Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə11/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   7   8   9   10   11   12   13   14   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

Təbii  hüquq  məktəbi  XVIl-XVIll  əsrlərdə  Avropa  hüquqşü- 

naslığında hakim mövqeyə malik olmuşdur. Müasir tədqiqatçılar təbii 

hüquq  məktəbinin  yaranmasını  ilk  növbədə  Hüqo  Qrotsinin 

(1583-1645)  yaradıcılığı  ilə  bağlayırlar.  Qobbs,  Lokk,  Spinoza, 

Pufendorf,  Tomazi,  Volf  bu  təlimin  görkəmli  nümayəndələri  hesab 

olunurlar.  Rasional  düşüncəyə  əsaslanan  təbii  hüquq  məktəbinin 

formalaşması  Hüqo  Qrotsinin  yaradıcılığı  ilə  başlasa  da,  təbii 

hüququn tam şəkildə mənəvi teologiyadan ayrılmasında həlledici rolu 

hüquq  fəlsəfəsi  ilə  məşğul  olan  alman  tədqiqatçısı  Xristian  Tomazi 

(1655-1728)  oynamışdır.  İsveç  alimi  Erik  Annersin  yazdığı  kimi, 

Tomazinin  əsas  məqsədi  sxolastik  irsi  bütünlüklə  ayırıb  çıxararaq 

«sekulyarizasiya  olunmuş»  təbii  hüquq  yaratmaqdan  ibarət  idi.  Bu 

məsələdə  o,  Hüqo  Qrotsidən  irəli  gedərək  müstəqil  bir  mövqedən 

çıxış  edir.  Çünki,  H.Qrotsi  orta  əsrlər  dövründən  qalma  bir 

metodologiyaya  əsaslanırdı.  Həmin  metodologiyaya  görə,  ilahi 

hüquqla  (jus  divinum)  təbii  hüquq  (jus  naturale)  bir-birinə  bağlı 

olmaqla ümumi bir tamı təşkil edirlər. Ancaq Tomazinin fikrincə «təbii 

hüququn fundamental prinsipləri insan şüurundan irəli gəlir. Odur ki, 

təmiz «yuridik» təbii hüquq insandan başlayır».’' 

Təbii hüquq məktəbinin nümayəndələri belə hesab edirdilər ki, 

hüquq  elmi  empirik  hüquqi  reallıqla  məşğul  olmamalıdır.  Onların 

fikrincə, pozitiv hüquq, yəni empirik olaraq münasibətləri tənzimləyən 

hüquq  normaları  ictimai  münasibətləri  konkret  ictimai-siyasi  şəraitə 

uyğun  qaydada  tənzimləyən  mexanizm  və  ya  texniki  vasitədir  və 

onların əsl hüquq elminə aidiyyəti yoxdur. 

Təbii  hüquq  məktəbini  tənqid  edənlərin  ən  çox  diqqət  verdiyi 

məsələlərdən biri də həmin məktəbin nümayəndələrinin hüquq elmi 

ilə  pozitiv  hüququ  uzlaşdırmamasıdır.  Tanınmış  nəzəriyyəçi 

Y.N.Trubetskoy yazır ki, Hüqo Qrotsi tərəfindən təməli qoyulmuş təbii 

hüquq  məktəbi  pozitiv  hüququn  elmdən  tamamilə  kənara 

sıxlaşdırılması təhlükəsini yaratmışdır. «Məsələ ondadır ki, Qrotsi və 

onun davamçıları nə onları əhatələyən tarixi gerçək- 

Аинерс Э. История европейского права. M., 1999, s. 226. 



33 


ilqar Məmmədov 

liklə,  nə  də  tarixin  özü  ilə  hesablaşmırdılar.  Onların  fikrincə, 

cəmiyyətdə yalnız şüurun tələblərinə cavab verən, yəni təbii hüquq 

məntiqinə  uyğun  olan  normalar  tətbiq  oluna  bilər.  Beləliklə,  həmin 

mütəfəkkirlər  təbii  hüququ  a  priori  olaraq  müəyyənləşən  bütöv  bir 

qaydalar  kodeksi  kimi  təsəvvür  edirdilər.  Həmçinin,  belə  hesab 

olunurdu  ki,  həmin  kodeksə  uyğun  gəlməyən  nə  varsa,  şüura  zidd 

olan hadisə kimi ləğv edilməlidir».”' 

XVII

 

əsrdə  Avropada  hüququn  ümumi  səviyyədə  öyrənilməsi 



məqsədinə  xidmət  edən  «hüququn  ensiklopediyası»  adlı  bir  sahə 

yaranmışdır. N.M.Korkunov yazır ki, hüququn ensiklopediyası adı ilə 

nəşr  olunan  ilk  kitab  Qunnisin  1638-ci  ildə  dərc  edilən  əsəri 

olmuşdur.  İlk  əvvəllər  təbii  hüquq  məktəbinin  hüququn 

ensiklopediyasına  təsiri  o  qədər  də  güclü  deyildi.  Təbii  hüquq 

məktəbinin  hüququn  ensiklopediyasına  təsiri XVII  əsrin  ikinci  yarısı 

və XVIII əsrdə güclü olmuşdur. Bu təsirin nəticəsi idi ki, həmin dövrdə 

təbii  hüquq  nəzəriyyəsini  şərh  etmək  hüququn  ensiklopediyasının 

əsas  vəzifəsinə  çevrilmiş  və  hüququn  ensiklopediyası  tərəfindən 

pozitiv  hüquqa  dəyər  verilməmişdir.  Təbii  hüquq  məktəbi  empirik 

hüquqi  reallığı  hüquq  elminə  aid  olmayan  hadisə  kimi 

dəyərləndirdiyindən  onun  təsiri  altında  inkişaf  edən  hüququn 

ensiklopediyasında  da  tətbiqi  hüquqşünaslığı  əhatə  edən  ümumi, 

nəzəri  sistem  yaradılmamışdır.  Bu  səbəbdəndir  ki,  tətbiqi 

hüquqşünaslıq  sahəsi  ilə  bağlı  hüququn  ayrıca  ensiklopediyasının 

yaradılması istiqamətində inkişaf baş vermişdir. 

Təbii  hüquq  məktəbinin  təsiri  altında  olan  ensiklopediyadan 

fərqli  olaraq,  ikinci  istiqamətdə  inkişaf  edən  ensiklopediyada 

faktlardan  çıxış  etməyə  üstünlük  verilirdi.  Bu  isə,  öz  növbəsində, 

həmin  istiqamətdə  çalışan  hüquqşünaslarda  empirik  düşüncənin 

inkişaf  etməsinə  təsir  göstərmişdir.  Təbii  hüquq  məktəbinin  təsiri 

altında  olan  ensiklopediyada  bütöv  hüquqi  sistem  apriori 

mühakimələrdən deduksiya edildiyi halda, ikinci istiqamətdə inkişaf 

edən hüququn ensiklopediyası empirik və induktiv düşüncəni 

' Трубетцкой E.H. 

Энциклопедия права. Санкт-Петербург, 1999, s. 

63. 

34 



Dövlət və hüquq nəzəriyyəsi 

əsas götürərək faktlardan çıxış etməyə üstünlük vermişdir. Odur ki, 

həmin  ensiklopediyada  faktiki  materialın  mənasını  izah  edən, 

mahiyyətini  açan  ümumi  müddəalar  özünə  geniş  yer  almışdır. 

F.V.Taranovskinin  yazdığı  kimi,  həmin  ensiklopediyadakı  empirik 

ümumiləşdirmələr ayrı-ayrı hüquq sahələrinin əsas məzmununu açıb 

göstərməkdən  uzağa  getməsə  də,  bu,  elmi  fikrin  yeni  istiqamətdə 

inkişafına təkan vermişdir. 

XVIII

 

əsrin birinci yarısında empirik hüquq ensiklopediyasının ən 



yaxşı  nümunəsi  iohan  Stefan  Pyutterin  birinci  nəşrdə  «Hüquq 

ensiklopediyası  eskizi»,  ikinci  nəşrdə  isə  «Hüquq  ensiklopediyası 

təcrübəsi» adalandırıian əsəri olmuşdur. S.Pyutterin bu əsəri Avropa 

hüquqşünaslığında  hüquq  ensiklopediyasının  yerini  möhkəmlətmiş, 

yalnız  iki  əsrdən  sonra  hüququn  ensiklopediyası  öz  yerini  hüquq 

nəzəriyyəsinə vermişdir. 

Həmin  dövrdə  hüququn  ensiklopediyası  ilə  yanaşı,  hüquq 

fəlsəfəsi də inkişaf etmiş və bu fəlsəfə Kantın, Hegelin əsərlərində öz 

inkişaf zirvəsinə çatmışdır. 

Müasir nəzəriyyəçilər məhz hüququn ensiklopediyasını dövlət və 

hüquq  nəzəriyyəsinin  başlanğıcı  hesab  edirlər.  Bununla  yanaşı, 

nəzəriyyəçilər  belə  hesab  edirlər  kl,  hüquq  ensiklopediyası  hüquq 

fəlsəfəsi ilə əlaqəli şəkildə inkişaf etmişdir. Hüququn ensiklopediyası 

inkişaf  edərkən  hüquq  fəlsəfəsində  hazırlanan  İdeyalardan 

bəhrələnmiş  və  onunla  yaxından  əlaqəsi  olmuşdur.  N.M.Korkunov 

isə, hətta onları bir-birindən ayırmağa lüzum bilmir. O yazır: «Hüquq 

fəlsəfəsi ensiklopediyadan ayrı bir elm kimi tanına bilməz. Hüququn 

fəlsəfəsi  və  hüququn  ensiklopediyası  eyni  bir  şeydir.  Bunlar  yalnız 

ümumlləşdlricl  sahənin-  ümumi  hüquq  nəzəriyyəsinin  hazırlanma 

mərhələləridir»."' 

XVIIl  əsrin  sonlarına  doğru  hüquqi  biliklər  sistemi  kimi 

formalaşmağa 

istiqamətlənmiş 

hüququn 


ensiklopediyası 

fəlsəfi-rasio- nalist və tarixi-empirik xətlərə ayrılırdı. Birincisi, apriori 

ideyalardan  çıxış  etməklə  deduksiya  yolu  İlə  təbii  hüququn  əsas 

sistem- 


' Коркунов H.M. 

Лекции по общей теории права. Санкт- Петербург, 

2004, 

S. 


48. 

35 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə