Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə17/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   13   14   15   16   17   18   19   20   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Həmin  çatışmamazlıq  ondan  ibarətdir  ki,  dövlət  və  hüquq 

nəzəriyyəsinin predmeti faktiki olaraq onun obyektinin əvəzi kimi çıxış 

edir və obyektlə predmet arasındakı fərq itir. Həmin müəlliflər hesab 

edirlər 

ki, 


elmin 

predmetini 

bilavasitə 

hadisələrin, 

qanunauyğunluqların özü yox, müəyyən aspektdən çıxış etməklə dərk 

edilən obyektin anlayışlarda ifadə olunan qanunauyğunluqları, başqa 

cür  desək,  dövlət  və  hüququn  yaranmasının,  inkişafının  və 

fəaliyyətinin  qanunauyğunluqları,  təzahür  formaları,  mahiyyəti  və 

sosial təyinatı haqqında biliklər təşkil edir.^ 

Hesab  edirik  ki,  ikinci  yanaşmadan  çıxış  edən  müəlliflərin  fikri 

onların  iddia  etdiyi  kimi  fikir  doiaşıqlığını  heç  də  tam  şəkildə  açmır. 

Belə ki, ümumiyyətlə, hər bir elm sahəsi öz predmeti ilə müəyyənləşir. 

Predmetin özünün yaranması isə, obyektin elmi yöndən dərk edilməsi 

ilə  mümkündür.  Yəni  şüurun  obyektə  göstərdiyi  münasibət  onun 

müəyyən  tərəflərinin  dərk  edilməsi,  rasional  əsasda  öyrənilməsi 

istiqamətində inkişaf etməklə öz predmeti olan müvafiq elm sahəsini 

meydana gətirir. Beləliklə, anlayışlar vasitəsilə ifadə olunma hər bir 

elmin  predmetinin  əsas,  ayrılmaz  xüsusiyyəti  kimi  özünü  göstərir. 

Buna  görə  də,  elmin  predmetini  onun  obyektindən  yalınız  bununla 

fərqləndirmək kifayət deyil. Burada əhəmiyyətsiz hesab edilən birinci 

yanaşmanın  özünün  də  obyektlə  predmetin  fərqləndirilməsi  üçün 

mühüm əhəmiyyəti var. 

Birinci  yanaşmadan  çıxış  edən  müəlliflərin  fikirlərindən  belə 

məlum olur ki, «obyekt» insanların dərk etdiyi və praktiki olaraq təsir 

göstərdiyi aləmi əhatə edən «predmet»lə müqayisədə daha geniş bir 

anlayışdır. Predmet isə obyektin müvafiq elm sahəsi tərəfindən tədqiq 

olunan bu və ya digər konkret aspekti, obyektiv gerçəkliyin müəyyən 

tərəfidir; elmin mahiyyətcə mühüm hesab 

^  В  а  х:  Марченко  М.Н.  Проблемы  теории  государства  и  права.  М., 

2001,  Власов  В.И.  Теория  государства  и  права.  Ростов-на-Дону  2002, 

Сырых В.М. Логические основания общей теории права. Т. 1. Элементный 

состав.  М.,  2000,  Проблемы  общей  теории  государства и  права.  Под  ред. 

проф. Нерсесянца В.С. М., 2002 vэ 5. 

51 



ilqar Məmmddov 

edərək  öyrəndiyi  əsas  məsələlər  dairəsidir.  Obyekt  bir  neçə  elm 

sahəsi üçün ümumi ola bildiyi halda, bir elmin predmeti başqası ilə 

eyni ola bilməz. 

Həmin müəlliflər bildirirlər ki, müxtəlif elmlər tərəfindən öyrənilən 

dövlət  və  hüquq  hadisələri  onların  ümumi  obyekti  kimi  çıxış  edir. 

Lakin ümumi obyektin olmasına baxmayaraq, həmin elm sahələrinin 

hər  birinin  xüsusi  tədqiqat  predmeti  var.  Onların  hər  birinin  öz 

müstəqil  predmetinin  olması  o  deməkdir  ki,  bu  elm  sahələri 

dövlət-hüquq  gerçəkliyinin  ayrı-ayrı  tərəflərini  öyrənir,  həmin 

hadisələrə müxtəlif aspektdən yanaşır, dövlət-hüquq məsələlərini də 

bu  və  ya  başqa  dərəcədə  nəzərdən  keçirirlər.  Beləliklə,  elmin 

predmeti  onun  obyektindən  həmin  qaydada  fərqlənmiş  olur.  Elmin 

predmeti ilə obyektinin fərqini açıqlamaq məqsədi ilə M.İ.Baytin yazır 

ki, dövlət və hüquq bütün hüquq elmlərinin tədqiqat obyekti kimi çıxış 

etsə  də,  onlar  bir-birindən  öz  predmetinə  görə  fərqlənir.  Onların 

predmeti  isə  eyni  bir  obyektə  yanaşmanın  spesifikliyini,  həmin 

elmlərin məzmununu və təyinatını müəyyənləşdirir. Məsələn, dövlət 

və  hüquq  tarixi  ayrı-ayrı  ölkələrin  siyasi  quruluşunu  və  hüququnu, 

dövlət institutlarını və qanunvericilik materiallarını müəyyən xronoloji 

dövrlərə  uyğun  qaydada,  yəni  onların  tarixi  inkişafı  kontekstində 

öyrənir.  Spesifik  sahəvi  elmlər  isə  hüquq  sisteminin  ayrı-ayrı 

hissələrini, ictimai həyatın bu və ya digər sahəsinə aid münasibətləri 

tənzimləyən  müxtəlif  hüquq  sahələrini  öyrənməklə  məşğuldur.  Bu 

baxımdan,  dövlət  idarəetmə  orqanlarının  formalaşması  və 

icra-sərəncam fəaliyyəti prosesində yaranan münasibətlər və onları 

tənzimləyən normalar inzibati hüquq elminin predmeti kimi çıxış edir. 

Mülki  hüquq  elmi  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərini 

tənzimləyən  hüquq  normalarını  və  onlara  əsaslanan  mülki  hüquq 

münasibətlərini öyrənir və s. Dövlət və hüquq nəzəriyyəsi isə dövlət 

və hüququn əmələ gəlməsi, inkişafı və fəaliyyətinin ümumi səciyyəvi 

qanunauyğunluqlarını öyrənir."' 

' Теория государства и права. Под редакцией проф. Матузова Н.И. и 

проф. Малъко А.В. М., 1997, s.13-16. 



52 


Dövlat va hüquq nazariyyasi 

Həmin mövqedən çıxış edən M.Məlikova da yazır ki, dövlət 

və hüquq ictimai elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir və 

həmin sahələrin hər birinin xüsusi tədqiqat predmeti vardır. 

Tarixi materializm dövlət və hüququ ümumi tarixi prosesdə digər 

kateqoriyalarla yanaşı, sosioloji kateqoriyalar kimi öyrənir, onla- 

rın meydana gəlməsi və inkişafının ümumi qanunauyğunluqları 

sistemini aşkara çıxarır. Siyasi iqtisad dövlət və hüquq məsələ- 

lərini onların iqtisadi münasibətlərə, iqtisadi proseslərə təsiri as- 

pektində nəzərdən keçirir. Bununla belə, dövlət və hüquq təkcə 

sosioloji kateqoriyalar deyildir. Qeyd edildiyi kimi, onlar bir-biri ilə 

sıx əlaqəli quruluşu, əlamətləri, səciyyəvi qanunauyğunluqları 

olan spesifik hadisələrdir. Hər bir sosioloji hadisə kimi dövlət və 

hüquq da cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarına 

tabe olur. Lakin nisbi müstəqil hadisələr kimi dövlət və hüququn 

öz səciyyəvi qanunauyğunluqları var. Bu baxımdan onlar hüquq 

elmləri tərəfindən, o cümlədən, dövlət və hüquq nəzəriyyəsi tə- 

rəfindən də öyrənilir. Dövlət və hüquq nəzəriyyəsinin predmetini 

dövlət və hüququn ümumi və spesifik qanunauyğunluqları təşkil 

edir. Dövlət və hüquq nəzəriyyəsi hər şeydən əvvəl dövlət və 

hüququn meydana gəlməsinin, inkişafının və fəaliyyətinin ümumi 

qanunauyğunluqlarını, onların mahiyyətini, sosial təyinatını, 

ümumi əlamətlərini, başqa sözlə, ümumiyyətlə dövlət və hüququ 

öyrənir. Eyni zamanda, konkret tipə aid dövlət və hüququn spe- 

sifik xüsusiyyətləri, dövlət və hüququn ayrılıqda götürülən hər 

hansı bir tarixi tipinin meydana gəlməsi, inkişafı və fəaliyyətinin 

spesifik qanunauyğunluqları da dövlət və hüquq nəzəriyyəsinin 

predmetinə daxildir. Dövlət və hüquq nəzəriyyəsi dövlət və hü- 

ququn meydana gəlməsi və inkişafının səciyyəvi qanunauyğun- 

luqlarını aşkara çıxarmaq əsasında bir sıra dövlət-hüquq insti- 

tutlarını-dövlət aparatını, onun təşkili və fəaliyyəti prinsiplərini, 

dövlət fəaliyyətinin hüquqi formalarını, qanunçuluq və hüquq 

qaydasını, hüquq yaradıcılığını və hüququn realizəsini, qanunun 

pozulmasını və hüquq məsuliyyətini, hüquq münasibətlərini və s. 

bu kimi sırf hüquqi kateqoriyaları öyrənir.’^ 

ı i.rıtixö 



 --------------  ıli .yorl pUf) 

^  Məlikova  M.F.  Dövlət  və  hüquq  nəzəriyyəsi. 

S.12-13. 

v'Yllllfiil 



53 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə