdə  dörd  buraxılışda  dərc 

olunmuş  «Hüququn  ümumi  nəzəriyyəsi»  adlı  əsəri  də  hüququn 

pozitiv  nəzəriyyəsinə  yaxındır.  Şerşeneviç  hüquq  nəzəriyyəsi  ilə 

hüquq fəlsəfəsinin birliyinə xüsusi əhəmiyyət verirdi. O, hesab edirdi 

ki, hüquq nəzəriyyəsi özünün hüquq kimi təsvir etdiklərini, yaratdığı 

ideal  təsəvvürləri  hüquq  kimi  təqdim  etməməli,  ümumi  anlayışları 

müəyyənləşdirərkən pozitiv hüquqa əsaslanmalıdır. 



XponanıoK B.H.Teopna rocyflapcTsa u npaaa. S.15. 

42 



Dövlət və hüquq nəzəriyyəsi 

Şerşeneviçin  fikrincə,  tarixi  inkişaf  nəticəsində  hüquq  fəlsəfəsi 

ümumi  hüquq  nəzəriyyəsinə  çevrilir  və  bu  nəzəriyyə  sahəvi  hüquq 

elmləri  çərçivəsində  yaranan  nəzəriyyədən  fərqlənir.  Ümumi  hüquq 

nəzəriyyəsi  müxtəlif  dövrlərdə  baş  verən  dəyişikliklərdən, 

ümumiyyətlə, 

hüququn 

və 


dövlətin 

təzahür 


formalarının 

müxtəlifliyindən  asılı  olmadan  onların  necə  hadisə  olduğunu 

aydınlaşdırır. 

Şerşenevlçə  görə,  ümumi  hüquq  nəzəriyyəsi  həm  də  bütün 

hüquq elmlərinin ümumi hissəsinin davamı kimi çıxış edir. 

L.İ.Petrajitskinin 1909-cu ildə 1-ci cildi, 1910-cu ildə isə 2-ci cildi 

nəşr  olunmuş  «Mənəviyyat  nəzəriyyəsi  ilə  əlaqəli  hüquq  və  dövlət 

nəzəriyyəsi»  əsəri  bütün  Avropada  yeni  bir  elmi  hadisəyə 

çevrilmişdir.  O,  bu  əsərində  hüquqdakı  sosial  məqamla  yanaşı 

fərdi-psixoloji  məqamı  da  açıqlamaqla  hüquq  nəzəriyyəsini  hüquqi 

pozitivizm çərçivəsindən kənara çıxara bilmişdir. 

Adlarını  çəkdiyimiz  bu  üç  müəllifdən  fərqli  olaraq,  P.İ.Novo- 

qorodsev,  Y.N.Trubetskoy,  B.A.Kistyakovskiy  və  bir  sıra  başqa 

alimlər  İdealizmə  meylli  olmuşlar.  Onlar  pozitivizmi  tənqid  edərək 

qnoseoloji  və  mənəvi  idealizm  vasitəsilə  hüquq  nəzəriyyəsini  yeni 

istiqamətdə  inkişaf  etdirməyə  çalışırdılar.  XX  əsrin  əvvəllərində 

Rusiya  hüquqşünaslığında  özünü  göstərən  bu  tendensiyaya  alman 

hüquqşünasları  arasında  yenidən  idealizmə  marağın  artması  da  öz 

təsirini göstərmişdir. 

1917-ci  ildən  sonra  isə  ümumi  dövlət  və  hüquq  nəzəriyyəsi 

marksist-leninçi  nəzəriyyə  ilə  əvəz  olunmuşdur.  Sovet  hakimiyyəti 

illərində  dövlət  və  hüquq  nəzəriyyəsi  bir  növ  sosialist  dövləti  və 

hüququnun 

nəzəriyyəsinə 

çevrilmişdir. 

Həmin 


nəzəriyyə 

marksizm-leninizmin  tərkib  hissələri-dialektik  və  tarixi  materializm, 

siyasi  iqtisad  və  elmi  kommunizmlə  sıx  bağlı  olmuşdur. 

Marksist-leninçi  dövlət  və  hüquq  nəzəriyyəsi  dövlət  və  hüququn 

öyrənilməsində həmin tərkib hissələrin metodoloji əhəmiyyətə malik 

olan  müddəa  və  nəticələrinə  əsaslanmışdır.  Bu  nəzəriyyənin 

nümayəndələri  iddia  edirdilər  kl,  dövlət  və  hüquq  marksizm 

fəlsəfəsinin  öyrəndiyi  ümumi  qanunauyğunluqlara  tabedir.  Həmin 

dövrdə yazılan ədəbiyyatda göstərilir ki, dövlət və hüquq 

43 



ilqar Məmmədov 

məsələlərinin  izahında  cəmiyyətin  istehsal  münasibətləri  və 

məhsuldar  qüvvələri,  ictimai  inkişafda  onların  müəyyənedici  rolu 

barədə  siyasi  iqtisadın  müddəaları,  kommunizmə  keçidin 

qanunauyğunluqları  barədə  elmi  kommunizm  nəzəriyyəsinin 

mülahizələri marksist-leninçi dövlət və hüqüq nəzəriyyəsi üçün çıxış 

nöqtəsidir. 

Onu  da  qeyd  edək  ki,  marksist-leninçi  dövlət  və  hüquq 

nəzəriyyəsində dövlət nəzəriyyəsi yox, hüquq nəzəriyyəsi daha çox 

inkişaf  etmişdir.  Dövlət  nəzəriyyəsi  sosialist  dövləti  barəsində 

ağızdan-ağıza, əsərdən-əsərə təkrarlanan ehkamçı müddəaları. Sov. 

İKP-nin  qurultaylarının  qərarlarının  «yeni  müddəalarını»  müvafiq 

sistemə salmış bir nəzəriyyə idi. Bu «nəzəriyyədə» dövlət barəsində 

gerçək nəzəriyyədən demək olar ki, çox az şey vardı. Ancaq dövlət 

nəzəriyyəsindən  fərqli  olaraq,  hüquq  nəzəriyyəsində  əsaslı 

elmi-nəzəri  müddəalar  xeyli  çox  idi.  Hüquq  nəzəriyyəsi  bir  çox 

məsələlərdə  yüksək  nailiyyətlər  əldə  edə  bilmişdir.  Dövlət 

nəzəriyyəsi  barəsində  isə  bunu  demək  mümkün  deyil.  Dövlət  və 

hüquq nəzəriyyəsinin bu hissəsi bir xeyli yeniləşmişdir. 

Marksizm-leninizm  nəzəriyyəsinin  ehkamlarından  imtina  etmiş 

müasir dövlət və hüquq nəzəriyyəsində yeni problemlər çoxdur. Bu 

nəzəriyyə dövlət və hüquq barəsində gerçəkliyə uyğun olan, obyektiv 

reallığı  əks  etdirə  bilən  ümumnəzəri  anlayışlar,  müddəalar  işləyib 

hazırlamaqla  yanaşı,  dövlət  və  hüququn  inkişafı  prosesində  özünü 

göstərən  yeni  hadisələrə,  problemlərə  də  düzgün  yanaşa  bilməli, 

həmçinin  dövlət  və  hüquq  hadisələrinin  nəzəri  səviyyədə  daha 

dərindən və hərtərəfli tədqiq edilməsi üçün müvafiq konsepsiyaların 

hazırlanması üçün elmi baza yaratmağı bacarmalıdır. 

M.F.Məlikova. Dövlət və hüquq nəzəriyyəsi. S.15-16. 



44 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə