Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə2/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   2   3   4   5   6   7   8   9   ...   205

ilqar Məmmədov 

dərin biliklər sistemi və yaxud müəyyən hadisənin və ya «gerçəkliyin 

qanunauyğunluqları  haqqında  bütöv  təsəvvür  yaradan  elmi  bilik 

forması 


başa 

düşülür».'' 

Nisbətən 

dar 


mənada 

isə 


«nəzəriyyə-müəyyən  sahə  üzrə  yaradılan  əsas  biliklər,  ideyalar  və 

anlayışlar sistemidir».2 

«Nəzəriyyə»  termini  öz  semantikasına  görə  rus  dilində  «teo- 

riya»,  ingilis  dilində  isə  «theory»  terminlərinə  uyğundur.  Həmin 

terminlərin kökü yunan dilinə gedib çıxır. Onların mənşəyində duran 

yunan  sözü  tərcümədə  «nəzərdən  keçirmə»,  «tədqiq-  etmə» 

mənasını  verir.  Fəlsəfi  və  elmi  ədəbiyyatda  «nəzəriyyə»  anlayışı 

birmənalı şəkildə açıqlanmasa da, deyə bilərik ki, nəzəriyyə varlığın 

qanunauyğunluqları  və  onun  özündə  təzahür  etdirdiyi  əlaqələr 

sistemi  haqqında  bütöv  təsəvvür  yarada  bilən  elmi  bilik  və  idrak 

formasıdır. 

Metodoloji  ədəbiyyatda  nəzəriyyənin  aşağıdakı  kimi  izah 

edilməsi  xüsusilə  geniş  yayılmışdır:  «Elmi  biliyin  keyfiyyətcə  ä^us 

forması  olan  nəzəriyyə  dedikdə,  bu  və  ya  digər  predmet 

sahəsTnmjpühüm,  başqa  sözlə,  qanunauyğun,  ümumi  və  zəruri 

daxili  əlaqələrini  əks  etdirən,  öz  aralarında  məntiqi  surətdə 

əlaqələnən  fərziyyələrin  müəyyən  sistemi  kimi  mövcud  olan  həqiqi 

bilik nəzərdə tutulur. (...)  Nəzəriyyənin əsas məqsədi gerçəkliyi, öz 

aralarında  qarşılıqlı  surətdə  əlaqələnən  qanunlar  sistemini  kəşf  və 

izah  etməkdir.  Bu  mənada  izahat  nəzəriyyənin  həqiqiliyinin  sübuta 

yetirilməsi  ilə  bağlı  olan  mühüm  məsələ  olsa  da,  hər  halda  onun 

məqsədi deyildir, belə ki, nəzəriyyə ayrı-ayrı fakt və hadisələrə deyil, 

bütövlükdə  predmetin  strukturuna,  onun  mahiyyətinə  aid  olur. 

Nəzəriyyənin zəruri səciyyə daşıyan mo- mentləri isə problem, ideya, 

prinsip,  kateqoriya,  universal  qanunlar  və  nəzəriyyədən  çıxarılan 

nəticələrdir».-^ 

S.9. 

‘Советский энциклопедический словар. M., 1980, s.1330. 



-Лазарев В.В. Липенъ С.В. Теория государства и права. М.,2001, 

^

 Məmmədov Əziz, Zahidov Təvvəkkül. 

Dialektik idrak və ekspe- 

rimental metod. Bakı, 1992, s.161-162. 




Dövlət və hüquq nəzəriyyəsi 

Müvafiq sahənin tədqiqatçıları hesab edirlər ki, nəzəriyyə bir sıra 

tələblərə  cavab  verməlidir.  Əvvəla,  nəzəriyyə  bilik  sistemi  olmaq 

etibarilə müəyyən predmet sahəsinə malik olmalıdır. Bu, o deməkdir 

ki,  elmi  nəzəriyyənin  bütün  anlayışları  və  müddəaları  eyni  predmet 

sahəsinə  aid  olmalı,  eyni  bir  tədqiqat  obyektini  əks  etdirməlidir. 

İkincisi, elmi nəzəriyyə gerçəkliyin müəyyən sahəsini adekvat və tam 

təsvir  etməli,  başqa  sözlə,  bu  sahənin  tədqiqindən  alınmış  təcrübi 

məlumatlar nəzəriyyənin əsas prinsipləri, anlayışları, abstraksiyaları, 

ideallaşdırma və aksiomaları vasitəsilə təsvir olunmalıdır. Üçüncüsü, 

nəzəriyyəyə daxil olan müxtəlif komponentlərin qarşılıqlı əlaqəsi izah 

edilməli,  bir  mühakimədən  digərinə  keçməyə  imkan  verən  müxtəlif 

müddəaların əlaqəsi yaradılmalıdır.'' 

Gerçəkliyin  elə  ümumi,  obyektiv  qanunauyğunluqları  var  ki, 

onları dərk etmədən həmin gerçəkliyi əks etdirən hadisələrin ayrı-ayrı 

tərəflərini öyrənmək, onların barəsində ümumi, dərin biliklər, dolğun 

təsəvvür əldə etmək  mümkün  deyil.  Bu,  hüquqa da  aiddir.  Belə  ki, 

dövlət  və  hüquq  cəmiyyətin  inkişafının  ümumi  qanunauyğunluğuna 

tabedir. Bundan əlavə, həmin hadisələr ictimai həyatın nisbi müstəqil 

həlqələri  olduğundan  onların  öz  qanunauyğunluqları  var.  Dövlət  və 

hüququn  qanunauyğunluqları  cəmiyyətin  inkişafının  ümumi 

qanunauyğunluğuna münasibətdə spesifik xarakter daşıyır. Konkret 

dövlət və hüquq hadisələrinə, dövlət və hüquq təcrübəsinin konkret 

sahələrinə  aid  qanunauyğunluqlara  münasibətdə  isə  ümumi  olur. 

Buna  görə  də,  dövlət  və  hüquq  nəzəriyyəsi  həm  dövlət  və  hüquq 

hadisələrinin inkişafını müəyyənləşdirən, onlara təsir göstərən ictimai 

həyatın qanunauyğunluqlarını, həm də dövlət və hüququn özünə aid 

olan spesifik qanunauyğunluqları öyrənir. Dövlət və hüququn spesifik 

qanunauyğunluqlarının  öyrənilməsi  nisbi  müstəqil  hadisələr  olan 

dövlət və hüquq barəsində ümumiləşdirici biliklərin yaradılmasına və 

onları bütöv bir tam kimi öyrənməyə imkan 

^Məmmədov  Əziz,  Zahidov  Təvvəkkül. 

Dialektik  idrak  və 

eksperimental metod. S.163. 




ilqar Məmmədov 

verir. Beləliklə, sahəvi hüquq elmləri üçün ümumi nəzəri baza, dövlət 

və hüquq barəsində isə bütöv bir təsəvvür yaranır. Dövlət və hüquq 

gerçəkliyinin  ayrı-ayrı  tərəfləri  tədqiq  edilərkən  nəzəriyyənin 

formalaşdırdığı ümumi bilik və təsəvvürlər əsas götürülür və sahəvi 

hüquq elmləri bir çox məsələlərdə onlara əsaslanır. 

Burada 

biz 


qanunauyğunluq 

deyərkən, 

hadisələrin 

mahiyyətindən irəli gələn real, dayanıqlı əlaqələri nəzərdə tuturuq. 

Dövlət  və  hüquq  nəzəriyyəsi  çərçivəsində  dövlət  və  hüquq 

hadisələrinin  əsas  inkişaf  meyllərinin,  vahid  dövlət-hüquq 

gerçəkliyinin  müxtəlif  cəhətləri  arasındakı  əlaqələrin  açıb 

göstərilməsi  ilə  yanaşı  dövlət,  dövlət  mexanizmi,  dövlət  orqanı, 

hüquq, hüquq sistemi, normativ-hüquqi akt, hüquq pozuntusu və s. 

hadisələr barədə ümumi anlayışların və təriflərin yaradılması sahəvi 

hüquq  elmləri  tərəfindən  ayrı-ayrı  hüquq  sahələri  ilə  bağlı 

problemlərin öyrənilməsini çox asanlaşdırır. Sahəvi hüquq elmləri və 

fənləri  tərəfindən  ayrı-ayrılıqda  dövlət  və  hüquq  haqqında  ümumi 

biliklərin  yaradılmasına  ehtiyac  qalmır.  A.F.Çerdantsevin  yazdığı 

kimi,  dövlət  və  hüquq  nəzəriyyəsi  digər  hüquq  elmlərini  həmin 

problemlərin  tədqiqi  ilə  məşğul  olmaqdan  azad  edir.  «Hüquq 

norması,  hüququn  mənbələri,  hüququn  tətbiqi  və  təfsiri,  hüququn 

sistemi  nəzəriyyələri  və  digər  xüsusi  nəzəriyyələr  başqa  hüquq 

elmləri üçün nəzəri baza kimi çıxış edir. Dövlət və hüquq nəzəriyyəsi 

çərçivəsində  əsas  hüquqi  kateqoriyalar  (anlayışlar)  da  yaradılır  və 

onların  özü  də  digər  elmlər  üçün  baza  rolunu  oynayır».''  Odur  ki, 

sahəvi  hüquq  elmləri  öz  xüsusi  problemlərini  işləyib  hazırlayarkən 

dövlət  və  hüquq  nəzəriyyəsinin  ümumiləşdirici  mülahizələrini  və 

müddəalarını  rəhbər  tutur.  Dövlət  və  hüquq  nəzəriyyəsi  həm  də 

sahəvi hüquq elmlərinin pred- metini təşkil edən xüsusi məsələlərin 

tədqiq edilməsinin metodoloji əsasını müəyyənləşdirir. 

Dövlət və hüquq nəzəriyyəsini xarakterizə edən həmin mühüm 

cəhətlər  onun  müstəqil  elm  sahəsinə  çevrildiyi  ilk  dövrlərdən 

nəzəriyyəçilərin diqqət mərkəzindədir. Hələ XX əsrin 

'Чердапцев 

А.Ф. Теория государства и права. М., 2002, s. 14. 




Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə