Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə18/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   14   15   16   17   18   19   20   21   ...   205

ilqar Məmmədov 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  predmetinin  təhlili  göstərir  ki, 

dövlət və hüquq nəzəriyyəsinin predmetinin nüvəsini dövlət və hüquq 

hadisələrinin  yaranması  və  inkişafının  ümumi  və  səciyyəvi 

qanunauyğunluqları təşkil edir. Adətən, həm dövlətə, həm də hüquqa 

aid olan qanunauyğunluqlar ümumi, yalnız onlardan birinə aid olan 

qanunauyğunluqlar  isə  səciyyəvi  qanunauyğunluqlar  hesab  olunur. 

Bütün  nəzəriyyəçilərin  ümumi  fikrinə  əsasən,  dövlət  və  hüquq 

nəzəriyyəsi 

dövlət 


və 

hüququn 


genezisinin 

ümumi 


qanunauyğunluqlarını, dövlət və hüququn qarşılıqlı əlaqəsini, onların 

xarakterik  əlamətlərini,  formalarını,  mahiyyətini,  məzmununu, 

cəmiyyətin həyatında və onun siyasi sistemində dövlət və hüququn 

yerini,  hüquqi  şüuru  və  qanunçuluğu,  hüquq  yaradıcılığı  və 

qanunyaradıcılığını,  hüquqauyğun  davranışı,  hüquq  pozuntusu, 

hüquq  məsuliyyəti  kimi  hüquqi  əhəmiyyətə  malik  olan  digər 

hadisələri və kateqoriyaları öyrənir. Dövlət və hüquq nəzəriyyəsinin 

predmetinə bütün bu qeyd olunanlardan əlavə, konkret dövlət-hüquq 

hadisələri də daxildir. 

Onu  da  qeyd  edək  ki,  dövlət  və  hüquq  nəzəriyyəsinin 

predmetinə bilavasitə dövlət və hüquq hadisələri ilə yanaşı, onlarla 

üzvi  əlaqəsi  olan  və  dövlət-hüquq  hadisələrinin  cəmiyyətin  digər 

institutlarına təsirini başa düşməyə və qiymətləndirməyə imkan verən 

ictimai 


həyatın 

bir 


çox 

sahələrinin 

və 

institutlarının 



qanunauyğunluqları  da  daxildir.  Bu  sahələrə  cəmiyyətin  siyasi 

sistemi,  ictimai-siyasi  şüur,  cəmiyyətin  mənəvi-əxlaqi  mühiti, 

dəyərlər, normalar və s. aiddir. 

Ümumiyyətlə,  hər  bir  elmin,  o  cümlədən  də,  dövlət  və  hüquq 

nəzəriyyəsinin  müstəqil  elm  sahəsi  kimi  inkişaf  etməsi  onların 

predmetində dəyişikliklərin baş verməsi ilə müşaiyət olunur. Həmin 

dəyişikliklər  isə  predmetin  özünün  inkişaf  etməsi  deməkdir.  Bunu 

belə başa düşməliyik ki, dövlət və hüquq nəzəriyyəsinin predmetinin 

məzmununu  təşkil  edən  ayrı-ayrı  sahələr  zamanca  dəyişikliyə 

uğrayır,  inkişaf  edir  və  bütövlükdə  onun  predmetinin  özündə 

dəyişikliklərin baş verməsinə səbəb olur. Dövlət və hüquq həyatında 

yaranan  və  onların  gələcək  inkişafı  üçün  mühüm  əhəmiyyət  kəsb 

edən yeni problemlər həll edilmə zərurətini də 

54 



Dövlət və hüquq nəzəriyyəsi 

ehtiva  edir.  Bu  isə  M.Məlikovanın  yazdığı  kimi,  dövlət  və  hüququn 

sosial  təyinatının  və  fəaliyyətinin  yeni  cəhətlərinin  açılmasını 

şərtləndirir,  yeni  araşdırmalar  üçün  perspektiv  yaradır,  bütövlükdə 

hüquq elmləri, o cümlədən, dövlət və hüquq nəzəriyyəsi qarşısında 

sosial  tərəqqinin  yeni  proseslərini  dərindən  başa  düşmək  və  əhatə 

etmək  vəzifəsini  qoyur.  Bütün  bunlar  həm  dövlət  və  hüquq 

nəzəriyyəsinin öyrəndiyi məsələlərin dairəsinin genişlənməsinə, həm 

də  bu  məsələlərin  dərinləşməsinə,  onların  yeni  inkişaf 

qanunauyğunluqlarının,  bir-biri  ilə  və  başqa  ictimai  hadisələrlə 

qarşılıqlı təsirinin açılmasına kömək edir. 

Dəyişikliklərə  misal  olaraq  deyə  bilərik  ki,  əgər  əvvəllər  bizim 

ölkəmizdə  və  bütövlükdə  keçmiş  SSRİ-də  dövlət  və  hüquq 

nəzəriyyəsi  kursu  çərçivəsində  «ümumxalq  dövləti  və  hüququ», 

«proletariatın  diktaturası»  və  s.  bu  kimi  aktual  hesab  edilən 

anlayışlara  və  həmin  anlayışlarla  bağlı  olan  hadisələrə,  proseslərə 

xüsusi  diqqət  verilirdisə,  hal-hazırda  onların  yalnız  tarixilik 

baxımından  müəyyən  əhəmiyyəti  var.  Müasir  dövrdə  isə  «hüquqi 

dövlət», «sosial dövlət» konsepsiyaları, insan hüquqları və azadlıqları 

nəzəriyyəsi və digər təlimlər, siyasi-hüquqi anlayışlar, konsepsiyalar 

ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, dövlət və hüquq 

nəzəriyyəsinin  predmetindəkl  dəyişikliklər  onun sabit  qalan  tərəfləri 

çərçivəsində  baş  verir.  Yəni  dövlət  və.  hüquq  nəzəriyyəsinin 

predmetinin  inkişaf  dialektikası  elədir  ki,  bir  tərəfdən  dövlət  və 

hüququ yüzilliklər boyu xarakterizə edən ümumi, dəyişilməz və tipik 

olan qanunauyğunluqlar, xüsusiyyətlər, əlamətlər fokusa alınır və bu 

çərçivədə sabitlik qorunub saxlanır, digər tərəfdən isə elmi əhərriiyyət 

kəsb edən yeni keyfiyyətlərin və əlamətlərin müəyyənləşməsi, onların 

daha ali səviyyədə dərk edilməsi və elmi biliklərin digər sahələri ilə 

əlaqədə  təhlil  edilməsi  bu  elmin  predmetində  dəyişikliklərin  baş 

verməsinə  gətirib  çıxarır.  Beləliklə,  elmin  predmeti  zənginləşir  və 

inkişaf edir. 

Son dövrlərdə digər ictimai elmlərlə bərabər, dövlət və hü= quq 

nəzəriyyəsinin  də  nisbətən  müstəqil  sahələrə  diferensiasiyası 

tendensiyası güclənmişdir. Bəzən, nisbətən müstəqil sosial 

55 



ilqar Mammadov 

institutlar  kimi  çıxış  edən  dövlətin  və  hüququn  hər  birinin 

nəzəriyyəsinə  aid  ayrıca  dərsliklər  və  dərs  vəsaitləri  hazırlanır.  Bu, 

dövlət  və  hüquq  hadisələrinin  hər  birinin  ayrılıqda  öz  spesifikliyinə 

uyğun  tədqiq  edilməsi  məqsədinə  xidmət  edir.  Dövlət  və  hüquq 

hadisələrinə  belə  bir  diferensial  yanaşma  dövlət  və  hüquq 

nəzəriyyəsinin  müvafiq  sahələrinin  inkişafına  müəyyən  dərəcədə 

kömək  edir.  Lakin  dövlət  və  hüquq  nəzəriyyəsinin  bütöv  bir  elm 

olması  onun  obyektlərindəki  (dövlət  və  hüquq)  dualizmin  onun 

predmeti səviyyəsində, yəni nəzəri səviyyədə dəf edilməsi deməkdir. 

İki obyektin olmasına rəğmən predmetin bu cür ümumiliyi, vahidliyi 

nəzəri  dərketmənin  məntiqinə  əsasən  həmin  müxtəlif  obyektlərin 

mahiyyətcə  əlaqəli  olmasını,  onların  mahiyyətindən  irəli  gələn 

xüsusiyyətlərin üst-üstə düşməsini açıqlayır və məntiqi olaraq hər iki 

obyekt  haqqında  ümumi  anlayışların  yaradılmasını  ehtiva  edir. 

Söhbət  ondan  gedir  ki,  dövlət  və  hüquq  ümumi  anlayışlar 

çərçivəsində  zəruri  tamamlayıcı  komponentlər  kimi  çıxış  edir  və 

bununla da prinsipial bütövlük təşkil olunur. Belə bir nəzəri-mücərrəd 

formada yaradılan ümumi anlayış və kateqoriyalar bütövlükdə hüquqi 

biliklərin hüdudlarını  və  spesifikliyini,  hüquqi və  qeyri-hüquqi  olanın 

predmet  kriteriyasını  müəyyənləşdirir.  Beləliklə,  dövlət  və  hüququ 

ictimai 


hadisələrin 

bütün 


sistemindən 

ayırmaq, 

onları 

xüsusiləşdirmək, təcrid etmək yolu ilə tədqiq edən dövlət və hüquq 



nəzəriyyəsi dövlətin özünə də hüquqi aspektdən yanaşır. 

§ 2. DÖVLƏT VƏ HUQUQ NƏZƏRİYYƏSİNİN 

METODOLOGİYASI 

Varlığın  müəyyən  tərəfinin,  bu  və  ya  digər  ictimai  hadisənin 

sistemli  şəkildə  öyrənilməsi  elmi  idrakın  müvafiq  metodlarına 

əsaslanır. Elmi idrak metodu idrakın yolunu nizama salır, predmetin 

düzgün istiqamətdə öyrənilməsinə səbəb olur. Buna görə də metod 

elmi  yaradıcılığın  aləti  hesab  edilir.  Hər  bir  elm  sahəsi  varlığın 

müvafiq hadisələrinin dərk edilməsi üçün müəyyən qay 

56 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə